Məhkəmə qərarları › İş №3(057)-1282/2025

Salyan Rayon Məhkəməsi Qərar — İş №3(057)-1282/2025

26.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Salyan rayon İş № 3(057)-1282/2025 26.11.2025 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Vəsilə Əlövsət qızının sədrliyi, İsmayılov Şirin Elton oğlunun katibliyi, Salyan Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi, polis kapitanı X6, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1966-cı il tarixdə Salyan şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, ailəli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Salyan RPŞ-dən daxil olmuş inzibati xəta haqqında materiala Salyan Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Salyan Rayon Polis Şöbəsindən 26 noyabr 2025-ci il tarixdə məhkəməyə daxil olmuş 26 noyabr 2025-ci il tarixli, MN № ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, vətəndaş Şəxs Salyan şəhəri ərazisində az miqdarda narkotik vasitə əldə edərək ondan istifadə etmişdir. Bununla əlaqədar olaraq Salyan Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi, polis kapitanı X9 tərəfindən 26 noyabr 2025-ci il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmiş, iş materialları ilə birlikdə baxılması üçün 26 noyabr 2025ci il tarixdə Salyan Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş Salyan Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi, polis kapitanı X9 tərtib olunmuş protokolu müdafiə edərək Şəxs barəsində qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək bildirmişdir ki, Salyan şəhəri, Ə.Quliyev küçəsi, ev 7/43 ünvanında yaşayır. Təxminən iki ay bundan əvvəl az miqdarda narkotik vasitəni tanımadığı şəxsdən siqaret əvəzi olaraq götürmüş və həmin narkotik vasitədən bir qədər istifadə etmişdir. Həmin narkotik vasitəni heç kəsə satmamış, belə bir məqsədi olmamışdır. Əməlindən peşmandır. Ona köməklik göstərilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə izahatları dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs İnzibati Xətalar 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi özünün etirafedici izahatı ilə yanaşı, iş materiallarında olan digər sənədlərlə tam sübuta yetirilmişdir. Belə ki, İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Salyan RPŞ-nin TB-nin təhqiqatçısı, polis kapitanı Fuad Mirzəzadənin tərtib etdiyi xx.xx.2025-ci il tarixli raportdan görünür ki, Salyan şəhəri, Ə.Quliyev küçəsi bina 7, mənzil 43-də yaşayan X5 xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası Prezident Administrasiyasına ərizə ilə müraciət edərək, oğlu X8 narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğuna görə təxminən 1 il bundan qabaq həbs olunduğunu, Natiq Əsgərovun həbs olunmamışdan qabaq narkotik vasitələri Salyan şəhər sakinləri olan Namid, Gülsura və Nuridə adlı şəxslərdən aldığını bildirmişdir. X1 Azərbaycan Respublikası Prezident Administrasiyasına etdiyi müraciət xx.xx.2025-ci il tarixdə Salyan rayon polis şöbəsində “Törədilmiş və ya hazırlanan cinayətlər barədə məlumatların qeydiyyatı kitabı”nda 2062 sayla qeydiyyata alınaraq icraatına daxil olmuşdur. Aparılmış araşdırma zamanı toplanmış material üzrə Şəxs əməlində cinayət tərkibi olmadığından Azərbaycan Respublikası CPM-in 39.1.2-ci maddəsinə əsasən material üzrə cinayət işi başlanmasının rədd edilməsi, eyni zamanda Şəxs əməlində Azərbaycan Respublikası İXM-in 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətaların tərkibi olduğundan inzibati məsuliyyətə cəlb olunması və barəsində inzibati qaydada tədbir görülməsi məqsədilə qəbul edilmiş qərarın surətinin Salyan RPŞ-nin X2 verilməsi barədə qərar qəbul olunmuşdur. Salyan RPŞ-nin TB-nin təhqiqatçısı, polis kapitanı X7 xx.xx.2025-ci il tarixli “cinayət işi başlanmasının rədd edilməsi barədə” qərardan görünür ki, Salyan şəhəri, Ə.Quliyev küçəsi bina 7, mənzil 43-də yaşayan X1 xx.xx.2025-ci il tarixli müraciəti əsasında toplanmış materialda cinayət tərkibi olmadığından Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən material üzrə cinayət işi başlanmasının rədd edilməsi barədə qərar qəbul edilməsi, Şəxs qanunsuz olaraq narkotik vasitələri istehlak etdiyi üçün Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə məsuliyyətə cəlb edilməsi və barəsində inzibati tənbeh tədbirlərinin tətbiq edilməsi üçün qəbul edilmiş qərarın surəti Salyan Rayon Polis Şöbəsinin X2 göndərilməsi qərara alınmışdır. AR Səhiyyə Nazirliyinin Lənkəran şəhər X4 X13 Yoxlamanın xx.xx.2025-ci il tarixli 572 nömrəli rəyindən görünür ki, müayinə zamanı Şəxs KANNABİNOİDLƏRİN qəbulundan yaranan ASLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Lakin, hal-hazırda abstiensiya, intoksiasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibəti olması ilə əlaqədar olaraq məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi Narkoloji Kabinetində qeydiyyata götürülməsi məsləhət görülür. Beləliklə, araşdırmalar zamanı barəsində inzibati icraat aparılan Şəxs İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulan əməli törətməsi onun öz ifadəsi ilə yanaşı, işdə olan ekspert rəyləri və iş üzrə araşdırılmış digər hallarla sübuta yetirildiyindən, məhkəmə hesab edir ki, Şəxs həmin maddə ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin; 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. 12-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 31.4-cü maddəsinə əsasən, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 206-cı maddəsinə əsasən, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, narkotik vasitələrin, psixotrop maddələrin satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək miqdarda cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlindən peşman olması Azərbaycan Respublikası İXM-nin 32-ci maddəsinə əsasən inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hal kimi müəyyən olunur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 33-cü maddəsinə əsasən inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmadı. Məhkəmə Şəxs şəxsiyyətini, inzibati xətanın xarakterini, ictimai təhlükəlilik dərəcəsini və işin digər hallarını nəzərə alaraq hesab edir ki, ona İXM-in 206-cı maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs tətbiq edilməsi məqsədəmüvafiqdir və inzibati tənbehin məqsədini təmin edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 30, 40.0.1, 43, 48-51, 114, 115 və 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və onun barəsində 01 ay müddətinə inzibati “həbs” növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati həbs müddətinin başlanğıcı xx.xx.2025-ci il tarixdən, saat 17:50-dən hesablansın. Şəxs ərazi narkoloji kabinetində qeydiyyata alınması üçün qərarın surəti Salyan Rayon Məzrkəzi X11 Şəxsə göndərilsin. Qərar dərhal icra edilsin. Qərarın icrası Salyan Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Salyan Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Şirvan Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Vəsilə Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar