Məhkəmə qərarları › İş №3(057)-1261/2024

Salyan Rayon Məhkəməsi Qərar — İş №3(057)-1261/2024

28.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Salyan rayon İş № 3(057)-1261/2024 28.12.2024 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Vəsilə Əlövsət qızının sədrliyi, Rzayev Hüseyn Mehman oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs iştirakı ilə, xx.xx.1984-cü ildə Neftçala rayonu, Şorkənd kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, "xxxx" MMC-də dezinfektor işləyən, Neftçala rayonu, Şorkənd kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 272.3 və 590.1-ci maddələri ilə maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Salyan Rayon Polis Şöbəsindən daxil olan xx.xx.2024-cü il tarixli, MN 1954183/1104 saylı və xx.xx.2024-cü il tarixli, MN 1954180/1105 saylı inzibati xəta haqqında protokollara Salyan Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şəxs barəsində Salyan Rayon Polis Şöbəsinin İTB tərəfindən Azərbaycan Respublikasının İXM-nin 272.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair xx.xx.2024-cü il tarixli, MN 1954180/1105 saylı və Azərbaycan Respublikasının İXM-nin 590.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair xx.xx.2024-cü il tarixli, MN 1954183/1104 saylı inzibati xəta haqqında protokollar tərtib edilərək baxılması üçün Salyan Rayon Məhkəməsinə göndərilmişdir. Təqdim edilmiş inzibati xəta haqqında protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə özünəməxsus “10KA0426” nömrəli mülkü ov silahını Salyan rayon Çuxanlı kənd ərazisində saxlanması və daşıması qaydalarını pozmuşdur. Bundan başqa, o, vətəndaş Şəxs xx.xx.2024-cü il tarixdə Şəxs xx.xx.2024-cü il tarixdə özünəməxsus ov silahı ilə Salyan rayon Çuxanlı kənd ərazisində çöl quşunun qanunsuz ovlanması qaydalarını pozmuşdur. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirmişdir ki, o, hazırda kənd təsərüfatı işləri ilə məşğul olaraq ailəsini saxlayır. Özünə məxsus rəsmi sənədlə 1 ədəd, tək lüləli, 12-kalibrli, Türkiyyə istehsalı olan 14-03159 nömrəli ov tüfəngi var. Həmin tüfəngi daimi evdə saxlayır. Arabir vaxtı olanda çöl quşları ovlamağa gedir. Həmkəndlisi və dostu X5 kəndinin çöllük ərazisində balıq gölünə nəzarət edir. 12 dekabr 2024-cü il tarixdə saat 22 radələrində Rza Güləliyev ilə qabaqcadan danışdığı kimi çöldə onun nəzarət etdiyi balıq gölünün yaxınlığında görüşərək birlikdə həmin ərazinin çöllük sahəsində yerləşən digər sahibsiz gölün ətrafını gəzərək çöl quşları ovlamağa getmiş, özü ilə 1-ədəd, tək lüləli, 12-kalibrli, 14-03159 nömrəli ov tüfəngi və 15 ədəd patronlar götürmüşdü. Rza ilə birlikdə növbəli şəkildə tüfəngi birbirinə verməklə hərəsinə 4-ədəd olmaqla, ümumilikdə 8-ədəd qaşqaladaq çöl quşu ovlamışdır. Bu zaman həmin ərazidə xidmət aparan Sahib, İsa və Fərid adlı polis əməkdaşlarının yaxınlaşmasını görüb ehtiyat edərək qaçıb uzaqlaşmağa çalışsada, polis əməkdaşları onları saxlayaraq sorğu sual etdikdə Rza ilə birlikdə özünün ov tüfəngi ilə ov etməsini onlara bildirəndə Rza yaxınlığdakı balıq gölündə nəzarətçi işləməsini deyərək balıq gölünün yaxınlığında qaldığı otaqda saxladığı özünə məxsus 1-ədəd,12 kalibrli, qoşa lüləli, ** KA ***6 nömrəli silahını götürərək rayon polis şöbəsinə gəlmişdir. Ov edərkən həmin ov tüfəngdən istifadə etməmişdir. Götürdüyü 15 ədəd patronlardan 11 ədədini istifadə etməklə, cəmi 4-ədəd patronu qalmışdır. Həmin tüfəngə dair bütün sənədləri tam qaydasındadır. Həmin ov tüfənginin sənədini təqdim edə bilər. Bütün bunlara baxmayaraq peşmandır, hal-hazırda ov etmək qadağandır, ov etmək açıq deyil, ov etmə ilə bağlı heç bir rəsmi icazə sənədi yoxdur. Məhkəmə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxsin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs İnzibati Xətalar Məcəlləsinin 272.3 və 590.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi özünün və zərərçəkmiş şəxsin izahatları ilə yanaşı, iş materiallarında olan digər sənədlərlə tam sübuta yetirilmişdir. Belə ki, İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş; xx.xx.2024-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərarın surətindən görünür ki, Salyan rayon polis şöbəsinin post patrul xidməti bölüyünün polis nəfəri, polis serjantı X3 xx.xx.2024-cü il tarixli raportu əsasında toplanmış material üzrə cinayət işinin başlanması cinayət tərkibi olmadığına görə rədd edilməsi, Neftçala rayonu, Şorkənd kəndində yaşayan X2 və Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü və 590.1-ci maddələri ilə inzibati qaydada müvafiq tədbir görülməsi üçün qərar Salyan RPŞ-nin X1 verilmişdir. xx.xx.2024-cü il tarixli, MN 1954183/1104 saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə özünəməxsus “10KA0426” nömrəli mülkü ov silahını Salyan rayon Çuxanlı kənd ərazisində saxlanması və daşıması qaydalarını pozmuşdur. xx.xx.2024-cü il tarixli, MN 1954180/1105 saylı inzibati xəta haqqında protokoldan görünür ki, vətəndaş Şəxs xx.xx.2024-cü il tarixdə Şəxs xx.xx.2024-cü il tarixdə özünəməxsus ov silahı ilə Salyan rayon Çuxanlı kənd ərazisində çöl quşunun qanunsuz ovlanması qaydalarını pozmuşdur. xx.xx.2024-cü il tarixli, MN № ******* saylı qərardaddan görünür ki, Azərbaycan Respublikasının İXM-nin 272.3 və 590.1-ci maddələrində nəzərdə tutulmuş inzibati tənbeh növü məhkəmə səlahiyyətinə aid olduğu üçün Salyan Rayon Məhkəməsinə göndərilmişdir. Beləliklə, iş materiallarını nəzərdən keçirib, hesab edirəm ki, Şəxs həqiqətən də, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 272.3 və 590.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətmişdir, o, həmin maddələrlə təqsirli bilinməli, aşağıdakı əsaslara görə onun barəsində həmin xətalardan daha ciddi xətaya görə, yəni İXM-nin 272.3-cü maddəsi ilə müəyyən edilmiş sanksiya çərçivəsində inzibati tənbeh tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin; 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 32.1.3-cü maddəsinə əsasən, inzibati xətanın hamilə qadın və ya himayəsində azyaşlı uşağı olan qadın tərəfindən törədilməsi inzibati tənbeh tətbiq edilərkən, məsuliyyəti yüngülləşdirən hallardan biri hesab edilir. 34.3-cü maddəsinə əsasən, şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 272.3-cü maddəsinə əsasən, Ov qaydalarının kobud şəkildə pozulmasına (lazımi icazə olmadan və ya qadağan edilmiş yerlərdə, yaxud qadağan olunmuş müddətlərdə, qadağan edilmiş alətlərlə və ya üsullarla ov edilməsinə), habelə digər ov qaydalarının müntəzəm pozulmasına görə inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetlər müsadirə edilməklə və ya müsadirə edilməməklə, min manatdan iki min manatadək məbləğdə cərimə edilir, yaxud altı aydan iki ilədək müddətə ov hüququ məhdudlaşdırılır. 590.1-ci maddəsinə əsasən, Müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almış şəxslər tərəfindən mülki silahın və ya onun üçün döyüş sursatının saxlanılması, daşınması və ya satılması qaydalarının pozulmasına görə silah və döyüş sursatı müsadirə edilməklə və ya edilməməklə əlli manatdan yetmiş manatadək məbləğdə cərimə edilir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsi məsələsi müzakirə edilərkən, məhkəmə onun əməlindən səmimi peşmançılıq keçirməsini və himayəsində bir azyaşlı və iki on dörd yaşınadək uşaqlarının olmasını məsuliyyəti yüngülləşdirən hal kimi nəzər alır, ağırlaşdıran hallar isə müəyyən edilməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini, himayəsində bir azyaşlı və iki on dörd yaşınadək uşaqlarının olmasını və işin digər hallarını nəzərə alaraq onun barəsində cərimə növündə inzibati tənbeh tətbiq edilməsini məqsədəmüvafiq hesab edirəm. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 272.3 və 590.1-ci maddələri ilə təqsirli bilinib, həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən, İXM-nin 272.3cü maddəsi ilə 1000 (min) manat məbləğində cərimə edilsin. Qərarın surətinin təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Salyan Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Vəsilə Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar