Azərbaycan Respublikası adından QƏRAR Salyan rayon İş № 3(057)-1276/2025 26.11.2025 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Vəsilə Əlövsət qızının sədrliyi, İsmayılov Şirin Elton oğlunun katibliyi, Salyan rayon icra və probasiya şöbəsinin böyük icra məmuru X3, Barəsində inzibati xəta haqqında icraat aparılna şəxs Şəxs iştirakları ilə, xx.xx.1984-cü ildə Salyan rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs haqqında Salyan rayon icra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş üzrə materiallara Salyan Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şəxs barəsində Salyan rayon icra və probasiya şöbəsi tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair 26 noyabr 2025-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Salyan Rayon Məhkəməsinə göndərilmişdir. Təqdim edilmiş inzibati xəta haqqında protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, Salyan rayon Məhkəməsinin 2(057)-1437/2024 saylı xx.xx.2024cü il tarixli icra vərəqəsinə əsasən Şəxs cəmi 2180 manat pulu Zərərçəkmiş şəxs4 tam qaydada ödəməkdən imtina edir. Salyan rayon Məhkəməsinin 2(057)-768/2024 saylı xx.xx.2024-cü il tarixli icra vərəqəsinə əsasən cəmi 5142,86 manat kredit borcunu Zərərçəkmiş şəxs1 ASC-yə, Salyan rayon Məhkəməsinin 2(057)-543/2020 saylı və 2(106)-2342/2021 saylı, 11 iyun 2020-ci il tarixli icra vərəqəsinə əsasən 1499.86 manat kredit borcunu Zərərçəkmiş şəxs2 ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması fonduna, Salyan rayon Məhkəməsinin 2(057)-515/2023 saylı xx.xx.2013-cü il tarixli icra vərəqəsinə əsasən cəmi 4658.6 manat kredit borcunu Zərərçəkmiş şəxs3 ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması fonduna Şəxs tam qaydada ödəməkdən imtina edir. Məhkəmə iclasında Salyan rayon icra və probasiya şöbəsinin böyük icra məmuru X4 öz izahatında tərtib etdiyi izibati xəta haqqında protokolu müdafiə edərək, Şəxs barəsində qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək, işsiz olduğu üçün tələb olunan borcunu ödəyə bilməmiş, noyabr ayının 18-də tələbkar Zərərçəkmiş şəxs4 1000 manat ödəmiş, hazırda 2180 manat borcu qalmışdır. Yanvar ayında qalan borcu tam qaydada ödəyəcəyinə söz verir. Banklara olan borcu da yenidən müqavilə bağlayaraq hər ay 100-200 manat ödəyəcəkdir. Odur ki, məhkəmədən ona köməklik göstərilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi özünün etirafedici izahatı ilə yanaşı, iş materiallarında olan digər sənədlərlə tam sübuta yetirilmişdir. Belə ki, İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş; Salyan Rayon Məhkəməsinin 2(057)-1437/2024 saylı xx.xx.2024-cü il tarixli icra sənədindən görünür ki, cavabdeh Şəxs 6000 (altı min) manat pul və ödənilmiş 80 (səksən) manat məbləğində dövlət rüsumunun əvəzi alınaraq iddiaçı Zərərçəkmiş şəxs4 ödənilməlidir. “İcraata başlamaq haqqında” xx.xx.2024-cü il tarixli qərarın surətindən görünür ki, Salyan Rayon Məhkəməsinin 2(057)-1437/2024 saylı xx.xx.2024-cü il tarixli icra vərəqəsi əsasında iş üzrə icraat başlanılmış və həmin tarixdə borcluya tələbin könüllü icrası haqqında bildiriş göndərilmişdir. Salyan rayon icra və probasiya şöbəsi tərəfindən borclu Şəxs ünvanlanmış xx.xx.2024-cü il tarixli bildirişin surətindən görünür ki, Salyan Rayon Məhkəməsinin 2(057)- 1437/2024 saylı xx.xx.2024-cü il tarixli icra sənədi üzrə tələbin könüllü icra edilməsi üçün həmin şəxsə 10 gün müddət verilmişdir. Borclu Şəxs Salyan rayon icra və probasiya şöbəsinə verdiyi xx.xx.2024-cü il tarixli izahatın surətindən görünür ki, icra sənədi barədə xəbərdardır. İcra sənədi üzrə tələbi bu günədək tam şəkildə icra etməməyinin səbəbi işsiz olması və maddi imkanının olmamasıdır. İcra sənədi üzrə bu günədək heç bir ödəniş etməmişdir. İcra sənədi üzrə tələbi tam şəkildə ödəməyə imkanı yoxdur. Şəxs tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli iltizamın surətindən görünür ki, Salyan Rayon Məhkəməsinin 2(057)-1437/2024 saylı xx.xx.2024-cü il tarixli icra vərəqəsinə əsasən ondan cəmi 6080 manat pulun alınaraq Zərərçəkmiş şəxs4 ödənilməsi qərara alınmışdır. Borcun ödənilməsi barədə icra məmururun bildirişini almışdır. Borcunu ödəməkdən imtina etmir. xx.xx.2024-cü il tarixdə borcundan 1000 manat hissəsini, sonrakı aylarda isə hər ay 1000 manat olmaqla borcunu ödəyəcəyinə söz vermişdir. Əks halda məsuliyyət barədə xəbərdar edilmişdir. Borclu Şəxs Salyan rayon icra və probasiya şöbəsinə verdiyi xx.xx.2025-ci il tarixli izahatın surətindən görünür ki, icra sənədi barədə xəbərdardır. İcra sənədi üzrə tələbi bu günədək tam şəkildə icra etməməyinin səbəbi maddi imkanın olmamasıdır. İcra sənədi üzrə bu günədək 1000 manat ödəniş etmişdir. İcra sənədi üzrə tələbi tam şəkildə ödəməyə maddi imkanı yoxdur. Borcunu hər ay 1000 manat olmaqla ödəyir. Salyan Rayon Məhkəməsinin 3(057)-230/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 500 (beş yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməsi qərara alınmışdır. Salyan Rayon Məhkəməsinin 8(057)-35/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarından görünür ki, xx xxxx 1984-cü il tarixdə Salyan rayonunda anadan olmuş, Salyan şəhəri Y.Zərgərli küçəsi ev 125-də qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikasından getmək hüququ müvəqqəti məhdudlaşdırılması qərara alınmışdır. xx.xx.2025-ci tarixli “borclunun axtarışı haqqında” qərarın surətindən görünür ki, borclu xx.xx.1984-cü il təvəllüdlü, ünvan 4 ünvanında qeydiyyatda olan Şəxs barəsində axtarış elan edilməsi qərara alınmışdır. Borclu Şəxs Salyan rayon icra və probasiya şöbəsinə verdiyi xx.xx.2025-ci il tarixli izahatın surətindən görünür ki, o bu günə kimi borcundan 2900 manat hissə-hissə ödəmişdir. Ödənilməmiş 3100 manat borcu qalmışdır. Qalan borcunu ödəməkdən imtina etmir. Borcundan 2025-ci il avqust ayının sonuna kimi 1500 manat Məryəm Məqsəd qızına ödəyəcəyinə söz vermişdir. Əks halda təkrarən inzibati məsuliyyətə cəlb olunacağı barədə xəbərdar edilmişdir. Borclu Şəxs Salyan rayon icra və probasiya şöbəsinə verdiyi xx.xx.2025-ci il tarixli izahatın surətindən görünür ki, icra sənədində göstərilən borcdan 3900 manat hissəsini ödəmişdir. Ödənilməmiş 2180 manat borcu qalmışdır. Borcunu ödəməkdən imtina etmir. Lakin həmin məbləği tam qaydada ödəməyə imkanı yoxdur. Borcundan hər ay hissə-hissə ödəyə bilər. Bundan əlavə kredit borcları ilə əlaqədar olaraq banklara müraciət edərək yeni qrafik açdıraraq ona uyğun ödənişləri həyata keçirəcəkdir. Əks halda məsuliyyət ona izah olunmuşdur. Salyan rayon Məhkəməsinin 2(057)-543/2020 saylı və 2(106)-2342/2021 saylı, 11 iyun 2020-ci il tarixli icra vərəqəsindən görünür ki, cavabdehlər Şəxs və X2 903 manat əsas borc, faiz borcu üzrə 436.37 manat, hesablanmış cərimə borcuna görə 5 manat və iddia tələbinin təmin olunmuş hissəsinə mütanasib olaraq ödənilmiş dövlət rüsumu əvəzində 17.35 manat müştərək qaydada tutularaq Ləğv prosessində olan Zərərçəkmiş şəxs2 Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi X1 hesabına köçürülməli, Şirvan Apelyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(106)-2342/2021 saylı qətnaməsinə əsasən Salyan Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(057)-543/2020 qətnaməsi müqavilə müddətinin bitməsindən sonrakı müddət üçün faiz məbləğinin təmin edilməməsi hissəsində ləğv edilməli və həmin hissədə iddia təmin edilməlidir. Cavabdehlər Şəxs və X2 müştərək qaydada 137.15 manat məbləğində pul müştərək qaydada tutularaq Zərərçəkmiş şəxs2 ASC-yə ödənilməlidir. “İcraata başlamaq haqqında” xx.xx.2022-ci il tarixli qərarın surətindən görünür ki, Salyan Rayon Məhkəməsinin 2(057)-543/2020 saylı xx.xx.2020-ci il tarixli icra vərəqəsi əsasında iş üzrə icraat başlanılmış və həmin tarixdə borcluya tələbin könüllü icrası haqqında bildiriş göndərilmişdir. Salyan rayon icra və probasiya şöbəsi tərəfindən borclu Şəxs ünvanlanmış xx.xx.2022-ci il tarixli bildirişin surətindən görünür ki, Salyan Rayon Məhkəməsinin 2(057)- 543/2020 saylı xx.xx.2020-ci il tarixli icra sənədi üzrə tələbin könüllü icra edilməsi üçün həmin şəxsə 10 gün müddət verilmişdir. Salyan Rayon Məhkəməsinin 2(057)-768/2024 saylı xx.xx.2024-cü il tarixli icra sənədindən görünür ki, Şəxs 4579,92 manat əsas, 492,22 manat faiz, cəmi 5072,14 manat və ödənilmiş 70,72 manat dövlət rüsumunun tutularaq iddiaçı Zərərçəkmiş şəxs1 Açıq Səhmdar Cəmiyyətinin hesabına keçirilməlidir. “İcraata başlamaq haqqında” xx.xx.2024-cü il tarixli qərarın surətindən görünür ki, Salyan Rayon Məhkəməsinin 2(057)-768/2024 saylı xx.xx.2024-cü il tarixli icra vərəqəsi əsasında iş üzrə icraat başlanılmış və həmin tarixdə borcluya tələbin könüllü icrası haqqında bildiriş göndərilmişdir. Salyan rayon icra və probasiya şöbəsi tərəfindən borclu Şəxs ünvanlanmış xx.xx.2024-cü il tarixli bildirişin surətindən görünür ki, Salyan Rayon Məhkəməsinin 2(057)- 768/2024 saylı xx.xx.2024-cü il tarixli icra sənədi üzrə tələbin könüllü icra edilməsi üçün həmin şəxsə 10 gün müddət verilmişdir. Salyan rayon Məhkəməsinin 2(057)-515/2023 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsindən görünür ki, Şəxs 4512, 04 manat əsas, 80,10 manat faiz olmaqla, cəmi 4592,14 manat (dörd min beş yüz doxsan iki manat on dörd qəpik) məbləğində borc və dövlət rüsumu olaraq ödənilmiş 66,46 manat (altmış altı manat qırx altı qəpik) məbləğində pul vəsaiti tutularaq LPO Zərərçəkmiş şəxs3 ASC-nin hesabına keçirilməsi qət edilmişdir. “İcraata başlamaq haqqında” xx.xx.2023-cü il tarixli qərarın surətindən görünür ki, Salyan Rayon Məhkəməsinin 2(057)-515/2023 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsi əsasında iş üzrə icraat başlanılmış və həmin tarixdə borcluya tələbin könüllü icrası haqqında bildiriş göndərilmişdir. Salyan rayon icra və probasiya şöbəsi tərəfindən borclu Şəxs ünvanlanmış xx.xx.2023-cü il tarixli bildirişin surətindən görünür ki, Salyan Rayon Məhkəməsinin 2(057)- 515/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə tələbin könüllü icra edilməsi üçün həmin şəxsə 10 gün müddət verilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin; 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.4-cü maddəsinə əsasən, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 528.1-ci maddəsinə əsasən, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. 528.1-1-ci maddəsinə əsasən, bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsinə görə fiziki şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İ və İİ hissələrinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Məhkəmə qərarlarının icrasının məcburiliyi “Məhkəmələr və hakimlər haqqında” qanunun 5-ci maddəsində də əks olunmuşdur. Həmin maddəyə əsasən məhkəmələr baxılmış işlər üzrə Azərbaycan Respublikası adından qətnamələr, hökmlər, qərardadlar və qərarlar çıxarırlar. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməməsi Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsində göstərildiyi kimi, «Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar». Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. «İcra məmurları haqqında» Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən icra məmurlarının öz səlahiyyətləri hüdudunda irəli sürdükləri tələblər Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər üçün məcburidir. İcra məmurlarının qanuni tələblərini yerinə yetirməyən, ona həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər qanunvericiliklə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Məhkəmə iclasında tədqiq edilmiş materiallar, icra məmurunun və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatları ilə sübuta yetirilmişdir ki, Şəxs icra sənədi ilə üzərinə qoyulmuş öhdəliyini üzrsüz səbəbdən yerinə yetirməyərək icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra sənədlərinin icrasını təmin etməmişdir. Bununla da, Şəxs borcun icra sənədində göstərildiyi qaydada ödənilməsini təmin etməmiş, borcun ödənilməsinə laqeydlik göstərmiş və icra vərəqəsinin icrasına səhlənkar yanaşmışdır. Bu isə öz növbəsində keçən müddət ərzində icrası məcburi olan Azərbaycan Respublikası adından qəbul edilmiş məhkəmə aktlarına vətəndaşın səthi və etinasız yanaşmasına dəlalət edir. Məhkəmə onu da xüsusi olaraq vurğulayır ki, şəxsin dövlət adından çıxarılmış məhkəmə qətnaməsinə etinasız yanaşmasının ictimai təhlükəliliyi ondan ibarətdir ki, bu hərəkətlərə yol verməklə o, məhkəmə orqanlarını nüfuzdan salır və bununla da, vətəndaşların məhkəmə sisteminə inamını azaldır. Beləliklə, məhkəmə iş materiallarını nəzərdən keçirib hesab edir ki, Şəxs heç bir üzrlü səbəb olmadan yuxarıda göstərilən icra sənədi üzrə ödəməli olduğu borcunu ödəməyərək icra vərəqəsini icra etməmiş, bundan boyun qaçırmış, barəsində inzibati tənbeh vermə haqqında qəbul edilmiş xx.xx.2025-ci il tarixli qərar qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə borcunu ödəməyərək icra vərəqəsini icra etməmiş, bununla da, o, həmin hərəkəti ilə Azərbaycan Respublikasının İXM-nin 528.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və barəsində inzibati tənbeh tətbiq edilməlidir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında inzibati tənbeh tətbiq edilməsi məsələsi müzakirə edilərkən məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, Şəxs şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları (müəyyən edilməmişdir), habelə işin digər hallarını nəzərə alaraq, onun barəsində inzibati həbs növündə tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Həmçinin, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanın pul borcu ilə əlaqədar olduğunu, pul məbləği ilə bağlı icra sənədini icra etməyən şəxsə inzibati cərimə növündə tənbehin tətbiq edilməsinin lüzumsuz olduğunu və bu tənbehin tətbiqi ilə inzibati tənbehin məqsədlərinə nail olunmasının mümkün olmadığını nəzərə alaraq hesab edir ki, şəxsin törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş daha yüngül, yəni inzibati cərimə növündə tənbeh tətbiq edilməklə inzibati tənbeh səmərəsiz olmaqla məqsədinə nail oluna bilməz. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli, törətmiş olduğu inzibati xətanın xarakterini, onun şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları (müəyyən edilməmişdir), habelə təqsirinin dərəcəsi və tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini nəzərə alaraq onun barəsində həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Həmçinin, məhkəmə inzibati xəta törətmiş şəxsin nəzərinə çatdırır ki, İXM-in 31.5-ci maddəsinə əsasən inzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən onu azad etmir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikasının İXM-nin 528.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 20 (iyirmi) gün müddətə inzibati həbs edilsin. İnzibati həbs etmənin əvvəli 26 noyabr 2025-ci il tarixdən, saat 17:00-dan hesablansın. Qərar dərhal icra edilsin. Qərarın icrası Salyan Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Salyan Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Vəsilə Əliyeva
Məhkəmə qərarları › İş №3(057)-1276/2025
Salyan Rayon Məhkəməsi Qərar — İş №3(057)-1276/2025
26.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver