Azərbaycan Respublikası adından QƏRAR Salyan rayon İş № 3(057)-1294/2025 15.12.2025 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Kələntərov Şahəddin Əhməd oğlunun sədrliyi, Rzayev Hüseyn Mehman oğlunun katibliyi ilə, Şəxs MMC haqqında Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Biləsuvar Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqdim edilmiş inzibati xəta haqqında protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, xx.xx.2025-ci il tarixdə Biləsuvar Gömrük İdarəsində İran İslam Respublikasından idxalatçı hüquqi şəxs Şəxs MMC-nin (VÖEN **********) hüquqi ünvanına 29020419 qeydiyyat nömrəli vaqonda daxil olmuş və idxalatçı hüquqi şəxs Şəxs MMC tərəfindən xx.xx.2025-ci il tarixli **********3371 sorğu nömrəli gömrük bəyannamçəsi ilə bəyan olunan yüklərə Salyan Dəmiryol stansiyasında gömrük baxışı keçrilmişdir. Baxış keçirilən zaman idxalatçı hüquqi şəxs Şəxs MMC tərəfindən təqdim olunan yükə dair sənədlər, o cümlədən xx.xx.2025-ci il tarixli **********3371 sorğu nömrəli gömrük bəyannaməsində göstərilmiş göstəricilərlə faktiki yüklər arasında eyniləşdirmə aparılmışdır.Eyniləşdirmə zamanı vaqondakı yük xx.xx.2025-ci il tarixli **********3371 saylı gömrük bəyannaməsində və müşayiət sənədlərindəki kimi deyil, 61760 kq brutta , 61160 kq netto və 30 palet “Məşəd Mirvari (boz rəng)” Qranit daşı olduğu müəyyən edilmişdir. Beləliklə, hüquqi şəxs Şəxs MMC tərəfindən xx.xx.2025-ci il tarixli **********3371 saylı gömrük bəyannaməsi ilə bəyan olunmuş 60680 kq “Məşəd Mirvari (boz rəng)” Qranit daşı yükündən əlavə olaraq 480 kq, 5,76 m2, 3 sm qalınlığı miqdarda olan hissəsi düzgün bəyan edilməmişdir. Bununla da Şəxs MMC-nin əməlində Azərbaycan Respublikasının İXM-nin 482.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi yaranmışdır. Faktla bağlı Biləsuvar Gömrük İdarəsi tərəfindən Şəxs MMC barəsində Azərbaycan Respublikasının İXM-nin 482.2-ci maddəsi ilə xx.xx.2025-ci il tarixdə inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Salyan rayon məhkəməsinə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC və nzibati xəta haqqında protokolu tərtib etmiş Biləsuvar Gömrük İdarəsinin nümayəndəsi məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş, lakin onlar məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikasının İXM-nin 61.3-cü və 112.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında protokolu tərtib etmiş Biləsuvar Gömrük İdarəsinin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab edir. İş materiallarında olan Azərbaycan Respublikası Ticarət və Sənaye Palatasının “Azərekspertiza” Birliyinin xx.xx.2025-ci il tarixli 54 (B) nömrəli ekspertiza aktından görünür ki, xx.xx.2025-ci il tarixə boz rəngli eni 33 sm, qalınlığı 3 sm olan “Məşəd Mirvari” markalı qranit daşının 1m2 orta bazar qiyməti təxminən 40 manat olmaqla 5,76 m2-nin ümumi dəyəri 230,4 manat təşkil edir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli ekspertiza xərclərinə dair bildirişdən görünür ki, həmin tarixli 54 (B) nömrəli ekspertizanın dəyəri 50 (əlli) manat təşkil edir. Beləliklə, iş materiallarını nəzərdən keçirib, hesab edir ki, Şəxs MMC həmin hərəkəti ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və onun barəsində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikasının İXM-nin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 482.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin düzgün bəyan edilməməsinə görə, yəni gömrük bəyannaməsində, təkrar ixrac bildirişində, qısa idxal (ixrac) bəyannaməsində, sadələşdirilmiş bəyannamədə, gömrük rəsmiləşdirilməsinə dair ərizədə və gömrük orqanlarının Azərbaycan Respublikasının Gömrük Məcəlləsinə uyğun olaraq tələb etdiyi digər sənədlərdə və məlumatlarda Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malları və nəqliyyat vasitələrini gömrük ödənişlərindən, habelə qanunvericiliklə müəyyənləşdirilmiş qadağan və məhdudiyyətlərdən azad etməyə, yaxud gömrük ödənişlərinin məbləğini azaltmağa əsas verən, malların və nəqliyyat vasitələrinin gömrük proseduru, miqdarı, sayı, gömrük dəyəri, mənşə ölkəsi barədə və ya digər düzgün olmayan məlumatların göstərilməsinə görə, bu az miqdarda olduqda-inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələrinin dəyərinin otuz faizindən yüz faizinədək məbləğdə cərimə edilir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs MMC barəsində inzibati tənbeh tədbiri tətbiq edilməsi məsələsi müzakirə edilərkən məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs MMC 482.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməli və barəsində inzibati xətanın bilavasitə obyekti olan ümumi dəyəri 230,4 manat olan malların dəyərinin qırx beş faizi məbləğində, yəni 103,68 manat məbləğində cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Azərbaycan Respublikasının İXM-nin 55.1, 55.1.1, 55.1.2-ci maddələrinə əsasən inzibati xətalar haqqında işlər üzrə məsrəflər: zərər çəkmişlərə, şahidlərə, onların qanuni nümayəndələrinə, hal şahidlərinə, ekspertlərə, mütəxəssislərə və tərcüməçilərə verilmiş məbləğlərdən; maddi sübutların saxlanılmasına, göndərilməsinə (daşınmasına) və tədqiq edilməsinə xərclənən məbləğlərdən ibarətdir. Həmin Məcəllənin 55.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Hüquqi şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər isə həmin şəxslərin üzərinə qoyulur. İş üzrə məhkəmə məsrəfləri 50 (əlli) manat təşkil edir və dövlət hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 55, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.2-ci maddəsi ilə təqsirli bilinib, inzibati xətanın bilavasitə obyekti olan ümumi dəyəri 230,4 manat olan malların dəyərinin qırx beş faizi məbləğində, yəni 103,68 manat məbləğində cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Cərimə tutularaq Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Biləsuvar Gömrük İdarəsinin aşağıdakı hesabına köçürülsün: X1 KOD: 210005, VÖEN: **********, Müxbir hesab: A41NABZ******************** S.W.İ.F.TBİK: CTREAZ22, Alan: Biləsuvar Gömrük İdarəsi- Hesab: AZ73CTRE********************, VÖEN: **********, D3 qrafası Büdcə təsnifatının kodu-142533, D4 qrafası-Büdcə səviyyəsinin kodu-7. İş üzrə məhkəmə məsrəfləri 50 (əlli) manat Şəxs MMC-dən tutularaq dövlət hesabına ödənilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Salyan Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və protest verilmədikdə qərardan şikayətin verilməsi müddətinin bitdiyi gün qərar qanuni qüvvəyə minir. Sədrlik edən: Şahəddin Kələntərov
Məhkəmə qərarları › İş №3(057)-1294/2025
Salyan Rayon Məhkəməsi Qərar — İş №3(057)-1294/2025
15.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver