Azərbaycan Respublikası adından QƏRAR Salyan rayon İş № 3(057)-1300/2025 04.12.2025 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Kələntərov Şahəddin Əhməd oğlunun sədrliyi, Rzayev Hüseyn Mehman oğlunun katibliyi, Salyan RPŞ-nin İTB-nin sahə rəisi X8, Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi, Salyan rayon Vəkil Bürosunun vəkili X5 iştirakları ilə, xx.xx.1993-cü ildə Salyan rayonunun Qarabağlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Salyan rayonu Kərimbəyli kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Şəxsnın Azərbaycan Respublikasının İXM-nin 232-1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Salyan Rayon Polis Şöbəsindən daxil olmuş 03 dekabr 2025-ci il tarixli, MN 2196720/500 nömrəli inzibati xəta haqqında protokola Salyan Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqdim edilmiş inzibati xəta haqqında protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə Salyan rayonu Qaraçala qəsəbəsində yaşayan Zərərçəkmiş şəxs evinə gedərək evin giriş qapısını sındırmışdır. Həmin faktla bağlı Salyan RPŞ-nin TB tərəfindən araşdırma aparılmış və həmin bölmənin 08 noyabr 2025-ci il tarixli qərarı ilə cinayət işinin başlanılması rədd edilmiş və özgənin əmlakını qəsdən məhv etdiyinə görə Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 232-1-ci maddəsi ilə inzibati tədbir görülməsi üçün qəbul edilmiş qərarın surətinin Salyan RPŞ-nin İTB-nə göndərilməsi qərara alınmışdır. Salyan RPŞ-nin İTB-nin sahə rəisi X11 tərəfindən Şəxsnın barəsində Azərbaycan Respublikasının İXM-nin 232-1-ci maddəsi ilə 03 dekabr 2025-ci il tarixli, MN 2196720/500 nömrəli inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Salyan Rayon Məhkəməsinə göndərilmiş, həmin material 03 dekabr 2025-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Məhkəmə iclasında Salyan RPŞ-nin İTB-nin sahə rəisi, polis baş leytenantı X11 protokolu müdafiə edərək Şəxs barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək izahatında göstərmişdir ki, Zərərçəkmiş şəxs qızı Rəxşəndə ilə qeyri-rəsmi ər-arvad münasibəti var. O, arabir Rəxşəndəgilə gedib gəlir. Zərərçəkmiş şəxs dedikləri yalandır. O, Mətanətin evinin qapısını sındırmamışdır. Odur ki, barəsində hər hansı tənbehin tətbiq edilməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Məhkəmə iclasında müdafiəçi X9 bildirmişdir ki, iş üzrə şahid barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xeyrinə izahat vermişdir. Odur ki, iş üzrə icrata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında göstərmişdir ki, Rəxşəndə onun qızıdır. Rəxşəndə ilə Əbülfəzin qeyri-rəsmi münasibəti var. Əvvəl onun bu münasibətdən xəbəri olmamışdır. O, ana kimi çox narahatdır. X10 kimi təhlükəli adamla münasibəti olmasını istəmir, buna qarşıdır. Lakin qızı onu bir ana kimi dinləmir, onun sözünə baxmır. Əbülfəz xx.xx.2025-ci ildə onun yaşadığı Salyan rayonu, Kərimbəyli kəndində yerləşən evinə axşam saatlarında gələrək ebin qapısını sındırmış, nəticədə ona 200 manat ziyan dəymişdir. Hadisə baş verən vaxt o, evdə olmamış, işi milə əlaqədar Şirvan şəhərində olmuşdur. Qızı Rəxşəndə ona zəng edərək Əbülfəzin evi dağıtdığını bildirmişdir. Evə gəldikdə qapının sındırıldığını görmüş, bu barədə polisə şikayət etmişdir. X6 döymüşdür, bu barədə cinayət işi hazırda məhkəmənin icraatındadır. Odur ki, Şəxs cəzalandırılmasını tələb edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 izahatında göstərmişdir ki, Şəxs onların evinin qapısını sındırmamışdır. Həmin vaxt o,ö özü əsəbi olduğu üçün döşəmə taxtası ilə qapıya vurub yararsız hala salmışdır. Anası Mətanət yalan danışır, çünki Əbülfəzlə onun münasibətinin olmasını istəmir. Şəxs məhkəmə iclasında qeyd olunmuş əməli törətmədiyini bildirsə də, məhkəmə onun izahatını özünümüdafiə kimi qiymətləndirir. Belə ki, cianyət işinin başlanmasının rədd edilməsi haqqında 08 noyabr 2025-ci il tarixli qərarda da göstərilmişdir ki, Şəxs qapıya təpiklə bir neçə zərbə vurduğunu izahatında təsdiq edir, etdiyi əməldən peşmandır. Həmin qərardan sonradan şikayət verilməmiş, qərar qüvvədədir. Həmçinin məhkəmə qeyd edir ki, X1 Əbülfəz Bayram oğlu ilə qeyri-rəsmi də olsa, ər-arvad münasibətlərindərlər, bunu hər iki şəxs izahatlarında qeyd etmişdir. Bundan başqa yuxarıda qeyd edilmiş cianyət işinin başlanmasının rədd edilməsi haqqında 08 noyabr 2025-ci il tarixli qərarda Şəxs qeyd olunmuş əməlin onun tərəfindən törədildiyini təsdiq etmişdir. Odur ki, Rəxşəndə Qəhrəmanovanın hazırki məhkəmə iclasında dediklərinin sübut kimi qəbul edilməsini məhkəmə məqsədəmüvafiq hesab etmir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxsnın İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi iş materiallarında olan sənədlərlə tam sübuta yetirildiyindən onun barəsində inzibati tənbeh tətbiq edilməlidir. Belə ki, İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş; Salyan RPŞ-nin İTB-nin sahə rəisi X11 tərəfindən Şəxsnın barəsində Azərbaycan Respublikasının İXM-nin 232-1-ci maddəsi ilə 03 dekabr 2025-ci il tarixli, MN 2196720/500 nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Zərərçəkmiş şəxs Salyan rayonunun Kərimbəyli kəndində yaşadığı evə girərək evin giriş qapısını sındırmışdır. Salyan Rayon Polis Şöbəsinin TB-nin xx.xx.2025-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi” haqqında qərarından görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə Salyan raytonu, Qaraçala qəsəbəsində yaşayan Zərərçəkmiş şəxs evinin qapısını qəsdən vuraraq əzmiş və nəticədə ona 200 manat maddi ziyan vurmaqla əmlakını qəsdən zədələmişdir. Həmin qərarda qeyd olunmuş izahatında Şəxs qapıya təpiklə bir neçə zərbə vurduğunu izahatında təsdiq edir, etdiyi əməldən peşman olduğunu bildirmişdir. Beləliklə, məhkəmə iş materiallarını nəzərdən keçirib, hesab edir ki, Şəxs həmin hərəkəti ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Bu səbəbdən də o, həmin maddə ilə təqsirli bilinməli və barəsində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikasının İXM-nin 232-1-ci maddəsinə əsasən, özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə, bu az miqdarda ziyan vurduqda inzibati xəta nəticəsində vurulmuş ziyanın bir mislindən iki mislinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsinin “Qeyd” hissəsinə əsasən, “az miqdar” dedikdə beş min manatdan yuxarı olmayan məbləğ başa düşülür. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında inzibati tənbeh tətbiq edilməsi məsələsi müzakirə edilərkən məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxsnın şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq onun barəsində inzibati tənbeh növü olaraq cərimə tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə, həmçinin, hesab edir ki, Zərərçəkmiş şəxs dəymiş maddi zərərlə bağlı mülki qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikasının İXM-nin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib inzibati xəta nəticəsində vurulmuş ziyanın (200 manat) bir misli məbləğində, yəni 200 (iki yüz) manat məbləğində cərimə edilsin. Zərərçəkmiş şəxs dəymiş maddi zərərlə bağlı mülki qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququ izah edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Salyan Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və protest verilmədikdə qərardan şikayətin verilməsi müddətinin bitdiyi gün qərar qanuni qüvvəyə minir. Sədrlik edən: Şahəddin Kələntərov
Məhkəmə qərarları › İş №3(057)-1300/2025
Salyan Rayon Məhkəməsi Qərar — İş №3(057)-1300/2025
04.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver