Məhkəmə qərarları › İş №3(057)-151/2023

Salyan Rayon Məhkəməsi Qərardad — İş №3(057)-151/2023

10.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Salyan rayon İş № 3(057)-151/2023 10.02.2023 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlunun sədrliyi, X5 qızının katibliyi, Salyan rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru X2, Zərərçəkmiş şəxs - Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs - Şəxs iştirakı ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Salyan rayon İcra və Probasiya şöbəsindən daxil olan 10 fevral 2023-cü il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokola baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Salyan rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru, İ dərəcəli ədliyyə qulluqçusu X3 tərəfindən tərtib olunmuş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair 10 fevral 2023cü il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə olunmuş materiallar Salyan Rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəmə iclasında Salyan rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru, İ dərəcəli ədliyyə qulluqçusu X1 Ağayevin barəsində məhkəməyə təqdim olunmuş inzibati materialın baxılmadan geri qaytarılması xahiş etdi. Salyan rayon İcra və Probasiya Şöbəsinin rəisi v.s.m.i.e, ədliyyə müşaviri Şirin Bayramov tərəfindən Salyan Rayon Məhkəməsinə göndərilmiş 10 fevral 2023-cü il tarixli, 294610/02 nömrəli məktubdan görünür ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinən borclu Şəxs barəsində protokolun baxılmadan geri qaytarılması xahiş edilmişdir. Məhkəmə İcra məmurunun, tərəflərin izahatlarını, Salyan rayon İcra və Probasiya Şöbəsinin rəisi v.s.m.i.e, ədliyyə müşaviri Şirin Bayramovun 10 fevral 2023-cü il tarixli, 294610/02 nömrəli məktubunu, protokolu və ona əlavə edilən sənədləri nəzərdən keçirib hesab edir ki, protokol geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunduqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud tərtib edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokol və ya digər sənədlər onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılır. Məhkəmə Salyan Rayon İcra və Probasiya Şöbəsinin məktubunu nəzərə alaraq hesab edir ki, müvafiq vəzifəli şəxs tərəfindən protokolun geri qaytarılması xahiş olunduğundan, inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər onu tərtib etmiş vəzifəli şəxsə geri qaytarılmalıdır. Eyni zamanda məhkəmə iclasında barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs məhkəmə iclasında ərizə təqdim edərək, Zərərçəkmiş şəxs 1850 manat olan borcunu xx.xx.2023-cü il tarixdən başlayaraq hər ay 200 manat ödəyəcəyinə söz vermiş və zərərçəkən şəxslə razılaşdıqlarını qeyd etmişdir. Eyni zamanda Şəxs bildirmişdir ki, bir neçə gün əvvəl o İcra şöbəsinə gəlmiş və orda ona məlum olmuşdur ki, borclu olması barədə İcra sənədi var. Zərərçəkmiş şəxsə borcunun olduğunu etiraf edir. Hazırda işsizdir, 44 günlük Vətən müharibəsinin iştirakçısı kimi “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü” təsis edilmiş və ona aylıq 80 manat məbləğində təqaüd verilir. Tezliklə işləyərək borcunu ödəyəcəkdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ərizə təqdim edərək, Şəxs ona borclu olduğu 1850 manat pulu xx.xx.2023-cü il tarixdən başlayaraq hər ay 200 manat ödəyəcəyinə söz verdiyi üçün razılaşmışlar. Əlavə olaraq qeyd etmişdir ki, Şəxs dəfələrlə borcunu ödəyəcəyinə söz vermiş, lakin borcunu ödəməmişdir. Odur ki, ödəniş etməyəcəyi təqdirdə cəza tədbiri görülməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, Şəxs haqqında Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barəndə Salyan rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru, İ dərəcəli ədliyyə qulluqçusu X2 xx.xx.2023-cü il tarixli protokolun geri qaytarılmasına dair Salyan rayon İcra və Probasiya Şöbəsinin rəisi v.s.m.i.e, ədliyyə müşaviri Şirin Bayramovun 10 fevral 2023-cü il tarixli, 294610/02 nömrəli məktubuna əsasən xx.xx.2023-cü il tarixli protokol geri qaytarlımalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİM: Salyan rayon İcra və Probasiya Şöbəsinin rəisi v.s.m.i.e, ədliyyə müşaviri Şirin Bayramov ərizəsi təmin edilsin. Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair MN seriyalı ******* nömrəli, xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər Salyan Rayon İcra və Probasiya Şöbəsinə geri qaytarılsın. Hakim: Ənnağı Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar