Azərbaycan Respublikası adından QƏRAR Salyan rayon İş № 3(057)-144/2024 22.02.2024 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlunun sədrliyi, X4 qızının katibliyi, Salyan rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X5 oğlunun, Tələbkar - Zərərçəkmiş şəxs1, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Məmmədova Xəyalə Ağaməli qızının iştiakları xx.xx.1981-ci il tarixdə Salyan şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işsiz, Salyan şəhəri, Ə.Quliyev küçəsi, ev 4, mənzil 45-də qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Salyan rayon İcra və Probasiya Şöbəsindən daxil olan 22 fevral 2024-cü il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Salyan rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən tərtib edilmiş 22 fevral 2024-cü il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə olunmuş materiallar 22 fevral 2024-cü il tarixdə Salyan Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokolda qeyd olunmuşdur ki, Salyan Rayon Məhkəməsinin 2(057)-1175/2023 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsinə əsasən borclu Şəxs öhdəsində olan 9150.40 manat Zərərçəkmiş şəxs2 və Salyan Rayon Məhkəməsinin 2(057)- 1178/2023 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsinə əsasən öhdəsində olan 5494.20 manat borcu isə Zərərçəkmiş şəxs1 ödəməmişdir. Məhkəmə iclasında iştirak edən Salyan rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X1 protokolu müdafiə edərək bildirdi ki, borclu barəsində Salyan Rayon Məhkəməsinin 2(057)-1175/2023 saylı, xx.xx.2023-cü il tarixli Salyan Rayon Məhkəməsinin 2(057)-1178/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədlərinə əsasən icraata başlanılmışdır. Dəfələrlə borcluya İcra və Probasiya Şöbəsinə gəlməsi ilə bağlı bildiriş göndərilsə də, o, şöbəyə gəlməmişdir. Nəticədə icra məmurunun qanuni göstərişlərinə əməl etməmişdir. Məhkəmədən qanunamüvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs bildirmişdir ki, inzibati protokol iştirakı ilə tərtib olunmuşdur. Barəsində icra sənədlərinin olmasından İcra məmurunun məlumatından sonra xəbərdar olmuşdur. Məhkəmənin qətnamələrindən vəkil vasitəsi ilə apellyasiya şikayəti vermişdir. Salyan Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti ona geri qaytarılmışdır. O, Sevincdən qızıl almışdır. Qızılı Zahidə satmışdır. Zahid adlı şəxs taksi sürücüsüdür. Onun yoldaşı isə xəstəxanada işləyir. O, məhkəməyə X2 qarşı pul tələbinə dair iddia ilə müraciət etmişdir. Onun iddiasına xx.xx.2023-cü il tarixdə baxılmış və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmışdır. Həmin qətnamə qanuni qüvvəsini alaraq icraya yönəldilmişdir. Hazırda həmin icra sənədi icra məmuru Coşqun İsmayılovun icraatındadır. Məhkəmə iclasında iştirak edən tələbkar Zərərçəkmiş şəxs1 bildirdi ki, Şəxs bilirdi ki, barəsində qanunauyğun olaraq tədbir görüləcək ona görə də, borcundan ona 50 manat, anasına isə 100 manat ödəniş etmişdir. Borcu hissə-hissə deyil, bütöv şəkildə tələb edir. Məhkəmədən qanunamüvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, hazırkı halda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs hərəkətlərində inzibati xəta tərkibi olmadığından barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Salyan Rayon Məhkəməsinin 2(057)-1178/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən, cavabdeh Şəxs 5420 manat pul və iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 74.20 manat məbləğində pulun alınaraq Zərərçəkmiş şəxs1 xeyrinə tutulması qərara alınmışdır. İş materiallarında olan icraata başlamaq haqqında qərardan görünür ki, icra sənədi üzrə icra məmuru tərəfindən xx.xx.2023-cü il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək rəsmi qaydada tələbin könüllü icra olunması barədə bildirişlə birlikdə borcluya xx.xx.2023-cü il tarixdə təqdim edilmişdir. İş materiallarında olan Salyan rayon İcra və Probasiya Şöbəsinin rəisi Şükür Orucov tərəfindən Şəxs ünvanlanmış xx.xx.2024-cü il tarixli, 307378/02 saylı xəbərdarlıq məktubundan görünür ki, barəsində olan Salyan Rayon Məhkəməsinin 2(057)-1178/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinin icrasını təmin etməsi (borcun ödənilməsi) və 25 yanvar 2024-cü il tarixdə (ödəniş sənədlərini təqdim etməklə) Salyan rayon İcra və Probasiya Şöbəsinə gəlməsi tələb olunur. Əks halda barəsində qanunamüvafiq qaydada tədbirlər görüləcəyi barədə xəbərdar edilmişdir. İş materiallarında olan Salyan Rayon Məhkəməsinin 2(057)-1175/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən, cavabdeh Şəxs 9040 manat pul və iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 110.40 manat məbləğində pulun alınaraq Zərərçəkmiş şəxs2 xeyrinə tutulması qərara alınmışdır. İş materiallarında olan icraata başlamaq haqqında qərardan görünür ki, icra sənədi üzrə icra məmuru tərəfindən xx.xx.2023-cü il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək rəsmi qaydada tələbin könüllü icra olunması barədə bildirişlə birlikdə borcluya xx.xx.2023-cü il tarixdə təqdim edilmişdir. İş materiallarında olan Salyan rayon İcra və Probasiya Şöbəsinin rəisi Şükür Orucov tərəfindən Şəxs ünvanlanmış xx.xx.2024-cü il tarixli, 307378/02 saylı xəbərdarlıq məktubundan görünür ki, barəsində olan Salyan Rayon Məhkəməsinin 2(057)-1175/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinin icrasını təmin etməsi (borcun ödənilməsi) və 25 yanvar 2024-cü il tarixdə (ödəniş sənədlərini təqdim etməklə) Salyan rayon İcra və Probasiya Şöbəsinə gəlməsi tələb olunur. Əks halda barəsində qanunamüvafiq qaydada tədbirlər görüləcəyi barədə xəbərdar edilmişdir. İş materiallarına əlavə edilmiş Salyan Rayon Məhkəməsinin 2(057)-1175/2023 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə iddiaçı Zərərçəkmiş şəxs2 cavabdeh Şəxs qarşı “pul” tələbinə dair mülki iş üzrə Salyan Rayon Məhkəməsinin 2(057)-1175/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən cavabdeh Şəxs verdiyi apellyasiya şikayəti geri qaytarılmışdır. Məhkəmə, icra işinin materiallarını tədqiq edərək borclunun hərəkətlərində icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi kimi halların mövcud olmadığı barədə nəticəyə gəlir. Belə ki, iş materiallarına əlavə edilmiş Salyan Rayon Məhkəməsinin 2(057)- 1178/2023 saylı, xx.xx.2024-cü il tarixli və 2(057)-1175/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadlarından görünür ki, Salyan Rayon Məhkəməsinin 2(057)-1178/2023 saylı, xx.xx.2023-cü il tarixli və 2(057)-1175/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnamələrindən cavabdeh Şəxs tərəfindən verilmiş apellyasiya şikayəti geri qaytarılmışdır. Həmin qərardadlar cavabdehə poçt vasitəsi ilə göndərilmişdir. Məhkəmə hesab edir ki, Salyan Rayon Məhkəməsinin 2(057)-1178/2023 saylı, xx.xx.2023-cü il tarixli və 2(057)-1175/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnamələrindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə dair məhkəmə qərardadlarından şikayət vermə müddəti başa çatmamışdır. Bundan başqa, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Salyan rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən 22 fevral 2024-cü il tarixdə inzibati xəta haqqında protokol tərtib edilməmişdən 8 (səkkiz) gün əvvəl Şəxs icra sənədlərinin verilməsi üçün əsas olmuş qətnamələrdən apellyasiya şikayəti vermişdir. Doğrudur, Şəxs apellyasiya şikayətlərini şikayət vermə müddətlərini ötürməklə vermiş olsada onun Salyan Rayon Məhkəməsinin qərardadlarından şikayət vermə hüququ qorunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən, icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinə əsasən hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 43.1-ci maddəsinə əsasən məcburi icra tədbirləri aşağıdakılardır: 43.1.1. borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi; 43.1.2. tələbin borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəldilməsi. Yəni, əgər borclu icranı könüllü şəkildə icra etmir və ya icra etməkdən boyun qaçırırsa yuxarıda sadalanan hərəkətlər icraçı tərəfindən məhkəmənin qətnaməsinin icrası üçün edilə bilər. Həmin Məcəllənin 75-ci maddəsində göstərildiyi kimi, inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Məhkəmə hesab edir ki, borclu Şəxs hərəkətlərində inzibati xəta tərkibi yoxdur, tərtib edilmiş inzibati protokol əsasında o, inzibati məsuliyyətə cəlb edilə bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 61, 114, 115 və 128-131-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ : Şəxs hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığından Salyan Rayon Məhkəməsinin 2(057)-1175/2023 saylı, xx.xx.2023-cü il tarixli və 2(057)-1178/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədlərinin icra edilməməsi ilə bağlı inzibati xəta haqqında başlanmış iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ənnağı Məmmədli
Məhkəmə qərarları › İş №3(057)-144/2024
Salyan Rayon Məhkəməsi Qərar — İş №3(057)-144/2024
22.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver