Məhkəmə qərarları › İş №3(057)-160/2023

Salyan Rayon Məhkəməsi Qərar — İş №3(057)-160/2023

16.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Salyan rayon İş № 3(057)-160/2023 16.02.2023 SALYAN RAYON MƏHKƏMƏSİ xx.xx.1996-cı il tarixdə Salyan rayonu, Quyçu kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, işsiz, Salyan rayonu, Quyçu kəndində kəndində qeydiyyatda olmaqla orada yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Salyan rayon Polis Şöbəsindən daxil olan inzibati xəta haqqında 15 fevral 2023-cü il tarixli, İXP ******* nömrəli protokola baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Salyan rayon X1 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsi ilə inzibati material daxil olmuş 15 fevral 2023-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan və protokola əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə, saat 13:15 dəqiqədə “LAND ROVER RANGE ROVER” minik markalı **-OB-*** dövlət qeydiyyat nişanlı avtomobillə İXM-nin 327.2 və 511.1.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xəta törətmişdir. Qeyd olunan faktla əlaqədar Salyan rayon PŞ-nin DYPB-nin Yol patrul xidməti inspektoru polis serjantı X1 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2 və 511.1.3-cü maddələri ilə 15 fevral 2023-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş, həmin protokol və toplanmış materiallar Salyan rayon Polis Şöbəsi tərəfindən aidiyyəti üzrə baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs bildirmişdir ki, barəsində tərtib olunmuş inzibati xəta haqqında protokolla razılaşmır. xx.xx.2023-cü il tarixdə təxminən saat 14:00 radələrində özünə məxsus “Range Rover” markalı **-OB-*** dövlət qeydiyyat nişanlı avtomobillə Salyan şəhəri, ərazisində yerləşən “Turan” inşaat mağazasının qarşısında, yəni H.Z.Tağıyev küçəsində manevr edərək geriyə döndüb hərəkətini davam etdirmişdir. Avtomobillə manevr edən zaman sağa-sola baxıb, heç bir nəqliyyat vasitəsinə təhlükəli hərəkət yaratmadığına əmin olduqdan sonra hərəkət etmişdir. Heç bir avtoxuliqanlıq hərəkəti etməmişdir. Göstərilənləri nəzərə alaraq barəsində olan inzibati işin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib edən şəxs Salyan rayon PŞ-nin DYPB-nin Yol patrul xidməti inspektoru polis serjantı X1 protokolda qeyd edilənləri bir daha təsdiq edərək, Şəxs barəsində qanunamüvafiq qaydada tədbir görülməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Salyan rayon PŞ-nin Təminat hissəsinin sürücüsü polis serjantı X3 izahatında göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə, saat 13:00 radələrində xidməti avtomobillə H.Z.Tağıyev küçəsində hərəkətdə olarkən Aslan Hüseynov küçəsindən “Range Rover” markalı, **-OB-*** dövlət qeydiyyat nişanlı avtomobil H.Z.Tağıyev küçəsinə daxil olarkən avtomobil manevir qaydalarını pozaraq nümayişkarənə hərəkət edərək avtoxuliqanlıq etmişdir. O, bu barədə polis şöbəsinə raport yazaraq məlumat vermişdir. Məhkəmə araşdırılmış sübutlara obyektiv qiymət verərək belə hesab edir ki, Şəxs hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsinin tərkibi yoxdur. Ona görə də İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Digər inzibati xəta üzrə qərar qəbul olunması məhkəmənin səlahiyyətinə aid olmadığından həmin xətalar üzrə qərar qəbul olunması mümkün deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Belə olduğu halda, məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair məhkəməyə təqdim olunan sənədlər ziddiyyətli olmaqla onun avtoxuliqanlıq, yəni mexaniki nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılmasına və ya yolun səthində çoxsaylı təkər izlərinin buraxılması ilə müşayiət olunan qərəzli hərəkətləri törətməsi şübhə altına alır, buna görə də məhkəmə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələri onun xeyrinə həll edərək, şəxsin təqsirsiz olması və onun əməlində İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsinin tərkibinin olmadığı qənaətinə gəlir. Məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 511.1.3cü maddəsinin tərkibi aşkar edilmədiyindən barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1-ci maddəsində qeyd olunmuşdur ki, aşağıdakı hallarda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir: 53.1.1. inzibati xəta hadisəsi olmadıqda; 53.1.2. inzibati xəta tərkibi olmadıqda; 53.1.3. şəxs son zərurət vəziyyətində hərəkət etdikdə; 53.1.4. şəxs zəruri müdafiə vəziyyətində hərəkət etdikdə; 53.1.5. inzibati məsuliyyət müəyyən edən normativ hüquqi akt ləğv olunduqda; 53.1.6. bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda; 53.1.7. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə aid eyni fakt üzrə inzibati tənbeh etmək haqqında hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı olduqda, yaxud inzibati xəta haqqında işə xitam verilməsi barəsində ləğv edilməmiş qərar olduqda, habelə həmin fakt üzrə cinayət işi başlamaq haqqında qərar olduqda; 53.1.8. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs öldükdə; 53.1.9. Bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda; 53.1.10. bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrinin Qeyd hissələrində bilavasitə müəyyən edilmiş hallarda inzibati xətanı törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərərçəkmiş şəxslə barışdıqda; 53.1.11. bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş xəta haqqında elektron qərar real vaxt rejimində tərtib olunmadıqda. 53.2. Hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; 114.2 və 114.2.1-ci maddələrinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmçinin məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında dövlət hesabına hüquqlarını müdafiə etmiş Salyan rayon Vəkil Bürosunun vəkili X4 dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 66.3-cü maddəsinə əsasən maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmadıqda, inzibati qaydada tutulmuş şəxsə hüquqi yardım dövlətin vəsaiti hesabına göstərilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs göstərilmiş hüquqi xidmətə görə Salyan rayon Vəkil Bürosunun vəkili X4 məhkəmədə iştirak etdiyi 3 iş saatına görə 18 (on səkkiz) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Salyan rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114, 115, 117, 128, 129 və 130-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsinin tərkibi olmadığından, barəsində tərtib edilmiş 15 fevral 2023-cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Salyan rayon Vəkil Bürosunun vəkili X4 məhkuma məhkəmə prosesi zamanı hüquqi yardımın göstərilməsi ilə bağlı sərf etdiyi 03 saat vaxt üçün dövlət vəsaiti hesabına hər iş saatı 6 manat miqdarında olmaqla, 18 manat məbləğində pul “Beynəlxalq Bank”-ın Salyan rayon filialı, Brancr code: 805885 ŞWİFT code: İBAZAZ2X Adress: Salyan şəhəri, H.Əliyev küçəsi 103, Private ACCOUNT: AZ79İBAZ********************1, Client Tax İD: **********, Bank Tax İD: 900001881, Corr. Account: AZ03NABZ******************** hesablarına köçürülməlidir. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Salyan Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və protest verilmədikdə qərardan şikayətin verilməsi müddətinin bitdiyi gün qərar qanuni qüvvəyə minir. Hakim Ənnağı Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar