Azərbaycan Respublikası adından QƏRAR Salyan rayon İş № 3(057)-1343/2025 22.12.2025 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Vəsilə Əlövsət qızının sədrliyi ilə, İsmayılov Şirin Elton oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1976-ci il tarixdə Bərdə rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, Bərdə rayonu Lənbəran kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan X3 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272-1-ci maddəsi ilə inzibati xəta haqqında işə Salyan rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Salyan Rayon Polis Şöbəsi tərəfindən X6 barəsində Azərbaycan Respublikasının İXM-in 272-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair 15 dekabr 2025-ci il tarixli, MN № 2196755/513 nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Salyan Rayon Məhkəməsinə göndərilmişdir. Təqdim edilmiş inzibati xəta haqqında protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, X6 xx.xx.2025-cil tarixdə saat 19:30 radələrində Salyan rayonu Marışlı kəndinin çöllük ərazisində qanunsuz olaraq 2 ədəd çöl dovşanını özünə məxsus ov silahı ilə ovlayaraq ov qaydaları pozmuşdur. Şəxs bu hərəkəti ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Qanunla müəyyən edilmiş qaydada və müddətdə məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, protokolu tərtib etmiş səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İXM-nin 112.1.4-cü maddəsinə əsaslanaraq, məhkəmə işə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə Salyan rayon X13 Patrul Xidməti Bölməsinin əməkdaşları tərəfindən qanunsuz ov etdiyi yerdə saxlanılaraq Salyan rayon Polis Şöbəsinə gətirilmişdir. Bildirib ki, Bərdə rayon sakini həmkəndlisi X4 etibarnamə əsasında idarə etdiyi Kia Rio minik markalı **-DR-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə o, həmkəndlisi X7 və Azərin tanışı X1 ilə birlikdə Salyan rayonun Marışlı kənd ərazisinə asudə vaxtlarını keçirib ov etmək üçün gəlmişdir. O, özünə məxsus 20 kalibirli, “Bum” markalı 148817 nömrəli qoşa lüləli ov tüfəngi və 20 ədəd tüfənginə məxsus patronu özü ilə götürmüşdür. Onlar saat təxminən 19 radələrində Marışlı kənd ərazisində əkin sahəsinə daxil olub rəsmi heç bir ov etmək üçün icazə sənədi olmadan 2 baş çöl dovşanını ovlamışdır. Həmin dovşanları özü ilə Bakı şəhərinə apararaq sabahsı gün üçün yeməyi düşünmüşdür. İki baş dovşanı vurmaq üçün 4 ədəd patrondan istifadə etmişdir. Onun yanında olan şəxslər sadəcə yanında olaraq ov etməyini görüb şahidlik etmişdirlər. O, ov edən zaman Salyan rayon Polis Şöbəsinin əməkdaşları onlara yaxınlaşaraq etdiyi əməlin qanuna zid olmasını deyib şəxsiyyətilərini təsdiq etmək üçün rayon Polis Şöbəsinə dəvət etmişdirlər. Qeyd edib ki, icazəsiz qanunsuz ov etdiyini dərk edir. Gələcəkdə belə xoşa gəlməz hallara bir daha yol verməyəcəyinə söz verdiyini bildirmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs İnzibati Xətalar Məcəlləsinin 272-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi iş materiallarında olan sənədlərlə tam sübuta yetirildiyindən onun barəsində inzibati tənbeh tətbiq edilməlidir. Belə ki, İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş; Salyan RPŞ-nin TB-nin təhqiqatçısı, polis baş leytenantı Faiq Əzizovun 02 dekabr 2025-ci il tarixli raportundan görünür ki, həmin tarixdə saat 19:30-da Salyan rayonu Marışlı kəndinin çöllük ərazisində RPŞ-nin PPXB-nin polis nəfəri, polis seryantı Röyal Səmədovla birlikdə xidmətdə olduqları zaman 4 nəfər şəxsin qanunsuz ov etməsini görüb onlara yaxınlaşdıqlarını, həmin şəxslərdən birində 1 ədəd 20 kalibrli, “Bum” markalı, 148817 nömrəli ov silahının olduğunu, orada olan Kia Rio markalı, **-DR-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilinin yük yerində 2 ədəd dovşan olduğunu gördüklərini, həmin şəxsləri idarə etdikləri avtomobil ilə birlikdə gətirib Növbətçi Hissəyə təhvil verdiklərini, RPŞ-nin Növbətçi Hissəsində həmin şəxslərdən birincisi avtomobili idarə edən, Bakı şəhəri Suraxanı rayonu Əmircan qəsəbəsi T.Bayramov 101-də qeydiyyatda olmaqla həmin ünvanda yaşayan X1,Bərdə rayonu Lənbəran kəndində qeydiyyatda olmaqla Bakı şəhəri Suraxanı rayonu Yeni Günəşli qəsəbəsi V massivi 24-cü bina 53-cü evdə kirayədə yaşayan X7, Bərdə rayonu Nizami küçəsi ev 151, mənzil 47-də qeydiyyatda olmaqla Abşeron rayonu Digah qəsəbəsində yaşayan X8 və əlində silah olan Bərdə rayonu Lənbəran kəndində qeydiyyatda olmaqla Bakı şəhəri Suraxanı rayonu Zığ qəsəbəsi R.Göyüşov küçəsi ev 96-da yaşayan Şəxs olmasının müəyyən olunduğunu bildirmişdir. Həmin müracitə əsasında tərəfindən araşdırma aparılmış, 12 mart 2025-ci il tarixdə Azərbaycan Respublikası CPM-nin 39.1.2 maddəsi ilə qanunla müəyyən edilmiş müddətdə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. xx.xx.2025-ci il tarixli “cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən toplanmış material üzrə əməldə cinayət tərkibi olmaması əsası ilə cinayət işinin başlanması rədd edilmiş, Şəxs Azərbaycan Respublikası İXM-nin272-1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi və barəsində inzibati tənbeh tədbirlərinin tətbiq edilməsi üçün qəbul edilmiş qərarın surəti üçün qəbul edilmiş qərarın surəti Salyan RPŞ-nin X2 verilmişdir. 02 dekabr 2025-ci il tarixli qərardaddan görünür ki, faktla bağlı inzibati xəta haqqında iş üzrə icraat başlanılmışdır. 15 dekabr 2025-ci il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə Salyan rayonu, Marışlı kəndi ərazisində qanunsuz ovla məşğul olarkən saxlanılmışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin; 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 12-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 27.1-ci maddəsinə əsasən, fiziki şəxs ona verilmiş xüsusi hüquqdan istifadə qaydasını kobud şəkildə və ya müntəzəm pozduqda həmin hüquq bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş hallarda iki aydan iki ilədək müddətə məhdudlaşdırılır. 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 272-1-ci maddəsinə əsasən, bu Məcəllənin 272.3-cü maddəsində nəzərdə tutulan hallar istisna olmaqla, ov etmək qaydalarının kobud şəkildə pozulmasına (lazımi icazə olmadan və ya qadağan olunmuş yerlərdə, yaxud qadağan olunmuş müddətlərdə, qadağan olunmuş alətlərlə və ya üsullarla ov edilməsinə), habelə digər ov etmək qaydalarının müntəzəm pozulmasına görə – inzibati xətanın bilavasitə obyekti olmuş predmetlər müsadirə edilməklə və ya edilməməklə min manatdan iki min manatadək məbləğdə cərimə edilir, yaxud altı aydan iki ilədək müddətə ov hüququ məhdudlaşdırılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsinin həmin Məcəllənin 27.1, 152 və 153-cü maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 sentyabr 2023-cü il tarixli qərarına əsasən, İXM-nin 272.3-cü maddəsində nəzərdə tutulan ov qaydalarının kobud şəkildə pozulmasında təqsirli olan şəxsə ov hüququnun məhdudlaşdırılması növündə inzibati tənbehin tətbiq edilməsi həmin Məcəllənin xüsusi hüququn məhdudlaşdırılmasının tətbiqi əsaslarını tənzimləyən 27.1-ci maddəsinin hüquqi mahiyyətinə uyğun olaraq, yalnız həmin şəxsdə belə bir xüsusi hüququn (ov etmək hüququnun) olması halında mümkündür. Məhkəmə, inzibati xəta haqqında işlə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını, sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində inzibati xəta tərkibi vardır. Onun törətmiş olduğu inzibati xəta əməli düzgün olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272-1-ci maddəsi ilə tövsif olunmuşdur. Beləliklə, məhkəmədə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlini törətməsi, onun həmin əməli törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsi məsələsi müzakirə edilərkən əməlindən peşman olmasını məsuliyyəti yüngülləşdirən hal kimi qəbul edir, məsuliyyətini ağırlaşdıran hallar isə müəyyən edilməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati tənbehdən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, məsuliyyətini yüngülləşdirən halları, məsuliyyətini ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinməli və inzibati xətanın törədilməsində alət olmuş 20 kalibrli, “Bum” markalı 148817 nömrəli qoşa lüləli ov tüfəngi müsadirə edilməklə 1000 (bir min) manat cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və barəsində inzibati xətanın törədilməsində alət olmuş 20 kalibrli, “Bum” markalı 148817 nömrəli qoşa lüləli ov tüfəngi müsadirə edilməklə 1000 (bir min) manat cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Salyan Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Vəsilə Əliyeva
Məhkəmə qərarları › İş №3(057)-1343/2025
Salyan Rayon Məhkəməsi Qərar — İş №3(057)-1343/2025
22.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver