Məhkəmə qərarları › İş №3(057)-1261/2023

Salyan Rayon Məhkəməsi Qərar — İş №3(057)-1261/2023

27.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Salyan rayon İş № 3(057)-1261/2023 27.12.2023 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Vəsilə Əlövsət qızının sədrliyi, Rzayev Hüseyn Mehman oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs MMC-nin etibarnamə üzrə nümayəndələri X3 və X2, Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala Salyan Rayon Məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən 30 noyabr 2023-cü il tarixli, 00100-03104/23 saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Təqdim olunmuş inzibati xəta haqqında protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, Salyan rayonu Arbatan kəndində qeydiyyatda olan Şəxs MMC həmin hüquqi şəxsin adından bağlanmış 1240LS nömrəli xx.xx.2022-ci il tarixli müqavilə üzrə Bakı Baş Gömrük İdarəsində xx.xx.2022-ci il tarixli , **********5028 sorğu nömrəli gömrük bəyannaməsi ilə 600 (altı yüz) ABŞ dolları dəyərində yükü Azərbaycam Respublikasından ixrac etmiş, lakin qeyd olunan xarici iqtisadi fəaliyyət nəticəsində 600 (altı yüz) ABŞ dolları məbləğində xarici valyuta vəsaitləri Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq Azərbaycan Respublikasının müvəkkil olunmuş bankının hesabına məcburi qaydada köçürülməli olduğu halda köçürülmədiyi müəyyən edilmişdir. Qanunla müəyyən edilmiş qaydada və müddətdə məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının İXM-nin 112.1.4-cü maddəsinə əsaslanaraq, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin etibarnamə üzrə nümayəndələri X6 və X5 ayrı-ayrılıqda izahat verərək, 600 (altı yüz) ABŞ dolları məbləğində xarici valyuta vəsaitini köçürülməli olduğu halda köçürülmədiyini qəbul etmiş və iş üzrə qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdirlər. Bundan başqa, Dövlət Gömrük Komitəsi tərəfindən qeyd olunan protokolun İXM-nin 38.1-ci maddəsinə əsasən müəyyən edilmiş 1 il müddət ötürüldükdən sonra tərtib edilməsini əsas gətirərək müddətin ötməsinin qanunauyğun olub-olmamasının nəzərə alınmasını, qanunauyğun hesab edildiyi halda isə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdirlər. Məhkəmə işdə iştirak edən Şəxs MMC-nin nümayəndələrinin izahatlarını dinləyib, iş materiallarını araşdırıb müəyyən etdi ki, Şəxs MMC tərəfindən xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərini xaricdən qaytarmamışdır. Buna görə də məhkəmə hesab edir ki, Şəxs MMC-nin əməlində Azərbaycan Respublikası İXM-nin 483-cü maddəsində nəzərdə tutulan inzibati xəta tərkibi vardır. Belə ki, iş materiallarında olan Şəxs ilə “LLC OLYMPUS” şirkəti arasında bağlanan 1240LS nömrəli xx.xx.2022-ci il tarixli müqavilənin 1.1-ci bəndinə görə satıcı bu müqavilənin əlavələrində nəzərdə tutulan malları alıcıya satır və alıcı isə öz növbəsində alınan malların dəyərini satıcıya ödəyir. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli gömrük bəyənnaməsindən görünür ki, Şəxs 600 ABŞ dolları dəyərində yükü Azərbaycan Respublikasından ixrac etmişdir. İş materiallarına əlavə edilmiş bildiriş və xəbərdarlıqdan görünür ki, Şəxs MMC konsiqnasiya yolu ilə ixrac olunan malların müqabilində vəsaitlərin onların bəyan olunduğu gündən 180 gün ərzində Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesablarına köçürülməsini təmin etmədikdə Azərbaycan Respublikası İXM-nin 483-cü maddəsinin və Azərbaycan Respublikası CM-nin 208-ci maddəsinin tələblərinə uyğun olaraq Cəmiyyət barəsində müvafiq tədbirlər görüləcəyi barədə xəbərdarlıq olunmuşdur. İş materiallrında olan 00100-03104/23 saylı, 30 noyabr 2023-cü il tarixli inzibati xəta protokoldan görünür ki, Dövlət Gömrük Komitəsinin X1 Sistemi informasiya resursunun banklarla DGK arasında “Forma 3.9.2.1” elektron hesabat sistemindən xx.xx.2023-cü il tarixdə alınmış məlaumata əsasən Şəxs MMC tərəfindən xx.xx.2017-ci il tarixindən xx.xx.2023-cü il tarixədək olan müddət ərzində rəsmiləşdirilən 1 gömrük bəyannaməsi üzrə 600 ABŞ dolları məbləğində vəsaitin müvəkkil bankda olan hesabına köçürülmədiyi göstərilmişdir. Salvan rayonu, Arbatan kəndi ünvanında qeydiyyatda olan Şəxs MMC həmin hüquqi şəxsin adından bağlanmış 1240LS nömrəli, xx.xx.2022-ci il tarixli müqavilə üzrə Bakı Baş Gömrük İdarəsində xx.xx.2022-ci il tarixli, **********5028 sorğu nömrəli gömrük bəyannaməsi ilə 600 ABŞ dolları dəyərində yükü Azərbaycan Respublikasından ixrac etmiş, lakin, qeyd olunan xarici iqtisadi fəaliyyət nəticəsində 600 ABŞ dolları məbləğində xarici valyuta vəsaitləri Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq Azərbaycan Respublikasının müvəkkil edilmiş bankının hesabına məcburi qaydada köçürülməli olduğu halda köçürülmədiyi müəyyən edilmişdir. Beləliklə, iş materialları ilə müəyyən olundu ki, Şəxs Gürcüstan Respublikasında fəaliyyət göstərən “OLYMPUS” LLC şirkəti ilə bağlanılmış 1240LS nömrəli, xx.xx.2022-ci il tarixli müqaviləyə istinad etməklə, ümumilikdə 1 (bir) gömrük bəyannaməsi üzrə xarici iqtisadi fəaliyyət nəticəsində 600 (altı yüz) ABŞ dolları məbləğində xarici valyuta vəsaitləri Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq Azərbaycan Respublikasının müvəkkil olunmuş bankının hesabına məcburi qaydada köçürülməli olduğu halda köçürülməmişdir. Bundan başqa, məhkəmə Dövlət Gömrük Komitəsi tərəfindən qeyd olunan protokolun İXM-nin 38.1-ci maddəsinə əsasən müəyyən edilmiş 1 il müddət ötürüldükdən sonra tərtib edilməsi ilə bağlı fakta hüquqi qiymət verərək hesab edir ki, həmin müddət ötürülməmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun Qərarına əsasən, “Valyuta tənzimi haqqında” Azərbaycan Respublikası Qanununa və Azərbaycan Respublikası Prezidentinin 24 iyun 1997-ci il tarixli, 609 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları”na müvafiq olaraq, xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan xarici valyuta vəsaitlərinin xaricdən qaytarılması qarşılıqlı hesablaşmanın üsulundan asılı olmayaraq 180 gün ərzində təmin olunmalıdır. “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyrirezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 12.1 və 12.2-ci bəndinə əsasən, konsiqnasiya yolu ilə ixracı gömrük orqanlarında bəyan edilməklə aparılır. Konsiqnasiya yolu ilə ixrac əməliyyatları xarici şəxslərlə bağlanmış müqaviləyə əsasən ixrac olunmuş malların (işlərin, xidmətlərin) müqabilində vəsaitlərin müəyyən edilmiş müddət ərzində ixracatçıya ödənilməsini nəzərdə tutur. Hüquqi və fiziki şəxslər konsiqnasiya yolu ilə ixrac etdikləri malların (işlərin, xidmətlərin) müqabilində vəsaitlərin onların bəyan olunduğu gündən 180 (yüz səksən) gün ərzində Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesablarına köçürülməsini təmin etməlidirlər. Belə olan halda, mallar (işlər, xidmətlər) bəyan edildiyi gündən Qaydalarla müəyyən edilmiş müddət ərzində (180 gün) ixrac olunan malların müqabilində məcburi qaydada köçürülməli olan valyuta vəsaiti geri qaytarılmadıqda, növbəti gün artıq inzibati xətanın törədildiyi gün kimi qəbul edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 28.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. Gömrük qaydaları əleyhinə olan inzibati xətalara görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Hazırkı iş üzrə inzibati xəta hadisəsi xx.xx.2022-ci il tarixdə baş vermiş və xx.xx.2022-ci il tarixdə tarixdə bəyan edimişdir. Həmin tarixdən hesablanmaqla, 180 gün müddətin bitdiyi gün, yəni xx.xx.2023-cü il tarixin səhəri günündən, yəni xx.xx.2023-cü il tarixdə şəxsin əməlində AR İXM-nin 483-cü maddəsinin tərkibi yaranır. Şəxs İXM-nin 483-cü maddəsi ilə bir il ərzində inzibati məsuliyyətə cəlb edilə bildiyindən, həmin tarixdən hesablanmaqla, 01 il müddət xx.xx.2024-cü il tarixdə bitir. Göründüyü kimi, inzibati məsuliyyətə cəlb etmə müddəti keçməmişdir. Azərbaycan Respublikası İXM-nın 483-cü maddəsinə əsasən, xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin otuz faizindən əlli faizinədək məbləğdə cərimə edilir. İXM-in 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında Şəxs MMC-nin məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs MMC 483-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməli və barəsində inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin qırx faizi məbləğində, yəni 240 ABŞ dolları məbləğində cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Azərbaycan Respublikasının Mərkəzi Bankının https://www.cbar.az rəsmi saytından görünür ki, xx.xx.2023-cü il tarixə 1 ABŞ dolları 1,70 AZN olmuşdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin qırx faizi məbləğində, yəni 240 ABŞ dolları məbləğində cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Cərimə məbləği ödəniş gününə olan məzənnə üzrə manatla tutularaq Bakı Baş Gömrük İdarəsinin aşağıdakı hesabına köçürülsün: X4 KOD: 210005, VÖEN: **********, Müxbir hesab: AZ41NABZ******************** S.W.İ.F.T: CTREAZ22, Adı Bakı Baş Gömrük İdarəsi (cərimə); Hesab nömrəsi: AZ49CTRE********************; VÖEN: **********; D3 qrafası Büdcə təsnifatının kodu-142533, D4 qrafası-Büdcə səviyyəsinin kodu-7. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Salyan Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və protest verilmədikdə qərardan şikayətin verilməsi müddətinin bitdiyi gün qərar qanuni qüvvəyə minir. Sədrlik edən: Vəsilə Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar