Məhkəmə qərarları › İş №3(057)-143/2024

Salyan Rayon Məhkəməsi Qərar — İş №3(057)-143/2024

21.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Salyan rayon İş № 3(057)-143/2024 21.02.2024 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Səmədov Ağarza Hacırza oğlunun sədrliyi, Məhkəmə iclas katibi Zamanov Asif Xanoğlan oğlunun katibliyi, Salyan rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru X1, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs iştirakı ilə xx.xx.1966-cı il tarixdə Neftçala rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, fərdi əməklə məşğul olan, Salyan rayonu, Arbatan kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Salyan rayon İcra və Probasiya şöbəsindən daxil olan 21 fevral 2024-ci il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokola baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Salyan rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru X4 tərəfindən tərtib olunmuş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair 21 fevral 2024-cü il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə olunmuş materiallar Salyan Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokolda qeyd olunmuşdur ki, Şirvan Apellyasiya Məhkəməsinin 2(106)- 2826/2019 saylı icra vərəqəsinə əsasən Şəxs 10565 ABŞ dolları və 145 manat pulu Zərərçəkmiş şəxs1ə ödəməli və Salyan Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(057)-1297/2022 saylı icra vərəqəsinə əsasən cəmi 6020 manat pulu Zərərçəkmiş şəxs2 ödəməyərək, il ərzində təkrar inzibati xəta törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs göstərmişdir ki, Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(106)-2826/2019 saylı icra vərəqəsinə əsasən Zərərçəkmiş şəxs1ə olan borcundan 3000 manat pul ödəmişdir. Lakin bu barədə sənəd təqdim edə bilməz. 1000 manat ödəməsi barədə qəbz var. Təqribən bir il bundan icra məmuru Orxan İsrafilovun öz şəxsi kartına onun təklifi ilə 2 dəfəyə bir dəfə 600 manat, 2-ci dəfə 400 manat pul ödəmişdir. Bir dəfə də, Zərərçəkmiş şəxs1 arvadının kart hesabina 500-600 manat pul köçürmüşdür. Həmin qəbzlər evdədir. xx.xx.2024-cü il tarixdə icra məmuru Coşqun ona zəng edərək ödəniş etməsini demiş, lakin özü yas yerində olduğunu bildirmişdir. Yasdan sonra ödəniş etməmişdir. Əvvəllər işsiz olsada, hazırda fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq, idxal və ixracla məşğul olur. X6 Respublikasında kartof məhsulu gətirmiş 21 ton məhsulu Salyan rayonunda satmaq üçün anbara vurmuşdur. Sənədlər öz adınadır. Salyan Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(057)-1297/2022 saylı icra vərəqəsinə əsasən cəmi 6020 manat pulu Zərərçəkmiş şəxs2 ödəməmişdir. Həmin icra sənədinə əsasən olan borcundan 3500 manat ödəniş etmişdir. Qalan borcunu da, hazırda anbarda olan kartof məhsulunu satıb ödəyəcəkdir. Borcunu ödəmək üçün ona möhlət verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Salyan rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru X4 göstərmişdir ki, Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-2826/2019 saylı icra vərəqəsinə əsasən Şəxs 10565 ABŞ dolları və 145 manat pulun Zərərçəkmiş şəxs1ə ödəməli və Salyan Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(057)-1297/2022 saylı icra vərəqəsinə əsasən cəmi 6020 manat pulu Zərərçəkmiş şəxs2 ödəməyərək, il ərzində təkrar inzibati xəta törətmişdir. Şəxs Salyan Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(057)-291/2023 saylı qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək, 500 manat məbləğində cərimə edilmişdir. Salyan Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(057)-871/2023 saylı qərarına əsasən inzibati işin icraatına xitam verilmişdir. Bundan sonrada Şəxs icra sənədi üzrə borcundan heç bir ödəniş etməmiş və icra məmurunun çaşırışına gəlməmişdir. Barəsində axtarış qərarı qəbul edilmişdir. O, polis tərəfindən saxlanılaraq Salyan rayon İcra və Probasiya şöbəsinə gətirilmişdir. Tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-1-ci maddəsi ilə 21 fevral 2024-ci il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Zərərçəkmiş şəxslər şikayətçidir, qalan borcunu tam tələb edir. Şəxs barəsində hər hansı bir inzibati tənbeh tətbiq edilməsini məhkəmənin mülahizəsinə buraxmışdır. Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs və Salyan rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru X2 dinləyib, inzibati xəta haqqında protokola, iş materiallarında olan digər sübutlara məcmu şəklində qiymət verərək məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməkdə təqsiri tam sübuta yetirilir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar hallar aşkar edilmədi. Məhkəmə qətnaməsinin uzun müddət icra olunmamasını və zərərçəkmiş şəxsin şikayətçi olmasını nəzərə alaraq hesab edir ki, Şəxs inzibati qaydada cərimə tənbeh tətbiq etməklə Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində nəzərdə tutulmuş inzibati tənbehin məqsədinə nail olmaq mümkündür. Həmin maddədə qeyd olunmuşdur ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 115-ci, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-1-ci maddəsi ilə təqsirli bilinsin, barəsində 1000 (min) manat cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Ağarza Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar