Azərbaycan Respublikası adından QƏRARDAD Salyan rayon İş № 3(057)-1404/2025 07.01.2026 SALYAN RAYON MƏHKƏMƏSİ X9 Yaqub oğlunun sədrliyi, X6 oğlunun katibliyi ilə, X5 tərəfindən Azərbaycan Respublikası DİN BDYPİ X2 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, EQ 31130557 saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə verilmiş şikayətə Salyan rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə baxış iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: X5 şikayət ərizəsi ilə xx.xx.2025-ci il tarixdə Bakı şəhəri Yasamal rayon məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası DİN BDYPİ-nin X2 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli EQ 31130557 saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal rayon məhkəməsinin xx.xx.2025-ci il tarixli 3(004)-9632/2025 saylı qərardadı ilə X3 Azərbaycan Respublikası DİN BDYPİ-nin xx.xx.2025-ci il tarixli EQ 31130557 saylı İnzibati xəta haqqında protokol əsasında qəbul edilmiş xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından şikayətin aidiyyəti üzrə baxılması üçün Salyan rayon məhkəməsinə göndərilməsi qərara alınmışdır. Həmin şikayət xx.xx.2025-ci il tarixdə Salyan rayon məhkəməsinə daxil olmuşdur. Şikayət onunla əsaslandırılmışdır ki, 6 oktyabr 2025-ci il tarixdə ona məxsus olan HYUNDAİ TUCSON MİNİK markalı 77 11 822 dövlət qeydiyyat nişanlı avtomobilə Bakı şəhəri X7 küçəsi 19-da xx.xx.2025-ci il tarixli EQ 31130557 saylı Protokol üzrə xx.xx.2025ci il tarixində DİN BDYPİ X2 tərəfindən Qərar qəbul edilmişdir. İnzibati tənbeh vermə haqqında qərar barədə ona məlumat verilməyib, qərarın mövcudluğundan məlumatsız olmuşdur. xx.xx.2025-ci il tarixində SMS radar tətbiqində cərimələndiyini görmüşdür. Qərar Bakı şəhər DYP İdarəsinə müraciət etdiyi zaman xx.xx.2025-ci il tarixində ona təqdim edilib. O, həmin cərimə olunduğu vaxt işdə olmuşdur. Azərbaycan Milli Konservatoriyasında çalışır. Həmin ərazidə yolun kənarında maşını park edib işə getmişdir. Onunla yanaşı bir neçə nəqliyyat vasitəsi, hətta Milli Konservatoriyanın bir neçə əməkdaşı da həmin ərazidə maşını mütəmadi park edir. Qeyd edir ki, Qərarda törədilməsi ehtimal olunan inzibati xətanın Bakı şəhəri X7 küçəsi 19 ünvanında törədilməsi qeyd edilsə də, fotoşəkillər Bakı şəhəri Yasamal rayonu Ələsgər Ələkbərov küçəsində (Azərbaycan Milli Konservatoriyasının qarşısında) çəkilib. Çox güman ki, fotoşəkillər o ünvanda çəkilsə də, sistemə polis əməkdaşı başqa ünvanda vurduğu üçün lokasiya olaraq Bakı şəhəri X7 küçəsi 19 ünvanı qeyd edilib. xx.xx.2025-ci il tarixində isə SMS radar tətbiqində cərimələndiyini, cəriməyə baxdığı zaman isə xx.xx.2025-ci il tarixində Azərbaycan Respublikasının İXM-nin 346.9-cu maddəsinə əsasən “Nizamlama vasitələrində başqa göstəriş nəzərdə tutulmamışdırsa, nəqliyyat vasitələrinin səkilərdə dayanmasına və durmasına görə 60 manat məbləğində və 2 bal cərimə edildiyini görmüşdür. Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2025-ci il tarixində törədildiyi iddia edilən inzibati xəta barədə xx.xx.2025-ci il tarixli EQ 31130557 saylı Protokol üzrə xx.xx.2025-ci il tarixli elektron Qərar tamamilə əsassızdır və qanunsuz olaraq qəbul edilmişdir. Belə ki, 6 oktyabr 2025-ci il tarixdə ona məxsus olan HYUNDAİ TUCSON MİNİK markalı ** LT *** dövlət qeydiyyat nişanlı avtomobili iş yerinin yanında Ələsgər Ələkbərov küçəsində yolun kənarında saxlamışdır. Avtomobili saxladığı yer səki deyil, yolun yalnız bir tərəfində ağacların əkilməsi və nəqliyyat vasitələrinin saxlanılması üçün nəzərdə tutulmuş torpaq örtüklü nisbətən hündürlük ilə binanın qarşısını ayıran (eni təxmini 5-7 metr, uzunluğu 5-20 metr olan) yolun asfalt örtüyüdür. O, nəqliyyat vasitəsini orda saxlayarkən həmin yerdə nəqliyyat vasitəsinin dayanması vətəndaşların gedişgəlişinə heç bir maneə törətməmişdir və həmin yer nəqliyyat vasitələrinin dayanması üçün nəzərdə tutulmuşdur. Əgər həmin yerdə səki tələblərinə cavab verən meyar olardısa, istifadəsində olan nəqliyyat vasitəsinin texniki imkanı onu səkidə saxlamağa imkan verməzdi. Qeyd etdiyi kimi həmin yerdə nəqliyyat vasitəsinin saxlanması vətəndaşların gediş-gəlişinə heç bir maneə törətmir. Ərazidə yaşayan şəxslər, çalışan şəxslər, yaxınlıqdakı restoranlara gələn şəxslər mütəmadi olaraq öz nəqliyyat vasitələrini burada park edirlər. Bundan əlavə qeyd edilən yer avtomobillərin hərəkəti üçün nəzərdə tutulmuşdur. Hər tərəfindən giriş-çıxış üçün tam şəraiti var. Ona görə də o, həmin maddədə (İXM 346.9) göstərilən heç bir tələbi pozmamışdır. Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2025-ci il tarixində törədildiyi iddia edilən inzibati xəta barədə xx.xx.2025-ci il tarixli EQ31130557 saylı Protokol üzrə xx.xx.2025-ci il tarixli elektron Qərar tamamilə əsassızdır, qanunsuz olaraq qəbul edilmiş və bu halda inzibati tənbeh etmə haqqında qərar verilə bilməz. Yollarda quraşdırılmış radarlar tərəfindən və ya təhlükəsiz şəhər kameralarında müəyyən edilmiş inzibati xətalara dair müvafiq elektron qərarların tərtib edilməsi və vətəndaşa ünvanlanmasına birbaşa olaraq DİN BDYPİ X2 həyata keçirir. Belə olan bir halda elektron qərarda əks olunmuş şəkillərdən göründüyü kimi, şəkillər əllə, yəni planşet -bort komputer vasitəsi ilə çəkilmişdir. Bu, birinci olaraq qərarın tərtib edilməsinin yanlış olduğunu əks etdirir. Necə ola bilər ki, foto planşetlə çəkilsin və DİN BDYPİ X2 elektron qərar qəbul etsin. Qərarda göstərildiyi üzrə o, nəqliyyat vasitəsini səkidə deyil, yol kənarında asfalt ərazidə saxlayaraq digər nəqliyyat vasitələrinin hərəkətinə mane törətməmişdir. Ərazidə bina sakinləri, eləcə də inzibati binaya gələn insanlar, burada işləyən insanlar, ərazidəki restoranlara gələn insanlar şəxsi avtomobillərini digər parklanma yerləri olmadığı üçün bu binanın ətrafındakı asfalt hissələrdə saxlayırlar. Binaətrafı sahədə hansı nizamlama nişanlarından söhbət gedə bilər. xx.xx.2025-ci il tarixdə törədildiyi iddia edilən inzibati xəta barədə xx.xx.2025-ci il tarixli ********** saylı protokol üzrə xx.xx.2025-ci il tarixli elektron qərar ləğv edilməli və barəsində aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Bundan əlavə, əslində mövcud olmayan inzibati xəta hadisəsini bilavasitə aşkar etmiş səlahiyyətli vəzifəli şəxs tərəfindən icraat da düzgün aparılmamış, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin bir neçə maddəsinin tələbləri pozulmuşdur. Fotoşəkillərdən göründüyü kimi, törədilməsi iddia edilən inzibati xəta hadisəsi səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edilsə belə, icraat 124-cü maddənin tələbinə uyğun olaraq yox, 122-ci maddəsinin (İnzibati xəta hadisəsi foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə icraatın aparılması qaydası) tələblərinə qismən uyğun şəkildə aparılmışdır. Lakin qanunvericiliyin tələbləri pozulmaqla çıxarılmış qərarın surəti nəqliyyat vasitəsinin ön şüşəsinə qoyulmamışdır. Bundan əlavə, operativ nəqliyyat vasitəsində quraşdırılmış bort-kompüter vasitəsilə tərtib olunsa belə guya sübut kimi əlavə olunan foto şəkillərin üzərində bu bort-kompüterə aid məlumatlar, GPS məlumatları, tarix, saat, yer və məkan barədə məlumatlar öz əksini tapmamışır. Qərarda onun xx.xx.2025-ci il tarixdə həqiqətən də “nizamlama vasitələrində başqa göstəriş nəzərdə tutulmamışdırsa, nəqliyyat vasitələrinin səkilərdə dayanması və ya durması” ilə müşayiət olunan xətanı təsdiq edəcək sübutlar əks etdirilmir. Şəkillərdən görünür ki, xx.xx.2025-ci il tarixdə onun istifadəsində olan nəqliyyat vasitəsi Ələsgər Ələkbərov küçəsində səkidə dayandırılmamışdır. Həmin nəqliyyat vasitəsinin saxlanıldığı yer səki kimi qiymətləndirilə bilməz. Göründüyü kimi, nəqliyyat vasitəsinin dayandırıldığı yer piyadalar üçün nəzərdə tutulan yolun hissəsi deyildir. Belə olduğu halda şəxsin Azərbaycan Respublikası İXM-nin 346.9-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi həqiqəti əks etdirmir və öz təsdiqini tapmır. Təqsir qanunla nəzərdə tutulmuş qaydada sübuta yetirilməlidir.Qanunda nəzərdə tutulmamış qaydada şəxsin təqsiri sübuta yetirilə bilməz. Barəsində protokol tərtib edilmiş şəxs, protokolla razı olmadıqda, onun təqsiri digər əlavə sübutlarla təsdiq edilməlidir. Həmçinin fotoşəkillərdən də görünür ki, avtomobilin saxlanıldığı yer səki deyil. Şəkillərdən bu hal aydın görünür. Mübahisə yarandığı üçün şəxsin təqsirinin sübut olunması üçün “İnzibati xəta haqqında iş üzrə sübutlar və onların qiymətləndirilməsi”nə dair İXM-nin 12-ci Fəsli ilə müəyyən edilmiş qaydada şəxsin təqsiri sübuta yetirilməlidir. Şəxs protokolla razılaşmadıqda, əlavə sübut toplamadan, əlavə sübut mövcud olmadan, yalnız həmin protokol əsasında şəxs inzibati məsuliyyətə cəlb edilə bilməz. Lakin göründüyü kimi şəxs inzibati xəta törətməsi ilə razılaşmadığı şəraitdə, onun barəsində tərtib edilmiş protokol əsasında, yuxarı səlahiyyətli orqan protokolda göstərilən əməlin şəxs tərəfindən törədilib-törədilməməsini müəyyən etmək üçün əlavə sübut toplamadan, həmin protokolla kifayətlənib, inzibati tənbeh qərarı çıxarmışdır. Belə bir vəziyyətdə artıq İXM-nin 124.3, 124.4-cü maddələrinn, həmçinin İXM-nin 12-ci Fəslinin, İXM-nin 8-ci maddəsinin mənası əhəmiyyətsiz olar. Çünki şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, əlavə araşdırma aparmağa ehtiyac qalmır. Lakin razılaşmadıqda, onun inzibati xəta törətməsi sübutlarla təsdiqini tapmalıdır. Sübut toplamaq isə inzibati tənbeh vermiş səlahiyyətli orqanın üzərinə düşür. Qeyd edilən vəziyyətdə həmin inzibati xətanın məhz həmin şəxs tərəfindən törədilməsində şübhələr yaranır. Bütün göstərilənlərə əsasən hesab edir ki, şəxsin əməlində inzibati xəta tərkibinin olması səlahiyyətli orqanın qərarında kifayət qədər sübuta yetirilməmişdir. Hər bir halda protokolda şəxsin inzibati məsuliyyətə səbəb olan dəqiq əməli (harada, nə vaxt, necə, hansı üsulla, hansı hərəkət və ya hərəkətsizliklə) göstərilməli, həmin əməlin törədilməsi ilə şəxs razılaşmadıqda, protokolda digər sübutlara istinad edilməklə, şəxsin konkret əməl törətməsini qərar qəbul etmiş səlahiyyətli orqan sübut etməlidir. Bundan sonra həmin protokol və sübutlar əsasında inzibati tənbeh qərarı çıxarıla bilər. Hazırkı iş üzrə yuxarıda qeyd edildiyi kimi, şikayətçi inzibati xətanın mövcudluğu ilə razılaşmadığı üçün əvvəl protokol tərtib edilərək, tərəfin iştirakı ilə onun inzibati xəta törədib-törətməməsi araşdırılmadan, barəsində birbaşa qərar qəbul edildiyindən, həmin qərar işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasının nəticəsi olaraq qəbul edilmiş qərar hesab edilə bilməz. Bununla da həmin qərarda İXM-nin 76.1-ci maddəsində sadalanmış konkret hər hansı bir sübuta, həmçinin İXM-nin 77— 83-cü maddələrində müəyyən edilmiş hər hansı bir sübut növünə istinad edilməmişdir. Hər hansı bir şəxs barəsində inzibati məsuliyyətin yaranması üçün həmin şəxs, törədilmiş inzibati xətanın ilk əvvəl subyekti olmalıdır və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərə və yaxud hərəkətsizliyə onun tərəfindən yol verilməsi sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Çünki barəsində protokol tərtib edilmiş şəxs sübut etməli deyildir ki, inzibati xəta törədilməyib. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Belə ki, əməlin inzibati xəta hesab olunması üçün İXM-lə müəyyən edilmiş 4 əlamətin hər biri mövcud olmalıdır, yəni həmin əməllə İXM-lə qorunan ictimai münasibətlərə qəsd edilməli, əməl hüquqazidd olmalı, təqsirli sayılmalı (qəsdən və ya htiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olmalıdır. Səlahiyyətli orqanın qərarında qeyd edilən əməlin harada, nə vaxt, necə, hansı üsulla, hansı hərəkət və ya hərəkətsizliklə törədilməsinin konkret hansı sübutla təsdiq edilməsini və məhz səlahiyyətli orqanın qərarında istinad etməli olduğu sübutlarla şəxs tərəfindən törədilib-törədilməməsini yoxlamalıdır. Hər hansı bir şəxs barəsində inzibati məsuliyyətin yaranması üçün həmin şəxs törədilmiş inzibati xətanın ilk əvvəl subyekti olmalıdır və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərin və yaxud hərəkətsizliyin onun tərəfindən icra olunmaması sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. Qərarda konkret sübut göstərilmədiyi üçün məhkəmə belə bir qərarı İXM-nin tələblərinə uyğun çıxarılmış araşdırılmanın nəticəsi olan qərar kimi hesab edə bilməz. Səlahiyyətli orqanın qərar qəbul edərkən, şəxsin qərarda mövcud olmayan və istinad edilməmiş hər hansı bir qeyri-müəyyən sübutla inzibati xətaya səbəb olan əməli törədib-törətməməsini məhkəmə öz mülahizəsinə əsasən müəyyən edə bilməz. Bununla da qərarda konkret sübuta istinad edilmədiyindən, sübutsuz vəziyyətdə hadisənin törədilməsində şəxsi təqsirli bilib, sadəcə İXM-nin inzibati xəta kimi müəyyən edilmiş maddəsinin dispozisiyasına istinad edilərək şəxs inzibati məsuliyyətə cəlb edilə bilməz. Konkret əməl İXM-də inzibati xəta kimi müəyyən edilmişdirsə və şəxsin həmin əməlin törədilməsində təqsiri İXM-lə müəyyən edilmiş qaydada sübuta yetirildikdən sonra inzibati məsuliyyətə cəlb edilə bilər. Qərarda şəxsin ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan konkret hansı əməli (hərəkət və ya hərəkətsizlik) törətməsi göstərilməli, həmin əməlin hansı sübutlarla müəyyən edilməsi qeyd edilməli və həmin əməlin İXM-in hansı maddəsinin dispozisiyasında nəzərdə tutulmuş inzibati xəta olması qərarda öz əksini tapmalıdır. Buna görə də şübhələr şəxsin xeyrinə həll edilməlidir. Qeyd edilənlərə əsasən hesab edir ki, təqsir qanunla müəyyən edilmiş qaydada sübuta yetirilmədiyi üçün, qərar ləğv edilməli, barəsində inzibati tənbeh vermə haqqında qərar çıxarılmış şəxs həmin əməlin törədilməsində təqsirsiz bilinməli və həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq qərardan şikayət vermiş X5 məhkəmə iclasında iştirak etməmiş, o, xx.xx.2026-cı il tarixdə EMİS-də ərizə yerləşdirərərək ərizəsində göstərmişdir ki, xx.xx.2026-cı il saat 09:30-da Azərbaycan Milli Konservatoriyasında (Bakı şəhəri, Yasamal rayonu, Ə.Ələkbərov küçəsi 7) işdə olmalı olduğu üçün məhkəmə iclasında iştirakı mümkün olmayacaq. Bununla əlaqədar olaraq, işə onun iştirakı olmadan qanunamüvafiq şəkildə baxılmasını və ədalətli qərar qəbul edilməsini xahiş edir. Şikayətini müdafiə edir. Əlavə olaraq qeyd etmək istəyir ki, bərabərlik hüququnun təmin edilməsi baxımından eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə eyni qərarlar qəbul edilir. Həmçinin o da nəzərə alınmalıdır ki, oxşar işlər üzrə Salyan Rayon Məhkəməsinin hüquqi mövqeyi 3(057)-1367/2025 və 3(057)-1368/2025 nömrəli işlər üzrə) şikayətin təmin edilməsi, İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və qərarın ləğv edilməsi istiqamətində olmuşdur. Nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq qərarı barəsində şikayət verilmiş Azərbaycan Respublikası DİN BDYPİ-nin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, işə onun nümayəndəsinin iştirakı olmadan baxılması barədə məhkəməyə vəsatət daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.4-cü maddəsinə əsasən, işə şikayətçi və Azərbaycan Respublikası DİN BDYPİ-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayətin və ərizənin dəlillərini nəzərdən keçirərək və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 126.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər. Həmin Məcəllənin 127-4.1-ci maddəsinə əsasən, barəsində bu Məcəllənin 127-3.2ci maddəsində nəzərdə tutulmuş qaydada inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılmış fiziki şəxs və ya vəzifəli şəxs qərarla razılaşmadığı hallarda həmin qərar ona bu Məcəllənin 57-ci maddəsi ilə müəyyən olunmuş rəsmi qaydada verildiyi vaxtdan iyirmi gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və məhkəməyə şikayət verə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə elektron qaydada göndərilə bilər. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən, bu Məcəllənin 126.1-ci və 127-4.1ci maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Buraxılmış müddətin bərpası qeyri-mümkün hesab edildikdə, bu halda vəsatəti rədd etmə haqqında qərardad qəbul edilir. İş materiallarından göründüyü kimi, X5 yuxarıda göstərilən məlum qərardan şikayət vermək üçün qanunla müəyyən edilmiş müddəti ötürmüş, lakin həmin müddətin bərpasına dair vəsatətlə qərarı qəbul etmiş orqana və ya məhkəməyə müraciət etməmişdir. Bu səbəbdən də məhkəmə hesab edir ki, hazırkı şikayətə mahiyyəti üzrə baxılaraq qərar qəbul edilməsi mümkün deyildir. Odur ki, şikayət geri qaytarılmalıdır. Belə ki, iş materiallarından görünür ki, X5 yuxarıda göstərilən məlum qərarın surətinin 06 dekabr 2025-ci il tarixdə ona təqdim olunduğunu göstərsə də, bu barədə şikayət ərizəsinə heç bir sənəd əlavə etməmişdir. Bununla da onun hazırki şikayəti qanunla müəyyən olunmuş müddət daxilində verməsi öz təsdiqini tapmır, əksinə onun şikayət vermək üçün qanunla müəyyən olunmuş müddəti ötürməsi müəyyən olunur. Eyni zamanda, məhkəmə X4 izah etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası DİN BDYPİ X1 inzibati tənbeh vermə haqqında qərarından şikayət vermə müddətinin bərpası barədə vəsatətlə həmin orqana və ya məhkəməyə müraciət edə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: X5 barəsində Azərbaycan Respublikası DİN BDYPİ X2 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli EQ 31130557 saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından verilmiş şikayət və ona əlavə olunmuş sənədlər X4 geri qaytarılsın. X4 Azərbaycan Respublikası DİN BDYPİ-nin “inzibati tənbeh vermə” haqqında qərarından şikayət vermə müddətinin bərpası barədə vəsatətlə həmin orqana və ya məhkəməyə müraciət etmək hüququnun olması izah olunsun. Sədrlik edən: Adil Vəliyev
Məhkəmə qərarları › İş №3(057)-1404/2025
Salyan Rayon Məhkəməsi Qərardad — İş №3(057)-1404/2025
07.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver