Azərbaycan Respublikası adından QƏRAR Salyan rayon İş № 3(057)-1347/2025 18.12.2025 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Vəsilə Əlövsət qızının sədrliyi, İsmayılov Şirin Elton oğlunun katibliyi, Salyan RPŞ-nin İTB-nin sahə rəisi polis kapitanı X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs və onun qanuni nümayəndəsi anası Qanuni nümayəndə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs müdafiəçisi vəkil X4, Zərərçəkmiş şəxs X6 iştirakları ilə, xx.xx.2008-ci ildə Salyan rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, ünvan 1 ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227 və 232.1-ci maddələri ilə Salyan rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş üzrə materiallara Salyan Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şəxs barəsində Salyan Rayon Polis Şöbəsi tərəfindən Azərbaycan Respublikasının İXM-in 227 və 232.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair xx.xx.2025-ci il tarixli, MN 2031591/56 və MN 2031592/517 nömrəli protokollar tərtib edilərək baxılması üçün Salyan Rayon Məhkəməsinə göndərilmişdir. Təqdim edilmiş protokol və ona əlavə olunmuş sənədlərdən görünür ki, vətəndaş Şəxs xx.xx.2025-ci il tarixdə saat 03 radələrində Salyan şəhəri Ə.Quliyev küçəsində yerləşən "xxxx" marketin qapısında olan şüşəni sındıraraq içəri daxil olub, oradan ümumi dəyəri 53,40 manat olan siqaret oğurlamışdır. Bundan başqa, o, xx.xx.2025-ci il tarixdə saat 03 radələrində Salyan şəhəri Ə.Quliyev küçəsində yerləşən "xxxx" marketin qapısında olan şüşəni sındıraraq əmlakı qəsdən məhv etmişdir. Məhkəmə iclasında iştirak edən Salyan RPŞ-nin İTB-nin sahə rəisi polis kapitanı X8 bildirmişdir ki, Şəxs İXM məsuliyyətə cəlb olunması və barəsində inzibati qaydada tədbir görülməsini məhkəmədən verilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs (yetkinlik yaşına çatmadığından anası Qanuni nümayəndə iştirakı ilə) izahatında bildirmişdir ki, 16 dekabr 2025-ci il tarixdə gecə saat 03 radələrində yaşadığı evin həyətində qabaqcadan aldığı 0.7 1 “Go” spirtli içki olan pivəni içmişdir. O, spirtli içkini içdikdən sonra siqaret çəkmək istəmişdir. Lakin siqareti olmadığını görmüşdür. O, həmin vaxtı evdən çıxaraq Salyan şəhəri Ə.Quliyev küçəsində yerləşən "xxxx" marketə getmişdir. O, "xxxx" marketin qapısının kilidli olduğunu görmüşdür. Lakin siqaret istədiyinə görə o, yolun kənarında olan daş parçasını götürüb "xxxx" marketin qapısının şuşəsinə vuraraq sındırmışdır. Bu zaman siqanalizasiya səslərini eşitmişdir. Buna görədə o, dərhal içəri daxil olub orada olan 6 ədəd “Sobranie” markalı və 6 ədəd “Winston" markalı siqareti götürmüşdür. O, dərhal "xxxx" marketdən çölə çıxaraq yaşadığı evə doğru qaçmağa başlamışdır. O, həmin siqaretlərdən istifadə etmişdir. Həmin tarixdə saat 23:30 radələrində yaşadığı evin yaxınlığında olan zaman polis əməkdaşları ona yaxınlaşaraq oğurluq etməkdə şübhəli olduğunu bildirmişlər, o da "xxxx" marketdən oğurluq etdiyini etiraf etmişdir. Bundan sonrsa onu Salyan Rayon Polis Şöbəsinə gətirərək Növbətçi Hisseyə təhvil vermişlər. O, etdiyi əməli etiraf etdiyini, etdiyi əmələ görə peşman olduğunu, əlavə olaraq Salyan şəhəri Ə.Quliyev küçəsində yerləşən "OBA” marketin qapısının şüşəsini sındıraraq oradan 6 ədəd “Sobranie” markalı və 6 ədəd “Winston” markalı siqareti götürdüyünü bildirmişdir. Törətdiyi əməldən peşmandır. Dəymiş ziyanı ödədiyi və X6 ona qarşı heç bir şikayət və tələbinin olmamasını nəzərə almaqla, barəsində aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs nümayəndəsi-vəkili X10 zərərçəkmiş şəxs X6 Şəxs qarşı heç bir şikayət və tələbinin olmamasını nəzərə almaqla, barəsində aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs X13 izahatında göstərmişdir ki, təxminən 2 ildir ki, Salyan şəhəri, Ə.Quliyev küçəsində yerləşən "xxxx" marketin mağaza müdiri işləyir. Həmin marketin siqnalizasiya sistemi vardır. O, hər gün marketi səhər saat 07 radələrində açıb, axşam 23 radələrində isə bağlayır. 16 dekabr 2025-ci il tarixdə gecə saat 04 radələrində onun istifadə etdiyi mobil telefona siqnalizasiya sistemindən zəng gəlmişdir. O, dərhal yaşadığı evdən çıxaraq həmin marketə getmişdir. Bu zaman marketin giriş qapısının şüşəsinin sındırıldığını görmüşdür. O, dərhal marketə girib baxmışdır. Bu zaman marketin içərisində olan 6 ədəd “Sobranie” markalı və 6 ədəd “Winston” markalı siqaretin olmadığını bilmişdir. O, sonradan "xxxx" market MMC-nin baş ofisinin işçisi olan İlham Qurbanovun bu barədə Azərbaycan Respublikası DİN-nin “102” Xidməti-X14 zəng edərək məlumat verdiyini öyrənmişdir. Əlavə olaraq naməlum şəxsin Salyan şəhəri, Ə.Quliyev küçəsində yerləşən "xxxx" marketdən” 6 ədəd “Sobranie” markalı və 6 ədəd “Winston” markalı siqareti oğurlamaqla "xxxx" market MMC-yə 53.40 manat, qapısının şüşəsini sındırması nəticəsində isə 100 maddi ziyan vurduğunu bildirmişdir. Hazırda isə o, Şəxs ilə barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirərək, iş üzrə icraata xitam verilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, təqsirliliyi sübuta yetirilmədiyindən Şəxs barəsində başlanmış icraata xitam verilməlidir. Belə ki, İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş; xx.xx.2025-ci il tarixli, MN 2031591/516 nömrəli protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 03 radələrində Salyan şəhəri Ə.Quliyev küçəsində yerləşən "xxxx" marketin qapsında olan şüşəni sındıraraq içəri daxil olub oradan ümumi dəyəri 53,40 manat olan siqaret oğurlamışdır. xx.xx.2025-ci il tarixli, MN 2031592/517 nömrəli protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 03 radələrində Salyan şəhəri Ə.Quliyev küçəsində yerləşən "xxxx" marketin qapsında olan şüşəni sındıraraq əmlakı qəsdən məhv etmişdir. Salyan Rayon Polis Şöbəsinin İB-nin təhqiqatçısı, polis kapitanı Fuad Mirzəzadə tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli raportdan görünür ki, Sumqayıt şəhəri, Qurd Dərəsində yaşayan X11 16 dekabr 2025-ci il tarixdə Azərbaycan Respublikası DİNnin 102 Xidməti X14 zəng edərək, qeyd olunan tarixdə naməlum şəxsin Salyan şəhəri, Ə.Quliyev küçəsində yerləşən 4 F saylı "xxxx" marketin giriş qapısının şüşəsini sındıraraq siqaretləri oğurlaması barədə məlumat vermişdir.Sumqayıt şəhəri, Qurd Dərəsində yaşayan X5 Azərbaycan Respublikası DİN-nin 102 Xidməti X14 zəng edərək verdiyi məlumat rayon polis şöbəsində “Törədilmiş və ya hazırlanan cinayətlər barədə məlumatların qeydiyyatı kitabı”nda 2395 sayla qeydiyyata alınaraq icraatıma daxil olmuşdur.Salyan rayonu Kürqaraqaşlı kəndində yaşayan X13 16 dekabr 2025-ci il tarixdə Salyan Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək, qeyd olunan tarixdə gecə saat 04 radələrində mağaza müdürü olduğu Salyan şəhəri, Ə.Quliyev küçəsində yerləşən "xxxx" marketin giriş qapısının şüşəsini sındıran naməlum şəxsin mağazaya daxil olaraq 6 ədəd “Sobranie” markalı və 6 ədəd “Winston” markalı siqaretləri oğurladığını bildirmişdir.Aparılmış araşdırma zamanı toplanmış material üzrə Salyan şəhəri, A.Əlizadə küçəsi ev 7-də yaşayan Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində (xırda talama) və həmin məcəllənin 232-1-ci maddəsində (Əmlakı qəsdən məhv etmə və ya zədələmə) nəzərdə tutulmuş inzibati xətanın tərkibləri olduğundan inzibati məsuliyyətə cəlb olunması və barəsində inzibati qaydada tədbir görülməsi üçün qəbul edilmiş qərarın surəti rayon polis şöbəsinin X1 verilməsi barədə qərar qəbul olunmuşdur.Odur ki, qəbul edilmiş qərarın surətinin Salyan Rayon Polis Şöbəsinin X1 verilməsinə göstəriş verilməsini xahiş etmişdir. Salyan Rayon Polis Şöbəsinin İB-nin təhqiqatçısı, polis kapitanı X12 “cinayət işinin başlanmasının rədd edilməsi barədə” Salyan rayonu Küqaraqaşlı kəndində yaşayan X6 16 dekabr 2025-ci il tarixdə müraciəti əsasında toplanmış material üzrə Şəxs əməlində cinayət tərkibi olmadığından Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən material üzrə cinayət işi başlanması rədd edilmiş,xx.xx.2008-ci ildə Salyan rayonunda anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, deməsinə görə əvvəllər məhkum olunmayan, ünvan 2 ünvanda yaşayan Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində (xırda talama) və həmin məcəllənin 232-1-ci maddəsində (Əmlakı qəsdən məhv etmə və ya zədələmə) nəzərdə tutulmuş inzibati xətanın tərkibləri olduğundan inzibati məsuliyyətə cəlb olunması və barəsində inzibati qaydada tədbir görülməsi üçün qəbul edilmiş qərarın surəti rayon polis şöbəsinin X1 verilmiş, qərarın surəti X7 və X9 göndərilmiş, qərarın surəti nəzarət qaydasında ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Salyan rayon prokuroruna göndərilmişdir.Material saxlanılması üçün rayon polis şöbəsinin dəftərxanasına təhvil verilmişdir. X6 xx.xx.2025-ci il tarixli ərizəsindən görünür ki, barəsində tərtib edilmiş şəxs Şəxs ilə barışmış, ona dəymiş ziyanı tam olaraq ödəmiş, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Odur ki, iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Beləliklə, inzibati xəta hadisəsinin olması və onun Şəxs tərəfindən törədilməsi onun özünün etirafı, zərərçəkmiş şəxsin izahatı ilə, cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardadla, xx.xx.2025-ci il tarixli MN № 2031591/516 və 2031592/517 saylı inzibati xəta haqqında protokollarla və protokola əlavə edilmiş sənədlərlə təsdiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin; 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 32.1.3-cü maddəsinə əsasən, inzibati xətanın hamilə qadın və ya himayəsində azyaşlı uşağı olan qadın tərəfindən törədilməsi inzibati tənbeh tətbiq edilərkən, məsuliyyəti yüngülləşdirən hallardan biri hesab edilir. 34.3-cü maddəsinə əsasən, şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 227-ci maddəsinə əsasən, xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. 232-1-ci maddəsinə əsasən, özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə, bu az miqdarda ziyan vurduqda - inzibati xəta nəticəsində vurulmuş ziyanın bir mislindən iki mislinədək məbləğdə cərimə edilir. Məhkəməyə təqdim edilmiş zərərçəkmiş şəxs X6 ərizəsindən görünür ki, onlar barışmışlar, zərərçəkmiş şəxsin Qulu Quliyevə qarşı heç bir şikayəti, tələbi və iddiası yoxdur və sonuncunun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edirlər. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsi məsələsi müzakirə edilərkən, məhkəmə onun əməlindən peşman olmasını və zərərçəkmiş şəxslə barışmasını məsuliyyəti yüngülləşdirən hal kimi nəzər alır, ağırlaşdıran hallar isə müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39.1-ci maddəsinə əsasən, bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərər çəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərər çəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir. 39.2-ci maddəsinə əsasən, bu Məcəllənin 227, 232-1-ci və 351-1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərər çəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir. 53.1.9-cu maddəsinə əsasən, bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərər çəkmiş şəxslə inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 114.2.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227 və 232-1-ci maddələri ilə təqsirli bilinib, həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən İXM-nin 227-ci maddəsi ilə başlanmış iş üzrə icraata zərərçəkmiş şəxs X13 ilə barışdığından xitam verilməlidir. Şərh olunanlara əsasən və İXM-in 40.0.1, 43, 48-51, 53, 55, 114.1.4, 115 və 128- 130 maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227 və 232-1-ci maddələri ilə təqsirli bilinib, həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən, İXM-nin 227-ci maddəsi ilə onun barəsində başlanmış iş üzrə icraata zərərçəkmiş şəxslə barışdığından xitam verilsin. Salyan rayon Vəkil Bürosunun vəkili X4 2 saatlıq əmək haqqının məbləği-yəni 22 manat məbləğində pul vəsaiti həmin büronun “Beynəlxalq Bank”-ın Salyan rayon filialı, Brancr code: 805885 ŞWİFT code:İBAZAZ2X Adress: Salyan şəhəri, H.Əliyev küçəsi 103, Private ACCOUNT: AZ79İBAZ********************1, Client Tax İD: **********, Bank Tax İD:**********, Corr.Account: AZ03NABZ******************** hesabına köçürülsün. Vəkilə dövlət hesabına göstərilən hüquqi yardıma görə haqqın ödənilməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Qərarın surəti Azərbaycan Respublikası Vəkillər Kollegiyasına və Salyan rayon Vəkil Bürosuna göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Salyan Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Vəsilə Əliyeva
Məhkəmə qərarları › İş №3(057)-1347/2025
Salyan Rayon Məhkəməsi Qərar — İş №3(057)-1347/2025
18.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver