Azərbaycan Respublikası adından QƏRAR Salyan rayon İş № 3(057)-152/2023 12.02.2023 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1 qızının katibliyi, Polis sahə rəisi Əlizadə Əli Babasəlim oğlunun, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Qədirli Elgün Pənah oğlunun, Salyan rayon Vəkil Bürosunun vəkili Hənifəli Elman Tahir oğlunun iştirakı ilə 21 mart 1996-cı il tarixdə Şamaxı rayonunun, Quşçu kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, Şamaxı rayonu, Quşçu kəndində qeydiyyatda olmaqla orada yaşayan, Noble-n MMC-də elektrik çilingəri işləyən Qədirli Elgün Pənah oğlunun Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Salyan Rayon Polis Şöbəsindən daxil olan inzibati xəta haqqında protokollara baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Salyan Rayon Polis Şöbəsindən daxil olmuş 11 fevral 2023-cü il tarixli, MN № 1458391/78 nömrəli inzibati xəta haqqında protokol və protokola əlavə edilmiş sənədlərdən görünür ki, Qədirli Elgün Pənah oğlu xx.xx.2023-cü il tarixdə, saat 09:45-də Salyan şəhəri, Ə.Zeynalov küçəsində yerləşən Salyan RPŞ-nin inzibati binasının qarşısında, polis əməkdaşlarının yanında ünvansız küçə söyüşləri söyərək ictimai qaydanı pozmuşdur. Qeyd olunan faktlarla əlaqədar Salyan RPŞ-nin İTB-nin sahə rəisi, polis leytenatı Əlizadə Əli Babasəlim oğlu tərəfindən Qədirli Elgün Pənah oğlu barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə 11 fevral 2023-cü il tarixli, MN №1458391/178 nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş, həmin protokol və toplanmış materiallar Salyan RPŞ-si tərəfindən aidiyyəti üzrə baxılması üçün məhkəməyə göndərilmişdir. Salyan RPŞ-dən daxil olmuş 11 fevral 2023-cü il tarixli, MN № 1458390/77 nömrəli inzibati xəta haqqında protokol və protokola əlavə edilmiş sənədlərdən görünür ki, Qədirli Elgün Pənah oğlu xx.xx.2023-cü il tarixdə, saat 09:45-də Salyan şəhəri,Ə.Zeynalov küçəsində yerləşən Salyan RPŞ-nin inzibati binasının qarşısında, polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Qeyd olunan faktlarla əlaqədar Salyan RPŞ-nin İTB-nin sahə rəisi, polis leytenatı Əlizadə Əli Babasəlim oğlu tərəfindən Qədirli Elgün Pənah oğlu barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə 11 fevral 2023-cü il tarixli, MN №1458390/77 nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş, həmin protokol və toplanmış materiallar Salyan RPŞ-si tərəfindən aidiyyəti üzrə baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan Qədirli Elgün Pənah oğlu bildirmişdir ki, Salyan şəhərində küçədə işıq çəklişində işləyir. Salyan RPŞ-nin əməkdaşları dostunun avtomobilini saxlamışlar. Ona örə də xx.xx.2023-cü il tarixdə polisə ona görə də, yaxınlaşmışdır ki, polisdən onu xahiş etsin. Özü birqadir işləyir. Ancaq işçini polisdə müdafiə etmək səlahiyyəti yoxdur. Söyüş söyməmişdir həmin vaxt orada mülki vətəndaş olmamışdır. Polis Tural mülki geyimdə olmuşdur. Məhkəmədə izahat verən Salyan RPŞ-nin NMB-nin baş əməliyyat müvəkkili, polis baş leytenantı, Məlikov Tural Fizuli oğlu bildirmişdir ki, axşam vaxtı idarə etdiyi nəqliyyat vasitəsi ilə polis şöbəsinə gələrkən onunla qarşı-qarşıya bir avtomobil gəlmişdir. Həmin vaxt həmin şəxsə yaxınlaşaraq nə üçün qaydanı pozduğunu demişdir. Sona yol polisi əməkdaşlarına zəng etmişdir. Yol polisi gələrək həmin şəxsi polisə aprmışdır. Səhəri günü polis şöbəsinə gələndə şöbənin yanında bir nəfər tanımadığı şəxs ona yaxınlaşaraq «Sən kimsən mənim işçimin maşınını saxlayırsan». Sona həmin şəxsə faktla bağlı ərizənin verildiyini və bu faktın araşdırılacağını demişdir. Sonra polis şöbəsinə gəlmək istəyərkən həmin şəxs araxadan ona yaxınlaşaraq, onu özünə tərəf çəkərək nalayiq söyüşlərlə söyərək təhqir etmişdir. Məhkəmədə iclasında izahat verən Salyan RPŞ-nin PPB-nin polis nəfəri, polis serjantı, Məlikov Tural Fizuli oğlu bildirmişdir ki, axşam vaxtı idarə etdiyi nəqliyyat vasitəsi ilə polis şöbəsinə gələrkən onunla qarşı-qarşıya bir avtomobil gəlmişdir. Həmin vaxt həmin şəxsə yaxınlaşaraq nə üçün qaydanı pozduğunu demişdir. Sona yol polisi əməkdaşlarına zəng etmişdir. Yol polisi gələrək həmin şəxsi polisə aprmışdır. Səhəri günü polis şöbəsinə gələndə şöbənin yanında bir nəfər tanımadığı şəxs ona yaxınlaşaraq «Sən kimsən mənim işçimin maşınını saxlayırsan». Sona həmin şəxsə faktla bağlı ərizənin verildiyini və bu faktın araşdırılacağını demişdir. Sonra polis şöbəsinə gəlmək istəyərkən həmin şəxs araxadan ona yaxınlaşaraq, onu özünə tərəf çəkərək nalayiq söyüşlərlə söyərək təhqir etmişdir. Məhkəmə iclasında izahat verən polis əməkdaşları Məlikov Tural Füzuli oğlu sahə rəisi Əlizadə Əli Babasəlim oğlunun dediklərini bir daha təsdiqləmişlər. Məhkəmədə izahat verən polis əməkdaşları Məlikov Tural Füzuli oğlu sahə rəisi Əlizadə Əli Babasəlim oğlunun dediklərini bir daha təsdiqləmişlər. Qədirli Elgün Pənah oğlu barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsinə xitam verilməlidir. 53.1. Aşağıdakı hallarda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir: 53.1.1. inzibati xəta hadisəsi olmadıqda; 53.1.2. inzibati xəta tərkibi olmadıqda; 53.1.3. şəxs son zərurət vəziyyətində hərəkət etdikdə; 53.1.4. şəxs zəruri müdafiə vəziyyətində hərəkət etdikdə; 53.1.5. inzibati məsuliyyət müəyyən edən normativ hüquqi akt ləğv olunduqda; 53.1.6. bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda; 53.1.7. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə aid eyni fakt üzrə inzibati tənbeh etmək haqqında hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı olduqda, yaxud inzibati xəta haqqında işə xitam verilməsi barəsində ləğv edilməmiş qərar olduqda, habelə həmin fakt üzrə cinayət işi başlamaq haqqında qərar olduqda; 53.1.8. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs öldükdə; Həmin Məcəllənin 105.1-ci maddəsində qeyd olunmuşdur ki, Bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin və şahidlərin izahatlarını dinləyib, inzibati xəta haqqında protokola, iş materiallarında olan digər sübutlara məcmu şəklində qiymət verərək belə hesab edir ki, toplanmış sübutlarla Qədirli Elgün Pənah oğlunun inzibati xəta törətməkdə təqsiri tam sübuta yetirilir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Qədirli Elgün Pənah oğlu məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar aşkar edilmədi. Məhkəmə araşdırılmış sübutlara obyektiv qiymət verərək belə hesab edir ki, Qədirli Elgün Pənah oğlunun hərəkətlərində Azərbaycan Respublikası İXM-nin 510-ci maddəsinin tərkibi var, ona həmin inzibati xətaya görə tənbeh tədbiri tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikasının İXM-nin 112, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Qədirli Elgün Pənah oğlu Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinsin, İXM-nin 510-ci maddəsi ilə 50 manat məbləğində cərimə və İXM-nin 535.1-ci maddəsi ilə 200 manat məbləğində cərimə məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilsin. Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsitnə əsasinə əsasən 200 manat məbləğində cərimə edilsin. Qərarın Surati təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Ənnağı Məmmədi
Məhkəmə qərarları › İş №3(057)-152/2023
Salyan Rayon Məhkəməsi Qərar — İş №3(057)-152/2023
12.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver