Məhkəmə qərarları › İş №3(057)-149/2023

Salyan Rayon Məhkəməsi Qərar — İş №3(057)-149/2023

20.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Salyan rayon İş № 3(057)-149/2023 20.02.2023 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlunun sədrliyi, X2 qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx.xx.1989-cu ildə Əli-Bayramlı şəhərində anadan olmuş, Salyan rayonu, Aşağı Kürkənd kəndində yaşayan, orta təhsilli, ailəli, Azərbaycan Respublikasının vətəndaşı Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsinin tələbinin pozulması ilə əlaqədar Salyan rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqdim edilmiş inzibati xəta haqqında protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə müvafiq icazəsi olmadan sənədsiz ov tüfəngi ilə Salyan rayonu, Yenikənd ərazisində əkin sahəsində hərəkət edərəkən saxlanmışdır. Salyan RPŞ-nin rəisi, polis polkovniki Nəzər Əsgərov tərəfindən Azərbaycan Respublikasının İXM-nin 590.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş Şəxs barəsində toplanmış inzibati xəta haqqında material baxılması üçün Salyan Rayon Məhkəməsinə göndərilmişdir. Qanunla müəyyən edilmiş qaydada və müddətdə məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, Salyan rayon Polis Şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İXM-nin 61.3 və 112.1.4-cü maddələrinə əsaslanaraq, məhkəmə işə onların iştirakları olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü Azərbaycan Respublikası İXM-nin 590.2-ci maddəsi ilə təqsirli bilməyərək izahatında göstərdi ki, 2023-cü il yanvar ayının 9-da əkin sahəsində olarkən polislər tərəfindən onda olan ov tüfəngi aşkar edilmiş onlarla birlikdə polis idarəsinə gətirmişlər. Ov tüfəngini Müşfiq adlı iş yoldaşından hədiyyə olaraq qəbul etmişdir. Ov tüfəngindən əkin sahəsini quşlardan qorumaq və günün qaranlıq vaxtlarında əkin sahəsində olarkən özünü sahibsiz itlərdən qorunmaq üçün üzərində gəzdirmişdir. Hazırda Müşfiq adlı şəxs vəfat etmişdir. Ailəlidir, iki üşağı var. Ov tüfəngini sənədsiz olaraq gəzdirməsinin səhvi olduğunu başa düşmüşdür. İş materiallarında olan Salyan RPŞ-nin TB-nin təhqiqatçısı, polis baş leytenantı X1 tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardan görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığından Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əssən material üzrə cinayət işinin başlanması rədd edilmiş. Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 590.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi olduğundan inzibati məsuliyyətə cəlb olunaraq barəsində inzibati qaydada tədbir görülməsi üçün qəbul edilmiş qərarın surəti Salyan RPŞ-nin İTB-nə verilmişdir. Salyan RPŞ-nin İTB-nin polis sahə rəisi Elşən Yusifov tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 590.2-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat təzələnmişdir. Təqdim edilmiş sənədlərdən görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə Salyan rayonu, Yenikənd ərazisində əkin sahəsində üzərində saxladığı 1 (bir) ədəd 12 kalibirli, “Yıldız” markalı, xarici çaxmaqlı, 2012-ci ildə Türkiyyə Respublikasında zavod üsulu ilə istehsal olunmuş, 101854 nömrəli, ov tüfəngi və 2 (iki) ədəd patron aşkar edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, ******* saylı inzibati xəta haqqında işin aidiyyəti üzrə göndərilməsi barədə qərardaddan görünür ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 590.2-ci maddəsinin tələblərini pozmuşdur. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və iş materiallarını tədqiq edərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs həmin hərəkəti ilə Azərbaycan Respublikasının İXM-nin 590.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir, o, həmin maddə ilə təqsirli bilinməli, barəsində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikasının İXM-nin 590.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almamış şəxslər tərəfindən mülki silahın və ya onun üçün döyüş sursatının əldə edilməsi, saxlanılması, daşınması, başqa şəxslərə verilməsi və ya satılmasına görə-silah və döyüş sursatı müsadirə edilməklə səksən manatdan yüz manatadək məbləğdə cərimə edilir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsi məsələsi müzakirə edilərkən, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq onun barəsində təqsirləndirildiyi Azərbaycan Respublikasının İXM-nin 590.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə əsas inzibati tənbehin, inzibati xətanın bilavasitə obyekti olan predmetin müsadirəsi növündə əlavə inzibati tənbehin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib, inzibati xətanın törədilməsində alət olmuş 01 ədəd silah, 12 kalibirli olmaqla, “Yıldız” modelli, xarici çaxmaqlı, 2012-ci ildə Türkiyə Respublikasında zavod üsulu ilə istehsal olunmuş, 101854 nömrəli, hamar-yivsiz təklüləli odlu ov tüfəngi və 2 (iki) ədəd patron müsadirə edilməklə 80 (səksən) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Salyan Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və protest verilmədikdə qərardan şikayətin verilməsi müddətinin bitdiyi gün qərar qanuni qüvvəyə minir. Sədrlik edən: Ənnağı Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar