Məhkəmə qərarları › İş №3(057)-1331/2025

Salyan Rayon Məhkəməsi Qərar — İş №3(057)-1331/2025

15.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Salyan rayon İş № 3(057)-1331/2025 15.12.2025 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Vəsilə Əlövsət qızının sədrliyi, İsmayılov Şirin Elton oğlunun katibliyi, Barəsində protokol tərtib olunmuş şəxs Şəxs iştirakı ilə, xx.xx.1971-ci ildə Salyan rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, Salyan rayonu Yenikənd kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan Şəxs barəsində DİN-nin Baş Dövlət Yol Polis İdarəsinin Yol-Patrul Xidməti Alayından daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqdim edilmiş inzibati xəta haqqında protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, xx.xx.2025-ci il tarixdə saat 09:30-da Belarus 1221.2 markalı 52BA362 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən zaman xx.xx.1971-ci ildə Salyan rayonu Yenikən kəndində anadan olmuş Şəxs İXM-nin 342.9-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Həmin faktla bağlı DİN-nin Baş Dövlət Yol Polis İdarəsinin Yol-Patrul Xidməti Alayı tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 342.9-cu maddəsi ilə İXP ******* saylı, xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Salyan rayon məhkəməsinə göndərilmişdir. Qanunla müəyyən edilmiş qaydada və müddətdə məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, DİN-nin Baş Dövlət Yol Polis İdarəsinin Yol-Patrul Xidməti Alayının nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikasının İXM-nin 61.3 və 112.1.4-cü maddələrinə əsaslanaraq, məhkəmə işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahatında bildirdi ki, o, xx.xx.2025-ci il tarixdə təxminən 09:30 radələrində etibarnamə ilə idarə etdiyi Traktor 1221 markalı ** BA *** nömrə nişanlı texnika ilə köhnə Ələt-Astara köhnə yolunda hərəkətdə olarkən YPX-nin əməkdaşı onu saxlamışdır. YPX-nin əməkdaşı yaxınlaşıb özünü təqdim edərək sənədləri istəmiş, sənədləri yoxlama zamanı texnikanın üzərində göy sayrışan siqnal olduğunu bildirmiş və ondan kəskin alkoqol iyinin gəldiyini bildirmişdir. Söz vermişdir ki, bir daha sərxoş vəziyyətdə avtomobil idarə etməyəcək, yol polisinin iradlarını qəbul etdiyini bildirmişdir. Məhkəmədən barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İXM-nin 342.9-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi iş materialları ilə tam təsdiq olunur və o, həmin inzibati xətanın törədilməsində təqsirlidir. Belə ki, iş materiallarında olan xx.xx.2025-ci il tarixli aktdan görünür ki, Şəxs idarə etdiyi Traktor ** BA *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsində əzilmiş hissələr yoxdur, nəqliyyat vasitəsi duracağa öz hərəkəti ilə gətirilmiş, salonda (qoşqu) əşyalar yoxdur. Nəqliyyat vasitələrindən istifadə edilməsi haaqında etibarnamədən görünür ki, etibar edən X1 özünə məxsus Traktor Belarus 1221.2 markalı avtomobilə dair xx.xx.2025ci il tarixdə Şəxs xx.xx.2027-ci il tarixədək qüvvədə olan etibarnamə vermişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsi məsələsi müzakirə edilərkən, əməlindən peşman olmasını məsuliyyəti yüngülləşdirən hal kimi qəbul edir, ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının İXM-nin 342.9-cu maddəsinə əsasən nəqliyyat vasitələrinin müvafiq icazə olmadan xüsusi (çoxavazlı) səs və ya sayrışan işıq siqnalları və ya operativ nəqliyyat vasitələri üçün müəyyən edilmiş rənglənmə sxemləri, yazılar və tanınma nişanları ilə təchiz edilməsinə, yaxud nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının görünüşünü çətinləşdirən örtüklərdən və ya qurğulardan, nəqliyyat vasitəsinin sürətini ölçməyə maneçilik törədən və ya ölçmə cihazlarının işinə mane olan antiradar və digər texniki vasitələrdən, yaxud əhalinin dincliyini nümayişkaranə şəkildə pozan səs siqnallarından istifadə edilməsinə görə - inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmet müsadirə edilməklə, beş yüz manatdan səkkiz yüz manatadək məbləğdə cərimə edilir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq onun barəsində təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan cərimə növündə əsas inzibati tənbehin, inzibati xətanın bilavasitə obyekti olan predmetin müsadirəsi növündə əlavə inzibati tənbehin tətbiq edilməsini məqsədəmüvafiq hesab edirəm. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib, inzibati xətanın bilavasitə obyekti olmuş 1 ədəd sayrışan işıqlar bloku müsadirə olunmaqla 500 (beş yüz) manat məbləğində cərimə edilsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Salyan rayon məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Vəsilə Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar