Azərbaycan Respublikası adından QƏRAR Salyan rayon İş № 3(057)-158/2023 09.03.2023 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlunun sədrliyi, X3 qızının katibliyi Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, ünvan 1 ünvanında yerləşən Şəxs Məhdud Məsuliyyətli Cəmiyyət (VÖEN № **********) barəsində Azərbaycan Respublikası İXM-nin 253.3.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin məsləhətçi-müfəttişi X2 tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli, MN seriyalı № ******* saylı protokola açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin məsləhətçi-müfəttişi X2 tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli, MN seriyalı № ******* saylı protokola görə Şəxs Məhdud Məsuliyyətli Cəmiyyət 13 oktyabr 2022-ci il tarixdə Salyan rayonu inzibati ərazisindən keçən dəmir yolunun mühafizə zolağında olan 4 ədəd saksaul kolunun maşın və mexanizmilər vasitəsi ilə aparılan qazıntı işləri zamanı məhv edilmişdir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi Azər Quliyev tərəfindən Şəxs Məhdud Məsuliyyətli Cəmiyyət barəsində tərtib edimiş xx.xx.2022-ci il tarixli, MN seriyalı № ******* saylı protokol baxılması üçün məhkəməyə göndərmişdir. İnzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxsn direktoru vəsatətlə məhkəməyə müraciət dərək 3(057)-158/2023 saylı iş üzrə xx.xx.2023-cü il tarixində saat 15:15-də keçiriləçək məhkəmə baxışında iştiraklarını təmin edə bilməyəcəklərini və onların iştirakı olmadan iş üzrə məhkəmə baxışını keçirilməsini xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxsn nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Eyni zamanda Şəxsn direktoru ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Şirvan Apellyasiya Məhkəməsi sübutların mötəbərliyi məsələsinə toxunmuşdur. Apellyasiya Məhkəməsi qərarında CPM-nin 126.3-cü maddəsini analogiya üzrə müvafiq işə tətbiq edərək bildirmişdir ki, ad soyadı bilinməyən şəxs tərəfindən verilən ifadə mötəbər sübüt sayıla bilməz. Halbuki Salyan Rayon Məhkəməsi 12 dekabr 2022-ci il tarixli 3(57)-982/2022 saylı qərarında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin iştirakımız olmadan tərtib olunmuş protokolunda qeyd edilən müvafiq ərazidə 4 ədəd saksaul kolunun bizim tərəfimizdən məhv edilməsi iddiasını ad, soyadı bilinməyən şəxsin ifadəsinə əsaslanaraq, təmin etmişdir. Lakin həmin ifadənin nə şəxsiyyətə yönəlik təsdiqləyiciliyini bildirməmiş, nə də prosessual şəkildə həqiqətliliyini sübut edəcək prosedurlara əməl etməmişdir. Həmçinin işə sübut kimi əlavə olunmuş fotoşəkillər, həmin fotoşəkillərdə qeyd edilən nəqliyyat vasitələri tərəfindən sözügedən hadisənin törədilməsinin bəlli olmadığının, yəni sübut kimi heç bir mahiyyyət daşımadığını Şirvan Apellyasiya Məhkəməsi öz qərarında xüsusilə qeyd etmişdir. Qeyd edək ki, həmin şəkillərdən nə məhv olmuş bitkilərin vəziyyətini, həmin bitkilərin hansı növ bitkilər olması, nə də iddia olunan kimi 4 ədəd olub-olmamasını heç bir şəkildə müəyyən etmək olmur. Göründüyü kimi Şirvan Apellyasiya Məhkəməsi yuxarıda qeyd edilən nüanslara əsaslanaraq, İXM-nin 48-ci maddəsi üzrə inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələrini rəhbər tutaraq, haqlı mövqeyini bildirmiş, İXM-nin 135.1.1 və 135.1.6-cı maddələri üzrə iş üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların hərtərəfli araşdırılmadan qəbul edilmiş Salyan Rayon Məhkəməsinin 12 dekabr 2022-ci il tarixli 3(57)-982/2022 saylı qərarının ləğv edilməsi və işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasının gərəkli olması barədə qərar qəbul etmişdir. Qeyd edilənlərə əsasən, xahiş edirik, 3(057)-158/2023 saylı iş üzrə barəmizdə başladılmış icraata xitam verəsiniz. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi (məsləhətçi-müfəttiş) X2 izahatında göstərdi ki, 13 oktyabr 2022-ci il tarixdə Salyan rşəhəri, 20 Yanvar küçəsinin girişində dəmir yolunun mühafizə zolağında qazıntı işlərinin aparılması müşahidə olunmuşdur. Bununla bağlı hadisə yerinə baxış keçirilmiş və baxış zamanı dəmir yolunun mühafizə zolağındakı yaşıllıq sahədə mövcud olan tam bioloji inkişafda olan 4 ədəd saksaul kolunun məhv edildiyi müəyyən olunmuşdur. Araşdırma zamanı qazıntı aparılan ərazidə su xəttinin çəkilişini aparan "xxxx" MMC şirkəti tərəfindən aparıldığı müəyyən edilmişdir. Ərazidə olan "İVECO" markalı **-İY-*** və "QAZ" markalı **-İZ-*** dövlət qeydiyyat nişanlı maşın və avadanlıqlar "xxxx" MMC-yə məxsus olması müəyyən olunmuşdur. Araşdırma zamanı tikinti işlərinə rəhbərlik edən şirkət nümayəndələrini əraziyə dəfələrələ dəvat edilmələirinə baxmayaraq gəlib iştirak etməmişlər. Araşdırma nəticəsində dəmir yolunun alt hissəsindən boru keçirərkən 4 ədəd saksaul kolunun məhv edilmişdir. Akta fotoşəkillər və videoçəkiliş əlavə olunmuşdur. İnzibati xəta törədən hüquqi şəxs haqqında inzibati araşdırma aparılması və müvafiq qaydada inzibati protokolun tərtib olunması üçün hüquqi şəxsin ünvanına bildiriş göndərilmiş və həmin təşkilat tərəfindən bildirişin 03 noyabr 2022-ci il tarixdə alınması barədə xəbərnamə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 3 saylı Regional İdarəsinə daxil olmuş, lakin həmin təşkilatın nümayəndəsi idarəyə gələrək səlahayyətinin olmadığını və heç bir bir araşdırmada iştirak etmək istəmədiyini bildirmişdir. Ona görə də "xxxx" MMC barəsində 16 noyabr 2022-ci ildə Azərbaycan Respublikası İXM-nin 253.3.2-ci maddəsi ilə protokol tərtib olunmuşdur. "xxxx" MMC-nin qeyd olunan inzibati xəta törətməsi halı yoxlama zamanı tərtib olunmuş 13 oktyabr 2022-ci il tarixli akt, akta əlavə olunmuş foto şəkillər və video gürüntülərlə tam təsdiq olunmuşdur. Təqdim olunmuş foto şəkillərdən "xxxx" MMC-yə məxsus maşın və texnikaların saksaul kollarının məhv edilməsi bir daha aydın görmək mümkündür. "xxxx" MMC qeyd olunan hadisə yerində iş görmək üçün əvvəlcə kol və ağacların köçürülməsi ilə bağlı ekoloji rəy almalı olduğu halda buna əməl etməmiş və nəticədə 4 saksaul kolunun məhv edilməsi ilə nəticələnən inzibati xətaya yol vermişlər. Tərtib olunmuş protokol əsassli olduğundan "xxxx" MMC barəsində tədbir görülməsini xahiş etmişdir. İnzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək, məhkəmə hesab edir ki, "xxxx" MMC tərəfindən Azərbaycan Respublikası İXM-in 462-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi araşdırılmış sübutlarla öz təsdiqini tapmır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Salyan Rayon Məhkəməsinin 12 dekabr 2022-ci il tarixli, 3(057)-982/2022 saylı qərarı ilə "xxxx" MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 25.4-cü maddəsinə əsasən 253.3.2-ci maddəsi ilə təqsirli bilinərək, əlli min manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tədbiq edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin iş № 3(106)-29/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə, Salyan Rayon Məhkəməsinin 12 dekabr 2022-ci il tarixli, 3(057)-982/2022 saylı qərarından Şəxs direktoru X5 tərəfindən verilmiş şikayət qismən təmin edilmiş, Salyan Rayon Məhkəməsinin 12 dekabr 2022-ci il tarixli, 3(057)-982/2022 saylı qərarı verilmiş şikayətə əsasən ləğv edilmiş və inzibati material yenidən baxılması üçün Salyan Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə öz qərarında göstərmişdir ki, işə baxan məhkəmə iş üzrə mühüm kəsb edən bütün faktiki halları araşdırmamışdır. Belə ki, məhkəmənin əsaslandığı və sübut növü kimi qəbul etdiyi X1 izahatında ad və soyadı bilinməyən şəxs tərəfindən 4 ədəd saksual kolunun "xxxx" MMC tərəfindən məhv edildiyi barədə verilən məlumat mötəbər sübut kimi qəbul edilə bilməz. Özgənin sözlərindən verdikləri məlumatlar sübut kimi istifadə edilə bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Məhkəmə qeyd edir ki, iş materiallarında olan foto şəkillərdən, həmin fotoşəkillərdə qeyd edilən nəqliyyat vasitələri tərəfindən sözügedən hadisənin törədilməsi, şəkillərdə olan kol bitkilərinin nə zaman və harda məhv edilməsini müəyyən etmək olmur. Belə olan halda, məhkəmə İXM-in 8-ci maddəsində nəzərdə tutulan “Təqsirsizlik prezumpsiyası prinsipi”ni rəhbər tutur. Belə ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən İXM-in 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.3.2-ci maddəsinə əsasən, magistral avtomobil yollarının və dəmir yolunun mühafizə zolaqlarında yerləşən yaşıllıq sahələrində lazımi icazə olmadan törədildikdə, hər bir ağacın və ya kol əkililərinin məhv edilməsinə, habelə qanunsuz kəsilməsinə (götürülməsinə) görə - fiziki şəxslər iki min beş yüz manat miqdarında, vəzifəli şəxslər altı min manat miqdarında, hüquqi şəxslər qırx min manat miqdarında cərimə edilir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyib və tərəflərin təqdim etdiyi sübutları araşdıraraq hesab edir ki, inzibati xəta tərkibi olmadığı üçün hüquqi şəxs Şəxs Məhdud Məsuliyyətli Cəmiyyət inzibati məsuliyyətdən azad olunmalı və iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40.0.1,43, 48-51, 53, 55,114.1.4, 115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Hüquqi şəxs Şəxs Məhdud Məsuliyyətli Cəmiyyət barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.3.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Salyan Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Ənnağı Məmmədli
Məhkəmə qərarları › İş №3(057)-158/2023
Salyan Rayon Məhkəməsi Qərar — İş №3(057)-158/2023
09.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver