Azərbaycan Respublikası adından QƏRAR Salyan rayon İş № 3(057)-128/2024 01.03.2024 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlunun sədrliyi, X3 qızının katibliyi ilə xx.xx.1994-cü il təvəllüdlü, Salyan rayonunda anadan olmuş, Salyan rayonu, Xalac kəndində qeydiyyatda olan və yaşayan X2 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsinin tələblərinin pozulması ilə əlaqədar Bakı Şəhəri Nizami Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala Salyan Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 idarə etdiyi “Toyota Prius minik” markalı, **-FB-*** dövlət nömrə nişanlı avtomaşınla inzibati xəta törətdiyinə görə inzibati qaydada cərimə olunmuşdur. Barəsində tərtib olunmuş EQ14552417 saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş inzibati xəta haqqında iş üzrə qərar qanuni qüvvəyə mindiyi gündən 3 (üç) ay müddətində icra etməmişdir. Bununla əlaqədar X2 barəsində Bakı Şəhəri Nizami Rayon Polis İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmiş, iş materialları ilə birlikdə baxılması üçün məhkəməyə göndərilmişdir. Qanunla müəyyən edilmiş qaydada və müddətdə məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X2 və Bakı Şəhəri Nizami Rayon Polis İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İXM-nin 61.3 və 112.1.4-cü maddələrinə əsaslanaraq, məhkəmə işə onların iştirakları olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, X1 Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi iş materialları ilə tam təsdiq olunur və o, həmin inzibati xətanın törədilməsində təqsirlidir. İş materiallarından görünür ki, X1 barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə DİN-nin BDYPİ-nin hesabına ödənilməli olan borcu ümumilikdə 16 manatdır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin səxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Azərbaycan Respublikası İXM-nin 31-33-cü maddələrinə əsasən inzibati xətanın xarakterini, X1 təqsirinin dərəcəsini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmadığını nəzərə alaraq məhkəmə hesab edir ki, onun barəsində Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsində nəzərdə tutulan nəqliyyat vasitələrini idarə etmək hüququnun məhdudlaşdırılması növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 114 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2 Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə təqsirli bilinsin, barəsində 6 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququnun məhdudlaşdırılması inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ənnağı Məmmədli
Məhkəmə qərarları › İş №3(057)-128/2024
Salyan Rayon Məhkəməsi Qərar — İş №3(057)-128/2024
01.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver