Azərbaycan Respublikası adından QƏRAR Salyan rayon İş № 3(057)-1262/2024 28.12.2024 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlunun sədrliyi, Rəhimov Səftər Rəhim oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə xx.xx.1985-ci ildə Neftçala rayonunda doğulmuş, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, Azərbaycan Respublikası vətəndaşı, Neftçala rayonu, Şorkənd kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3 və 590.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Salyan Rayon Polis Şöbəsindən daxil olan 24 dekabr 2024-cü il tarixli, MN № 1954182/1103 və 24 dekabr 2024-cü il tarixli, MN № 1954181/1102 saylı inzibati xəta haqqında protokollara açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Salyan RPŞ-nin İTB-nin sahə rəisi, polis leytenantı X1 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra – İXM) 272.3-cü maddəsi ilə MN seryalı № 1954182/1103 saylı, 24 dekabr 2024-cü il tarixli inzibati xəta haqqında protokol və İXM 590.1-ci maddəsi ilə MN seryalı № 1954181/1102 saylı, 24 dekabr 2024-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək, baxılması üçün 25 dekabr 2024-cü il tarixdə məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında MN seryalı № 1954182/1103 saylı, 24 dekabr 2024-cü il tarixli protokoldan görünür ki, vətəndaş Şəxs xx.xx.2024-cü il tarixdə, özünə məxsus ov silahı ilə Salyan rayonu, Çuxanlı kəndi ərazisində çöl quşlarını qanunsuz olaraq ovlayaraq, ov qaydalarını pozmuşdur. Bununla əlaqədar Salyan RPŞ-nin İTB-nin sahə rəisi, polis leytenantı X1 tərəfindən İXM-in 272.3-cü maddəsi ilə MN seryalı № 1954182/1103 saylı, 24 dekabr 2024-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilmişdir. İnzibati xəta haqqında MN seryalı № 1954181/1102 saylı, 24 dekabr 2024-cü il tarixli protokoldan görünür ki, vətəndaş Şəxs xx.xx.2024-cü il tarixdə özünə məxsus “** KA ***6” nömrəli ov silahını Salyan rayonu, Çuxanlı kəndi ərazisində saxlaması və daşıması qaydalarını pozmuşdur. Bununla əlaqədar Salyan RPŞ-nin İTB-nin sahə rəisi, polis leytenantı X1 tərəfindən İXM-in 590.1-ci maddəsi ilə MN seryalı № 1954181/1102 saylı, 24 dekabr 2024-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs bildirdi ki, xx.xx.2024-cü il tarixdə dostu X5 ona zəng edərək ova getmələrini bildirmişdir. Dostu Namik piyada olduğu üçün onu motosikletlə aparmışdır. Ova gedən zaman ov silahını aparmamışdır. Ov silahı Namikin olmuşdur. Həmin ov silahı ilə ümumilikdə 8 ədəd qaşqaldaq quşunu ovlamışlar. Həmin vaxt ora polis əməkdaşları gəlmişdir. Həmin vaxt yağış yağdığı üçün polis əməkdaşları islanmışlar. Ona görə də, polislərə təklif etmişdir ki, yaxınlıqda olan balıq gölünün gözətçi otağında qızınsınlar. Özü Vüqar adlı şəxsin balıq gölündə gözətçilik edir. Birlikdə gözətçi otağına getmişlər. Onlar orda olarkən polis əməkdaşlarından biri oranın konumunu başqa polis əməkdaşlarına göndərmişdir. Polis əməkdaşları gəldikdən sonra otaqda olan ona məxsus ov silahını polis əməkdaşları götürərək şöbəyə aparmışlar. Onun ovçuluq bileti var. Cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardan xəbərdardır, qərardan şikayət vermək fikri yoxdur. Ovçuluq onun peşəsi deyil və ovçuluqla ailəsini dolandırmır. Özü fərdi əməklə məşğul olur, evlidir. Törətdiyi inzibati xətaya görə özünü təqsirli bilir. Əməlindən peşmandır. Göstərilənlərin nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmasına baxmayaraq, inzibati xəta haqqında protokolu tərtib etmiş Salyan Rayon Polis Şöbəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və məhkəmə iclasının təxirə salınması barədə ondan vəsatət daxil olmamışdır. İXM-in 112.1.4-cü maddəsinə əsaslanaraq, inzibati xəta haqqında protokolu tərtib etmiş Salyan Rayon Polis Şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 21 dekabr 2024-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, toplanmış material üzrə əməllərində cinayət tərkibi olmadığından Şəxs barəsində cinayət işinin başlanmasını rədd edilməsi, toplanmış material üzrə Şəxs İXM-in 272.3-cü və 590.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb olunması qərara alınmışdır. İş materiallarında görünür ki, 12 kalibirli, Türkiyə istehsalı olan, qoşa lüləli, “** KA ***6” nömrəli ov silahı Şəxs məxsusdur. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Şirvan Milli Parkının xx.xx.2024-cü il tarixli, 246 nömrəli məktubuna əsasən Şəxs və X5 tərəfindən hərəsi 4 ədəd olmaqla, ümumilikdə 8 ədəd qaşqaldaq quşunun qanunsuz ovlanması nəticəsində dəymiş ziyan Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2024-cü il tarixli 176 saylı qərarına əsasən 1 ədəd qaşqaldaq 5,5 manat olmaqla, 8 ədəd ədəd qaşqaldaq çöl quşunun ovlanması nəticəsində təbiətə 44 (qırx dörd) manat məbləğində ziyan vurulmuşdur. Məhkəmə iş materiallarını tam şəkildə tədqiq edərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs həmin hərəkətləri ilə İXM-in 272.3-cü və 590.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətmişdir, o, həmin maddə ilə təqsirli bilinməli və barəsində inzibati tənbeh tətbiq edilməlidir. İXM-in 272.3-cü maddəsinə əsasən ov qaydalarının kobud şəkildə pozulmasına (lazımi icazə olmadan və ya qadağan edilmiş yerlərdə, yaxud qadağan olunmuş müddətlərdə, qadağan edilmiş alətlərlə və ya üsullarla ov edilməsinə), habelə digər ov qaydalarının müntəzəm pozulmasına görə inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetlər müsadirə edilməklə və ya müsadirə edilməməklə, min manatdan iki min manatadək məbləğdə cərimə edilir, yaxud altı aydan iki ilədək müddətə ov hüququ məhdudlaşdırılır. İXM-in 590.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almış şəxslər tərəfindən mülki silahın və ya onun üçün döyüş sursatının saxlanılması, daşınması və ya satılması qaydalarının pozulmasına görə - silah və döyüş sursatı müsadirə edilməklə və ya edilməməklə əlli manatdan yetmiş manatadək məbləğdə cərimə edilir. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Məhkəmə, İXM-in 32-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hal müəyyən edilməmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlində İXM-in 33-cü maddəsinə əsasən inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. İXM-in 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. İXM-in 31.4-cü maddəsinə əsasən, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. İXM-in 34.2-ci maddəsinə əsasən, şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. İXM-in 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər İXM-in 34.4-cü maddəsinə əsasən, şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, barəsində inzibati icraat aparılan şəxsə tətbiq olunan tənbeh bu Məcəllənin 25.4, 27.1, 28.3, 29.3 və 30.1-ci maddələrində müəyyən edilmiş hədlərdən artıq ola bilməz. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Şəxs xx.xx.2024-cü il tarixdə özünə məxsus “** KA ***6” nömrəli ov silahından ov edərkən istifadə etməmişdir. O, X3 məxsus tüfəngdən istifadə etməklə 4 ədəd qaşqaldaq çöl quşu ovlamışdır. Beləliklə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs İXM-in 272.3 və 590.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsi sübuta yetdiyindən, məhkəmə hesab edir ki, Şəxs İXM-in 272.3-cü və 590.1-ci maddələri ilə təqsirli bilinməli və İXM-nin 34.3-cü maddəsinin tələbləri nəzərə alınmaqla, X2 İXM-in 272.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə tənbeh növünün tətbiq edilməsi məqsədəmüvafiqdir. Əlavə olaraq Şəxs məxsus 1 ədəd 12 kalibirli, Türkiyə istehsalı olan, qoşa lüləli, “** KA ***6” nömrəli ov silahı ilə inzibati xəta törədilmədiyi üçün, ona məxsus olan ov silahı müsadirə edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 114, 115, 117 və 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 272.3 və 590.1-ci maddələri ilə təqsirli bilinib, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsi ilə 1000 (min) manat məbləğində cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət verilmədikdə qərardan şikayətin verilməsi müddətinin bitdiyi gün qərar qanuni qüvvəyə minir. Hakim: Ənnağı Məmmədli
Məhkəmə qərarları › İş №3(057)-1262/2024
Salyan Rayon Məhkəməsi Qərar — İş №3(057)-1262/2024
28.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver