Məhkəmə qərarları › İş №3(057)-1330/2025

Salyan Rayon Məhkəməsi Qərar — İş №3(057)-1330/2025

09.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Salyan rayon İş № 3(057)-1330/2025 09.12.2025 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Vəsilə Əlövsət qızının sədrliyi, İsmayılov Şirin Elton oğlunun katibliyi, Salyan rayon icra və probasiya şöbəsinin icra məmuru X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1980-ci ildə Salyan rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsili, memar, ünvan 1 ünvanında yaşayan Şəxs haqqında Salyan rayon icra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş üzrə materiallara Salyan Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şəxs barəsində Salyan rayon icra və probasiya şöbəsinin icra məmuru X5 tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair 09 dekabr 2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Salyan Rayon Məhkəməsinə göndərilmişdir. Təqdim edilmiş inzibati xəta haqqında protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-3587/2025 saylı, xx.xx.2025-ci il tarixli icra vərəqəsinə əsasən ödənilməmiş qalan 9283,43 manat pulu və 3 ədəd Tükiyyə istehsalı olan iskələ (ayaq hissə) cavabdeh "xxxx" MMC-dən alınaraq iddiaçı Zərərçəkmiş şəxs MMC-yə tam qaydada ödəməkdən imtina edir. Məhkəmə iclasında Salyan rayon icra və probasiya şöbəsinin icra məmuru X5 inzibati xəta haqqında protokolu müdafiə edərək borclu barəsində qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, o, hal-hazırda imkanı yoxdur, heç bir ödəniş etməmiş, 9283 manat borcu var, Salyan rayonu Qarabağlı kəndində iş görmüş, lakin 93000 manat ziyan etmiş, 2026-ci ilin ilk altı ayında tam ödəyəcəyini bildirmişdir. Buna görə də, iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iştirakçıları dinləyib, inzibati materialda olan sənədləri və icra işini nəzərdən keçirərək, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi mövcud deyil. Belə ki, İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-3587/2025 saylı xx.xx.2025-ci il tarixli icra vərəqəsindən görünür ki, 21 noyabr 2023-cü il tarixli, No 21/1123P saylı icarə müqaviləsi üzrə 7412,78 manaf, ona hesablanmış 1334,3 manat ƏDV borcu, 437,35 manat cərimə, hüquqi yardım üçün vəkilə ödənilmiş 600 manat xərc və ödənilmiş 138 manat dövlət rüsumu cavabdeh "xxxx" MMC-dən tutularaq iddiaçı Zərərçəkmiş şəxs MMCnin xeyrinə ödənilməsi, ümumi dəyəri 99 manat olan-3 ədəd Türkiyyə istehsalı olan iskələ (ayaq hissə) cavabdeh "xxxx" MMC-dən alınaraq iddiaçı Zərərçəkmiş şəxs MMC-yə verilməlidir. “İcraata başlama haqqında” xx.xx.2025-ci il tarixli qərarın surətindən görünür ki, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-3587/2025 saylı, xx.xx.2025-ci il tarixli icra vərəqəsi əsasında iş üzrə icraat başlanılmış və həmin tarixdə borcluya dərhal tələbin könüllü icrası haqqında bildiriş göndərilmişdir. Salyan rayon icra və probasiya şöbəsi tərəfindən borclu Şəxs ünvanlanmış xx.xx.2025-ci il tarixli bildirişin surətindən görünür ki, Bakı Kommersiya Məhkəməsinin e-2- 2(113)-3587/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədi üzrə tələbin könüllü icra edilməsi üçün həmin şəxsə 10 gün müddət verilmişdir. X2 rayon İcra və Probasiya şöbəsində alındığı izahatlarından görünür ki, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-3587/2025 saylı xx.xx.2025-ci il tarixli icra sənədi üzrə bildiriş almış, hal-hazırda imkanı yoxdur, heç bir ödəniş etməmiş, 9283 manat borcu var,Salyan rayonu Qarabağlı kəndində iş görmüş, lakin 93000 manat ziyan etmiş, 2026-ci ilin altı ayında tam ödəyəcəyini bildirmişdir. xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, Şəxs Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-3587/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədinin icrasını təmin edilməsi və xx.xx.2025-ci il tarixdə Salyan rayon İcra və Probasiya şöbəsinə gəlməyi tələb olunmuşdur. Salyan rayon icra və probasiya şöbəsinin icra məmuru X5 icraatında olan Bakı Kommersiya Məhkəməsi tərəfindən verilmiş e-2-2(113)-3587/2025-030 nömrəli xx.xx.2025 tarixli icra sənədi üzrə tələbkar Zərərçəkmiş şəxs MMC-nin hüuquşunası X1 məxsus (**********) mobil telefon vasitəsi ilə əlaqə saxlanılmış, qeyd olunan icra sənədi ilə bağlı icra vərəqəsində qeyd olunan tələbin heç bir hissəsinin təmin olunmadığı bildirilmişdir. Tələbkar Zərərçəkmiş şəxs MMC-nin nümayəndəsi X6 xx.xx.2025-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, xx.xx.2025-ci il tarixli protokolu müdafiə edərək, Şəxs barəsində ən ciddi inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 12.1-ci maddəsinə əsasən, bu Qanunun 8.2-ci maddəsinin üçüncü və beşinci abzaslarında nəzərdə tutulmuş hallar istisna olmaqla, icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində bütün zəruri icra hərəkətlərini həyata keçirməlidir. Həmin Qanunun 82.1-ci maddəsinə əsasən, borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. İXM-nin 528.1-ci maddəsinin tələblərinə görə, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə qeyd edir ki, hazırki işin hallarından görünür ki, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-3587/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədi xx.xx.2025ci il tarixdə Salyan rayon icra və probasiya şöbəsinin icraatına daxil olmuş, həmin icra sənədi üzrə xx.xx.2025-ci il tarixdə icraata başlanılmış, həmin tarixdə borcluya bildiriş göndərilməklə tələbin könüllü icra edilməsi üçün həmin şəxsə 10 gün müddət verilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair” 04 sentyabr 2018-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi mütləq inzibati həbslə nəticələnməməli, icra məmurları müxtəlif qanuni vasitələrlə məhkəmə aktlarının icrasının təmin edilməsi üçün şərait yaratmalı və yalnız bütün imkanlar tükəndikdən sonra sərt inzibati və cinayət təsiri tədbirlərindən istifadə etməlidirlər. Hazırki işin hallarından görünür ki, icra məmuru tərəfindən məhkəmə aktının icra olunması üçün bütün imkanlar tükənmədən, icra sənədinin alındığı gündən iki ay müddətində bütün zəruri icra hərəkətləri həyata keçirilmədən, məcburi icra tədbirləri görülmədən, icra prosesi hələ tam yekunlaşmadan, vaxtından əvvəl inzibati xəta haqqında protokol tərtib olunmuşdur ki, bu da borclunun hüquqularının pozulmasına gətirib çıxarmışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə icraata barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində inzibati xəta tərkibi olmadığından AR İXM-nin 53.1.2-ci maddəsinə əsasən xitam verilsin. Qərardan onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində işə baxan Salyan Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vəsilə Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar