Məhkəmə qərarları › İş №3(057)-1282/2023

Salyan Rayon Məhkəməsi Qərardad — İş №3(057)-1282/2023

27.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Salyan rayon İş № 3(057)-1282/2023 27.12.2023 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlunun sədrliyi, X2 qızının katibliyi ilə xx xxxx 1993-cü ildə Salyan şəhərində anadan olmuş, orta təhsilli, subay, işsiz, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1-də qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 232-1-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Salyan Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiallara baxaraq MÜƏYYƏN ETDİ: Məhkəməyə daxil olmuş inzibati xəta haqqında xx.xx.2023-cü il tarixli, MN 1654668/1471 saylı protokolda göstərilir ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 02:45 radələrində Salyan şəhəri, T.Davudzadə küçəsində yaşayan Zərərçəkmiş şəxs məxsus Hyundai i40 markalı **-OX-*** dövlət qeydiyyat nişanlı avtomobilin sol arxa şüşəsini və sağ arxa şüşəsini sındırmışdır və ona 500 manat ziyan vurmuşdur. Buna görə Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 232-1-ci maddəsi ilə inzibati protokol tərtib olunmuşdur. Aşağıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs barəsində inzibati xəta haqqında material geri qaytarılmalıdır. İş materiallarında olan Şəxs Salyan RPŞ-də verdiyi xx.xx.2023-cü il tarixli izahatından görünür ki, ünvan 1 ünvanında yaşayır.xx.xx.2023-cü il tarixdə o, gecə səhhətində biraz problemlər olduğu üçün yata bilməmişdir. Həmin vaxt saat təxminən 02:45 radələrində onunla qonşu olan Zərərçəkmiş şəxs yaşadığı həyətə daxil olmuşdur. Onun həyətdə olan markasını bilmədiyi ağ rəngli xarici maşınının arxa şüşələrini vintaçan ilə vurub sındırmışdır. Sonra isə oradan gizli şəkildə çıxıb getmişdir. O, uzun zamandır ki, ruhi əsəb xəstəliyindən əziyyət çəkir. Bu səbəbdən də, onun çox vaxt hərəkətlərinin mənası olmur. Qunşusu Zərərçəkmiş şəxs avtomobilinin şüşəsini sındırmaqda heç bir məqsədi olmamışdır. Etdiyi əməldən peşmandır. Bir daha belə hallara yol verməyəcəyinə söz verir. İş materiallarında olan Salyan RPŞ-nin TB-nin baş təhqiqatçısı, polis baş leytenantı X1 25 dekabr 2023-cü il tarixli “cinayət işi başlanmasının rədd edilməsi barədə” qərarından görünür ki, Salyan şəhəri, T.Davudzadə küçəsində yaşayan Zərərçəkmiş şəxs xx.xx.2023cü il tarixli müraciəti əsasında toplanmış materialda naməlum şəxs və ya şəxslərin əməlində cinayət tərkibi olmadığından Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən material üzrə cinayət işi başlanmasının rədd edilməsi qərara alınmışdır. Məhkəmə inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən protokol və ona əlavə edilmiş sənədlər onu göndərmiş orqana geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İXM-nin 109.1.6-cı maddəsinə əsasən təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda inzibati xəta haqqında materiallar geri qaytarılmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 71.1-ci maddəsinə əsasən, elm, incəsənət, texnika və ya sənət sahəsində məsələlərin izahı üçün ekspertizanın aparılması və ekspert rəyinin verilməsi üçün kifayət qədər xüsusi biliyə malik olan və inzibati xəta haqqında işin nəticəsində şəxsən maraqlı olmayan şəxs ekspert kimi dəvət olunur. Azərbaycan Respublikası İXM-nin 100.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında protokolda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat göstərilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 106-cı maddəsinin tələblərinə görə inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı hakim həmin maddədə nəzərdə tutulan əsasları, o cümlədən də inzibati xəta haqqında protokolun və işin digər materiallarının bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilməsi (maddə 106.0.3) və mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutların toplanması (maddə 106.0.5) məsələlərinə də baxır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 100.1.6-cı maddəsinə əsasən, inzibati xəta haqqında protokolda şahidlərin və zərərçəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı göstərilməlidir. Bundan başqa, xx.xx.2023-cü il tarixli, MN 1654668/1471 saylı protokolda göstərilmişdir ki, bu fakt Salyan RPŞ-nin TB-nin baş təhqiqatçısı, polis baş leytenantı X1 qərarı ilə təsdiq olunduğu qeyd olunsa da, protokoldan və qərardan görünür ki, həmin əməl nəticəsində Zərərçəkmiş şəxs vurulmuş zərərin miqdarı sonuncunun sözlərinə əsasən qeyd olunmuşdur. Məhkəmə hesab edir ki, cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərar qəbul edilərkən hadisə nəticəsində vətəndaşa dəyən ziyanın məbləği müəyyən edilmədən qərar qəbul edilmişdir. Göründüyü kimi Şəxs törətdiyi inzibati xəta nəticəsində Zərərçəkmiş şəxs dəyən ziyanın məbləği müəyyən edilməsi üçün eskpertiza keçirilməli və ya mütəxəssis tərəfindən rəy verilməli olduğu halda eskpertiza keçirilmədən, mütəxəssis rəyi olmadan və ya hər hansı bir sübut olmadığı halda Zərərçəkmiş şəxs dəyən ziyanın məbləğini protokol tərtib edən şəxs müəyyən etmədən cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərara əsaslanaraq, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsi ilə inzibati protokol tərtib etmişdir. Məhkəmə hesab edir ki, Şəxs barəsində olan materiallar natamam olduğuna və işə baxılarkən tamamlamaq mümkün olmadığına görə materiallar qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 100, 101, 109, 111, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər onu tərtib etmiş orqana geri qaytarılsın. Hakim: Ənnağı Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar