Azərbaycan Respublikası adından QƏRAR Salyan rayon İş № 3(057)-166/2024 26.02.2024 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Səmədov Ağarza Hacırza oğlunun sədrliyi, Məhkəmə iclas katibi Zamanov Asif Xanoğlan oğlunun katibliyi, Salyan rayon İcra və Probasiya şöbəsinin icra məmuru X1, Zərərçəkmiş Zərərçəkmiş şəxs1, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs iştirakı ilə xx.xx.1982-ci il tarixdə Salyan rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, Salyan rayonu, Aşağı Noxudlu kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Salyan rayon İcra və Probasiya şöbəsindən daxil olan 26 fevral 2024-cü il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokola baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Salyan rayon İcra və Probasiya şöbəsinin icra məmuru X3 tərəfindən tərtib olunmuş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair protokolda qeyd olunmuşdur ki, sonuncu Salyan Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(057)-613/2021 saylı icra vərəqəsinə əsasən öhdəsində olan uşaqla ünsiyyət tələbini yerinə yetirməmiş və qərarın icrasına maneə yaratmışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs göstərmişdir ki, uşaqlar babası və nənəsi il görüşmək istəmirlər. Uşaqlar bildirir ki, bibiləri babasının evində onları döyür, incidir və iynə vurur. Babası və nənəsi uşaqları aparmağa gələn kimi ağlamağa başlayırlar. Uşaqların görüşmələrinə mane olmur. Buna görədə özünü təqsirli bilmir. İşə ədalətli baxılmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs1 bildirmişdir ki, məhkəmə qətnaməsi ilə ona nəvələri ilə görüş verilmiş, lakin Şəxs uşaqları onunla görüşməsinə imkan verməmişdir.Lakin hazırda Aidə uşaqlarına onunla görüşməsinə şərait yaratmış və nəvələri ilə görüşmüşdür.Həmin səbəbdən şikayətçi deyil, məhkəmə qətnaməsi icra olunmuşdur. Məhkəmə iclasında Salyan rayon İcra və Probasiya şöbəsinin icra məmuru X3 göstərmişdir ki, Şəxs Salyan Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(057)-613/2021 saylı icra vərəqəsinə əsasən öhdəsində olan uşaqların baba və nənəsi ilə ünsiyyətdə olmasına maneçilik törərdir. Lakin hazırda tələbkar uşaqlarla görüşmüş və borclu buna maneçilik törətməmişdir.Ona görədə Şəxs barəsində hər hansı bir inzibati tənbeh tətbiq edilməsini məhkəmənin mülahizəsinə buraxmışdır. Məhkəmə tərəfləri dinləyib, inzibati xəta haqqında protokola, iş materiallarında olan digər sübutlara məcmu şəklində qiymət verərək məhkəmə hesab edir ki, Şəxs əməlində inzibati xəta tərkibi yoxdur, həmin səbədən iş üzrə icraata xitam verilməlidir.Belə ki, məhkəmə baxışı zamanı aydın olmuşdur ki, borclu məhkəmə qətnaməsinin icrasına maneçilik törətməmiş, tələbkarın tələbi ilə himayəsində olan uşaqları lə tələbkarın ünsiyyətdə olmaısna şərait yaratmışdır.Ona görə də məhkəmə iş üzrə icraata xitam verilməsini daha əsaslı və qanuni hesab edir. Azərbaycan Respublikası İXM-nin 53.1-ci maddəsində qeyd olunmuşdur ki, aşağıdakı hallarda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir: 53.1.1. inzibati xəta hadisəsi olmadıqda; 53.1.2. inzibati xəta tərkibi olmadıqda; 53.1.3. şəxs son zərurət vəziyyətində hərəkət etdikdə; 53.1.4. şəxs zəruri müdafiə vəziyyətində hərəkət etdikdə; 53.1.5. inzibati məsuliyyət müəyyən edən normativ hüquqi akt ləğv olunduqda; 53.1.6. bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda; 53.1.7. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə aid eyni fakt üzrə inzibati tənbeh etmək haqqında hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı olduqda, yaxud inzibati xəta haqqında işə xitam verilməsi barəsində ləğv edilməmiş qərar olduqda, habelə həmin fakt üzrə cinayət işi başlamaq haqqında qərar olduqda; 53.1.8. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs öldükdə; 53.1.9. Bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda; 53.1.10. bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrinin Qeyd hissələrində bilavasitə müəyyən edilmiş hallarda inzibati xətanı törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərərçəkmiş şəxslə barışdıqda; 53.1.11. bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş xəta haqqında elektron qərar real vaxt rejimində tərtib olunmadıqda. 53.2. Hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 115-ci, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Ağarza Səmədov
Məhkəmə qərarları › İş №3(057)-166/2024
Salyan Rayon Məhkəməsi Qərar — İş №3(057)-166/2024
26.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver