Azərbaycan Respublikası adından QƏRAR Salyan rayon İş № 3(057)-146/2023 07.02.2023 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Səmədov Ağarza Hacırza oğlunun sədrliyi, Məhkəmə iclas katibi Zamanov Asif Xanoğlan oğlunun katibliyi, Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs iştirakı ilə xx.xx.1975-ci ildə Salyan şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, Salyan şəhəri, F.Zərgərli küçəsi, ev 10-da qeydiyyatda olmaqla, yaşayan Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 332.4-cü maddələrinin tələblərinin pozulması ilə əlaqədar Salyan RPŞ-dən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq,məhkəmə MÜƏYYƏN ETDİ: Salyan RPŞ-nin DYPB-nin baş dövlət avtomobil müfəttişi polis baş leytenantı X1 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 327.1 və 332.4-cü maddələri ilə xx.xx.2023-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş, iş materialları baxılması üçün Salyan Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmədə Şəxs bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə, Salyan şəhəri ərazisində Vidadi Əliyev küçəsində sürücülük hüququ olmadan nömrəsiz idarə etdiyi «Muravey»i ilə «Vaz 2107» markalı **-CM-*** nömrə nişanqlı avtomobillə toqquşmuşdur. Hadisə zamanı xəsarət alan olmamış və zərərçəkmişin avtomobilinə maddi ziyan vurmuş və həmin ziyanı ödəmişdir. Məhkəmədə Zərərçəkmiş şəxs göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə, Salyan şəhəri ərazisində «Vaz 2107» markalı **-CM-*** nömrə nişanlı avtomobili idarə edərkən, Şəxs idarə etdiyi «Muravey» onunla toqquşmuşdur. Hadisə zamanı xəsarət alan olmamış və avtomobilinə zərər dəymişdir. Hazırda maddi zərər ödənilmişdir. Şikayəti və tələbi yoxdur. İş materiallarında olan sərxoşluq vəziyyətinin müayinəsi ilə bağlı keçirilmiş alkotesterin müayinəsindən görünür ki, Şəxs inzibati xətanı törədən zaman sərxoşluğu müəyyən edilməmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs və Zərərçəkmiş şəxs dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi özünün izahatı və iş materialları ilə tam təsdiq olunur və Şəxs inzibati xətanın törədilməsində təqsirlidir. Azərbaycan Respublikası İXM-nin 43.1-ci madəsinə əsasən 327.1-ci maddəsi ilə inzibati xətaya dair işlərə baxılması məhkəmənin səlahiyyətinə aid olmadığı üçün, həmin xəta ilə bağlı işə hazırkı iş üzrə qərar qəbul olunması mümkün deyildir. Göstərilənlərə əsasən Şəxs Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsi ilə məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin səxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Azərbaycan Respublikası İXM-nin 32-33-cü maddələrə əsasən inzibati xətanın xarakterini, təqsirinin dərəcəsini nəzərə alaraq hesab edirəm ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsində nəzərdə tutulan cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə zərərçəkmiş şəxsin şikayətçi olmamasını nəzərə alaraq hesab edir ki, Şəxs inzibati qaydada cərimə tənbeh tətbiq etməklə Azərbaycan Respublikası İXM-nin 21ci maddəsində nəzərdə tutulmuş inzibati tənbehin məqsədinə nail olmaq mümkündür. Həmin maddədə qeyd olunmuşdur ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 115-ci, 128-130-cu maddələrini rəhbər tutaraq,məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsi ilə təqsirli təqsirli bilinsin, barəsində dörd yüz manat məbləğində cərimə tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Ağarza Səmədov
Məhkəmə qərarları › İş №3(057)-146/2023
Salyan Rayon Məhkəməsi Qərar — İş №3(057)-146/2023
07.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver