Azərbaycan Respublikası adından QƏRAR Salyan rayon İş № 3(057)-1259/2024 24.12.2024 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Vəsilə Əlövsət qızının sədrliyi, Rzayev Hüseyn Mehman oğlunun katibliyi, Salyan RPŞ-nin İTB-nin sahə rəisi X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs, Zərərçəkmiş şəxs X4 iştirakları ilə, xx.xx.1996-cı ildə Salyan rayonu, Qardili kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, Salyan rayonu, Qardili kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Salyan rayon polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şəxs barəsində Salyan rayon polis şöbəsi tərəfindən Azərbaycan Respublikasının İXM-in 227-ci maddəsi ilə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair 24 dekabr 2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Salyan Rayon Məhkəməsinə göndərilmişdir Təqdim edilmiş inzibati xəta haqqında protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, xx.xx.2024-cü il tarixdə Yenikənd kəndində X6 məxsus “Stels” markalı velosipedi oğurlamışdır. Məhkəmə iclasında Salyan RPŞ-nin İTB-nin sahə rəisi, X5 öz izahatında tərtib olunmuş protokolu müdafiə edərək bildirmişdir ki, Salyan rayonu Qardili kəndində yaşayan X7 xx.xx.2024-cü il tarixdə rayon polis şöbəsinə ərizə ilə müraciət edərək, xx.xx.2024-cü il tarixdə saat 19 radələrində ailə üzvləri ilə birlikdə qohum evində olduğu zaman həmkəndlisi Şəxs onun yaşadığı ünvana qapıdan daxil olaraq təxminən 50 manat dəyərində olan ona məxsus 28 tipli, “Stels” markalı velosipedinin oğurlanmasını bildirmişdir. Araşdırma zamanı hadisə yerinə baxış keçirilərək nəticəsi protokollaşdırılmış, fotocədvəl tərtib olunmuş, Zərərçəkmiş şəxs X4 və oğurluq etmiş Şəxs izaharaları alınaraq materiala əlavə olunmuş, fakt öz təsdiqini tapmışdır. Araşdırma zamanı müəyyən edilmişdir ki, Salyan şəhəri xx.xx.2024-cü il tarixdə saat 19 radələrində Salyan rayonu Qardili kəndində yaşayan X4 yaşadığı ünvandan ona məxsus 1 ədəd 28 tipli, “Stels” markalı velosipedin həmkəndlisi Şəxs tərəfindən gizli yolla talanması nəticəsində vurulmuş ziyanın dəyəri 50 (əlli) manat təşkil edir. Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinin əlamətləri aşkar edildiyindən barəsində inzibati qaydada tədbir görülməsindən ötrü cinayət işi başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Şəxs barəsində qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xəta haqqında protokolda göstərilən xüsusatları təsdiq edərək bildirmişdir ki, hazırda Qaradağ rayonunda yerləşən daş karxanasında fəhlə işləyir. X1 barəsində rayon polis şöbəsinə yazmış olduğu şikayət ərizəsi ilə tanış oldu. Elnur ilə münasibəti yaxşı olub, aralarında heç bir ədavət olmamışdır. 27 noyabr 2024-cü il tarixdə saat 09 radələrində Qaradağ rayonundan işdən çıxaraq Salyan rayon Qardili kəndinə valideynlərinin evinə gələndə Qaradağ rayon Səngəçal qəsəbəsində iş yoldaşları ilə kafedə oturub yeyib içəndə 600-700 qram spirtli içki araq içmiş, iş yoldaşlarından ayrılaraq təxminən saat 13 radələrində yaşadığı kəndə çatmış, kənddə olan mağazaya keçərək mağazadan 2 ədəd “Go” içkisi alıb içdikdən sonra evə gələndə həmkəndlisi Elnurun yaşadığı evin yaxınlığından keçəndə küçə qapısından onun həyətinə keçərək onun evində heç kimin olmasına əmin olduqdan sonra həyətində olan iki təkərli 28 tipli velosipedi götürüb kəndin yolunda sürərək kəndin ərazisindən keçən (köhnə) Ələt-Astara magistral avtomobil yolunun kənarında ataraq, Qaradağ rayonuna qayıtmışdır. Velosipedi oradan sürmək üçün götürmüşdür. Bu kimi xoşagəlməz hərəkəti edərkən sərxoş halda olmuş, nə etdiyinin mahiyyətini anlamamışdır. Atası İmamverdi onunla əlaqə saxlamaq üçün mobil telefonuna zəng etsə də, işdə olarkən mobil telefon işlətmədiyindən və mobil telefonun iş yerində olan paltarları soyunma otağında olduğu üçün əlaqə saxlaya bilməmiş, sonradan onun zəng etməsini aşkar edib atası İmamverdi ilə əlaqə saxlayıb danışaraq həmkəndlisi Elnurun şikayət etməsini dediyindən işdən çıxaraq evə gəlmişdir. Pulu zəzərçəkmiş şəxsə geri qaytara bilməmiş və etdiyi əməldən peşmançılıq keçirdiyini bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X7 izahatında bildirmişdir ki, 2022-ci ilin oktyabr ayında “Sədərək” ticarət mərkəzindən 28 tipli, “Stels” markalı velosipedi 220 manata almışdır. Həmin velosiped ilə lazım olan işlərinin arxasınca gedərək idarə edir. 27 noyabr 2024-cü il tarixdə saat 18:30 da idarə etdiyi VAZ-21063 markalı **-BR-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili ilə ailəvi olaraq Şəkərli kəndində yaşayan xəstə qayınanasına baş çəkməyə getmiş, təxminən 1-2 saat qayınanası evində olduqdan sonra saat 20:30-da oradan çıxaraq ailəvi evinə qayıdanda avtomobilin uzaq vuran işığında kəndin ərazisindən keçən köhnə Ələt-Astara avtomobil yolunun kənarında atılmış halda velosipedini görüb avtomobili saxlayaraq velosipedə baxmış, həmin velosipsedi öz velosipedi olsa da, velosipedlərin bir-birinə oxşaması və başqasının velosipedi olması gümanı ilə velosipedi götürməyərək təcili evə gəlmiş və həyəti nəzərdən keçirəndə velosipedinin həyətdə olmadığını, oğurlanmasını aşkar edərək, həmin rast gəldiyi velosipedin özününkü olmasına tam əmin olduqdan sonra təkrar həmin yerə qayıtmaqla velosipedi evinə gətirmişdir. Velosipedi həmkəndlisi Şəxs İmamverdi oğlu oğurlamışdır. Mirismayılın atası İmamverdi buna görə onun yaşadığı ünvana gələrək ondan üzrxahlıq etsə də, ondan oğlu Mirislamın gəlməsini tələb edərək onun nə üçün belə etməsini özündən eşidib bilmək istəsə də, valideynin vasitəsilə ona xəbər göndərsə də, Mirislam dəvətinə məhəl qoymadığından və bir neçə gün onu gözləməsinə baxmayaraq gəlmədiyindən onun barəsində ərizə ilə müraciət etmişdir. Həmin velosipedi təxminən 2 ildən artıq olar ki almış, işlənmiş və köhnə olmaqla hal-hazırdakı vəziyyətinə görə ancaq 40-50 manat dəyərində olar. Velosiped hazırda normal vəziyyətdə özündədir. Mirislamın onun dəvətini qəbul etməməsi və üzrxahlıq etməməsi pis təsir etmişdir. Mirislam qapıdan həyətə keçməklə evdə heç kimin olmamasından istifadə edərək velosipedi həyətdən oğurlayıb aparmaqla yaşadığı evdən təxminən 2 km məsafəyə kimi idarə edərək yolun kənarına atmışdır. Ziyanın ona ödənilmədiyini və aralarında barışıq olmamasını bildirməklə, Şəxs barəsində qanuni tədbir görülməsini xahiş edir. Məhkəmə izahatları dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs İnzibati Xətalar Məcəlləsinin 227ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi özünün etirafedici izahatı ilə yanaşı, zərəçəkmiş şəxsin izahatı və iş materiallarında olan digər sənədlərlə tam sübuta yetirilmişdir. Belə ki, İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş; 24 dekabr 2024-cü il tarixli, MN ******* nömrəli qərardaddan görünür ki, İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati tənbeh növü məhkəmə səlahiyyətinə aid olduğu üçün tərtib olnmuş inzibati xəta haqqında protokol və digər materiallar baxılması üçün aidiyyəti üzrə Salyan Rayon Məhkəməsinə göndərilmişdir. 24 dekabr 2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2024-cü il tarixdə Yenikənd kəndində X6 məxsus “Stels” markalı velosipedi oğurlamışdır. Salyan RPŞ-nin TB-nin təhqiqatçısı polis mayoru Akif Abdullayev tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli raportdan görünür ki, Salyan rayonu, Qardili kəndində yaşayan X7 xx.xx.2024-cü il tarixdə rayon polis şöbəsinə şikayət ərizəsi ilə müraciət edərək göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 19 radələrində ailə üzvləri ilə birlikdə qohum evində olduğu zaman həmkəndlisi Şəxs onun yaşadığı ünvana qapıdan daxil olaraq təxminən 50 manat dəyərində olan, ona məxsus 28 tipli, “Stels” markalı velospeti oğurlamasını bildirmişdir. “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 17 dekabr 2024-cü il tarixli qərardan görünür ki, əməldə cinayət tərkibi olmadığından Şəxs barəsində cinayət işinin başlanması rədd olunmuşdur. Beləliklə, məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi özünün etirafedici izahatı ilə yanaşı, zərərçəkmiş şəxsin izahatı və iş materiallarında olan digər sənədlərlə tam sübuta yetirildiyindən onun barəsində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin; 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.4-cü maddəsinə əsasən, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 227-ci maddəsinə əsasən, xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında inzibati tənbeh tətbiq edilməsi məsələsi müzakirə edilərkən, məhkəmə onun əməlindən səmimi peşmançılıq hissi keçirməsini məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır, ağırlaşdıran hallar isə müəyyən edilməmişdir. Məhkəmə Şəxs şəxsiyyətini, inzibati xətanın xarakterini, ictimai təhlükəlilik dərəcəsini, vurulmuş ziyanın ödənilməməsini, zərərçəkmiş şəxslə barışmamasını və işin digər hallarını nəzərə alaraq onun barəsində inzibati həbs növündə tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan ictimai işlər növündə inzibati tənbehin tətbiq olunmasını isə ona görə məqsədəmüvafiq hesab etmirəm ki, həmin şəxsin barəsində ictimai işlər növündə inzibati tənbehin tətbiq ediləcəyi təqdirdə islah olunmasını, onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirilməsini, onun özünün və digər şəxslərin gələcəkdə bu qəbildən və ya digər yeni inzibati xətaların törədilməsinin qarşısının alınmasını və bununla da, inzibati tənbehin məqsədlərinin təmin olunmasını mümkün hesab etmirəm. Hesab edirəm ki, tətbiq olunacaq inzibati həbs növündə inzibati tənbeh Şəxs islah olunması üçün daha effektli olar. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikasının İXM-nin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 01 (bir) ay müddətə inzibati qaydada həbs edilsin. İnzibati həbs etmənin əvvəli 24 dekabr 2024-cü il tarixdən, saat 16:40-dan hesablansın. Qərar dərhal icra edilsin. Qərarın icrası Salyan Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Salyan Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Vəsilə Əliyeva
Məhkəmə qərarları › İş №3(057)-1259/2024
Salyan Rayon Məhkəməsi Qərar — İş №3(057)-1259/2024
24.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver