Azərbaycan Respublikası adından QƏRAR Salyan rayon İş № 3(057)-167/2024 26.02.2024 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlunun sədrliyi, X4 qızının katibliyi, Salyan rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs iştirakları ilə xx.xx.1991-ci il tarixdə Salyan rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Salyan rayonu, Sarvan kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Salyan rayon İcra və Probasiya Şöbəsindən daxil olan 26 fevral 2024-cü il tarixli, MN № ******* nömrəli inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Salyan rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3 tərəfindən tərtib olunmuş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair 26 fevral 2024-cü il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə olunmuş materiallar Salyan Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokolda qeyd olunmuşdur ki, Salyan Rayon Məhkəməsinin 2(057)-2168/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs öhdəsində olan 14229 manat borcunu Zərərçəkmiş şəxs ödəməmişdir. Məhkəmə iclasında iştirak edən Salyan rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3 göstərmişdir ki, borclu axtarışa verilməsinə baxmayaraq şöbənin bütün çağırışlara gəlir və zənglərə cavab verir. Məhkəmə tərəfindən borclu barəsində qəbul edilmiş 3(057)-510/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardan sonra 2500 manat məbləğində borcundan ödəmişdir. Borclu sonuncu dəfə xx.xx.2024-cü il tarixdə 650 manat borcundan ödəniş etmişdir. Başqa gəlir yeri yoxdur. Tələbkar borcludan borcundan 10000 (on min) manatı birdəfəlik ödəməsini tələb edir və bu barədə aidiyyəti orqanlara şikayətlər etdiyi üçün Şəxs barəsində protokol tərtib etmək məcburiyyətində qalmışdır. Şəxs barəsində hər hansı qərarın verilməsini məhkəmənin mülahizəsinə buraxmışdır. Məhkəmə iclasında iştirak edən borclu Şəxs göstərdi ki, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində fərdi yaşayış evlərində təmir tikinti işləri ilə məşğul olur. Günəmuzd işləyir. Hər ay borcundan 312 manat ödəniş edir. Tələbkardan 5000 manat faizə pul almış, həmin məbləğ artmışdır. Anlayışı olmadığı üçün qətnamədən şikayət verməmişdir. Tələbkar ödənişi birdəfəyə ödənilməsini tələb edir. Onun buna imkanı yoxdur. Himayəsində azyaşlı övladı vardır. Həmin uşaq xəstədir. Uşağını müalicə etdirmək üçün imkanı yoxdur. Ona qohumları köməklik edir. Ailədən ondan başqa qazanc gətirən yoxdur. İş materiallarında olan və icra işinin tədqiq edilmiş sənədləri ilə müəyyən edildi: Salyan Rayon Məhkəməsinin 2(057)-2168/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən Şəxs 14000 manat, vəkilə ödənilən məbləğə görə 100 manat və iddia tələbinin təmin olunmuş hissəsinə mütənasib olaraq ödənilmiş dövlət rüsumu əvəzində 129.20 manat alınaraq Zərərçəkmiş şəxs verilməsi qərara alınmışdır. - İş materiallarında olan icraata başlamaq haqqında qərardan görünür ki, icra sənədi üzrə icra məmuru tərəfindən xx.xx.2023-cü il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək rəsmi qaydada tələbin könüllü icra olunması barədə bildirişlə birlikdə borclunun ünvanına göndərilmişdir. - Şəxs xx.xx.2023-cü il tarixli izahatından görünür ki, Salyan Rayon Məhkəməsinin 2(057)- 2168/2022 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqəsinə əsasən ondan 14229.20 manat pulun alınaraq Zərərçəkmiş şəxs ödənilməsi qərara alınmışdır. İşləmədiyinə görə pulu ödəyə bilməmişdir. Pulu aylıqlara bölərək ödəməyi xahiş etmişdir. - Şəxs xx.xx.2023-cü il tarixli izahatından görünür ki, Salyan Rayon Məhkəməsinin 2(057)- 2168/2022 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqəsinə əsasən ondan 14229.20 manat pulun alınaraq Zərərçəkmiş şəxs ödənilməsi qərara alınmışdır. İşləmədiyinə görə pulu ödəyə bilməmişdir. May ayının 26-sı Zərərçəkmiş şəxs 1000 manat pul verəcəyini, qalan borcun isə aylara bölünməsini xahiş etmişdir. Uşağı xəstə olduğu üçün imkanı olmamışdır. - Sarvan kənd İnzibati Ərazi Dairəsi üzrə X1 tərəfindən Salyan rayon İcra və Probasiya Şöbəsinə ünvanlanmış 03 oktyabr 2023-cü il tarixli, 66 saylı məktubdan görünür ki, Şəxs atası ilə hazırda Bakı şəhərində onlara məlum olmayan ünvanda yaşayır. Sarvan kəndində özünə məxsus heç bir ticarət obyekti, mal-qarası yoxdur. - xx.xx.2023-cü il tarixdə Zərərçəkmiş şəxs tərəfindən Salyan rayon İcra və Probasiya Şöbəsinə verilmiş qəbzin surətindən görünür ki, borclu Şəxs 300 manat pul vəsaitini qəbul etmişdir. - “Leobank” bank kartından ödənilmiş xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, borclu tərəfindən 650 manat ödəniş olunmuşdur. - Salyan Rayon Məhkəməsinin 3(057)-510/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək, barəsində on gün müddətə inzibati həbs tətbiq edilməsi qərara alınmışdır. İnzibati xəta haqqında protokola, iş materiallarında olan digər sübutlara məcmu şəklində qiymət verərək məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi mövcud deyildir. Belə ki, “İcra Haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsində göstərildiyi kimi, “Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar”. Həmin Qanunun 28.2-ci maddəsi ilə müəyyən edilmiş icraatda tərəflər, yəni tələbkar və borclu Qanunun 29.2-ci maddəsinə əsasən, icra hərəkətlərinin həyata keçirilməsi zamanı icra haqqında Azərbaycan Respublikası qanunvericiliyinin tələblərini yerinə yetirməyə borcludurlar. Nəhayət, adı çəkilən Qanunun 84.1-ci maddəsinin tələblərinə görə, “icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə görə, icra sənədinin itirilməsinə və ya onun vaxtında göndərilməməsinə görə, habelə borclunun iş yeri və ya yaşayış yeri, onun gəlirləri və əmlak vəziyyəti haqqında dəqiq olmayan məlumat təqdim edilməsinə görə icra məmuru təqsirkar şəxslərin inzibati məsuliyyətə cəlb olunması üçün qanunvericiliyə uyğun olaraq inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir”. Azərbaycan Respublikası İXM-nin 528.1-1-ci maddəsinə əsasən, bu Məcəllənin 528.1ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsinə görə - fiziki şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir. Maddənin dizpozisiyasından məlum olur ki, həmin inzibati xətanın tərkibinin yaranması üçün borclu icra məmurunun qanuni tələblərini yerinə yetirməməli və ya icra sənədini üzrsüz səbəbdən icra etməməlidir. Lakin məhkəmə iclası zamanı müəyyən edilir ki, borclu Şəxs icra məmurunun qanuni tələblərini yerinə yetirilməməsinə yönəlmiş hər hansı bir qərəzli hərəkət etməmişdir. Məhkəmə araşdırması zamanı müəyyən etmişdir ki, borclu Şəxs icra məmurunun çağırışlara gəlir və barəsində inzibati həbs növündə təyin edilmiş tənbeh tədbirindən sonra, yəni, xx.xx.2023-cü il tarixdən başlayaraq tələbkara 2500 manat məbləğində borcundan ödəmişdir. Sonuncu dəfə xx.xx.2024-cü il tarixdə 650 manat borcundan ödəmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinə əsasən hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 43.1-ci maddəsinə əsasən məcburi icra tədbirləri aşağıdakılardır: 43.1.1. borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi; 43.1.2. tələbin borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəldilməsi. Yəni, əgər borclu icranı könüllü şəkildə icra etmir və ya icra etməkdən boyun qaçırırsa yuxarıda sadalanan hərəkətlər icraçı tərəfindən məhkəmənin qətnaməsinin icrası üçün edilə bilər. Həmin Məcəllənin 75-ci maddəsində göstərildiyi kimi, inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Məhkəmə hesab edir ki, borclu Şəxs hərəkətlərində inzibati xəta tərkibi yoxdur, tərtib edilmiş inzibati protokol əsasında o, inzibati məsuliyyətə cəlb edilə bilməz. Azərbaycan Respublikası İXM-in 53.1.2-ci maddəsinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə araşdırılan sübutları qiymətləndirərək hesab edir ki, icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi öz təsdiqini tapmadığından, yəni inzibati xəta tərkibi olmadığından Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 61, 114, 115 və 128-131-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ : Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1ci maddəsi ilə tərtib edilmiş MN seriyalı № ******* nömrəli, xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Salyan Rayon Məhkəməsi və ya inzibati həbsdə saxlandığı yer vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ənnağı Məmmədli
Məhkəmə qərarları › İş №3(057)-167/2024
Salyan Rayon Məhkəməsi Qərar — İş №3(057)-167/2024
26.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver