Məhkəmə qərarları › İş №3(057)-144/2025

Salyan Rayon Məhkəməsi Qərar — İş №3(057)-144/2025

14.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Salyan rayon İş № 3(057)-144/2025 14.02.2025 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlunun sədrliyi, Zamanov Asif Xanoğlan oğlunun katibliyi ilə xx.xx.1964-cü ildə Salyan rayon Xalac kəndində anadan olmuş, Salyan rayon Xalac kəndində yaşayan Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsinin tələblərinin pozulması ilə əlaqədar Salyan Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Salyan Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : Şəxs idarə etdiyi “Volkswagen Jetta minik” markalı, **-BN-*** dövlət nömrə nişanlı avtomaşınla inzibati xəta törətdiyinə görə inzibati qaydada cərimə olunmuşdur. Barəsində tərtib olunmuş EQ 23384439 saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş inzibati xəta haqqında iş üzrə qərar qanuni qüvvəyə mindiyi gündən 3 (üç) ay müddətində icra etməmişdir. Bununla əlaqədar Salyan Rayon Polis Şöbəsi tərəfindən xx.xx.2025-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmiş, iş materialları ilə birlikdə baxılması üçün məhkəməyə göndərilmişdir. Qanunla müəyyən edilmiş qaydada və müddətdə məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və Salyan Rayon Polis Şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 61.3 və 112.1.4-cü maddələrinə əsaslanaraq, məhkəmə işə onların iştirakları olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, Rəhmanov X1 Xətalar Məcəlləsinin (bundan sonra - İXM) maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi iş materialları ilə tam təsdiq olunur və o, həmin inzibati xətanın törədilməsində təqsirlidir. İş materiallarından görünür ki, Şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokollar üzrə DİN-nin BDYPİ-nin hesabına ödənilməli olan borcu ümumilikdə 80 manatdır. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. İXM-in 31-33-cü maddələrinə əsasən inzibati xətanın xarakterini, Şəxs təqsirinin dərəcəsini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmadığını nəzərə alaraq məhkəmə hesab edir ki, onun barəsində İXM-nin 529.3-cü maddəsində nəzərdə tutulan nəqliyyat vasitələrini idarə etmək hüququnun məhdudlaşdırılması növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Şərh olunanlara əsaslanaraq və İXM-in 40, 43, 48-51, 114 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə təqsirli bilinsin, barəsində 6 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququnun məhdudlaşdırılması inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ənnağı Məmmədli AZƏRBAYCAN RESPUBLİKASİ SALYAN RAYON MƏHKƏMƏSİ AZ 5200, Salyan şəhəri, Ə.Zeynalov 91 (tel: ***-***-**-**, faks: ***-***-**-**) № 3(057)-144/2025 14 fevral 2025-ci il Salyan Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki cənab Nəzər Əsgərova Salyan rayon Xalac kəndində yaşayan Şəxs Salyan Rayon Məhkəməsinin 14 fevral 2025-ci il tarixli, 3(057)-144/2025 saylı qərarı məlumat üçün Sizə göndərilir. Qoşma: qərar 02 vərəq Hakim: Ənnağı Məmmədli AZƏRBAYCAN RESPUBLİKASİ SALYAN RAYON MƏHKƏMƏSİ AZ 5200, Salyan şəhəri, Ə.Zeynalov 91 (tel: ***-***-**-**, faks: ***-***-**-**) İş № 3(057)-144/2024 14 fevral 2025-ci il Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polis İdarəsinə Salyan Rayon Məhkəməsinin 14 fevral 2025-ci il tarixli, 3(057)-144/2025 saylı qərarı icra olunması üçün Sizə göndərilir. İcranın nəticəsi barədə cavab verilməsini xahiş edirəm. Qoşma: qərar 2 vərəq Hakim: Ənnağı Məmmədli İş № 3(057)-144/2025 Salyan Rayon Məhkəməsi MƏHKƏMƏ İCLASİNİN PROTOKOLU Hakim Məmmədli Ənnağı Əbdül oğlunun sədrliyi, Zamanov Asif Xanoğlan oğlunun katibliyi ilə 14 fevral 2025-ci il Salyan şəhəri Şəxs İXM-in 529.3-cü maddəsinin tələblərini pozması ilə əlaqədar barəsində Salyan Rayon Polis Şöbəsidən daxil olmuş inzibati xəta haqqında işə saat 11:40-da baxılır. Sədrlik edən məhkəmə iclasını açır və baxılacaq işi elan edir. Sədrlik edən tərəflərin məhkəmə iclasına gəlib-gəlməmələri barədə məlumat vermək üçün məhkəmə iclası katibinə söz verir. Məhkəmə iclas katibi məruzə edərək bildirir ki, barəsində inzibati xəta haqqında icraat aprılan şəxs Şəxs Salyan Rayon Polis Şöbəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etmirlər. Sədrlik edən Şəxs Salyan Rayon Polis Şöbəsinin nümayəndəsinin məhkəmə iclasında iştirak etməməsi ilə bağlı yerində qısa müşavirə edərək qərara alır. İşə Şəxs və Salyan Rayon Polis Şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab edilsin. Sədrlik edən və məhkəmə iclas katibi elan olunur: Sədrlik edən Məmmədli Ənnağı Əbdül oğlu, məhkəmə iclasının katibi Zamanov Asif Xanoğlan oğludur. Sədrlik edən inzibati xəta haqqında protokolu və materialları elan edir. Sədrlik edən inzibati araşdırmanın başa çatmasını elan edir. Sədrlik edən müşavirə elan edir. Sədrlik edən müşavirə otağına gedir, qayıdır. Məhkəmə iclası saat 11:50-də bağlı elan olunur. Protokol 14 fevral 2025-ci il tarixdə tərtib edildi. Hakim: Ənnağı Məmmədli Katib: Asif Zamanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar