Məhkəmə qərarları › İş №3(057)-1299/2025

Salyan Rayon Məhkəməsi Qərar — İş №3(057)-1299/2025

08.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Salyan rayon İş № 3(057)-1299/2025 08.12.2025 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Vəsilə Əlövsət qızının sədrliyi, X18 oğlunun katibliyi, Azərbaycan Dövlət Su X6 Suların İstifadəsinə və X7 Xidməti 4 saylı X3 etibarnamə üzrə nümayəndəsi X4 iştirakı ilə, xx.xx.1979-cu il tarixdə Salyan rayonu Komsomol kəndində anadan olmuş, ünvan 1 ünvanında yaşayan X8 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 264.0.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Dövlət Su X6 Suların İstifadəsinə və X7 Xidməti 4 saylı X1 daxil olmuş inzibati xəta haqqında materiala Salyan Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Azərbaycan Dövlət Su X6 Suların İstifadəsinə və X7 Xidməti 4 saylı X5 tərəfindən X13 barəsində Azərbaycan Respublikasının İXM-in 264.0.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair 01 dekabr 2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Salyan Rayon Məhkəməsinə göndərilmişdir. Təqdim edilmiş inzibati xəta haqqında protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, Salyan şəhəri Ələt-Astarada (köhnə) yolunun sağ tərəfi “Ay Store” marketin arxa hissəsi, 20 noyabr 2025-ci il, su Məcəlləsində nəzərdə tutulmuş suyun mühafizə zonası tələblərinin o, cümlədən xx.xx.2000-ci il tarixli 569 saylı Qərarının 22-ci bəndinin tələblərinin pozulması aşkar edilmişdir. X2 tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 264.0.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Dövlət Su X6 Suların İstifadəsinə və X7 Xidməti 4 saylı X3 etibarnamə üzrə nümayəndəsi X9 tərtib olunmuş protokolu müdafiə edərək X13 barəsində qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Qanunla müəyyən edilmiş qaydada və müddətdə məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X13 məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İXM-nin 61.3 və 112.1.4-cü maddələrinə əsaslanaraq, məhkəmə işə onların iştirakları olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X8 İnzibati Xətalar Məcəlləsinin 264.0.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi iş materiallarında olan sənədlərlə tam sübuta yetirildiyindən onun barəsində inzibati tənbeh tətbiq edilməlidir. Belə ki, İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş; xx.xx.2025-ci il tarixli “inzibati xəta haqqında iş üzrə icraatın başlanılması və inzibati araşdırma aparılması haqqında” qərdaddan görünür ki, araşdırma zamanı Salyan şəhər sakini X11 məxsus “Ay Store” mağazasının arxa hissəsində keçən MK-25 kollektorunun üzərində artımtikli aparılması aşkar edilmişdir.Monitorunq zamanı Salyan şəhəri ərazisindən keçən Bakı-Ələt-Astara avtomobil yolunun kənarında “Ay Store” mağazasının arxa hissəsində MK-2 kollektorunun məcarasına 80 (səksən) metr uzunluğunda hər iki tərəfdən mişar daşı ilə hörgünün üzərinə beton löhvə ilə örtülməsi aşkar edilmişdir.000881 nömrəli xx.xx.2025-ci il tarixli akt və toplanmış material üzrə Azərbaycan Respublikası İXM-nin 264.0.3 və 264.0.2-ci maddələri ilə inzibati xəta haqında iş üzrə icraat başlanılmış və inzibati araşdırma aparılması qərara alınmışdır. 20 noyabr 2025-ci il tarixli, 000881 nömrəli aktdan görünür ki, xx.xx.2025-ci il tarixində Bakı-Ələt-Astara avtomobil yolunun (köhnə) Salyan şəhəri ərazisindən keçən hissəsi Suların istifadəsinə və X7 Xidmətinin 4 saylı X3 17 noyabr 2025-ci il tarixli 46 nömrəli Sərəncamının icrasının təmin edilməsi və regional bölməyə daxil olmuş monitroinq məlumatında göstərilənlərin araşdırılması məqsədilə Bakı-Ələt-Astara avtomobilinin yolunun (köhnə) Salyan şəhəri ərazisindən keçən hissəsində Google maps tətbiqindəki koordinatı 39.580859 48/.969273 olan nöqtədə yerləşən”Ay Store” mağazasının arxa hissəsinə tərəflərindən baxış keçirilmişdir.Keçirilən baxış zamanı X17 Xidməti Publik Hüquqi şəxs X19 sistemlərinin istismarı idarəsinin balansında olan MK-2 kollektorunun məcarasının 80 (səksən) metrlik hissəsinin hər iki tərəfində mişar daşlarından hörgü işləri aparmaqla üzərinə beton löhvələr yerləşdirilməsi müəyyən olunmuşdur.Tərəflərindən aparılan araşdırma ilə sözügedən tiktinti işlərinin Salyan şəhər sakini X13 tərəfindən heç bir hüquqmüəyyənedici sənədlər olmadan aparıldığı müəyyən olunmuşdur.O, hər hansı yazılı izahat verməkdən imtina edərək, müvafiq mülkiyyət sənədlərinin, kollektor-drenaş şəbəkəsində görülən işlərlə əlaqədar müraciət məktubunun və bu məktublara cavab olaraq razılıq əldə olunduğuna dair sənədlərin mövcud olduğunu, lakin hazırda araşdırmaya tədqim edə biləcəyini qeyd etmişdir.Tərəflərindən M.Cəfərliyə Azərbaycan Respublikasının Su Məcəlləsinin 10, 82 və 103-cü maddələrinin, həmçinin Azərbaycan Respublikası Nazirlər kabinetinin 24 mart 2000-ci il tarixli 56 nömrəli və 21 aprel 2003-cü il tarixli 109 nömrəli Qərarlarının tələbləri, eyni zamanda aşkar edilən faktın intizamı məsuliyyət səbəb olduğu izah olunmuşdur.Akta ərazidən çəkilən fotoşəkillər əlavə olunmuşdur.Akt iki nüxsədə tərtib olunmuşdur. X8 Suların istifadəsinə və X7 Xidmətinin 4 saylı X5nə verdiyi izahatdan görünür ki, Ələt-Astara yolu üzərində yerləşən “Ay Store” ağazasının arxasında MK-2 kollektorunun məcarasında tikinti bərkitmə işləri onun tərəfindən həyata keçirilir. Bununla bağlı hər hansı bir sənədi yoxdur.Ölkə Başçısının yeni Fərmanı ilə əlaqədar çıxarış alması üçün sənədləri FM-nin tikinti idarəsinə təqdim etmişdir. Bu səbədən həmin sənədləri əməkdaşlara tədqim edə bilməmişdir. Qey olaraq bildimişdir ki, obyektin arxa hissəsini möhkəmləndirmək məqsədi ilə bu işləri aparır. Mühafizə zonasında tikinti aparılmasının qanunsuz olmasını bilmədiyini bildirmişdir. 01 dekabr 2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında işin aidiyyəti üzrə göndərilməsi barədə qərardaddan görünür ki, İXM-nin 264.0.3-cü maddəsi üzrə vəzifəli şəxs barəsində inzibati xətalar haqqında işlər məhkəmə tərəfindən baxıldığı üçün xx.xx.2025-ci tarixdə Salyan rayon Məhkəməsinə daxil olmuşdur. 01 dekabr 2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Salyan şəhəri Ələt-Astarada (köhnə) yolunun sağ tərəfi “Ay Store” marketin arxa hissəsi, 20 noyabr 2025-ci il, su Məcəlləsində nəzərdə tutulmuş suyun mühafizə zonası tələblərinin o, cümlədən xx.xx.2000-ci il tarixli 569 saylı Qərarının 22-ci bəndinin tələblərinin pozulması aşkar edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin; 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 12-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 264.0.3-cü maddəsinə əsasən, su obyektlərinin mühafizəsi qaydalarının pozulmasına, yəni su mühafizəsi zonaları və sahil mühafizə zolaqları ilə bağlı Azərbaycan Respublikasının Su Məcəlləsində müəyyən edilmiş tələblərə riayət edilməməsinə görə fiziki şəxslər altı yüz manatdan min manatadək məbləğdə, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər yeddi min beş yüz manatdan on min manatadək məbləğdə cərimə edilir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X13 haqqında inzibati tənbeh tətbiq edilməsi məsələsini müzakirə edərək, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə inzibati icraat aparılan şəxs X8 barəsində inzibati tənbeh tətbiq edərkən törədilmiş inzibati xətanın xarakterini, onun şəxsiyyətini, əmlak vəziyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları (müəyyən edilməmişdir) nəzərə alaraq belə qənaətə gəlir ki, X13 barəsində AR İXM-nin 262.2.3-cü maddəsinin sanksiyasının hədləri daxilində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 53, 55, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: X13 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 264.0.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 2500 (iki min beş yüz) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Vəsilə Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar