Azərbaycan Respublikası adından QƏRARDAD Salyan rayon İş № 3(057)-1364/2025 23.01.2026 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Vəsilə Əlövsət qızının sədrliyi, İsmayılov Şirin Elton oğlunun katibliyi, Qərardan şikayət verən şəxs X6 iştirakı ilə, X6 Azərbaycan Respublikası Qida X3-X12 xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından şikayət verilməsi üçün müəyyən edilmiş prosessual müddətin bərpası barədə vəsatətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Azərbaycan Respublikası Qida X3-X18 tərəfindən X9 barəsində Azərbaycan Respublikası İXM-nin 288.0.5 və 447.0.2-ci maddələrinə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi haqqında xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli qərar qəbul edilmişdir. Həmin qərardan narazı qalan barəsində X19 qərar qəbul edilmiş şəxs X1 Rayon Məhkəməsinə şikayət verərək xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi, X19 iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Şikayəti onunla əsaslandırmışdır ki, o, X2 Sahibkarlıqla məşgul olur (Vöen: **********). Aqta Şirvan - X12 əməkdaşları tərəfindən xx.xx.2025 il tarixli MN № ******* saylı protokolla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 288.0.5 və 447.0.2-ci maddələrinə əsasən inzibati xəta törədilməş müəyyən edilmiş və xx.xx.2025-ci il tarixli, MN ******* saylı Qərarla 1800 (bir min səkkiz yüz) manat miqdarında cərimə olunmuşdur. AR İXM maddəsinə əsasən 288.0.5 və 447.0.2-ci maddələri İnzibati xətanın törədilməsi faktı aşkar edildikdən dərhal sonra X19 protokol tərtib edilir. Tərtib olunmuş xx.xx.2025 il tarixli MN № ******* saylı protokolda qeyd olunur ki, baş vermiş inzibati xəta faktı təsdiq olunur. Tərtib olunmuş Akt 2 nüsxədən ibarət olmaq onun iştirakıyla tərtib olunmalı, baş vermiş qanun pozuntuları akt qeyd olunmalı və onun imzasıyla təsdiqlənməlidir. Razılaşmadığı halda o aktda müvafiq qeydlər aparmalı və aktın surətini almalı və ya tərtib olunmuş protokolla birlikdə aktın surəti onun ünvanına göndərilməli idi. Onun barəsində protokol tərtib olunarkən bundan onun xəbəri olmamış və narazı qalmağı barədə müvafiq qeydlər etmişdir. Onu da bildirir ki, barəsində tərtib olunmuş akt və protokol qeyri qanunidir. AQTA ŞİRVAN - SALYAN REGİONATL BÖLMƏSİNİN əməkdaşları tərəfindən xx.xx.2025 il tarixli MN № ******* saylı protokolla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 288.0.5 və 447.0.2-ci maddəsinə əsasən inzibati xəta törədilməş müəyyən edilmiş və xx.xx.2025-ci il tarixli, MN ******* saylı Qərarla 1800 (on səkkiz min) manat miqdarında cərimə olunmuşdur. Protokolda göstərilmişdir ki, xx.xx.2025-ci il tarixdə mağazada dövlət qeydiyyatına alınmamış və son istifadə müddəti bitmiş pereparatların satışı faktına görə tərtib edilmişdir. Qərarda faktı hansı əsaslarla təsdiq edildiyi göstərilmişdir. Onun buna görə cərimə olunaraq inzibati xəta törətməyi qənaətinə gəlinməsi tamamilə əsassızdır. Onun inzibati xəta ilə bağlı heç bir inzibati məsuliyyəti olmamalıdır və bildirir ki, xx.xx.2025ci il tarixli, MN ******* saylı Qərar tamamilə əsassızdır. AQTA ŞİRVAN - X12 qərarı qəbul edildikdən sonra rəsmi olaraq ona AR İXM tələbinə uyğun olaraq ona göndərilməmiş və xx.xx.2025-ci il tarixdə Salyan rayon icra və probasiya şöbəsi tərəfindən çağırış verildikdən sonra göndərilmişdir. Ona görə də qanunla müəyyən edilmiş vaxt ərzində şikayət vermək hüququ məhdudlaşdırılmışdır. Buna görə də qərarı aldığı tarixdən hesablanmaqla şikayət vermək hüququ təmin edilməli və ötürülmüş müddət üzürlü hesab edilməlidir. Bundan sonra qərar ləğv edilməklə inzibati iş üzrə icraata xitam verilməlidir. Buna görədə AQTA ŞİRVAN - X14 vəsatət verilmişdir. Vəsatət əsaslıdır və təmin olunmalıdır. Çünki qərar rəsmi olqaraq ona təqdim edilməmiş, xx.xx.2025 il tarixli MN № ******* protokol və bu protokoldan əvvəl tərtib edilmiş akt ona təqdim edilməmişdir. Odur ki, AQTA ŞİRVAN - X12 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* saylı X19 iş üzrə Qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. X9 xx.xx.2026-cı il tarixdə məhkəməyə vəsatət ünvanlayaraq, qərardan şikayət verilməsi üçün müəyyən edilmiş prosessual müddətin bərpa olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən qərardan şikayət verən şəxs X9 ərizədə qeyd olunanları təsdiq edərək bildirmişdir ki, hazırki şikayətinə əlavə etdiyi sənədlər onun rəsmi qeydiyyatda olduğu Salyan rayonu Çuxanlı kəndinə poçt vasitəsi ilə göndərilmiş, orada isə valideynləri yaşayır. Həmin sənədləri valideynləri qəbul etmişlər, lakin ona məlumat verməmişlər. Bu səbəbdən də barəsində cərimə olmasından xəbərsiz olmuşdur. Həmin sənədləri sonradan əldə etmiş, şikayəti gec verməsinin səbəbi də budur. Buna görə də, ötürülmüş prosessual müddətin bərpa edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, barəsində şikayət verilmiş şəxs Azərbaycan Respublikası Qida X3-X12 nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, işə onun iştirakı olmadan baxılması barədə məhkəməyə vəsatət daxil olmamışdır. Məhkəmə vəsatəti və müddətin buraxılmasının dəlillərini, eləcə də, iş materiallarını nəzərdən keçirib hesab edir ki, inzibati tənbeh tətbiq etmə haqqında qərarından şikayət verilməsi üçün müəyyən edilmiş prosessual müddətinin bərpası barədə vəsatət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Qida X3-X12 MN ******* saylı, xx.xx.2025-ci il tarixli qərarından görünür ki, 30 aprel 2025-ci il tarixində fiziki şəxs X7 məxsus bitki mühafizə vasitələri ilə aqrokimyəvi maddələrin satışı mağazasında dövlət qeydiyyatına alınmamış və son istifadə müddəti bitmiş preparatların satışının həyata keçirilməsi aşkar edilmişdir. Nəticədə vəzifəli şəxs X9 tərəfindən Azərbaycan Respublikası İXM-nin 288.0.5 və 447.0.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, barəsində vəzifəli şəxs qismində 1800 (bir min səkkiz yüz) manat məbləğində cərimə növündə tənbeh tətbiq edilməsi qərara alınmışdır. İş materiallarında olan poçt göndərişinin izlənməsinə dair çıxarışdan görünür ki, həmin qərar xx.xx.2025-ci il tarixdə Cavanşir İbrahimova çatdırılmışdır. Bu halı şəxs özü də məhkəmə iclasında etiraf etmişdir. Yalnız bildirmişdir ki, həmin ünvanda hazırda yaşamır, orada valideynləri yaşayır və valideynləri bu barədə ona gec məlumat vermişlər. İş materiallarında olan X9 tərəfindən Azərbaycan Respublikası Qida X3-X14 ünvanlanmış vəsatətdən görünür ki, o, qərardan şikayət verilməsi üçün ötürülmüş müddətin üzrlü hesab edilməsini xahiş etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Qida X3-X18 tərəfindən X7 ünvanlanmış məktubdan görünür ki, AQTA-nın X5 29 iyul 2025-ci il tarixində daxil olmuş müraciətlərə (MN1858856 saylı xx.xx.2025-ci il tarixli İnzibati tənbehvermə qərarı üzrə iş materialların surətinin təqdim edilməsi barədə ərizə, qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə ərizənin qanunla müəyyən edilmiş müddətin bərpası ilə əlaqədar vəsatət) baxılmışdır. Məlum üzrə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən alınmış xx.xx.2025-ci il tarixli KY252303360 saylı Çıxarışa və Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin 28 aprel 2025-ci il tarixli ŞSRB-123/25 nömrəli yoxlamaların aparılması haqqında qərarına əsasən Salyan rayonu, Qırxçıraq qəsəbəsində yerləşən “Aqromarket” pestisid və aqrokimyəvi maddələrin satışı mağazasında xx.xx.2025-ci il tarixində plandankənar yoxlama həyata keçirilmişdir. Lakin tərəfindən yoxlama zamanı tərtib edilmiş sənədlərə imza çəkməkdən imtina edilmişdir. Buna görə də xx.xx.2025-ci il tarixində barəsində tərtib edilmiş sənədlərin (Akt, Aralıq aktı, Yoxlama aktı) surəti və xx.xx.2025-ci il tarixli MN ******* №-li “X19” protokolun İİ nüsxəsi icra və tanışlıq üçün regional bölmənin 3-44-13/2-695/2025 nömrəli məktubu, “İnzibati xətalar haqqında işlər üzrə” və “Yoxlama materiallarına baxılmasına dair” bildirişlər müvafiq olaraq 3-44- 13/2-696/2025 və 3-44-13/2-697/2025 nömrəli məktublar poçt vasitəsilə ünvanına göndərilmişdir. X19 iş üzrə bildiriş göndərilməsi və xx.xx.2025-ci il tarixində mobil telefon vasitəsilə əlaqə saxlanılaraq regional bölməyə dəvət olunmağı barədə xatırlatma edilməsinə baxmayaraq, xx.xx.2025-ci il tarixində özü və ya səlahiyyətli nümayəndənin regional bölməyə gəlmədiyinə görə İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən inzibati işə iştirakı olmadan baxılmışdır. İşə baxılma zamanı MN ******* №-li “İnzibati tənbeh vermə haqqında” qərar qəbul edilərək İİ nüsxəsi icra və tanışlıq üçün regional bölmənin 3-44-13/2-775/2025 nömrəli məktubu ilə poçt vasitəsilə ünvanına göndərilmişdir. Barəsində qəbul edilmiş xx.xx.2025-ci il tarixli ŞSRB-123/25 nömrəli “Yoxlamanın nəticələri üzrə” və xx.xx.2025-ci il tarixli ŞSMQ-062/25 nömrəli “Məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə” qərarların surətləri isə müvafiq olaraq regional bölmənin 3-44-13/2-922/2025 və 3-44-13/2-1210/2025 nömrəli məktubu ilə poçt vasitəsilə ünvanına göndərilmişdir. Yuxarıda göstərilənləri nəzərə alaraq "xxxx" MMC-dən əldə edilmiş məlumata əsasən (SS:879515982AZ, 879500943AZ, 879531319AZ) göndərilmiş məktublar poçt tərəfindən onların Salyan rayonu, Çuxanlı kəndində yerləşən ünvanına vaxtında çatdırılmışdır. Nəzərinə çatdırır ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsinə əsasən X19 iş üzrə qərarın surəti Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində həmin qərardan yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət verilə bilər. Odur ki, xx.xx.2025-ci il tarixli, MN № ******* nömrəli X19 iş üzrə qərardan şikayət verilmə müddətini ötürməyiniz səbəbindən vəsatət təmin olunmur. Göstərilən səbəblərdən də bir daha təsdiq edilir ki, mübahisələndirilən qərar rəsmi qaydada X6 qeydiyyatda olduğu ünvana göndərilmiş və həmin ünvanda rəsmi qaydada qəbul edilmişdir. Qeyd edilən qaydada çatdırılma isə Azərbaycan Respublikasının İXM-nin 57-ci maddəsinin tələbləri baxımından X19 iş üzrə sənədin rəsmi qaydada verilməsi hesab edilməldir. Avropa Məhkəməsinin davamlı mövqeyi ondan ibarət olmuşdur ki, prosessual qaydalara riayət edilməsi və məhkəməyə müraciət etmək hüququna müddət məhdudiyyətinin qoyulması, məhkəmə tərəflərinin qanun qarşısında bərabərliyini təmin edən hüquqi müəyyənlik prinsipinin təməl əsaslarını təşkil edir. Bu prinsip Konvensiyanın bütün maddələrində açıq şəkildə ifadə edilmişdir və qanunun aliliyinin fundamental tərkib hissələrindən biridir (bax, X17rşı [BP], № 27396/06, §§ 39-42, 29 iyul 2012). Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin Azərbaycan Respublikasının İXM-nin 57.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarına bu Məcəllədə müəyyən edilmiş hallarda inzibati xətalar haqqında işlər üzrə sənədlər (qərarlar, qərardadlar, protokollar, bildirişlər) hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi ilə çatdırılır, yaxud səlahiyyətli vəzifəli şəxs tərəfindən şəxsən verilir. Sifarişli poçt göndərişi - göndərilmək üçün qəbul olunduğuna dair istifadəçiyə qəbz verilməsi, çatdırılarkən isə ünvan sahibinin müvafiq sənədi imzalaması tələb olunan poçt göndərişidir. Sənədin çatdırılmasını hakim məhkəmə işçisinə, səlahiyyətli orqan isə müvafiq orqanın əməkdaşına tapşıra bilər. Həmin Məcəllənin 57.3-cü maddəsinə əsasən sənədi çatdırmalı olan şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənəd ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə, onlar olmadıqda ünvan sahibinin yaşayış yeri üzrə yerli özünüidarə orqanına, müvafiq icra hakimiyyəti orqanına, yaxud onun iş yerinin müdiriyyətinə verilir. Ünvan sahibinin əvəzinə sənədi qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi sənədi ünvan sahibinə verməlidir. Həmin Məcəllənin 57.5-ci maddəsinə əsasən X19 iş üzrə sənəd aşağıdakı hallarda rəsmi qaydada verilmiş hesab edilir: 57.5.1. bu Məcəllənin 57.2-ci maddəsində nəzərdə tutulmuş hallarda ünvan sahibinə şəxsən verildiyi vaxtdan; 57.5.2. bu Məcəllənin 57.3-cü maddəsində nəzərdə tutulmuş hallarda: 57.5.2.1. ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə şəxsən verildiyi vaxtdan; 57.5.2.2. sənədin çatdırılması tapşırılmış digər şəxslər sənədin çatdırılması barədə müvafiq hakimə və ya səlahiyyətli orqana (vəzifəli şəxsə) xəbər verdiyi vaxtdan. Həmin Məcəllənin 126.1-ci maddəsinə əsasən, barəsində X19 iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və məhkəməyə şikayət edə bilər. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən, bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1 – 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində X19 iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Həmin Məcəllənin 130.2-ci maddəsinə əsasən, bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət və ya protest verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Həmin Məcəllənin 130.3-cü maddəsinə əsasən, buraxılmış müddətin bərpası qeyrimümkün hesab edildikdə, bu halda vəsatəti rədd etmə haqqında qərardad qəbul edilir. Beləliklə, X6 məhkəmə iclasında öz etirafı ilə müəyyən edilmişdir ki, onun barəsində olan inzibati tənbeh tətbiq etmə haqqında qərar qeydiyyatda olduğu və valideynləri yaşadığı ünvanda qəbul edilmişdir. X9 isə həmin sənədin qəbul edildiyini etiraf etsə də, sənədi qəbul edən şəxslərin, yəni valideynlərinin ona bu barədə gec verməsini və buna görə vaxtında şikayət etmədiyini götərmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, mübahisələdirilən qərar X7 məxsus ünvanda rəsmi qaydada qəbul edildiyi və buraxılmış prosessual müddətin bərpası üçün üzrlü səbəblər müəyyən edilmədiyindən bu barədə vəsatət rədd edilərək müddət bərpa edilməməli, həmçinin Azərbaycan Respublikası Qida X3-X12 xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarından şikayət və ona əlavə edilmiş materiallar geri qaytrılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: X6 Azərbaycan Respublikası Qida X3-X12 xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarından şikayət vermək üçün müəyyən edilmiş müddətin bərpa edilməsinə dair vəsatəti rədd edilsin. Azərbaycan Respublikası Qida X3-X12 xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarından X9 tərəfindən verilmiş şikayət və ona əlavə edilmiş materiallar geri qaytrılsın. Qərardaddan işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet istifadə edilməklə Salyan Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Vəsilə Əliyeva
Məhkəmə qərarları › İş №3(057)-1364/2025
Salyan Rayon Məhkəməsi Qərardad — İş №3(057)-1364/2025
23.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver