Məhkəmə qərarları › İş №3(057)-157/2023

Salyan Rayon Məhkəməsi Qərar — İş №3(057)-157/2023

15.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Salyan rayon İş № 3(057)-157/2023 15.02.2023 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Səmədov Ağarza Hacırza oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Zamanov Asif Xanoğlan oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Müdafiəçi – Vəkil iştirakı ilə 18 dekabr 1970-ci il tarixdə, Türkiyə Cümhuriyyəti, Aydınsökə rayonunda anadan olmuş, Türkiyə Cümhuriyyəti vətəndaşı, orta təhsilli, evli, Salyan rayonu Pambıq Zavodunda usta işləyən, deməsinə görə məhkumluğu olmayan, fərdi əməklə məşğul olan, Türkiyə Cümhuriyyəti, Kuşadası şəhərində qeydiyyatda olan və hazırda Salyan rayonu, Qaraçala qəsəbəsində yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair Salyan rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Salyan RPŞ-dən daxil olmuş Salyan RPŞ-nin İTB-nin sahə rəisi X3 tərəfindən tərtib edilmiş 15 fevral 2023-cü il tarixli, MN № 1458392/80 nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Türkiyə Cümhuriyyəti vətəndaşı, Zelvi X2 rayonu, Qaraçala qəsəbəsində yaşadığı mənzilində öz istifadəsi üçün 1,71 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana saxlamışdır. Bununla əlaqədar Salyan RPŞ-nin İB-nin müstəntiqi, polis kapitanı X4 cinayət işinin başlanmasmının rədd edilməsi barədə xx.xx.2023-cü il tarixli qərarı əsasında, Salyan RPŞ-nin İTBnin sahə rəisi, polis leytenantı X3 tərəfindən 15 fevral 2023-cü il tarixli, MN № 1458392/80 saylı inzibati xəta haqqında protokol tərtib edilərək, iş materialları ilə birlikdə baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirmişdir ki, Azərbaycanda yaşayır, azərbaycan dilində oxuyub-yaza bilir və bunun üçün tərcüməçi təyin edilməsini istəmir, onun sağ gözündə problem var, sağ gözü demək olar ki, görmür, bu da ona ağrılar verir, o, bunun üçün sakitləşdirici qəbul edir, təxminən 20 ildir ki, o, Azərbaycanda yaşayır, Türkiyə vətəndaşı olsa da azərbaycanlı xanımla ailə həyatı qurmuş, arvadı əslən Beyləqan rayonu, Daşburun qəsəbəsindəndir və hazırda orada yaşayır, o isə işi ilə əlaqədar olaraq, yəni, Salyan Pambıq zavodunda işlədiyi üçün Salyan rayonu, Qaraçala qəsəbəsində kirayənişin olaraq yaşayır, yaşadığı ev X1 məxsusdur, o, Xəyaldan evin iki otağını kirayəyə götürmüş, bunun üçün də ona aylıq 150 manat kirayə haqqı verir, gözündə olan ağrılarla bağlı o, bir müddətdir ki, “nəşə” kimi tanıdığı narkotik vasitə qurudulmuş marixuana qəbul edir, təxminən 20 gün bundan öncə o, Şirvan şəhərində olarkən tanımadığı taksi sürücüsü ilə yol gedərkən onun vasitəsilə 1 ədəd kibrit qutusunda, təqribən 3-4 qram çəkidə narkotik vasitə, nəşə kimi tanıdığı qurudulmuş marixuananı 30 manat pul müqabilində almış, həmin narkotik vasitədən onu aldıqdan sonra iki dəfə istifadə etmiş, sonuncu dəfə xx.xx.2022-ci il tarixdə saat 01 radələrində həmin narkotik vasitədən istifadə etmiş, həmin kibrit qutusunda olan nəşə kimi tanıdığı narkotik vasitəni istifadə etdikdən sonra kibrit qutusunda qalan hissəsini otaqda şkafa qoymuş, bir qədər sonra kirayədə yaşadığı evə polis əməkdaşlarının gəlməsini görmüş, Xəyal da polis əməkdaşlarının yanında imiş, polis əməkdaşları ona DİN-in 102 xidmətindən Salyan RPŞ-nin Növbətçi Hissəsinə onun narkotik vasitə istifadə etməyi və evdə narkotik vasitə saxlamağı barədə məlumat daxil olmasını bildirmiş, o, həmin məlumatı Xəyalın verməsini anlamış, polis əməkdaşları ondan və Xəyaldan baxış keçirilməsinə etirazlarının olub-olmamasını aydınlaşdırmış, o, və Xəyal etirazlarının olmadığını bildirmiş, daha sonra Xəyal bu barədə danışmağa başlamış, polis əməkdaşları ondan narkotik vasitə istifadəçisi olub-olmadığını soruşmuş, o da polis əməkdaşlarına nəşə istifadə etdiyini demiş, daha sonra Xəyal evdə ona məxsus olan 1 ədəd kibrit qutusunda olan, təxminən 20 gün bundan öncə aldığı narkotik Vasitə, qurudulmuş marixuananı polis əməkdaşlarına təqdim etmiş, polis əməkdaşları həmin kibrit qutusuna açıb baxmış, ondan həmin kütlələr barədə soruşulduqda 0 da həminkütlələrin özünə məxsus olmasını, arabir ağrıları ilə bağlı ondan istifadə etdiyini, həmin kütlələri bir neçə gün bundan öncə Şirvan şəhərində tanımadığı şəxsdən aldığını və evdə saxladığını bildirmiş, bundan sonra həmin kibrit qutusunda olan kütlələr 1 ədəd boş zərfə qoyularaq qablaşdırılmış və möhürlənərək götürülmüş, zərfin üzəri o, və baxışda iştirak edən digər iştirakçılar tərəfindən imzalanmış, baxış zamanı polis əməkdaşları ona həmin kütlələrin rəy verilməsi və tərkibinin müəyyən edilməsi üçün müvafiq ekspertizaya təqdim ediləcəyini bildirmiş, bununla bağlı etirazının olub-olmamasını soruşmuş, o da polis əməkdaşlarına heç bir etirazının olmadığını bildirmiş, baxış keçirilərkən videoçəkilişin də aparıldığını bildirmişdir.Törətdiyi əmələ görə peşmandır. Göstərilənlərə əsasən ona yüngül cəza verilməsini xahiş edir. Həmin qərardan həmçinin müəyyən olunur ki, məhkəmə-narkoloji ekspertizasının 30 yanvar 2023-cü il tarixli, 100 nömrəli rəyinə əsasən, Şəxs psixi və fiziki asılılıq olmadan narkotik vasitə istifadə hallar olur. Lakin, asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. Həmin qərardan müəyyən olunur ki, göstərilən fakt üzrə məhkəmə-kimyəvi ekspertizasının 30 dekabr 2022-ci il tarixli, 18/1349 saylı rəyinə əsasən, tədqiqata təqditm edilmiş üzərində: «X1 məxsus fərdi yaşayış evinə» sözləri yazılmış və imzalar olan kağız paketdə 01 ədəd kibrit qutusunda təmiz çəkisi – 1.71 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsülla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Məhkəmə araşdırılmış sübutlara obyektiv qiymət verərək belə hesab edir ki, Şəxs inzibati xəta törətməkdə təqsiri tam sübuta yetirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115.4.2-ci maddəsinin tələbinə əsasən dövriyyədən çıxarılmış əşyalar müvafiq müəssisələrə və ya idarələrə verilməlidir, yaxud məhv edilməlidir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin səxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Azərbaycan Respublikası İXM-nin 31-33-cü maddələrinə əsasən inzibati xətanın xarakterini, Şəxs təqsirinin dərəcəsini, özünün etirafını, törətdiyi əməldən peşimançılıq hissi keçirməsini məsuliyyətini yüngülləşdirən hallar kimi və məsuliyyətini ağırlaşdıran halların olmadığını nəzərə alaraq, məhkəmə hesab edir ki, onun barəsində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsində nəzərdə tutulan inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməsi məqsədəmüvafiqdir. Zelvi X2 RMX X6 narkoloji kabinetində qeydiyata alınması üçün qərarın surəti Salyan RMX X8 göndərilməlidir. İş üzrə maddi sübut olan və Salyan rayon Polis şöbəsində saxlanılan, təmiz çəkisi 0,1.69 qram olan narkotik vasitə qurudulmuş marixuana müvafiq qaydada məhv edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 115-ci, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə təqsirli bilinsin, barəsində 300 (üç yüz) manat məbləğində inzibati cərimə tətbiq edilsin. Şəxs narkoloji kabinetində qeydiyata alınması üçün qərarın surəti Salyan RMX X8 göndərilsin. İş üzrə maddi sübut olan və Salyan rayon Polis şöbəsində saxlanılan, təmiz çəkisi 0,1.69 qram olan narkotik vasitə qurudulmuş marixuana müvafiq qaydada məhv edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Ağarza Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar