Azərbaycan Respublikası adından QƏRAR Salyan rayon İş № 3(057)-1365/2025 09.02.2026 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Vəsilə Əlövsət qızının sədrliyi, İsmayılov Şirin Elton oğlunun katibliyi, Qərardan şikayət verən orqan X3 etibarnamə üzrə nümayəndəsi Vəkil, Azərbaycan Respublikası ETSN-nin 3 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X2 iştirakları ilə, Azərbaycan Respublikası ETSN-nin 3 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və iş üzrə icraata xitam verilməsinə dair X3 verdiyi şikayətə Salyan Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şikayət verən şəxs X6 AR ETSN-nin 3 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və iş üzrə icraata xitam verilməsinə dair Salyan Rayon Məhkəməsinə şikayət ərizəsi ilə müraciət etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, Z.Həmidov adına Salyan rayonu Çuxanlı kənd tam orta Məktəbin direktorudur. AR ETSN-nin 3 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsi əməkdaşları tərəfindən xx.xx.2025 il tarixli MN № ******* sayli protokolla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 234.0.5-ci maddəsinə əsasən inzibati xəta törədilmiş müəyyən edilmiş və xx.xx.2025-ci il tarixli MN ******* saylı Qərarla 2500 (İki min beş yüz) manat miqdarında cərimə olunmuşdur. Onun inzibati xəta ilə bağlı heç bir inzibati məsuliyyəti olmamalıdır və bildirir ki, xx.xx.2025-ci il tarixli MN ******* saylı Qərar təmamilə əsassızdır. Qərarın əsassızlığını aşağıdakı əsaslarla sübut edir: AR İXM maddəsinə əsasən 234.0.5-ci maddəyə İnzibati xətanın törədilməsi faktı aşkar edildikdən dərhal sonra inzibati xəta haqqında protokol tərtib edilir. Tərtib olunmuş xx.xx.2025 il tarixli MN № ******* saylı protokola əsasən qəbul edilmiş xx.xx.2025-ci il tarixli MN ******* saylı İnzibati tənbeh vermə haqqında Qərarda qeyd olunur ki, xx.xx.2025-ci il saat direktoru olduğu məktəbin həyətində oradan formalaşan tullantıları urnadan kənar ataraq qalaqlanması yandırması faktı "Tullantılar haqqında" Qanunun 12-ci maddəsi ilə pozulması qeyd edilməklə baş vermiş inzibati xəta faktı təsdiq olunur. Bildirir ki, həmin tullatıların onun rəhbərlik etdiyi məktəbin təmiri ilə əlaqədar yaranmış tullantılardır və bu tullantılar məktəbin təmir bərpa işlərini aparan podratçı şirkət tərəfindən görülən işlər nəticəsində əmələ gəlmişdir. Bununla bağlı Şirvan-Salyan Regional Təhsil İdarəsinə tərəfindən sorğu edilmiş və xahiş edilmişdir ki, "Salyan rayonu Çuxanlı kənd Z.Həmidov adına tam orta məktəbin direktoru X7 barəsində Salyan rayonu Çuxanlı kənd Z.Həmidov adına tam orta məktəbin ərazisində yığılmış tullantılarla bağlı AR ETSN-nin 3 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən inzibati qaydada araşdırma aparıldığını nəzərə alaraq həmin məktəbin təmir bərpa işlərini aparan podratçı şirkətlə Şirvan Salyan regional təhsil idarəsi arasında bağlanmış müqavilənin surətinin verilməsinə köməklik göstərməyini xahiş edir. Bu sorğuya bugünə qədər cavab verilməmişdir. İlkin tərtib olunmuş akt 2 nüsxədən ibarət olmaq onun iştirakıyla tərtib olunmalı, baş vermiş qanun pozuntuları akt qeyd olunmalı və onun imzasıyla təsdiqlənməlidir. Razılaşmadığı halda o aktda müvafiq qeydlər aparmalı və aktın surətini almalı və ya tərtib olunmuş protokolla birlikdə aktın surəti onun ünvanına göndərilməli idi. Onun barəsində protokol tərtib olunarkən tərəfindən bu inzibati xətanın onunla əlaqəsi olmadığı idarəyə gedilərək bildirilmiş narazı qalmağını və bu barədə müvafiq qeydlər etmiş və onunla əlaqsi olmadığından imza etməkdən imtina etmişdir. Onu da bildirir ki, barəsində tərtib olunmuş akt və protokol qeyri qanunidir. İnzibati materiala baxılarkən onun inzibati icraatda iştirakı təmin edilmədiyi üçün heç bir araşdırma aparılmamış və tərtib edilən protokol müzakirə edilməmiş və bununla da Azərbaycan Respublikası İXM-nin 60-ci maddəsinin tələbləri kobud surətdə pozulmuşdur. Qərar qəbul edilərkən inzibati orqanın qərar qəbul edən fiziki şəxsinin gəldiyi nəticələr toplanmış materiallara uyğun olmamış, material düzgün qiymətləndirilməmiş, nəticədə barəsində əsassız qərar qəbul edilmişdir. Bildirir ki, onun bu qərarın tərtib edilməsindən heç bir məlumatı olmayıb və qərar ona rəsmi göndərilməyib. Göründüyü kimi aktın tərtib edilməsi, bundan sonra protokolun tərtib edilməsi və qərar qəbul edilməsi təmamilə əsassızdır. Ona xx.xx.2025-ci il tarixli MN ******* saylı İnzibati tənbeh vermə haqqında qərar rəsmi olaraq göndərilmişdir. İnzibati material araşdırılarkən onun inzibati icraatda təmir işləri ilə bağlı aparılan işləri həyata keçirən təşkilatın iştirakı təmin edilmədiyi üçün heç bir araşdırma aparılmamış, o inzibati xətanın yerinde araşdırılmasında iştirak etməmiş və tərtib edilən protokol müzakirə edilməmiş və bununla da Azərbaycan Respublikası İXM-nin 60-ci maddəsinin tələbləri kobud surətdə pozulmuşdur. Qərar qəbul edilərkən inzibati orqanın qərar qəbul edən vəzifəli şəxsinin gəldiyi nəticələr toplanmış materiallara uyğun olmamış, material düzgün qiymətləndirilməmiş, nəticədə barəsində əsassız qərar qəbul edilmişdir. xx.xx.2025 il tarixli MN № ******* saylı protokol və xx.xx.2025-ci il tarixli MN ******* saylı qərar onun xəbəri və iştirakı olmadan tərtib olunmuşdur. Odur ki, AR ETSN-nin 3 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli MN ******* saylı İnzibati Xəta haqqında iş üzrə Qərar ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə Qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən qərardan şikayət verən orqan X3 etibarnamə üzrə nümayəndəsi Vəkil ərizədə qeyd olunanları bir daha təsdiq edərək, 3 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli MN ******* saylı inzibati Xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən 3 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X5 şikayətin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, şikayətin dəlillərini nəzərdən keçirərək və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, X6 barəsində AR ETSN-nin 3 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Məhkəmə şikayətin dəlillərini nəzərdən keçirərək və iş materiallarını araşdıraraq hesab edir ki, qərardan şikayət vermək üçün qanunla nəzərdə tutulmuş buraxılmış prosessual müddət üzrlü hesab edilərək bərpa edilməli, şikayət təmin edilməli, X6 barəsində Azərbaycan Respublikası ETSN-nin 3 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş; Azərbaycan Respublikası ETSN-nin 3 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* saylı qərardan görünür ki, 08 oktyabr 2025-ci il tarixində direktoru olduğu Çuxanlı kənd məktəbinin həyətində orada formalaşan tullantıların urnadan kənar atılaraq qalaqlanması, yandırılması faktı aşkar olunmuşdur. X1 tərəfindən Azərbaycan Respublikası İXM-nin 234.0.5-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə vəzifəli şəxs qismində 2500 manat məbləğində cərimə tənbeh növü tətbiq edilmişdir. Salyan Rayon Məhkəməsinin 3(057)-1288/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarından görünür ki, məhkəmə iclasında iştirak edən Şirvan-Salyan Regional Təhsil İdarəsinin etibarnamə üzrə nümayəndəsi X8 məhkəməyə etiraz təqdim edərək bildirmişdir ki, sözügedən ərazidə məktəb təmir olunmuş, təmirlə əlaqədar işləyən ustalar tərəfindən tullantılar həmin əraziyə atılmış, sonradan isə yığışdırılmışdır. Məhkəmə iş üzrə qanuni və ədalətli qərar qəbul edilməsi üçün ətraflı araşdırma aparmış, işin obyektiv və hərtərəfli araşdırılması üçün Azərbaycan Respublikası Elm Və Təhsil Nazirliyi Təsərrüfathesablı Əsaslı Tikinti və Təchizat İdarəsinə sorğu verilmiş, həmin sorğuya cavab olaraq həmin məktəbin təmir-bərpa işlərini aparan podratçı şirkətlə bağlanmış müqavilənin surəti məhkəməyə təqdim edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, 08 oktyabr 2025-ci il tarixində Çuxanlı kənd məktəbinin həyətində orada formalaşan tullantıların urnadan kənar atılaraq qalaqlanması, yandırılması faktı aşkar olunmuşdur. Həmin fakt əsasında Çuxanlı kənd məktəbinin direktoru X6 barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş və xx.xx.2025-ci il tarixli, MN ******* saylı nömrəli qərarla barəsində vəzifəli şəxs qismində 2500 (iki min beş yüz) manat məbləğində cərimə tənbeh növü tətbiq edilmişdir. Məhkəmə qeyd edir ki, inzibati xəta haqqında iş üzrə tərtib edilmiş materiallarla məktəbin ərazisində aşkar edilmiş tullantıların ərizəçi X7 tərəfindən atılması və ya yandırılması faktı sübuta yetirilməmişdir. İş materiallarından görünür ki, qeyd olunan tullantılar məktəbdə aparılmış təmir-bərpa işləri nəticəsində podratçı təşkilat tərəfindən yaranmış, sonradan isə ərazidən yığışdırılmışdır. Bundan başqa, məhkəmə araşdırması zamanı həmçinin müəyyən edilmişdir ki, inzibati xəta haqqında protokol tərtib edilərkən ərizəçinin inzibati icraatda iştirakı təmin olunmamış, ona hüquq və vəzifələri izah edilməmiş, bu barədə Sübhan Xəlilovun izahatı alınmamış, hadisəyə münasibəti öyrənilməmiş, digər şəxslərin həmin hadisəni törədibtörətməməsi araşdırılmamışdır. İnzibati orqan tərəfindən qəbul edilmiş qərar iş üzrə faktiki halların hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmamışdır. İş materiallarına əlavə olunmuş tam görünüşü əks etdirməyən fotoşəkillərdən və DVD diskdə olan videoyazıdan isə X4 İXM-nin 234.0.5-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsini müəyyən etmək mümkün deyildir. Bununla da, həmin tullantıların məktəbə aid olub-olmaması və Sübhan Xəlilovun həmin hərəkəti ilə Azərbaycan Respublikasının İXM-nin 234.0.5-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi yalnız ehtimal olunmuşdur. Belə olan halda isə həmin inzibati xətanın Sübhan Xəlilov tərəfindən törədilməsi barədə əsaslı şübhələr yaranır, həmin şübhələr isə qərarı qəbul etmiş orqan tərəfindən aradan qaldırılmamışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin; 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 53.1.1-ci maddəsinə əsasən, inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 105.1-ci maddəsinə əsasən, həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. 106-cı maddəsinə əsasən, hakim inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı işin baxılmasının onun səlahiyyətinə aid olub-olmamasını (mad 106.0.1), inzibati xəta haqqında protokol və işin digər materiallarının İXM-in tələblərinə müvafiq olaraq tərtib edilib-edilmədiyini (mad. 106.0.3), işin icraatını rədd edən hallar mövcud olub-olmadığını (mad 106.0.4), mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanıb-toplanılmamasını (106.0.5) həll etməlidir. 109.2-ci maddəsinə əsasən, həmin Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. 134.1, 134.1.3-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. 135.1, 135.1.1-135.1.4-cü maddələrinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardır. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 132.1.2 və 53-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsi”nə dair 11 noyabr 2021-ci il tarixli qərarına əsasən İnzibati Xətalar Məcəlləsinin 132.1.2-ci maddəsində göstərilən “inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar” müddəasının həmin Məcəllənin 53-cü maddəsində müəyyən edilmiş halları ehtiva edib-etməməsi ilə bağlı Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, İnzibati Xətalar Məcəlləsinin 132.1.2-ci maddəsində nəzərdə tutulmuş qeyd edilən müddəanın həmin Məcəllənin 53-cü maddəsində müəyyən edilmiş inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların bir qismini ehtiva etməsi mümkündür. Bu səbəbdən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə (protestə) baxmağa hazırlıq mərhələsində İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsi ilə müəyyən edilmiş icraatı rədd edən hallardan mahiyyəti üzrə işə baxılmanı və sübutların qiymətləndirilməsini tələb etməyən hallar müəyyən olunarsa, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməlidir. Beləliklə, iş materiallarını tam şəkildə araşdıraraq hesab edirəm ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 saylı Region Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən X3 barəsində xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli qərarı qəbul edilərkən Sübhan Xəlilovun həmin inzibati xətanı törətməsini təsdiq edən mötəbər sübutların olmadığı, aşkar edilmiş inzibati xəta faktının məhz Sübhan Xəlilova aid olması barədə əsaslı şübhələrin olması nəzərə alınmamışdır. Bununla da, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr işin faktiki hallarına uyğun deyildir, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan hallar sübuta yetirilməmişdir. Nəticədə, düzgün olmayan, qanunsuz və əsassız qərar qəbul edilmişdir. Bu səbəbdən də, həmin qərar ləğv edilməli, həmçinin X11 barəsində Azərbaycan Respublikasının İXM-nin 234.0.5-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8, 53, 114-115, 117, 128-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şikayət təmin edilsin. X6 barəsində Azərbaycan Respublikası ETSN-nin 3 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli “inzibati tənbeh vermə haqqında” qərar ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vəsilə Əliyeva
Məhkəmə qərarları › İş №3(057)-1365/2025
Salyan Rayon Məhkəməsi Qərar — İş №3(057)-1365/2025
09.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver