Məhkəmə qərarları › İş №3(057)-159/2023

Salyan Rayon Məhkəməsi Qərar — İş №3(057)-159/2023

15.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Salyan rayon İş № 3(057)-159/2023 15.02.2023 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Səmədov Ağarza Hacırza oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Zamanov Asif Xanoğlan oğlunun katibliyi, Zərərçəkmiş şəxsunun, Vəkil, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx.xx.1985-ci ildə Neftçala rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmamış, Neçtçala rayonu, Mikayıllı kəndində qeydiyyatda olmaqla, Salyan şəhəri, H.Z.Tağıyev küçəsində yerləşən 104 saylı yataqxanada yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə təqsirləndirilməsinə dair Salyan RPŞ-dən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Salyan RPŞ-dən daxil olmuş 15 fevral 2023-cü il tarixli, MN № 1458393/81 nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə, Zərərçəkmiş şəxsuna məxsus 75 manat məbləğində pulu oğurlamışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə, Zərərçəkmiş şəxsunun yaşadığı Salyan şəhərində yerləşən yataqxanadakı otağının qapısını açaraq otağa daxil olmuş, həmin otaqda stolun üstündə olan 75 manatı məbləğində pulu oğurlamışdır. Halhazırda vurduğu ziyanı tamamilə ödəmişdir. Zərərçəkmiş şəxsin ondan heç bir şikayəti və tələbi yoxdur. Törətdiyi əmələ görə peşmandır. Ona görə də, barəsində olan inzibati iş üzrə icraata xitam verilirməsini xahiş etmişdir. Vəkil iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxsu bildirmişdir ki, Şəxs onunla yataqxadana qonşudurlar. xx.xx.2023-cü il tarixdə, yataqxanada özünün otağında yatdığı vaxt, qonşusu Şəxs otağın qapısını açaraq otağa daxil olmuş, həmin otaqda stolun üstündə qoymuş olduğu ona məxsus 75 manatı məbləğində pulu oğurlamışdır. Hal-hazırda Şəxs ona vurduğu ziyanı tamamilə ödəmişdir. Şəxs heç bir şikayəti və tələbi yoxdur. Ona görə də, Şəxs barəsində olan inzibati iş üzrə icraata xitam verilirməsini xahiş etmişdir. Bununla bağlı zərərçəkmiş şəxs Xudiyev X1 Ələkbər Azad oğlu tərəfindən vurulmuş ziyanın tamamilə ödənildiyini, ondan heç bir şikayəti və tələbinin olmadığını bildirərək, göstərilənlərə əsasən Şəxs barəsində işin icraatına xitam verilməsi barədə məhkəməyə ərizə təqdim etmişdir. Məhkəmədə elan olunmuş 10 fevral 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki Şəxs barəsində Azərbaycan Respublikası İXM-nın 227-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti Salyan RPŞ-nin İTB-yə göndərilmişdir. Beləliklə, inzibati xəta hadisəsinin olması və oğurluğun Şəxs tərəfindən törədilməsi özünün etirafı, Zərərçəkmiş şəxsunun izahatı və işdə olan sənədlərlə tam təsdiq olunur. Azərbaycan Respublikası İXM-nın 39.2-ci maddəsinə əsasən bu Məcəllənin 227, 232-1-ci və 351-1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərər çəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir. Qeyd edilənlərə əsasən məhkəmə belə hesab edir ki, inzibati xəta törətmiş şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs vurulmuş ziyanı tamamilə ödədiyindən, Şəxs barəsində olan inzibati iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nın 53.0-cı maddəsində göstərilir ki, aşağıdakı hallarda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir: 53.0.10. bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrinin qeyd hissələrində bilavasitə müəyyən edilmiş hallarda inzibati xətanı törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərərçəkmiş şəxslə barışdıqda. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39.2, 53.0.10, 114,115,117,128,129 və 130-cü maddələrini rəhbər tutaraq,məhkəmə Qəraraaldı: Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Salyan Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Ağarza Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar