Məhkəmə qərarları › İş №3(057)-1403/2025

Salyan Rayon Məhkəməsi Qərar — İş №3(057)-1403/2025

12.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Salyan rayon İş № 3(057)-1403/2025 12.01.2026 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Vəsilə Əlövsət qızının sədrliyi, İsmayılov Şirin Elton oğlunun katibliyi ilə, DİN-nin Baş X6i İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ31045085 nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və iş üzrə icraata xitam verilməsinə dair X2 verdiyi şikayətə Salyan Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şikayət verən şəxs X3 DİN-nin Baş X6i İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ31045085 nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və iş üzrə icraata xitam verilməsinə dair Salyan Rayon Məhkəməsinə şikayət ərizəsi ilə müraciət etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, 02 oktyabr 2025-ci il tarixdə ona məxsus olan HYUNDAİ TUCSON MİNİK markalı 77LT822 dövlət qeydiyyat nişanlı avtomobillə Bakı, X4 500, 10-da xx.xx.2025-ci il tarixli, EQ31045085 saylı Protokol üzrə xx.xx.2025-ci il tarixində DİN BDYPİ X1 tərəfindən Qərar qəbul edilmişdir. İnzibati tənbeh vermə haqqında qərar barədə ona məlumat verilməyib, qərarın mövcudluğundan məlumatsız olmuşdur. xx.xx.2025-ci il tarixində SMS radar tətbiqində cərimələndiyini görmüşdür. Qərar Bakı şəhər DYP İdarəsinə müraciət etdiyi zaman xx.xx.2025-ci il tarixində ona təqdim edilib. O həmin cərimə olunduğu vaxt işdə olmuşdur. Azərbaycan Milli Konservatoriyasında çalışır. Həmin ərazidə yolun kənarında maşını park edib işə getmişdir. Onunla yanaşı bir neçə nəqliyyat vasitəsi, hətta Milli Konservatoriyanın bir neçə əməkdaşı da həmin ərazidə maşını mütəmadi park edir. Qeyd edir ki, qərarda törədilməsi ehtimal olunan inzibati xətanın Bakı, X4 500, 10-da ünvanında törədilməsi qeyd edilsə də, fotoşəkillər Bakı şəhəri, Yasamal rayonu, Ələsgər Ələkbərov küçəsində (Azərbaycan Milli Konservatoriyasının qarşısında) çəkilib. Çox güman ki, fotoşəkillər o ünvanda çəkilsə də, sistemə polis əməkdaşı başqa ünvanda vurduğu üçün lokasiya olaraq Bakı, X4 500, 10 ünvanı qeyd edilib. xx.xx.2025-ci il tarixində isə SMS radar tətbiqində cərimələndiyini, cəriməyə baxdığı zaman isə xx.xx.2025-ci il tarixində Azərbaycan Respublikasının İXM-nin 346.9. maddəsinə əsasən “Nizamlama vasitələrində başqa göstəriş nəzərdə tutulmamışdırsa, nəqliyyat vasitələrinin səkilərdə dayanmasına və ya durmasına görə” altmış manat məbləğində və 2 bal cərimə edildiyini görmüşdür. Düşünür ki, Azərbaycan Respublikası DİN Baş X6i İdarəsinin xx.xx.2025-ci il tarixində törədildiyi iddia edilən inzibati xəta barədə xx.xx.2025-ci il tarixli, EQ31045085 saylı protokol üzrə xx.xx.2025-ci il tarixli elektron Qərar tamamilə əsassızdır və qanunsuz olaraq qəbul edilmişdir. Belə ki, 02 oktyabr 2025-ci il tarixdə mənə məxsus olan HYUNDATİ TUCSON MİNİK markalı 77LT822 dövlət qeydiyyat nişanlı avtomobili iş yerimin yanında Ələsgər Ələkbərov küçəsində yolun kənarında saxlamışam. Avtomobili saxladığım yer səki deyil, yolun yalnız bir tərəfində ağacların əkilməsi və nəqliyyat vasitələrinin saxlanılması üçün nəzərdə tutulmuş torpaq örtüklü nisbətən hündürlük ilə binanın qarşısını ayıran (eni təxmini 5-7 metr, uzunluğu 15- 20 metr olan) yolun asfalt örtüyüdür. Mən nəqliyyat vasitəmi orda saxlayarkən həmin yerdə nəqliyyat vasitəsinin dayanması vətəndaşların gediş-gəlişinə heç bir maneə törətməmişdir və həmin yer nəqliyyat vasitələrinin dayanması üçün nəzərdə tutulmuşdur. Əgər həmin yerdə səki tələblərinə cavab verən meyar olardısa, istifadəmdə olan nəqliyyat vasitəsinin texniki imkanı onu səkidə saxlamağa imkan verməzdi. Qeyd etdiyi kimi həmin yerdə nəqliyyat vasitəsinin saxlanması vətəndaşların gedişgəlişinə heç bir maneə törətmir. Ərazidə yaşayan şəxslər, çalışan şəxslər, yaxınlıqdakı restoranlara gələn şəxslər mütəmadi olaraq öz nəqliyyat vasitələrini burada park edirlər. Bundan əlavə qeyd edilən yer avtomobillərin hərəkəti üçün nəzərdə tutulmuşdur. Hər tərəfindən giriş çıxış üçün tam şəraiti var. Ona görə də o həmin maddədə (İXM 346.9) göstərilən heç bir tələbi pozmamışdır. Buna görə də hesab edir ki, Azərbaycan Respublikası DİN Baş X6i İdarəsinin xx.xx.2025-ci il tarixində törədildiyi iddia edilən inzibati xəta barədə xx.xx.2025ci il tarixli, EQ31045085 saylı Protokol üzrə xx.xx.2025-ci il tarixli elektron Qərar tamamilə əsassızdır, qanunsuz olaraq qəbul edilmiş və bu halda inzibati tənbeh etmə haqqında qərar verilə bilməz. Onu da qeyd etmək istəyir ki, yollarda quraşdırılmış radarlar tərəfindən və ya təhlükəsiz şəhər kameralarında müəyyən edilmiş inzibati xətalara dair müvafiq elektron qərarların tərtib edilməsi və vətəndaşa ünvanlanmasına birbaşa olaraq DİN BDYPİ X1 həyata keçirir. Belə olan bir halda elektron qərarda əks olunmuş şəkillərdən göründüyü kimi, şəkillər əllə, yəni planşet - bort kompüter vasitəsi ilə çəkilmişdir. Bu, birinci olaraq qərarın tərtib edilməsinin yanlış olduğunu əks etdirir. Necə ola bilər ki, foto planşetlə çəkilsin və DİN BDYPİ X1 elektron qərar qəbul etsin. Qərarda göstərildiyi üzrə o, nəqliyyat vasitəsini səkidə deyil, yol kənarında asfalt ərazidə saxlayaraq digər nəqliyyat vasitələrinin hərəkətinə mane törətməmişdir. Ərazidə bina sakinləri, eləcə də inzibati binaya gələn insanlar, burada işləyən insanlar, ərazidəki restoranlara gələn insanlar şəxsi avtomobillərini digər parklanma yerləri olmadığı üçün bu binanın ətrafındakı asfalt hissələrdə saxlayırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.9-cu maddəsinə əsasən Nizamlama vasitələrində başqa göstəriş nəzərdə tutulmamışdırsa, nəqliyyat vasitələrinin səkilərdə dayanmasına və ya durmasına görə - altmış manat məbləğində cərimə edilir. Qeyd olunan maddədə "Nizamlama vasitələrində başqa göstəriş nəzərdə tutulmamış” ifadəsinə dair bildirmək istəyir ki, nəqliyyat vasitəsini saxladığım asfalt sahəsi olan ərazidə heç bir nizamlama nişanları yoxdur. Binaətrafı sahədə hansı nizamlama nişanlarından söhbət gedə bilər. xx.xx.2025-ci il tarixində törədildiyi iddia edilən inzibati xəta barədə xx.xx.2025-ci il tarixli, EQ31045085 saylı Protokol üzrə xx.xx.2025-ci il tarixli elektron Qərar ləğv edilməli və barəmdə aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Lakin qanunvericiliyin tələbləri pozulmaqla çıxarılmış qərarın surəti nəqliyyat vasitəsinin ) şüşəsinə qoyulmamışdır. Bundan əlavə, operativ nəqliyyat vasitəsində quraşdırılmış bort-kompüter vasitəsilə tərtib olunsa belə guya sübut kimi əlavə olunan foto şəkillərin üzərində bu bort-kompüterə aid vəlumatlar, GPS məlumatları, tarix, saat, yer və məkan barədə məlumatlar öz əksini tapmamışır. Qərarda onun xx.xx.2025-ci il tarixdə həqiqətən də “nizamlama vasitələrində başqa göstəriş nəzərdə tutulmamışdırsa, nəqliyyat vasitələrinin səkilərdə dayanması və ya durması” ilə müşaytət olunan xətanı təsdiq edəcək sübutlar əks etdirilmir. Şəkillərdən görünür ki, xx.xx.2025-ci il tarixdə onun istifadəsində olan nəqliyyat vasitəsi Ələsgər Ələkbərov küçəsində səkidə dayandırılmamışdır. Həmin nəqliyyat vasitəsinin saxlanıldığı yer səki kimi qiymətləndirilə bilməz. Belə ki, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə əsasən səki - yolun hərəkət hissəsinə bitişik olan və ya qazon vasitəsilə ondan ayrılmış, piyadaların hərəkəti üçün nəzərdə tutulan hissəsidir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 52-ci maddəsinin 1ci bəndinə əsasən nizamlama vasitələrində başqa göstəriş nəzərdə tutulmamışdırsa, nəqliyyat vasitələrinin yolun sağ tərəfində - yol çiyinində, yol çiyini olmadıqda isə yolun hərəkət hissəsinin kənarında bir cərgədə dayanmasına və durmasına icazə verilir. Göründüyü kimi, nəqliyyat vasitəsinin dayandırıldığı yer piyadalar üçün nəzərdə tutulan yolun hissəsi deyildir. Belə olduğu halda şəxsin Azərbaycan Respublikası İXM-nin 346.9-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi həqiqəti əks etdirmir və öz təsdiqini tapmır. Odur ki, göstərilənlərə əsasən Azərbaycan Respublikası DİN Baş X6i İdarəsinin xx.xx.2025-ci il tarixində törədildiyi iddia edilən inzibati xəta barədə xx.xx.2025-ci il tarixli, EQ31045085 saylı Protokol üzrə xx.xx.2025-ci il tarixli elektron Qərarının ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə Qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Qərardan şikayət vermək üçün qanunda nəzərdə tutulmuş prosessual müddətin üzrlü hesab edilərək bərpa edilməsinə dair vəsatəti onunla əsaslandırmışdır ki, İnzibati Xətalar Məcəlləsinin 130.2-ci maddəsini rəhbər tutaraq, müddət üzrlü səbəbdən buraxıldığından bu müddətin bərpa edilməsini və şikayəti Məhkəmə icraatına qəbul etməyinizi Sizdən xahiş edir. Qeyd edir ki, qərar inzibati orqan tərəfindən xx.xx.2025-ci il tarixində müraciətim əsasında rəsmi qaydada ona təqdim edilib. Bu barədə qərarın yuxarı sol küncündə çap olunduğu tarix öz əksini tapır. Məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, qərarı barəsində şikayət verilmiş Azərbaycan Respublikası DİN-nin Baş X6 İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, işə iştirakları olmadan baxılması barədə vəsatət daxil olmamışdır. Qərardan şikayət vermiş şəxs X3 işə onun iştirakı olmadan baxılmasını və qərarının ləğv edilərək iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.4cü maddəsinə əsasən, şikayətə Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin nümayəndəsinin və X2 iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayətin dəlillərini nəzərdən keçirərək və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, X3 barəsində DİN-nin Baş X6i İdarəsinin xx.xx.2025ci il tarixli, EQ31045085 nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Məhkəmə şikayətin dəlillərini nəzərdən keçirərək və iş materiallarını araşdıraraq hesab edir ki, qərardan şikayət vermək üçün qanunla nəzərdə tutulmuş buraxılmış prosessual müddət üzrlü hesab edilərək bərpa edilməli, şikayət təmin edilməli, X3 barəsində DİN-nin Baş X6i İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ31045085 nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş X6 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ31045085 saylı qərardan görünür ki, X3 xx.xx.2025-ci il tarixində, saat 14:11-də Bakı, X4 500, 10 ərazisində, “Hyundai Tucson minik” markalı, 77LT822 dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən İXM-in 346.9-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanın törətdilməsində təqsirli bilinərək barəsində 60 manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. İş materiallarında olan fotoşəkillərdən görünür ki, nəqliyyat vasitəsi səki üzərində deyil, səkidən ayrıca ayrılmış yolun kənarında asfalt örtüklü sahədə dayanıb, ərazidə dayanma və durmanı qadağan edən hər hansı yol nişanı və ya xüsusi nişanlanma yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 120-ci maddəsinə əsasən, bu Məcəllənin 327-348-ci maddələrində nəzərdə tutulmuş yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar haqqında işlərə, bu fəsillə müəyyən edilmiş xüsusiyyətlər nəzərə alınmaqla, bu Məcəllə ilə müəyyən edilmiş qaydada baxılır; Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxmaq hüququ səlahiyyətli orqana (vəzifəli şəxsə) aid edilmiş yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılır; Həmin Məcəllənin 124.3-cü maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir; Həmin Məcəllənin 124.4-cü maddəsinə əsasən, inzibati tənbeh tətbiq etmə haqqında qərar və ya inzibati xəta haqqında protokol operativ nəqliyyat vasitəsində quraşdırılmış bort-kompüter vasitəsilə tərtib olunaraq dərhal, yaxud belə kompüter olmadıqda həmin günün sonunadək müvafiq icra hakimiyyəti orqanının X1ndə yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə bu Məcəllənin 125.2.1-ci maddəsində nəzərdə tutulmuş qaydada bu barədə məlumat verilir. İnzibati tənbeh tətbiq etmə haqqında qərarın və ya inzibati xəta haqqında protokolun kağız daşıyıcıda surəti səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən yerindəcə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə, həmçinin belə müraciəti olduqda inzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsə verilir. Bu Məcəllənin 124.3-cü maddəsində nəzərdə tutulmuş hallarda inzibati xəta haqqında protokol baxılması üçün yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. Yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən həmin iş üzrə qəbul edilən qərar qəbul edildiyi gün müvafiq icra hakimiyyəti orqanının X1ndə yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. Qanunvericiliyin məzmunundan göründüyü kimi, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.9-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın hər hansı sübutlar təqdim edilmədən araşdırılması mümkün deyildir. İş materiallarında olan sübutlar isə X3 tərəfindən İXM-nin 346.9-cu maddələri ilə nəzərdə tutulan inzibati xətanı törətməsini sübut etmək üçün kifayət etmir. Səlahiyyətli orqana məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. İş materiallarında olan fotoşəkillərdən göründüyü kimi, nəqliyyat vasitəsi yolun hərəkət hissəsində və ya səki üzərində deyil, yolun kənarında asfalt örtüklü ərazidə saxlanılmışdır. Həmin ərazidə nəqliyyat vasitələrinin dayanmasını və ya durmasını qadağan edən yol nişanı və ya digər tənzimləmə vasitələri mövcud olmamışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 346.9-cu maddəsinə əsasən, yalnız nizamlayıcı vasitələrdə başqa göstəriş nəzərdə tutulmadıqda nəqliyyat vasitələrinin səki üzərində dayanmasına və ya durmasına görə inzibati məsuliyyət yarana bilər. Lakin konkret halda nəqliyyat vasitəsinin saxlandığı yer səki hesab edilmir və həmin ərazidə dayanmanı qadağan edən hər hansı nizamlayıcı vasitə mövcud olmamışdır. Bu səbəbdən göstərilən maddənin dispozisiyası ilə törədildiyi iddia olunan hərəkət arasında hüquqi uyğunluq yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir; Həmin Məcəllənin 48-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir; Həmin Məcəllənin 346.9-ci maddəsinə əsasən, nizamlama vasitələrində başqa göstəriş nəzərdə tutulmamışdırsa, nəqliyyat vasitələrinin səkilərdə dayanmasına və ya durmasına görə – altmış manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.6-cı maddəsinə əsasən, hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu Məcəllə ilə müəyyən edilmiş tələbləri işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün müəyyən edilən əsaslar sırasına daxildir. Beləliklə, məhkəmə hesab edir ki, şikayət təmin edilməli, X2 barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ31045085 nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayət vermək üçün qanunla nəzərdə tutulmuş buraxılmış prosessual müddət üzrlü hesab edilərək bərpa edilməli, X3 barəsində DİN-nin Baş X6i İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ31045085 nömrəli “inzibati tənbeh vermə haqqında” qərar ləğv edilərək iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133, 134 və 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şikayət təmin edilsin. X2 barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ31045085 nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayət vermək üçün qanunla nəzərdə tutulmuş buraxılmış prosessual müddət üzrlü hesab edilərək bərpa edilsin. X3 barəsində DİN-nin Baş X6i İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ31045085 nömrəli “inzibati tənbeh vermə haqqında” qərar ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vəsilə Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar