Məhkəmə qərarları › İş №3(057)-153/2023

Salyan Rayon Məhkəməsi Qərar — İş №3(057)-153/2023

28.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Salyan rayon İş № 3(057)-153/2023 28.02.2023 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Səmədov Ağarza Hacırza oğlunun sədrliyi, Zamanov Asif Xanoğlan oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs iştirakı ilə xx.xx.1988-ci ildə Salyan şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, Salyan şəhəri, E.Hüseynov küçəsi, ev 13-də ev 13-də qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 590.2-ci maddəsi ilə olan Salyan RPŞ-dən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Salyan RPŞ-dən daxil olmuş 07 fevral 2022-ci il tarixli, MN № 1458300/75 nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə Salyan rayonu, Çuxanlı kəndinin ərazisində 01 ədəd qoşalüləli, 16 kalibirli ov silahını saxlama qaydasını pozmuşdur. Qeyd olunan faktla əlaqədar Salyan RPŞ-nin TB-nin təhqiqatçısı, polis mayoru X1 cinayət işinin başlanmasının rədd edilməsi barədə 27 yanvar 2022-ci il tarixli qərarı əsasında, Salyan RPŞ-nin İTB-nin sahə rəisi, polis leytenantı X2 tərəfindən 07 fevral 2022-ci il tarixli, MN № 1458300/75 nömrəli inzibati xəta haqqında protokol tərtib olunaraq, baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirmişdir ki, bir müddətdir ki, 08 yanvar 2023-cü il tarixdə polis əməkdaşları ondan babasından miras qalmış bir ədəd, qoşa lüləli, 16 kalibirli, “BM” modelli, 148475 nömrəli, patronluğunun uzunluğu 70 mm olan ov silahını və 04 ədəd həmin tüfəngə aid patronlar götürmüşlər. Silahın sənədi olmamış, həmin silah atasından ona qalmışdır. Törətdiyi əmələ görə peşimandır. İş materiallarında olan Qeyd olunan faktla əlaqədar Salyan RPŞ-nin TB-nin təhqiqatçısı, polis mayoru X1 cinayət işinin başlanmasının rədd edilməsi barədə 27 yanvar 2023-cü il tarixli qərarından görünür ki, 01 ədəd, 1959-cu ildə zavod üsulu ilə istehsal edilmiş, 16 kalibirli, “BM” modelli, 148475 nömrəli, xarici çaxmaqlı, patronluğunun uzunluğu 70 mm ola, lüləaltı yataqı və lülələri uyğun modeldən olan 1954-cü ildə zavod üsulu ilə istehsal edilmiş «8563» nömrəli təfəngin lüləaltı yatağı və lülələri ilə komplektləşdirilmiş qoşa lüləli tüfəngdir, yivsiz odlu ov silahı olmaqla atəş açmaq üçün yararlıdır,üzərində təyinatını dəyişdirən əlavə və dəyişikliklər edilməmiş ov silahıdır müvafiq icra hakimiyyəti orqanının icazə sənədi olmadan saxladığı üçün, həmin silah xx.xx.2023-cü il tarixdə Salyan rayon Polis şöbəsinin əməkdaşları tərəfindən aşkar olunaraq götürülmüşdür. Silahın təyinatını və xarakteristik əlamətlərini müəyyənləşdirmək üçün keçirilmiş məhkəmə-ballistik ekspertizasının xx.xx.2023-cü il tarixli, 3/86 nömrəli ekspert rəyinə əsasən, ekspertizaya təqdim edilmiş 01 ədəd, 1959-cu ildə zavod üsulu ilə istehsal edilmiş, 16 kalibirli, “BM” modelli, 148475 nömrəli, xarici çaxmaqlı, patronluğunun uzunluğu 70 mm ola, lüləaltı yataqı və lülələri uyğun modeldən olan 1954-cü ildə zavod üsulu ilə istehsal edilmiş «8563» nömrəli təfəngin lüləaltı yatağı və lülələri ilə komplektləşdirilmiş qoşa lüləli tüfəngdir, yivsiz odlu ov silahı olmaqla atəş açmaq üçün yararlıdır,üzərində təyinatını dəyişdirən əlavə və dəyişikliklər edilməmişdir. Şəxs əməlində cinayət tərkibi olmadığından barəsində toplanmış material üzrə cinayət işinin başlanılması rədd edilmişdir. Beləliklə, inzibati xəta hadisəsinin olması və onun Şəxs tərəfindən törədilməsi 07 fevral 2022-ci il tarixli, MN № 1458300/75 nömrəli inzibati xəta haqqında protokolla və protokola əlavə edilmiş sənədlərlə təsdiq olunur. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin səxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Azərbaycan Respublikası İXM-nin 31-33-cü maddələrinə əsasən işin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək, Şəxs inzibati xətanı törətməsi faktının təsdiq olunması qənaətinə gəlməklə, inzibati xətanın xarakterini, onun təqsirinin dərəcəsini məsuliyyətini yüngülləşdirən hallar kimi və məsuliyyətini ağırlaşdıran halların olmadığını nəzərə alaraq, məhkəmə hesab edir ki, inzibati xəta törətmiş şəxs Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 590.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın predmeti olan Salyan RPŞ-də saxlanılan 01 ədəd, 1959-cu ildə zavod üsulu ilə istehsal edilmiş, 16 kalibirli, “BM” modelli, 148475 nömrəli, xarici çaxmaqlı, patronluğunun uzunluğu 70 mm olan, lüləaltı yataqı və lülələri uyğun modeldən olan 1954-cü ildə zavod üsulu ilə istehsal edilmiş «8563» nömrəli təfəngin lüləaltı yatağı və lülələri ilə komplektləşdirilmiş qoşa lüləli yivsiz ov silahı və 04 ədəd həmin tüfəngə aid patronlar müsadirə edilməklə, cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 40-cı, 43-cü, 48- 51-ci, 114-cü və 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsi ilə təqsirli bilinib, Salyan RPŞ-də saxlanılan 01 ədəd, 1959-cu ildə zavod üsulu ilə istehsal edilmiş, 16 kalibirli, “BM” modelli, 148475 nömrəli, xarici çaxmaqlı, patronluğunun uzunluğu 70 mm ola, lüləaltı yataqı və lülələri uyğun modeldən olan 1954-cü ildə zavod üsulu ilə istehsal edilmiş «8563» nömrəli təfəngin lüləaltı yatağı və lülələri ilə komplektləşdirilmiş qoşa lüləli yivsiz ov silahı və 04 ədəd həmin tüfəngə aid patronlar müsadirə edilərək Azərbaycan Respublikası DİN-nin X4 Baş İdarəsinin anbarına təhvil verilməklə, barəsində 80 (səksən) manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın Surati təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Ağarza Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar