Azərbaycan Respublikası adından QƏRAR Salyan rayon İş № 3(057)-1315/2025 04.12.2025 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Kələntərov Şahəddin Əhməd oğllunun sədrliyi, İsmayılov Şirin Elton oğlunun katibliyi, Salyan rayon İcra və Probasiya şöbəsinin icra məmuru X5, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan borclu Şəxsnın iştirakları ilə, xx.xx.1970-ci ildə Salyan rayonunun Qaraçala qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, 2-ci qrup əlil, Salyan rayonu, Qaraçala qəsəbəsində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Şəxsnın Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair 04 dekabr 2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara Salyan Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Salyan rayon İcra və Probasiya şöbəsinin icra məmuru Beyrək Abdinli tərəfindən tərtib olunmuş borclu Şəxsnın Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair 04 dekabr 2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə olunmuş materiallar 04 dekabr 2025-ci il tarixdə Salyan Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokolda qeyd olunmuşdur ki, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin e-2(004)-277/2025 nömrəli xx.xx.2025-ci il tarixli icra vərəqəsi üzrə 3914 manat aliment borcunu Zərərçəkmiş şəxs1, Salyan rayon məhkəməsinin 2(057)- 1475/2021 saylı xx.xx.2021-ci il tarixli icra vərəqəsinə əsasən 454,79 manat kredit borcunu "xxxx" MMC-yə; Salyan rayon məhkəməsinin 2(057)-54/2016 saylı xx.xx.2016-cı il tarixli icra vərəqəsi üzrə 11976 manat borcunu Zərərçəkmiş şəxs3, Salyan rayon 2 saylı Dövlət Notariat Kontoru tərəfindən verilmiş 8i-9392 saylı xx.xx.2023-cü il tarixli icra qeydinə əsasən ödənilməmiş 1161 manat borcunu Zərərçəkmiş şəxs4, Şirvan Apellyasiya məhkəməsinin 2(106)-228/2025 saylı xx.xx.2025-ci il tarixli icra vərəqəsinə əsasən 16112,5 manat borcunu X4, Bakı şəhəri Yasamal rayon məhkəməsinin 2(004)-5977/2016 saylı xx.xx.2016-cı il tarixli icra vərəqəsinə əsasən 4399 manat kredit borcunu Zərərçəkmiş şəxs6 ASC-yə, Salyan rayon məhkəməsinin 2(057)-2313/2016 saylı xx.xx.2016-cı il tarixli icra vərəqəsinə əsasən 20000 ABŞ dolları Zərərçəkmiş şəxs7 tam qaydada ödəməkdən imtina etmişdir. Məhkəmə iclasında iştirak edən Salyan rayon İcra və probasiya şöbəsinin icra məmuru Beyrək Abdinli inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək izahatında bildirmişdir ki, borclu barəsində müxtəlif icra məmurlarının icraatında çoxsaylı icra işləri var. Borclu pensiya və təqaüd alır. İcra sənədəri üzrə tutumalar həmin aylıq pensiya və təqaüdə yönəldilmişdir. Belə ki, borclunun tələbkarlar - Zərərçəkmiş şəxs4 1161 manat, X1 20000 ABŞ dolları, Zərərçəkmiş şəxs5 16000 manat, "xxxx" MMCyə 400 manat, həmçinin Zərərçəkmiş şəxs3 və Faiq İsgəndərov adlı tələbkarlara borcu, eləcə də aliment borcları vardır. X2 borc şikayət olmadığı üçün protokolda qeyd edilməyib. Borclu barəsində tələbkarlardan şikayət daxil olmamışdır. Odur ki, borclu barəsində hər hansı qərar qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxmışdır. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs göstərmişdir ki, müxtəlif icra sənədləri üzrə borcları var, həmin borcları qəbul edir, borcun ödənilməsinən yayınmır. Özü xəstədir, ailəsində çətinlikləri var, maddi imkanı yoxdur. O, hərbi əlil kimi 500 manat təqaüd, 385 manat pensiya alır. Onun pensiya və təqaüdlərinə borcları ilə bağlı tutulmalar yönəldilib. Tələbkarların ondan şikayəti yoxdur. Onun aldığı təqaüd və pensiyadan hər ay tələbkar Faiq İsgəndərovun xeyrinə 125 manat, tələbkar Zərərçəkmiş şəxs3 xeyrinə keçən aydan başlayaraq 98 manat, tələbkar Zərərçəkmiş şəxs4 xeyrinə 98 manat pul tutulur. X6 təxminən 2000 manat, Zərərçəkmiş şəxs4 isə 1000 manata yaxın borcu qalıb. İcra məmurundan xahiş etmişdir ki, tutulmalardan İmran Hüeynova olan borc çıxarılsın, əvəzinə aliment üçün tutulsun, İmaran Hüseynova az borcu qaldığı üçün hissə-hissə özü ödəyəcək. "xxxx" MMC-yə isə borcu ödəmişdir, lakin əgər boru qalıbsa tam ödəyəcək. Mütəmadi olaraq pensiyasında tutulmalar aparlır. Hazırda evini satışa çıxarmışdır. Evi satıb pulu ilə borclarını ödəyəcək, ona vaxt verilməsini, himayəsinə köməklik olunmasını xahiş edir. İş materialların əlavə edilmiş tələbkar Ülviyyə Məmmədli tərəfindən Salyan rayon İcra və probasiya şöbəsinə ünvanlanmış teleqramdan görünür ki, Şəxs alimenti ödəyir. Şikayəti yoxdur. Məhkəmə proses iştirakçıların izahatlarını, eləcə də, inzibati materialda olan sənədləri nəzərə alıb, icra işini nəzərdən keçirərək, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki Şəxsnın əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi mövcud olmadığından iş üzrə icraata xitam verilməlidir. Belə ki, İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş; Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-277/2025 saylı xx.xx.2025-ci il tarixli icra vərəqəsindən görünür ki, xx.xx.2009-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Şəxs Zərərçəkmiş şəxs1 xeyrinə xx.xx.2024-cü il tarixdən başlayaraq xx.xx.2025-ci il tarixədək hər ay 2024-cü il üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,68 misli həddində sabit pul məbləğində aliment tutulsun. xx.xx.2025-ci il tarixindən başlayaraq xx.xx.2009-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Şəxs Zərərçəkmiş şəxs1 xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,62 misli həddində sabit pul məbləğində alimentin tutulması qət olunmuşdur. “İcraata başlamaq haqqında” xx.xx.2025-ci il tarixli qərarın surətindən görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-277/2025 saylı xx.xx.2025-ci il tarixli icra vərəqəsi əsasında iş üzrə icraata başlanılmışdır. Salyan rayon icra və probasiya şöbəsi tərəfindən borclu Şəxs ünvanlanmış xx.xx.2025-ci il tarixli bildirişin surətindən görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-277/2025 saylı xx.xx.2025-ci il tarixli icra sənədi üzrə tələbin könüllü icra edilməsi üçün həmin şəxsə 10 gün müddət verilmişdir. Bildirişin borcluya rəsmi qaydada təqdim edilməsini təsdiq edən sübut yoxdur. Salyan rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli məhkəmə əmrinin surətindən görünür ki, Şəxs 880 manat borc, 20 manat dövlət rüsumu, cəmi 900 manat Zərərçəkmiş şəxs2 MMC-nin xeyrinə tutulması qərara alınmışdır. “İcraata başlamaq haqqında” xx.xx.2021-ci il tarixli qərarın surətindən görünür ki, Salyan rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli icra vərəqəsi əsasında iş üzrə icraata başlanılmışdır. Salyan rayon icra və probasiya şöbəsi tərəfindən borclu Şəxs ünvanlanmış xx.xx.2021-ci il tarixli bildirişin surətindən görünür ki, Salyan rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli icra sənədi üzrə tələbin könüllü icra edilməsi üçün həmin şəxsə 10 gün müddət verilmişdir. Bildirişin borcluya rəsmi qaydada təqdim edilməsini təsdiq edən sübut yoxdur. Salyan rayon məhkəməsinin xx.xx.2016-cı il tarixli icra vərəqəsindən görünür ki, cavabdeh Şəxs 10500 manat borc pul alınaraq iddiaçı Zərərçəkmiş şəxs3 ödənilməsi qərara alınmışdır. “İcraata başlamaq haqqında” xx.xx.2016-cı il tarixli qərarın surətindən görünür ki, Salyan rayon məhkəməsinin xx.xx.2016-cı il tarixli icra vərəqəsi əsasında iş üzrə icraata başlanılmışdır. Salyan rayon icra və probasiya şöbəsi tərəfindən borclu Şəxs ünvanlanmış bildirişin surətindən görünür ki, Salyan rayon məhkəməsinin xx.xx.2016-cı il tarixli icra sənədi üzrə tələbin könüllü icra edilməsi üçün həmin şəxsə 10 gün müddət verilmişdir. Bildirişin borcluya rəsmi qaydada təqdim edilməsini təsdiq edən sübut yoxdur. xx.xx.2025-ci il tarixli inkasso sərəncamından görünür ki, Salyan rayon məhkəməsinin xx.xx.2016-cı il tarixli icra vərəqəsi üzrə 12075 manat pul tam ödənilənədək Şəxs hesabından aylıq 98,33 manat olmaqla Zərərçəkmiş şəxs3 xeyrinə tutulma həyata keçirilməsi qərara alınmışdır. Salyan regional “ASAN xidmət” mərkəzində notariat ofisinin xx.xx.2023-cü il tarixli icra qeydindən görünür ki, Şəxs 3000 manat ödənilməmiş borcun və 25 manat dövlə rüsumunun Zərərçəkmiş şəxs4 xeyrinə tutulması qərara alınmışdır. “İcraata başlamaq haqqında” xx.xx.2023-cü il tarixli qərarın surətindən görünür ki, Salyan regional “ASAN xidmət” mərkəzində notariat ofisinin xx.xx.2023-cü il tarixli icra qeydi əsasında iş üzrə icraata başlanılmışdır. Salyan rayon icra və probasiya şöbəsi tərəfindən borclu Şəxs ünvanlanmış xx.xx.2023-cü il tarixli bildirişin surətindən görünür ki, Salyan regional “ASAN xidmət” mərkəzində notariat ofisinin xx.xx.2023-cü il tarixli icra sənədi üzrə tələbin könüllü icra edilməsi üçün həmin şəxsə 10 gün müddət verilmişdir. Bildirişin borcluya rəsmi qaydada təqdim edilməsini təsdiq edən sübut yoxdur. xx.xx.2025-ci il tarixli inkasso sərəncamından görünür ki, xx.xx.2023-cü il tarixli icra qeydi üzrə 1260,05 manat pul tam ödənilənədək Şəxs hesabından aylıq 98,33 manat olmaqla Zərərçəkmiş şəxs4 xeyrinə tutulma həyata keçirilməsi qərara alınmışdır. Şirvan Apellyasiya məhkəməsinin xx.xx.2025-ci il tarixli icra vərəqəsindən görünür ki, Şəxs 16000 manat pul və 112,50 manat dövlət rüsumunun Zərərçəkmiş şəxs5 xeyrinə tutulması qərara alınmışdır. “İcraata başlamaq haqqında” xx.xx.2025-ci il tarixli qərarın surətindən görünür ki, Şirvan Apellyasiya məhkəməsinin xx.xx.2025-ci il tarixli icra vərəqəsi əsasında iş üzrə icraata başlanılmışdır. Salyan rayon icra və probasiya şöbəsi tərəfindən borclu Şəxs ünvanlanmış bildirişin surətindən görünür ki, Şirvan Apellyasiya məhkəməsinin xx.xx.2025-ci il tarixli icra vərəqəsi tələbin könüllü icra edilməsi üçün həmin şəxsə 10 gün müddət verilmişdir. Bildirişin borcluya rəsmi qaydada təqdim edilməsini təsdiq edən sübut yoxdur. Bakı şəhəri Yasamal rayon məhkəməsinin xx.xx.2016-cı il tarixli icra vərəqəsindən görünür ki, Zərərçəkmiş şəxs1 və Şəxs müştərək qaydada 4069 manat əsas, 250 manat faiz, 50 manat cərimə, 30 manat dövlət rüsumu, cəmi 4399 manat məbləğində pulun tutulması qərara alınmışdır. “İcraata başlamaq haqqında” xx.xx.2017-ci il tarixli qərarın surətindən görünür ki, Bakı şəhəri Yasamal rayon məhkəməsinin xx.xx.2016-cı il tarixli icra vərəqəsi əsasında iş üzrə icraata başlanılmışdır. Salyan rayon icra və probasiya şöbəsi tərəfindən borclu Şəxs ünvanlanmış bildirişin surətindən görünür ki, Bakı şəhəri Yasamal rayon məhkəməsinin xx.xx.2016-cı il tarixli icra vərəqəsi tələbin könüllü icra edilməsi üçün həmin şəxsə 10 gün müddət verilmişdir. Bildirişin borcluya rəsmi qaydada təqdim edilməsini təsdiq edən sübut yoxdur. Salyan rayon məhkəməsinin xx.xx.2016-cı il tarixli icra vərəqəsindən görünür ki, Şəxs 20000 ABŞ Dolları borcun və 30 manat dövlət rüsumunun alınaraq Zərərçəkmiş şəxs7 xeyrinə verilməsi qərara alınmışdır. “İcraata başlamaq haqqında” xx.xx.2017-ci il tarixli qərarın surətindən görünür ki, Salyan rayon məhkəməsinin xx.xx.2016-cı il tarixli icra vərəqəsi əsasında iş üzrə icraata başlanılmışdır. Salyan rayon icra və probasiya şöbəsi tərəfindən borclu Şəxs ünvanlanmış bildirişin surətindən görünür ki, Salyan rayon məhkəməsinin xx.xx.2016-cı il tarixli icra vərəqəsi tələbin könüllü icra edilməsi üçün həmin şəxsə 10 gün müddət verilmişdir. Bildirişin borcluya rəsmi qaydada təqdim edilməsini təsdiq edən sübut yoxdur. Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışdan görünür ki, borclu hərbi xidmət vəzifələrini yerinə yetirməklə əlaqədar 2-ci qrup əlil olmaqla 500 manat təqaüd və 393,34 manat pensiya alır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 528.1-ci maddəsinə əsasən, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. “İcra haqqında” Qanunun 82.1-ci maddəsinə əsasən, borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. Məhkəmə qeyd edir ki, şəxsin icra sənədini icra etməməsi o halda üzrsüz hal kimi qiymətləndirilə bilər ki, məhkəməyə təqdim edilmiş sənədlərlə şəxsin icra sənədini icra etməyə maddi imkanın olması və ya adına qətnaməni icra etməyə imkan verən əmlakının olduğu halda şəxsin həmin əmlak hesabına qəsdən icra sənədi üzrə ödənişi həyata keçirməməsi öz təsdiqini tapmış olsun. Hazırki halda nə məhkəməyə təqdim edilmiş sənədlərlə, nə də məhkəmə iclasında iştirak edən icra məmurunun və barəsində inzibati qaydada icraat aparılan şəxsin izahatlarında göstərdikləri xüsusatlarla borclu Şəxsnın məhkəmə qətnaməsini məhz üzrsüz səbəbdən icra etməmə halı öz təsdiqini tapmamışdır. Elektron Məhkəmə İnformasiya Sistemindən görüdyü kimi, borclu hərbi xidmət vəzifələrini yerinə yetirməklə əlaqədar 2-ci qrup əlil olmaqla 500 manat təqaüd və 393,34 manat pensiya alır. Bundan başqa icra məmurunun qərarı ilə borclunun pensiya və təqaüdündən qanunla yol verilən hissəsinin tutularaq tələbkarların hesabına ödənilməsi qərara alınmışdır. Borclu borclarınıən ödənilməsi üçün həmin tutulmaların həyata keçirilməsinə könüllü şəkildə razıdır, məhkəmə qətnaməsi ilə müəyyən edilmiş borclarının ödənilməsindən qərəzli şəkildə yayınmır. Borclu həmçinin məhkəmə iclasında evini sataraq borcu tam ödəyəcəyinə söz vermişdir. Yuxarıda qeyd olunanları və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin dispozisiyasına əsasən icra sənədinin borclu tərəfindən üzrsüz səbəbdən icra edilməməsi inzibati məsuliyyətə səbəb olduğundan, hazırkı halda isə icra sənədinin icra edilməməsində üzürsüz səbəb müəyyən olunmadığından borclu Şəxsnın Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata onun əməlində inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxsnın Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə icraata barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində inzibati xəta tərkibi olmadığından AR İXM-nin 53.1.2-ci maddəsinə əsasən xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şahəddin Kələntərov
Məhkəmə qərarları › İş №3(057)-1315/2025
Salyan Rayon Məhkəməsi Qərar — İş №3(057)-1315/2025
04.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver