Azərbaycan Respublikası adından QƏRARDAD Salyan rayon İş № 3(057)-155/2023 28.02.2023 SALYAN RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Ağarza Hacırza oğlu Səmədovun sədrliyi Məhkəmə iclas katibi Asif Xanoğlan oğlu Zamanovun katibliyi, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs, Zərərçəkmiş şəxs iştirakı ilə Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin Yol Patrul Xidməti Alayından daxil olmuş xx.xx.2023-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol və həmin protokola əlavə olunmuş sənədlərə Salyan şəhərində açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin Yol Patrul Xidməti Alayından daxil olmuş xx.xx.2023-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs 29 noyabr 2022-ci il tarixdə saat 13:40 radələrində Ələt-Astara-İran sərhədi avtomobil yolunun Salyan rayonu ərazisindən keçən 18,5-ci kilometrində baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində Zərərçəkmiş şəxs xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə Salyan postundan keçərək Bakı istiqamətində yolun sağ hərəkət hissəsi ilə saatda 90-100 km/saat sürətlə hərəkətdə olmuşdur. Qarşısında yolun sağ kənarında dayanmış vəziyyətdə olan “Opel-Astra” markalı avtomobilin yanından keçən zaman 1-2 metr qalmış həmin avtomobil onun yoluna çıxmış və avtomobillər toqquşmuşlar.Nəticədə avtomaşını çevrilmiş, avtomaşında olan arvadı xəsarət almışdır.Baş vermiş hadisədə onun təqsiri olmamış, əsassız olaraq onu inzibati məsuliyyətə cəlb etmişlər. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs əri Şəxs dediklərini bir daha təsdiqləmişdir. İş materiallarında olan sərxoşluq vəziyyətinin tibbi müayinəsi barədə 29 noyabr 2022ci il tarixli aktından görünür ki, hadisə baş verən zaman Şəxs sərxoş vəziyyətdə olması müəyyən edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertizası və X1 X3 xx.xx.2022-ci il tarixli 645 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs aşkar edilən xəsarətlər-başın təpə nahiyyəsinin yarası, sağ gözaltı nahiyyəsinin qançıırı, sağ dirsək, sağ əl, sağ diz nahiyələrinin sıyrıqları küt əşya təsirindən törənmiş və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül zərərvurmaya aiddir. İş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında 29 dekabr 2022-ci il tarixli qərardan görünür ki, Şəxs və X2 əməllərində cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmiş və barələrində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə inzibati tənbeh görülməsi üçün məhkəməyə göndərilməsi qərara alınmışdır. Məhkəmə baxışı zamanı aydın olmuşdur ki, Şəxs barəsində protokol tərtib olunarkən Azərbaycan Respublikası İXM-nın 109.1.6-cı maddəsinin tələbləri pozulmuşdur. Belə ki, yol nəqliyyat hadisəsinin iştirakçısı olan X2 avtomobilində olan dörd sərnişinin heç birindən izahat alınmamış, yol-nəqliyyat hadisələrinin məhkəmə ekspertizası, trassoloji ekspertizası təyin edilməmş və ekspert rəyləri alınmamışdır. Eyni zamanda tərtib olunmuş inzibati protokol inzibati protokolun tərtib edildiyi vaxt xx.xx.2023-cü il qeyd olunmuş olsa belə, üçüncü sətirdə xx.xx.2023-cü il tarixdə saat 10:32-də qeyd olunan vaxtın nəyə aid olduğu məlum deyildir.Protokol tərtib olunarkən zərərçəkmişin iştirakı təmin olunmamış, nəticədə onun hüquq və vəzifəlri pozulmuşdur. Hazırda təqdim edilmiş materiallar natamam olduğundan və işə baxılarkən tamamlamaq mümkün olmadığından inzibati xətalar haqqında protokol və ya digər sənədlər onu tərtib etmiş orqana geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsində qeyd olunmuşdur ki, protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılır. Qeyd olunan natamamlıqları məhkəmə baxışında aradan qaldırmaq mümkün olmadığından protokol və protokola əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106,109-cu maddələrini rəhbər tutaraq,məhkəmə Qəraraaldı: Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin Yol Patrul Xidməti Alayından daxil olmuş xx.xx.2023-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol və əlavə olunmuş sənədlər Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin Yol Patrul Xidməti Alayına geri qaytarılsın. Hakim: Ağarza Səmədov
Məhkəmə qərarları › İş №3(057)-155/2023
Salyan Rayon Məhkəməsi Qərardad — İş №3(057)-155/2023
28.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver