Azərbaycan Respublikası adından QƏRAR Salyan rayon İş № 3(057)-1340/2025 24.12.2025 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Kələntərov Şahəddin Əhməd oğlunun sədrliyi, Rzayev Hüseyn Mehman oğlunun katibliyi ilə, Şəxs barəsində Azərbaycan Respublikası ƏƏSMN yanında DƏMX-nin Şirvan- Salyan regional şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş üzrə materiallara Salyan Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şəxs barəsində Azərbaycan Respublikası ƏƏSMN yanında DƏMX-nin Şirvan- Salyan regional şöbəsi tərəfindən Azərbaycan Respublikasının İXM-in 539.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair 12 dekabr 2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Salyan Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs tərəfindən vətəndaşlar X3 və X2 müraciətinə baxmaq üçün sənədlər Şirvan-Salyan regional şöbəsinə təqdim edilməmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs Şəxs MMC -yə və protokolu tərtib etmiş orqana inzibati xəta haqqında işə baxılmasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, lakin həmin Cəmiyyət və orqanın səlahiyyətli nümayəndələri məhkəməyə gəlməmiş, işə baxılmasının təxirə salınması haqqında vəsatət verməmişlər. Məhkəmə Azərbaycan Respublikasının İXM-nin 112.1.4-cü maddəsinə əsaslanaraq, işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs tərəfindən İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi iş materiallarında olan digər sənədlərlə tam sübuta yetirilmişdir. Belə ki, İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş; 12 dekabr 2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs tərəfindən vətəndaşlar X3 və X2 müraciətinə baxmaq üçün sənədlər Şirvan-Salyan regional şöbəsinə təqdim edilməmişdir. ƏƏSMN-ə X2 müraciət vərəqəsindən görünür ki, o, bidirmişdir ki, xx.xx.2025-ci il tarixdən "xxxx" restoranında “ofisiant vəzifəsi üzrə əmək fəaliyyətinə cəlb olunmuşdur. Lakin, şəxsin adına əmək müqaviləsi rəsmiləşdirilməmişdir. Vətəndaş əmək münasibətləri yaradılmadan işə cəlb olunması halından narazıdır. Eyni zamanda vətəndaş bildirir ki, avqust ayı üzrə əmək haqqı ödənilməmişdir. Müraciətin araşdırılmasını və müvafiq köməklik göstərilməsini xahiş edir. X1 müraciət vərəqəsindən və izahatdan görünür ki, X3 hüquqi şəxs Şəxsndən şikayət edərək göstərmişdir ki, o, işdən çıxarılmış, lakin ona həmin hüquqi şəxs tərəfindən iyul, avqust, sentyabr, oktyabrın 14-dək əmək haqqı ödənilməmişdir. DƏMX-nin Şirvan-Salyan regional şöbəsinin Şəxsnə ünvanladığı xx.xx.2025-ci il tarixli məktublarından görünür ki, həmin məktubun məzmunu vətəndaşlar X3 və X2 əmək hüquqlarının pozulması barədədirlər. DƏMX-nin Şirvan-Salyan regional şöbəsinin Şəxs direktoru Aydın Dəmirova ünvanladığı xx.xx.2025-ci il tarixli bildirişindən görünür ki, İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi üzrə inzibati xəta haqqında protokol tərtib olunmasında iştirak etmək üçün xx.xx.2025-ci il tarix, saat 11:00-a Xidmətin Şirvan-Salyan regional şöbəsinə çağırılmışdır. DƏMX-nin Şirvan-Salyan regional şöbəsinin Şəxs direktoru Aydın Dəmirova ünvanladığı xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, vətəndaş X1 əmək hüquqlarının pozulması (son haq-hesabın ödənilməməsi) barədə Azərbaycan Respublikası ƏƏSMN-ə etdiyi müraciətinə nazirlik yanında DƏMX-nin Şirvan-Salyan regional şöbəsində baxılmışdır. Vətəndaşın müraciətinə münasibət bildirilməsi və vətəndaşa aid aşağıdakı sənədlərin 7 iş günü ərzində DƏMX-nin Şirvan-Salyan regional şöbəsinə təqdim olunması xahiş olunmuşdur:
1. əmək müqaviləsinin surəti (elektron əmək müqaviləsi olmadığı təqdirdə), işdən çıxmaq barədə ərizəsi və əmək müqaviləsinə xitam verilmməsinin səbəbi;
2. işçinin işə giriş əmri, işlədiyi aylar üzrə əmək haqqı cədvəlləri, tabelləri, son haqq-hesabın hesablanması və ödənilməsi sənədləri və s. 3.Vətəndaşın müraciətində qeyd olunan məsələlərə münasibət bildirilməsinə dair cavab və izahat məktubu (vətəndaş xx.xx.2024-cü il tarixdən "xxxx" MMC-də “fırınçı” vəzifəsi üzrə əmək fəaliyyətinə cəlb olunmuşdur. xx.xx.2025-ci ildə əmək müqaviləsinə AR ƏM-in 68.2 a bəndlə xitam verilmişdir. Lakin cari tarixədək son haqq-hesab ödənişi ödənilməməmişdir. Mövcud haldan narazıdır, araşdırılmasını və müvafiq köməklik göstərilməsini xahiş edir) DƏMX-nin Şirvan-Salyan regional şöbəsinin Şəxs direktoru Aydın Dəmirova ünvanladığı xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, vətəndaş X2 əmək hüquqlarının pozulması (əmək haqqı ödənilməməsi və əmək müqaviləsi bağlanmadan işə cəlb edilməsi) barədə Azərbaycan Respublikası ƏƏSMN-ə etdiyi müraciətinə nazirlik yanında DƏMX-nin Şirvan- Salyan regional şöbəsində baxılmışdır. Vətəndaşın müraciətinə münasibət bildirilməsi və vətəndaşa aid aşağıdakı sənədlərin 7 iş günü ərzində DƏMX-nin Şirvan-Salyan regional şöbəsinə təqdim olunması xahiş olunmuşdur: 1.əmək müqaviləsinin bağlanmamasının səbəbləri, işçinin işə hansı vəzifədə, hansı müddətlərdə cəlb edilməsi barədə məlumat; 2.əmək haqqı cədvəlləri, tabelləri və ödənilməsi sənədləri və s.
3. Vətəndaşın müraciətində qeyd olunan məsələlərə münasibət bildirilməsinə dair cavab və izahat məktubu (xx.xx.2025-ci il tarixdən "xxxx" restoranında “ofisiant vəzifəsi üzrə əmək fəaliyyətinə cəlb olunmuşdur. Lakin, şəxsin adına əmək müqaviləsi rəsmiləşdirilməmişdir. Vətəndaş əmək münasibətləri yaradılmadan işə cəlb olunması halından narazıdır. Eyni zamanda vətəndaş bildirir ki, avqust ayı üzrə əmək haqqı ödənilməmişdir. Müraciətin araşdırılmasını və müvafiq köməklik göstərilməsini xahiş edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin; 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 539.3-cü maddəsinə əsasən, əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının tələbi ilə bu Məcəllənin 539.1-1-ci maddəsində nəzərdə tutulan hallarla bağlı zəruri olan məlumatların (sənədlərin) təqdim edilməməsinə, yaxud tam, düzgün və ya vaxtında təqdim edilməməsinə (sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan yoxlamalara münasibətdə bu Məcəllənin 602.4-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla) görə –vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 116-cı maddəsinə əsasən eyni inzibati xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsi halları istisna olmaqla, bu Məcəllənin 539.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş şəxs barəsində səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxarır. İnzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarda şəxsin törətdiyi hüquqpozmanı aradan qaldırması üçün müddət nəzərdə tutulur. Bu müddət bir ayadək, yaxud hüquqpozmanın aradan qaldırılmasının mürəkkəbliyi və bunun üçün əlavə vaxtın tələb olunması nəzərə alınaraq bir aydan iki ayadək müəyyən olunur. Bu Məcəllənin 116.2-ci maddəsində nəzərdə tutulan müddətdə hüquqpozma aradan qaldırılarsa, inzibati cərimə ödənilmir. Əks təqdirdə, inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarda nəzərdə tutulan cərimə ödənilməlidir. Cərimənin ödənilməsi şəxsi törətdiyi hüquqpozmanın aradan qaldırılması öhdəliyindən azad etmir. İnzibati xəta törətmiş şəxs hüquqpozmanı aradan qaldırdıqda, bu Məcəllənin 116.2-ci maddəsində nəzərdə tutulan müddət ərzində inzibati xəta haqqında işə baxan səlahiyyətli orqana (vəzifəli şəxsə) bu barədə məlumat verməlidir. Həmin məlumatın verildiyi gündən bu Məcəllənin 116.2-ci maddəsində nəzərdə tutulan müddətin axımı dayanır. İşə baxan səlahiyyətli orqan (vəzifəli şəxs) ona məlumatın verildiyi gündən 5 iş günü müddətində bu məlumatın düzgünlüyünü araşdırır və araşdırmanın nəticəsi barədə inzibati xəta törətmiş şəxsə yazılı bildiriş göndərir (verir). Məlumatın səhv olduğu müəyyənləşdirildikdə, hüquqpozmanın aradan qaldırılması müddətinin axımı məlumatın daxil olduğu gündən bərpa olunur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin; 15.5-ci maddəsinə əsasən, əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqanın bu Məcəllənin və əmək qanunvericiliyinə dair digər normativ hüquqi aktların tələblərinə əməl olunmasına dair qəbul etdiyi qərarların, göstərişlərin işəgötürənlər və işçilər, habelə əmək münasibətlərinin digər iştirakçıları tərəfindən icrası məcburidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə müvafiq olaraq hüquqi şəxslər kommersiya, qeyri-kommersiya və publik hüquqi şəxslər formasında yaradıla bilər. Kommersiya hüquqi şəxslərə isə təsərrüfat ortaqlıqları və təsərrüfat cəmiyyətləri daxildir. Təsərrüfat cəmiyyətləri də öz növbəsində məhdud və ya əlavə məsuliyyətli cəmiyyət və ya səhmdar cəmiyyəti formasında yaradıla bilər. Beləliklə, yuxarıda qeyd edilən normaların məzmunundan göründüyü kimi, mək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqan, yəni DƏMXnin Şirvan-Salyan regional şöbəsi tərəfindən işəgötürən Şəxs MMC-dən vətəndaşlar X1 (əmək haqqının ödənilməməsi) və X2 əmək müqaviləsi bağlanmadan işə cəlb edilməsi və əmək haqqının ödənilməməsi) əmək hüquqlarının pozulması barədə müraciətləri əsasında vətəndaşların müraciətinə münasibət bildirilməsi və vətəndaşa aid müvafiq sənədlərin 7 iş günü ərzində DƏMX-nin Şirvan-Salyan regional şöbəsinə təqdim olunması tələb olunmuşdur. Lakin cəmiyyət dövlət orqanının tələbinin icrasını təmin etməyərək müvafiq sənədləri təqdim etməmişdir. Halbuki, həmin dövlət orqanının müvafiq tələbinin icrası əmək münasibətlərinin iştirakçıları, o cümlədən işəgötürənlər tərəfindən imperativ qaydada həyata keçirilməlidir. Şəxs MMC-nin DƏMX-nin Şirvan-Salyan regional şöbəsinin tələbini icra etməyərək müvafiq sənədləri təqdim etməməsi isə İXM-in 539.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradır. Məhkəmə iclasında Şəxs MMC-nin məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin; 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.3-cü maddəsinə əsasən, hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə, inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Şəxs MMC barəsində İXM-in 539.3-cü maddəsinin sanksiyasının hədləri daxilində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməli, həmin Məcəllənin 116-cı maddəsinə əsasən cərimə şərti olaraq tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 25, 40.0.1, 43, 48-51, 55, 114, 115, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə R A R A A L D İ:
Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İXM-nin 539.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və şərti olaraq 2000 (iki min) manat məbləğində cərimə edilsin. Şəxs törətdiyi hüquqpozmanın aradan qaldırılması üçün bir ay müddət müəyyən edilsin. Həmin müddətdə qərarda əksini tapmış hüquqpozmalar aradan qaldırılmaqla bu müddət ərzində məhkəməyə məlumat verilsin Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Salyan Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər.
Sədrlik edən: Şahəddin Kələntərov