Azərbaycan Respublikası adından QƏRAR Salyan rayon İş № 3(057)-156/2023 10.03.2023 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlunun sədrliyi, X9 qızının katibliyi Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs MMC-nin nümayəndəsi X1 və X6 iştirakı ilə, ünvan 1 ünvanında yerləşən Şəxs Məhdud Məsuliyyətli Cəmiyyət (VÖEN № **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraata məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: 14 fevral 2023-cü il tarixdə Salyan rayon prokurorluğunda araşdırılmış 08c-23 nömrəli material üzrə hüquqi şəxs Şəxs Məhdud Məsuliyyətli Cəmiyyət barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta tərkibinin olması müəyyən edildiyindən İnzibati xəta haqqında iş üzrə icraata başlanması haqqında xx.xx.2023-cü il tarixdə qərar qəbul edilərək toplanmış materialla birlikdə baxılması üçün Salyan Rayon Məhkəməsinə göndərilmişdir. İşdə olan İnzibati xəta haqqında iş üzrə icraata başlanması haqqında 06 fevral 2023cü il tarixli qərardan görünür ki, Salyan şəhər sakini X3 xx.xx.2023-cü il tarixdə ərizə ilə ünvan 2 ünvanında yerləşən 7 saylı “OBA” market satış mağazasından aldığı ərzaq məhsullarından azyaşlı övladı Nahidin zəhərləndiyini, bundan sonra həmin məhsullara baxdıqda bir neçəsinin istifadə müddətinin keçdiyini aşkar etdiyini göstərmişdir. Həmin müraciət aidiyyəti üzrə Salyan rayon prokurorluğuna göndərilmişdir. Müraciət əsasında araşdırma aparılmış və müəyyən edilmişdir ki, Şəxs MMC (VÖEN № **********) tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar olmasına baxmayaraq Salyan rayon prokurorluğu səlahiyyətli nümayəndənin iştirakını təmin etməmişdir. Məhkəmə, İnzibati xəta haqqında iş üzrə icraata başlama haqqında qərar qəbul etmiş Salyan rayon prokurorluğunun nümayəndəsi iştirak etməmiş və məhkəmə iclasının təxirə salınması barədə ondan vəsatət daxil olmamışdır. Məhkəmə, Salyan rayon prokurorluğunun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsi X7 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 447.0.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı Şəxs MMC tərəfindən törədilməsini etiraf edərək, müddəti keçmiş malların 5-7 gün əvvəldən satışdan çıxarıldığını, sadıcının diqqətsizliyi səbəbindən “Bağdan zoğal” kompotunun satışdan çıxarılmadığını bildirmişdir. Məhkəmə iclasında Şəxs MMC-nin nümayəndəsi X11 da X1 dediklərini təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində izahat verən Şəxs MMC-nin satış mağazasında satıcı-kassir işləyən X8 ifadəsində göstərdi ki, 01 yanvar 2023-cü il tarixdə Könül Nəcəfova mağazaya gələrək mağazadan müxtəlif ərzaq məhsulları və təmizləyici vasitələr aldığını, plastik kart vasitəsi ilə pulunu ödədiyini bildirdi. Bir neçə saatdan sonra Könül Nəcəfova gələrək əlində tutduğu “Bağdan zoğal” kompotunu göstərib onun istifadə müddətinin bitdiyini bildirərək bizdən şikayət edəcəyini bildirdi. Mən də bundan sonra mağazada olan bütün kompotların müddətini yoxladım, malların son istifadə müddətinə xeyli vaxt qaldığını aşkar etdim. Məhkəmə iclasında şahid qismində izahatı alınmış Şəxs MMC-nin mağazasında satıcı işləyən X2 və satıcı-kassir işləyən X4 şahid X5 ifadəsində göstərdiklərini təsdiq etmişlər. İnzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək, məhkəmə hesab edir ki, Şəxs MMC-nin Azərbaycan Respublikası İXM-in 447.0.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi araşdırılmış sübutlarla öz təsdiqini tapır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447-ci maddəsinə əsasən, istehlakçı hüquqlarının pozulması, yəni mal satan və ya əhaliyə xidmət göstərən şəxslər tərəfindən saxlama müddəti ötmüş məhsulların satılmasına görə - fiziki şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər dörd min manatdan altı min manatadək məbləğdə cərimə edilir. İş materiallarında olan ərzaq məhsullarının və çekin könüllü təqdim edilməsi əsasında götürülməsi və baxış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Könül Nəcəfova mağazadan 8 adda müxtəlif ərzaq məhsulları və təmizləyici vasitələr almışdır. “Bağdan zoğal” kompotu xx.xx.2020-ci il tarixdə istehsal olunmuş və xx.xx.2022-ci il tarixində istifadə müddəti bitməsinə baxmayaraq 3 aydan sonra satılmışdır. İş matriallarında olan Salyan rayon prokurorluğunun böyük müstəntiqi Ceyhun Quliyevin xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, Salyan şəhər sakini Könül Nəcəfovanın müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.2-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanmasından ötrü araşdırma materialları və qəbul edilmiş qərar Salyan rayon prokurorluğuna təqdim edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; Həmin Məcəllənin 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; Həmin Məcəllənin 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; Həmin Məcəllənin 18-ci maddəsinə əsasən hüquqi şəxslərin inzibati məsuliyyəti 18.1. Hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. 18.2. Hüquqi şəxs inzibati məsuliyyətə həmin hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün aşağıdakı şəxslər tərəfindən törədilən inzibati xətalara görə cəlb edilir: 18.2.1. hüquqi şəxsi təmsil etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 18.2.2. hüquqi şəxsin adından qərarlar qəbul etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 18.2.3. hüquqi şəxsin fəaliyyətinə nəzarət etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 18.2.4. bu Məcəllənin 18.2.1-18.2.3-cü maddələrində nəzərdə tutulmuş vəzifəli şəxslər tərəfindən nəzarətin həyata keçirilməməsi nəticəsində hüquqi şəxsin işçisi. 18.3. Hüquqi şəxsin inzibati məsuliyyətə cəlb edilməsi həmin əməli törətmiş və ya onun törədilməsində hər hansı şəkildə iştirak etmiş vəzifəli şəxsin inzibati məsuliyyətini istisna etmir. 18.4. Bu Məcəllənin 18.2-ci maddəsində nəzərdə tutulmuş vəzifəli şəxs barəsində bu Məcəllənin 53.1.8-ci maddəsinə əsasən inzibati xəta haqqında işin icraatına xitam verilməsi hüquqi şəxsin inzibati məsuliyyətə cəlb edilməsinə mane olmur. 18.5 Bu Məcəllənin 127-4.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. 18.6. Bu Məcəllənin 127-4.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, səlahiyyətli orqanlar (vəzifəli şəxslər) bu Məcəllənin 18.2-ci maddəsində müəyyən edilmiş əsasların olması qənaətinə gəldikdə, inzibati xəta haqqında protokolu baxılmaq üçün məhkəməyə göndərirlər. 18.7. Bu Məcəllənin 18.2-ci maddəsində müəyyən edilmiş əsaslar olmadıqda, səlahiyyətli orqanlar (vəzifəli şəxslər) inzibati xəta haqqında iş üzrə qərar qəbul edir. 18.8. Məhkəmə tərəfindən inzibati xəta haqqında iş üzrə qərar qəbul olunanadək hüquqi şəxs yenidən təşkil olunduqda, inzibati məsuliyyətə hüquqi şəxsin hüquqi varisi cəlb olunur. Məhkəmə tərəfindən inzibati xəta haqqında iş üzrə qərar qəbul olunduğu vaxtdan tam icra olunana və ya ləğv edilənədək hüquqi şəxsin yenidən təşkil olunması, yaxud təsisçilərinin (iştirakçılarının) və ya hüquqi şəxsin nizamnamə ilə vəkil edilmiş orqanının qərarı ilə ləğv edilməsi qadağandır. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, barəsində inzibati icraat aparılan hüquqi şəxs Şəxs MMC tərəfindən xx.xx.2020-ci il tarixdə istehsal olunmuş “Bağdan zoğal” kompotu xx.xx.2022-ci il tarixində istifadə müddəti bitməsinə baxmayaraq 01 yanvar 2023-cü il tarixdə satılmışdır. Bununla da hüquqi şəxs Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyib, törədilmiş inzibati xətanın xarakterini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, hüquqi şəxs Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.2-ci maddəsinin sanksiyasının hədləri daxilində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 18, 25, 40.0.1, 43, 48-51, 55,114, 115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Hüquqi şəxs Şəxs Məhdud Məsuliyyətli Cəmiyyət Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinərək, barəsində 4500 (dörd min beş yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Salyan Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ənnağı Məmmədli
Məhkəmə qərarları › İş №3(057)-156/2023
Salyan Rayon Məhkəməsi Qərar — İş №3(057)-156/2023
10.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver