Məhkəmə qərarları › İş №3(057)-1293/2025

Salyan Rayon Məhkəməsi Qərar — İş №3(057)-1293/2025

19.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Salyan rayon İş № 3(057)-1293/2025 19.12.2025 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Vəsilə Əlövsət qızının sədrliyi, İsmayılov Şirin Elton oğlunun katibliyi ilə, Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.2ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Biləsuvar Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala Salyan Rayon Məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqdim edilmiş inzibati xəta haqqında protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, Biləsuvar Gömrük İdarəsi Rəsmiləşdirmə Mərkəzi 2-ci bölmədən daxil omuş 07 noyabr 2025-ci il tarixdə Biləsuvar Gömrük İdarəsində X3 idxalçı hüquqi şəxs Şəxs MMC-nin (VÖEN: **********) hüquqi ünvanına 29020161 qeydiyyat nömrəli (Salyan d/y/s) vaqonda daxil olmuş və idxalçı hüquqi şəxs Şəxs MMC-nin (VÖEN: **********) tərəfindən xx.xx.2025-ci il tarixli **********7100 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan olunan yüklərə Salyan Dəmir yol stansiyasında gömrük baxışı keçirilmişdir. Baxı keçirilən zaman idxalçı hüquqi şəxs Şəxs MMC tərəfindən təqdim olunan yükə dair sənədlər, o cümlədən xx.xx.2025-ci il tarixli **********100 sorğu nömrəli gömrük bəyannaməsində göstərilmiş göstəricilərlə faktiki yüklər arasında eyniləşdirmə aparılmışdır. Eyniləşdirmə zamanı vaqondakı yük xx.xx.2025-ci il tarixli **********100 sorğu nömrəli gömrük bəyannaməsində və müşayət sənədlərindəki kimi deyil, sənədlərdə göstərilən mallardan əlavə bəyan edilməyən 430 kq (netto), 1.20 m x 0,33 m x 3sm qalınlığıə “Məşəd Mirvari(boz rəng)” yükü düzgün bəyan edilməmişdir. Qeyd olunan faktla bağlı 18 noyabr 2025-ci il tarixdə Biləsuvar Gömrük İdarəsi Əməliyyat və Təhqiqat şöbəsində hüquqi şəxs Şəxs MMC-nin barəsində İXM-nın 482.2-ci maddəsi ilə 01200- 00643/25 saylı inzibati xəta haqqında iş üzrə icraat başlanmıdır.İşin hallarının aydınlaşdırılması zamanı Şəxs MMC-nin direktoru X1-sual protokolunda direktoru vəzifəsində çalışdığını, şirkətin gömrük təmsilçiliyi ilə bağlı bəzi əməliyyatların vaxtında həyata keçiri, şirkətin daima gömrük sənədlərinin düzgün hazırlanmasına və əməliyyatların vaxtında həyata keçirilməsinə diqqət yetirir.xx.xx.2025-ci il tarixdə şirkətin ünvanına 29020161 qeyydiyat nişanlı vaqon ilə “Məşəd Mirvari (boz rəngli)” qranit daşı yükü göndərilmiş, həmin yükə dair 31 oktyabr 2025-ci il tarixdə **********100 saylı gömrük bəyannaməsi yazılaraq gömrük orqanlarının sisteminə daxil edilmişdir.Bəyannamə yazılarkən tərəfdaş şirkət tərəfindən göndərilmiş sənədlər əsas götürülmüş, lakin tərəfdaş şirkət tərəfindən yük göndərilən sənədlərdə göstərilən müşayət sənədlərindəki kimi deyil, əlavə olaraq 14 ədəd, 460 kq (netto), 5,54 m2, 3 sm qalınlığı miqdardsa olan hissəsi artıq olduğundan həmin yük düzgün bəyan bəyan edilməmişdir. Qeyd olunan faktla bağlı 18 noyabr 2025-ci il tarixdə hüquqpozma peredmeti olan qalınlığı 3 sm olan “Məşəd Mirvari (boz rəngli)” qranit daşın 1m 2-nin və ümumilikdə 5,54 m2 -nin 04 noyabr 2025-ci il tarixinə dəyərinin müəyyən olunması məqsədi ilə 18 noyabr 2025-ci il tarixli 3-33-1500/2- 001152/2025 saylı məktubla Azərbacan Respublikası Ticarət və Sənae Palatasının “Azərekspertiza” Birliyinin mütəxəssisi dəvət edilmişdir.İşdə olan Azərbacan Respublikası Ticarət və Sənaye Palatasının “Azərekspertiza” Birliyinin daxil olmuş xx.xx.2025-ci il tarixli 55 B nömrəli ekspertiza aktına əsasən 04 noyabr 2025-ci il tarixə boz rəngli eni 33 sm qalınlığı 3 sm olan Məşəd Mirvari markalı qranit daşı qranit daşının 1m2 orta bazar qiyməti təxminən 40 manat olmaqla 5,54 m2-nin ümumi dəyəri 221,6 AZN təşkil etdiyi müəyyən edilmişdir. Faktla bağlı Biləsuvar Gömrük İdarəsi tərəfindən Şəxs MMC barəsində Azərbaycan Respublikasının İXM-nin 482.2-ci maddəsi ilə 26 noyabr 2025-ci il tarixdə inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Salyan rayon məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokolu tərtib etmiş Biləsuvar Gömrük İdarəsinin nümayəndəsi və barəsində protokol tərtib olunmuş hüquqi şəxsin nümayəndəsinə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmişlər, lakin onlar məhkəmə iclasına gəlməmişlər,gəlməmələrinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikasının İXM-nin 61.3 və 112.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında işə inzibati xəta haqqında protokolu tərtib etmiş Biləsuvar Gömrük İdarəsinin nümayəndəsinin və barəsində protokol tərtib olunmuş hüquqi şəxsin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli “yoxlama haqqında” protokoldan görünür ki, baxış keçirilən zaman idxalatçı Şəxs MMC tərəfindən təqdim olunan yüklərə dair sənədlər, o cümlədən xx.xx.2025-ci il tarixli **********7100 sorğu nömrəli gömrük bəyannaməsində göstərilmiş göstəricilərlə faktiki yüklər arasında eyniləşdirmə aparılmışdır. Eyniləşdirmə zamanı xx.xx.2025-ci il tarixli **********7100 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmiş malların düzgün bəyan edilmədiyi müəyyən edilmişdir. Belə ki, eyniləşdirmə zamanı sənədlərdə göstərilən 30 palet, 61050.00 kq (925m2) mallardan əlavə bəyan edilməyən 14 ədəd, 430 kq (neftto),1.20m x 0.33 m x 0.3sm qalınlıqlı 05.54 m2 “Məşəd Mirvari (boz rəng)” yükü müəyyən edilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli Azərbaycan Respublikası Ticarət və Sənaye Palatası “Azərekspertiza” Birliyinin 55 (B) nömrəli mütəxəssis rəyindən görünür ki, “Məşəd Mirvari markalı (rəngi: boz, ölçüləri: eni 33 sm, qalınlığı 3sm) olan qranit daşı ölçü vahidi kv.m, 1 ölçü vahidinin orta bazar qiyməti 40 AZN-lə, miqdarı 5,54 ümumi məbləğ AZN-lə 221,6 manat, cəmi 221,6 manat olduğu göstərilmişdir. Beləliklə, iş materiallarını nəzərdən keçirib, hesab edirəm ki, Şəxs MMC tərəfindən həmin hərəkəti ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və onun barəsində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikasının İXM-nin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 482.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin düzgün bəyan edilməməsinə görə, yəni gömrük bəyannaməsində, təkrar ixrac bildirişində, qısa idxal (ixrac) bəyannaməsində, sadələşdirilmiş bəyannamədə, gömrük rəsmiləşdirilməsinə dair ərizədə və gömrük orqanlarının Azərbaycan Respublikasının Gömrük Məcəlləsinə uyğun olaraq tələb etdiyi digər sənədlərdə və məlumatlarda Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malları və nəqliyyat vasitələrini gömrük ödənişlərindən, habelə qanunvericiliklə müəyyənləşdirilmiş qadağan və məhdudiyyətlərdən azad etməyə, yaxud gömrük ödənişlərinin məbləğini azaltmağa əsas verən, malların və nəqliyyat vasitələrinin gömrük proseduru, miqdarı, sayı, gömrük dəyəri, mənşə ölkəsi barədə və ya digər düzgün olmayan məlumatların göstərilməsinə görə, bu az miqdarda olduqda-inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələrinin dəyərinin otuz faizindən yüz faizinədək məbləğdə cərimə edilir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs MMC barəsində inzibati tənbeh tədbiri tətbiq edilməsi məsələsi müzakirə edilərkən məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 55, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.2-ci maddəsi ilə təqsirli bilinib, inzibati xətanın bilavasitə obyekti olan ümumi dəyəri 221.6 (iki yüz iyirmi bir manat) manat təşkil edən malların dəyərinin 30 (otuz) faizi məbləğində, yəni 66,48 (altmış altı manat qırx səkkiz qəpik) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Salyan rayon məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və protest verilmədikdə qərardan şikayətin verilməsi müddətinin bitdiyi gün qərar qanuni qüvvəyə minir. Sədrlik edən: Vəsilə Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar