Azərbaycan Respublikası adından QƏRARDAD Salyan rayon İş № 3(057)-1266/2024 28.12.2024 SALYAN RAYON MƏHKƏMƏSİ Mən, Salyan rayon məhkəməsinin hakimi Əliyeva Vəsilə Əlövsət qızı, xx.xx.1987-ci ildə Salyan rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Salyan şəhəri Ə.Quliyev küçəsi ev 6, mənzil 38-də qeydiyyatda olan X1 haqqında Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə Salyan rayon icra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materialları Salyan Rayon Məhkəməsinin inzibati binasında nəzərdən keçirib, M Ü Ə Y Y Ə N E T D İ M: X1 tərəfindən Azərbaysan Respublikası İnzibati Xətalar Məsəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi barədə tərtib olunmuş 28 dekabr 2N24-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar baxılması üçün Salyan Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər aidiyyəti üzrə Cəlilabad Hərbi Məhkəməsinə göndərilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş “N” nömrəli hərbi hissə tərəfindən verilmiş MN ******* nömrəli şəxsi vəsiqədən görünür ki, Şəxs Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdədir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Hərbi Hissəsinin komandiri mayor Cahangir Əliyev tərəfindən verilmiş 27 dekabr 2N24-cü il tarixli, 654 nömrəli istirahət vərəqəsindən görünür ki, mayor Şəxs 4 (dörd) gün müddətinə xx.xx.2N24-cü ildən xx.xx.2N24-cü ilədək istirahət verilib. İstirahət müddəti qurtardıqda Şəxs xx.xx.2N24-cü ildə xidməti yerinə qayıtmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43.4-cü maddəsinə əsasən, bu Məcəllənin 61N-618-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə, habelə bu Məcəllənin 43.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaları hərbi qulluqçular və toplanışa çağırılmış hərbi vəzifəlilər törətdikdə, inzibati xətalar haqqında işlərə hərbi məhkəmələr baxır. Həmin Məcəllənin 11N.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. Həmin Məcəllənin 114.3-cü maddəsinə əsasən, inzibati xəta haqqında işə baxılma hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid olmadıqda, inzibati xəta haqqında işin aidiyyəti üzrə hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi barədə qərardad çıxarılır. Göründüyü kimi, icra məmuru Coşqun İsmayılov tərəfindən AR İXM-nin 528.1-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında işə baxılması Salyan Rayon Məhkəməsinin səlahiyyətinə aid deyildir. Odur ki, məhkəmə hesab edir ki, həmin inzibati xəta haqqında iş aidiyyəti üzrə inzibati xətanın baş verdiyi ərazi üzrə Cəlilabad Hərbi Məhkəməsinə göndərilməlidir. Yuxarıda qeyd olunanlara və AR İnzibati Xətalar Məcəlləsinin 43.4, 11N.1 və 114.3cü maddələrinə əsasən, məhkəmə Q Ə R A R A A L D İ: X1 barəsində Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsi ilə Salyan rayon icra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında 28 dekabr 2N24-cü il tarixli, MN ******* nömrəli protokol və ona əlavə edilmiş sənədlər aidiyyəti üzrə Cəlilabad Hərbi Məhkəməsinə göndərilsin. Hakim: Vəsilə Əliyeva
Məhkəmə qərarları › İş №3(057)-1266/2024
Salyan Rayon Məhkəməsi Qərardad — İş №3(057)-1266/2024
28.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver