Azərbaycan Respublikası adından QƏRAR Salyan rayon İş № 3(057)-1258/2024 24.12.2024 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlunun sədrliyi, Rəhimov Səftər Rəhim oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Salyan rayon PŞ-nin DAM polis baş leytenentı X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə xx.xx.1986-cı il tarixdə Salyan rayonu, Bəydili kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, Salyan rayonu, Bəydili kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.3-cü maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Şəxs barəsində Salyan rayon PŞ-nin DAM polis baş leytenentı X4 tərəfindən xx.xx.2024-cü il tarixdə tərtib olunmuş İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol baxılması üçün xx.xx.2024-cü il tarixdə Salyan Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, 10 noyabr 2024-cü il tarixdə, saat 18:00 radələrində Salyan rayonu, Bəydili kəndində qeydiyyatda olan və yaşayan Şəxs idarə etdiyi “VAZ-21011 minik” markalı, **-NL-*** dövlət nömrə nişanlı avtomobil ilə Salyan rayonu, Bəydili kəndi ərazisində üzü Salyan şəhəri istiqamətində hərəkətdə olan zaman idarəetməni itirərək yolun kənarına aşırtmış, nəticədə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı X5 başın təpə, sifətin sol, sağ qalça nahiyyələrinin yaraları ilə nəticələnən sağlamlığa yüngül zərər vurmaya dair xəsarətlər almışdır. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra – İXM) 334.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Salyan rayon PŞ-nin DAM polis baş leytenentı X4 protokolu müdafiə edərək, təmin olunmasını xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, Şəxs balıq tutmağa getmiş, orada başqa şəxsin avtomaşınını icazəsiz götürərək idarə etmişdir. Bu zaman həmin avtomobil ilə qəza törətmiş avtomobilə hadisə nəticəsində zərər dəymiş, eyni zaman avtomobildə olan qardaşı da zədələnmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs bildirmişdir ki, balıq tutmağa Mil-Muğan adlanan kanala getmişdir. Kanal onların yaşadığı evin yaxınlığından keçir. Elşəndə orada balıq tuturdu. Siqareti olmadığı üçün Elşəndən siqarət almaq üçün yanına getmiş, lakin onunda siqareti az olduğu üçün geri qayıtmışdır. Həmin vaxt kiçik qardaşıda onunla olmuşdur. Elşənin avtomobili yolun kənarında, açar isə kilidin üzərində olduğunu görüb siqaret almaq üçün kiçik qardaşı ilə birlikdə avtomobilə əyləşərək onu idarə etməyə başlamışdır. Yolda qarşısına çıxan iti vurmamaq üçün avtomobili sağ tərəfə döndərmiş, lakin bu zaman idarəetməni itirərək yolun kənarına avtomobili aşırtmışdır. Verilən suallara cavab olaraq bildirmişdir ki, kanalın kənarında spirtli içki qəbul etmişdir. Anası iki ildir ki, vəfat etmişdir. Üç qardaşı və İİİ qrup atası ilə birlikdə yaşayır. Elşənlə barışmışdır. Elşən ondan şikayətçi deyildir. Maddi vəziyyəti barəsində təyin ediləcək inzibati cərimə növündə tənbeh tədbirinin ödənilməsinə imkan vermir. Heç bir yerdə işləmir, gündəlik balıq ovlayaraq 5-10 manat pul qazanır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli, İXP ******* nömrəli protokoldan görünür ki, Şəxs “VAZ 21011 minik” markalı, **-NL-*** dövlət qeydiyyat nişanlı avtomobillə Azərbaycan Respublikası İXM-in 334.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətmişdir. Məhkəmə-Tibbi Ekspertiza və X3 X8 xx.xx.2024-cü il tarixli, 557 nömrəli ekspert rəyindən görünür ki, 2011-ci il təvəllüdlü X2 məhkəmə tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər-başın təpə, sifətin sol, sağ qalça nahiyələrinin yaraları küt əşya (əşyalar) təsirindən törənmiş, qərarda göstərilən müddət və şəraitdə yəni xx.xx.2024-cü il tarixdə avtoqəza nəticəsində əmələ gələ bilərdi. Dərəcəsinə görə sağlamlığın qısa müddətdə pozulması səbəb olan yüngül zərər vurmaya aiddir. Salyan RPŞ-nin TB-nin baş təhqiqatçısı Tural Fərmanlının 05 dekabr 2024-cü il tarixli “cinayət təqibinə xitam verilməsi və şəxsin cinayət məsuliyyətindən azad edilməsi barədə” qərarından görünür ki, Şəxs cinayət məsuliyyətindən azad edilməklə barəsində aparılan cinayət təqibinə xitam verilməsi, Şəxs əməlində İXM-nin 327.1-ci (manevretmə qaydalarının pozulması) və İXM-nin 334.3-cü (bu Məcəllənin 334.1-ci maddəsində nəzərdə tutulmuş xətanın törədilməsi və yol hərəkəti qaydalarının pozulması nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə) maddəsinin tərkibi olduğundan inzibati məsuliyyətə cəlb olunması və barəsində inzibati tənbeh tədbiri görülməsi üçün material üzrə qəbul edilmiş qərar Salyan RPŞ-nin DYPB-nə göndərilmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs İXM-in 334.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi iş materialları ilə tam təsdiq olunur. Şəxs həmin inzibati xətaların törədilməsində təqsirlidir. Həmçinin iş materiallarındanda görünür ki, X7 xx.xx.2024-cü il tarixdə Salyan RPŞnə ərizə ilə müraciət edərək, xx.xx.2024-cü il tarixdən etibarnamə əsasında idarə etdiyi “Vaz 21011” markalı, **-NL-*** dövlət qeydiyyat nişanlı avtomobilinin Şəxs tərəfindən qaçırılmasını və yol-nəqliyyat hadisəsi törətməsini bildirmişdir. İXM-in 327.1-ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə görə qırx manat məbləğində cərimə edilir. İXM-in 334.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə beş yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. İXM-in 334.3-cü maddəsinə əsasən bu məcəllənin 334.1-ci maddəsində nəzərdə tutulmuş xətanın törədilməsi və yol hərəkəti qaydalarının pozulması nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə səkkiz yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir aydan iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Beləliklə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs İXM-in 334.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi iş materialları əsasında sübuta yetirilmişdir. İXM-in 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Məhkəmə Şəxs əməlini səmimi etiraf etməsini və peşman olmasını (İXM-32.1.1) iş üzrə məsuliyyəti yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə tərəfindən iş üzrə məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində maddənin sanksiyasının hədləri daxilində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməli, həbsetmənin əvvəli tutulduğu andan, yəni 24 dekabr 2024-cü il tarixdən saat 12:30-dan hesablanmalı və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında qərar qəbul edilməsi üçün hazırki iş üzrə qərarın surəti Salyan Rayon Polis Şöbəsinə göndərilməlidir. Şərh olunanlara əsasən və İXM-in 43-48, 106-115, 117-ci maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və onun barəsində 01 ay müddətinə inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında qərar qəbul edilməsi üçün hazırki iş üzrə qərarın surəti Salyan Rayon Polis Şöbəsinə göndərilsin. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. İnzibati həbsdə saxlanmanın əvvəli 24 dekabr 2024-cü il tarixdə, saat 12:30-dan hesablansın. Şəxs Salyan RPŞ tərəfindən müəyyən edilən yerdə mühafizə altında inzibati həbsdə saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Salyan Rayon Məhkəməsi və ya inzibati həbsdə saxlandığı yer vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ənnağı Məmmədli
Məhkəmə qərarları › İş №3(057)-1258/2024
Salyan Rayon Məhkəməsi Qərar — İş №3(057)-1258/2024
24.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver