Məhkəmə qərarları › İş №3(057)-1363/2025

Salyan Rayon Məhkəməsi Qərardad — İş №3(057)-1363/2025

23.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Salyan rayon İş № 3(057)-1363/2025 23.01.2026 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Vəsilə Əlövsət qızının sədrliyi, İsmayılov Şirin Elton oğlunun katibliyi, Qərardan şikayət verən şəxs X5 iştirakı ilə, X5 Azərbaycan Respublikası Qida X3-X11 xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından şikayət verilməsi üçün müəyyən edilmiş prosessual müddətin bərpası barədə vəsatətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Azərbaycan Respublikası Qida X3-X16 tərəfindən X8 barəsində Azərbaycan Respublikası İXM-nin 544.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi haqqında xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli qərar qəbul edilmişdir. Həmin qərardan narazı qalan barəsində X17 qərar qəbul edilmiş şəxs X1 Rayon Məhkəməsinə şikayət verərək xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi, X17 iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Şikayəti onunla əsaslandırmışdır ki, o, X2 Sahibkarlıqla məşgul olur (Vöen: **********). Aqta Şirvan - X11 əməkdaşları tərəfindən xx.xx.2025 il tarixli MN № ******* saylı protokolla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 544.2-ci maddəsinə əsasən inzibati xəta törədilməş müəyyən edilmiş və xx.xx.2025-ci il tarixli MN ******* saylı Qərarla 4000 (dörd min) manat miqdarında cərimə olunmuşdur. AR İXM maddəsinə əsasən 544.2-ci maddəsi İnzibati xətanın törədilməsi faktı aşkar edildikdən dərhal sonra X17 protokol tərtib edilir. Tərtib olunmuş xx.xx.2025 il tarixli MN № ******* saylı protokolda qeyd olunur ki, baş vermiş inzibati xəta faktı təsdiq olunur. Tərtib olunmuş Akt 2 nüsxədən ibarət olmaq onun iştirakıyla tərtib olunmalı, baş vermiş qanun pozuntuları akt qeyd olunmalı və onun imzasıyla təsdiqlənməlidir. Razılaşmadığı halda o aktda müvafiq qeydlər aparmalı və aktın surətini almalı və ya tərtib olunmuş protokolla birlikdə aktın surəti onun ünvanına göndərilməli idi. Onun barəsində protokol tərtib olunarkən bundan onun xəbəri olmamış və narazı qalmağı barədə müvafiq qeydlər etmişdir. Onu da bildirir ki, barəsində tərtib olunmuş akt və protokol qeyri qanunidir. AQTA ŞİRVAN - SALYAN REGİONATL BÖLMƏSİNİN əməkdaşları tərəfindən xx.xx.2025 il tarixli MN № ******* saylı protokolla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 544.2-ci maddəsinə əsasən inzibati xəta törədilməş müəyyən edilmiş və xx.xx.2025-ci il tarixli MN ******* saylı Qərarla 4000 (dörd min) manat miqdarında cərimə olunmuşdur. Protokolda göstərilmişdir ki, xx.xx.2025ci il tarixdə 23 iyun 2025-ci il tarixli ŞSMQ-062/25 nömrəli “məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərarın tələblərinin yerinə yetirilməməsinə görə tərtib edilmişdir. Qərarda faktı hansı əsaslarla təsdiq edildiyi göstərilmir. Onun buna görə cərimə olunaraq inzibati xəta törətməyi qənaətinə gəlinməsi tamamilə əsassızdır. Onun inzibati xəta ilə bağlı heç bir inzibati məsuliyyəti olmamalıdır və bildirir ki, xx.xx.2025-ci il tarixli MN ******* saylı Qərar təmamilə əsassızdır. AQTA ŞİRVAN - X11 qərarı qəbul edildikdən sonra rəsmi olaraq ona AR İXM tələbinə uyğun olaraq ona göndərilməmiş və xx.xx.2025-ci il tarixdə Salyan rayon icra və probasiya şöbəsi tərəfindən çağırış verildikdən sonra göndərilmişdir. Ona görə də qanunla müəyyən edilmiş vaxt ərzində şikayət vermək hüququ məhdudlaşdırılmışdır. Buna görədə qərarı aldığı tarixdən hesablanmaqla şikayət vermək hüququ təmin edilməli və ötürülmüş müddət üzürlü hesab edilməlidir. Bundan sonra qərar ləğv edilməklə inzibati iş üzrə icraata xitam verilməlidir. Buna görədə AQTA ŞİRVAN - X11Ə vəsatət verilmişdir. Vəsatət əsaslıdır və təmin olunmalıdır. Çünki qərar rəsmi olqaraq ona təqdim edilməmiş, xx.xx.2025-ci il tarixli MN № ******* protokol və bu protokoldan əvvəl tərtib edilmiş akt ona təqdim edilməmişdir. Odur ki, AQTA ŞİRVAN - X11 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* saylı X17 iş üzrə Qərar ləğv edilmiş və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. X8 xx.xx.2026-cı il tarixdə məhkəməyə vəsatət ünvanlayaraq, qərardan şikayət verilməsi üçün müəyyən edilmiş prosessual müddətin bərpa olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən qərardan şikayət verən şəxs X8 ərizədə qeyd olunanları təsdiq edərək bildirmişdir ki, hazırki şikayətinə əlavə etdiyi sənədlər onun rəsmi qeydiyyatda olduğu Salyan rayonu Çuxanlı kəndinə poçt vasitəsi ilə göndərilmiş, orada isə valideynləri yaşayır. Həmin sənədləri valideynləri qəbul etmişlər, lakin ona məlumat verməmişlər. Bu səbəbdən də barəsində cərimə olmasından xəbərsiz olmuşdur. Həmin sənədləri sonradan əldə etmiş, şikayəti gec verməsinin səbəbi də budur. Buna görə də, ötürülmüş prosessual müddətin bərpa edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, barəsində şikayət verilmiş şəxs Azərbaycan Respublikası Qida X3-X11 nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, işə onun iştirakı olmadan baxılması barədə məhkəməyə vəsatət daxil olmamışdır. Məhkəmə vəsatəti və müddətin buraxılmasının dəlillərini, eləcə də, iş materiallarını nəzərdən keçirib hesab edir ki, inzibati tənbeh tətbiq etmə haqqında qərarından şikayət verilməsi üçün müəyyən edilmiş prosessual müddətinin bərpası barədə vəsatət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Qida X3-X11 MN № ******* saylı, xx.xx.2025-ci il tarixli qərarından görünür ki, 23 iyun 2025-ci il tarixli ŞSMQ-062/25 nömrəli “Məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə” qərarın tələblərinin yerinə yetirilməməsi aşkar edilmişdir. Nəticədə vəzifəli şəxs X8 tərəfindən Azərbaycan Respublikası İXM-nin 544.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, barəsində vəzifəli şəxs qismində 4000 (dörd min) manat məbləğində cərimə növündə tənbeh tətbiq edilməsi qərara alınmışdır. İş materiallarında olan poçt göndərişinin izlənməsinə dair çıxarışdan görünür ki, həmin qərar xx.xx.2025-ci il tarixdə Salyan RİHB-nın Çuxanlı kənd inizbati ərazi dairəsi üzrə nümayəndəliyinə çatdırılmışdır. Çuxanlı kənd inizbati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş məktubdan görünür ki, 3-44-13/2-1853-2025 nömrəli məktub xx.xx.2025-ci il tarixdə nümayəndəlik tərəfindən X5 qeydiyyatda olduğu ünvanında yaşayan atasına çatdırılmışdır. Bu halı şəxs özü də məhkəmə iclasında etiraf etmişdir. Yalnız bildirmişdir ki, həmin ünvanda hazırda yaşamır, orada valideynləri yaşayır və valideynləri bu barədə ona gec məlumat vermişlər. Göstərilən səbəblərdən də bir daha təsdiq edilir ki, mübahisələndirilən qərar rəsmi qaydada X5 qeydiyyatda olduğu ünvana göndərilmiş və həmin ünvanda rəsmi qaydada qəbul edilmişdir. Qeyd edilən qaydada çatdırılma isə Azərbaycan Respublikasının İXM-nin 57-ci maddəsinin tələbləri baxımından X17 iş üzrə sənədin rəsmi qaydada verilməsi hesab edilməldir. Avropa Məhkəməsinin davamlı mövqeyi ondan ibarət olmuşdur ki, prosessual qaydalara riayət edilməsi və məhkəməyə müraciət etmək hüququna müddət məhdudiyyətinin qoyulması, məhkəmə tərəflərinin qanun qarşısında bərabərliyini təmin edən hüquqi müəyyənlik prinsipinin təməl əsaslarını təşkil edir. Bu prinsip Konvensiyanın bütün maddələrində açıq şəkildə ifadə edilmişdir və qanunun aliliyinin fundamental tərkib hissələrindən biridir (bax, X15rşı [BP], № 27396/06, §§ 39-42, 29 iyul 2012). Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin Azərbaycan Respublikasının İXM-nin 57.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarına bu Məcəllədə müəyyən edilmiş hallarda inzibati xətalar haqqında işlər üzrə sənədlər (qərarlar, qərardadlar, protokollar, bildirişlər) hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi ilə çatdırılır, yaxud səlahiyyətli vəzifəli şəxs tərəfindən şəxsən verilir. Sifarişli poçt göndərişi - göndərilmək üçün qəbul olunduğuna dair istifadəçiyə qəbz verilməsi, çatdırılarkən isə ünvan sahibinin müvafiq sənədi imzalaması tələb olunan poçt göndərişidir. Sənədin çatdırılmasını hakim məhkəmə işçisinə, səlahiyyətli orqan isə müvafiq orqanın əməkdaşına tapşıra bilər. Həmin Məcəllənin 57.3-cü maddəsinə əsasən sənədi çatdırmalı olan şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənəd ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə, onlar olmadıqda ünvan sahibinin yaşayış yeri üzrə yerli özünüidarə orqanına, müvafiq icra hakimiyyəti orqanına, yaxud onun iş yerinin müdiriyyətinə verilir. Ünvan sahibinin əvəzinə sənədi qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi sənədi ünvan sahibinə verməlidir. Həmin Məcəllənin 57.5-ci maddəsinə əsasən X17 iş üzrə sənəd aşağıdakı hallarda rəsmi qaydada verilmiş hesab edilir: 57.5.1. bu Məcəllənin 57.2-ci maddəsində nəzərdə tutulmuş hallarda ünvan sahibinə şəxsən verildiyi vaxtdan; 57.5.2. bu Məcəllənin 57.3-cü maddəsində nəzərdə tutulmuş hallarda: 57.5.2.1. ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə şəxsən verildiyi vaxtdan; 57.5.2.2. sənədin çatdırılması tapşırılmış digər şəxslər sənədin çatdırılması barədə müvafiq hakimə və ya səlahiyyətli orqana (vəzifəli şəxsə) xəbər verdiyi vaxtdan. Həmin Məcəllənin 126.1-ci maddəsinə əsasən, barəsində X17 iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və məhkəməyə şikayət edə bilər. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən, bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1 – 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində X17 iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Həmin Məcəllənin 130.2-ci maddəsinə əsasən, bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət və ya protest verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Həmin Məcəllənin 130.3-cü maddəsinə əsasən, buraxılmış müddətin bərpası qeyrimümkün hesab edildikdə, bu halda vəsatəti rədd etmə haqqında qərardad qəbul edilir. Beləliklə, X5 məhkəmə iclasında öz etirafı ilə müəyyən edilmişdir ki, onun barəsində olan inzibati tənbeh tətbiq etmə haqqında qərar qeydiyyatda olduğu və valideynləri yaşadığı ünvanda qəbul edilmişdir. X8 isə həmin sənədin qəbul edildiyini etiraf etsə də, sənədi qəbul edən şəxslərin, yəni valideynlərinin ona bu barədə gec verməsini və buna görə vaxtında şikayət etmədiyini götərmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, mübahisələdirilən qərar X6 məxsus ünvanda rəsmi qaydada qəbul edildiyi və buraxılmış prosessual müddətin bərpası üçün üzrlü səbəblər müəyyən edilmədiyindən bu barədə vəsatət rədd edilərək müddət bərpa edilməməli, həmçinin Azərbaycan Respublikası Qida X3-X11 xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarından şikayət və ona əlavə edilmiş materiallar geri qaytrılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: X5 Azərbaycan Respublikası Qida X3-X11 xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarından şikayət vermək üçün müəyyən edilmiş müddətin bərpa edilməsinə dair vəsatəti rədd edilsin. Azərbaycan Respublikası Qida X3-X11 xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarından X8 tərəfindən verilmiş şikayət və ona əlavə edilmiş materiallar geri qaytrılsın. Qərardaddan işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet istifadə edilməklə Salyan Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Vəsilə Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar