Məhkəmə qərarları › İş №3(057)-169/2025

Salyan Rayon Məhkəməsi Qərar — İş №3(057)-169/2025

03.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Salyan rayon İş № 3(057)-169/2025 03.02.2025 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlunun sədrliyi, Zamanov Asif Xanoğlan oğlunun katibliyi, Salyan rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X5 oğlunun, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Məmmədov Murad Mübariz oğlunun iştirakları ilə, xx.xx.1997-ci ildə Salyan şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, hazırda Abşeron rayonu, Xıdalan şəhərində kirayədə yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Salyan rayon İcra və Probasiya Şöbəsindən daxil olan 03 fevral 2025-ci il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Salyan rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X4 tərəfindən tərtib olunmuş borclu Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair 03 fevral 2025-ci il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə olunmuş materiallar 03 fevral 2025-ci il tarixdə Salyan Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokolda qeyd olunmuşdur ki, Salyan Rayon Məhkəməsinin 2(057)-879/2024 nömrəli, xx.xx.2024-cü il tarixli, 2(057)-651/2023 nömrəli, xx.xx.2023-cü il tarixli 2 icra sənədi üzrə ümumilikdə 14271.12 manat borcu Zərərçəkmiş şəxs2 MMC-yə ödəməmişdir. Salyan Notariat Ofisinin 8İ-5283 saylı, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə 944.17 manat borcu Zərərçəkmiş şəxs1a ödəməmişdir. Məhkəmə iclasında iştirak edən Salyan rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X4 izahatında bildirmişdir ki, Şəxs bugün İcra Şöbəsinə gəlmiş və məktub gətirmişdir ki, Zərərçəkmiş şəxs2 MMC-yə olan borcundan ödəmişdir. Zərərçəkmiş şəxs2 MMC-nin nümayəndəsi 2024-cü ilin aprel ayında şikayət vermişdir. Ona görə də, Şəxs barəsində protokol tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs barəsində hər hansı bir qərarın verilməsini məhkəmənin mülahizəsinə buraxmışdır. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs izahatında göstərmişdir ki, qətnamələrindən xəbəri olmamışdır. Belə ki, qeydiyyatda olduğu ünvanda yaşamır. O nəqliyyat vasitəsi ilə qəza törətmiş, qəza nəticəsində ağır bədən xəsarətləri almışdır. Müalicə üçün Rusiya Federasiyasına getmişdir. Onun əvəzindən atası bir neçə dəfə Zərərçəkmiş şəxs2 MMC-yə getmişdir. O, xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikasına qayıtmışdır. Qayıtdıqdan sonra barəsində olan icra sənədləri barədə məlumatı olmuş və məlumat alan kimi İcra Şöbəsinə getmişdir. Salyan Rayon Məhkəməsinin e-2(057)-879/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra vərəqəsinə əsasən Zərərçəkmiş şəxs2 MMC-yə olan borcundan 1600 manat ödəniş etmiş və tərəflər arasında razılıq əldə olunmuşdur. Zərərçəkmiş şəxs1 ASC-dən kredit götürməmişdir. Onun həmin kreditin götürülməsindən məlumatı yoxdur. Güman edir ki, kimsə onun adından saxta yollarla kredit götürmüşdür. Bu barədə banka müraciət edəcəkdir. Atası İ Qarabağ müharibəsinin iştirakçısıdır. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, hazırkı halda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs hərəkətlərində inzibati xəta tərkibi olmadığından barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İş materiallarında olan və icra işinin tədqiq edilmiş sənədləri ilə müəyyən edildi: Salyan Regional “ASAN xidmət” Mərkəzində notariat ofisinin xüsusi notariusu X3 8İ- 5283 nömrəli, xx.xx.2024-cü il tarixli icra qeydindən görünür ki, Zərərçəkmiş şəxs1 ASC-nin xeyrinə Şəxs GTZK4205447A299 nömrəli müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 919.17 tutulması, tələbkar tərəfindən ödənilmiş 25 manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 944.17 manat pul tutulması qərara alınmışdır. xx.xx.2024-cü il tarixli icraata başlamaq haqqında qərardan və tələbin könüllü icrası barədə xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, icra sənədi üzrə tələbin icrası ilə bağlı qərar və bildiriş tərtib olunmuşdur. Salyan Rayon Məhkəməsinin e-2(057)-879/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra vərəqəsindən görünür ki, cavabdeh Şəxs lizinq obyekti olan “Khazar LX” markalı, **-PY-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 12500 manat məbləğində pul və ödənilmiş 127.50 manat dövlət rüsumu alınaraq Zərərçəkmiş şəxs2 MMC-yə ödənilməsi qərara alınmışdır. Salyan Rayon Məhkəməsinin 2(057)-651/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra vərəqəsindən görünür ki, Zərərçəkmiş şəxs2 MMC ilə Şəxs arasında bağlanmış 10 avqust 2022-ci il tarixli MAS-5414 saylı “Daxili lizinq” müqaviləsi ləğv edilməsi, Lizinq obyekti olan 2021-ci il buraxılışlı, “Khazar LX” markalı, **-PY-*** dövlət qeydiyyat nişanlı, ağ rəngli avtomobil mülkiyyətçi Zərərçəkmiş şəxs2 MMC-yə qaytarılması, cavabdeh Şəxs 10 avqust 2022-ci il tarixli MAS-5414 saylı “Daxili lizinq” müqaviləsinə əsasən, lizinq obyektindən müvəqqəti sahiblik və istifadə edilməsinə görə 13 fevral 2023-cü il tarixə 795.72 manat gecikdirilmiş əsas, 634.21 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 113.29 manat dəbbə pulu və ödənilmiş 100.40 manat dövlət rüsumunun Zərərçəkmiş şəxs2 MMCnin xeyrinə tutulması qərara alınmışdır. xx.xx.2024-cü il tarixli icraata başlamaq haqqında qərardan və tələbin könüllü icrası barədə xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, icra sənədi üzrə tələbin icrası ilə bağlı qərar və bildiriş tərtib olunmuşdur. xx.xx.2023-cü il tarixli icraata başlamaq haqqında qərardan və tələbin könüllü icrası barədə xx.xx.2023-cü il tarixli bildirişdən görünür ki, icra sənədi üzrə tələbin icrası ilə bağlı qərar və bildiriş tərtib olunmuşdur. xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, Şəxs barəsində olan Salyan Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(057)-879/2024-013 saylı icra sənədinin icrasının təmin edilməsi (borcunun ödənilməsi) və xx.xx.2024-cü il tarixdə (ödəniş sənədlərini təqdim etməklə) Salyan Rayon İcra və Probasiya Şöbəsinə gəlməsi barədə icra məmuru tərəfindən sənəd tərtib olunmuşdur. Şəxs xx.xx.2025-ci il tarixli izahatından görünür ki, o, orta təhsillidir. Subaydır. ünvan 1 ünvanında qeydiyyatdadır. Lakin, Abşeron rayonu, Xırdalan şəhərində kirayədə anası və atası ilə birlikdə yaşayır. Barəsində olan 3 icra sənədinin heç birindən xəbərdar deyildir. 2022-ci ilin dekabr ayından Rusiya Federasiyasındadır. 2025-ci ilin yanvar ayında Azərbaycan Respublikasına qayıtmışdır. İcra məmurunun atası ilə əlaqə saxlamasından sonra İcra Şöbəsinə gəlmişdir. Salyan RİHB-nın Salyan şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, xx.xx.1997-ci ildə anadan olmuş Şəxs ünvan 1 ünvanında yaşayır. Salyan Rayon Məhkəməsinin 8(057)-130/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadından görünür ki, Salyan rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 təqdimatı təmin olunmuş, Salyan Rayon Məhkəməsinin 2(057)-651/2023 saylı, xx.xx.2023cü il tarixli icra sənədi üzrə borclu xx.xx.1997-ci ildə anadan olmuş, Salyan şəhəri, A.Hüseynov küçəsi, 49-da qeydiyyatda olan Şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli mədaxil qəbzindən görünür ki, Şəxs tərəfindən Zərərçəkmiş şəxs2 MMC-nin hesabına 1600 manat pul köçürülmüşdür. İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs2 MMC tərəfindən Salyan Rayon İcra və Probasiya Şöbəsinə ünvanlanmış xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, hal-hazırda tərəflər arasında borcun ödənilməsinə dair razılıq əldə olunmuşdur. Buna görə də, icra işi üzrə icraatın dayandırılması zərurəti yaranmışdır. Odur ki, icra sənədini “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 17.1.10-cu maddəsinə əsasən icra işi üzrə icraatın dayandırılmasını xahiş etmişdir. “İcra Haqqında” Azərbaycan Respublikası qanununun 3-cü maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Məhkəmə, icra işinin materiallarını tədqiq edərək borclunun hərəkətlərində icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi kimi halların mövcud olmadığı barədə nəticəyə gəlir. Belə ki, “İcra Haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinə əsasən, “Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar”. Həmin Qanunun 28.2-ci maddəsi ilə müəyyən edilmiş icraatda tərəflər, yəni tələbkar və borclu Qanunun 29.2-ci maddəsinə əsasən, icra hərəkətlərinin həyata keçirilməsi zamanı icra haqqında Azərbaycan Respublikası qanunvericiliyinin tələblərini yerinə yetirməyə borcludurlar. Nəhayət, adı çəkilən Qanunun 84.1-ci maddəsinə əsasən, “icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə görə, icra sənədinin itirilməsinə və ya onun vaxtında göndərilməməsinə görə, habelə borclunun iş yeri və ya yaşayış yeri, onun gəlirləri və əmlak vəziyyəti haqqında dəqiq olmayan məlumat təqdim edilməsinə görə icra məmuru təqsirkar şəxslərin inzibati məsuliyyətə cəlb olunması üçün qanunvericiliyə uyğun olaraq inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir”. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs 2022-ci ildə Rusiya Federasiyasına getmişdir. İcra sənədləri barədə məlumatı olmamışdır. Məlumatı olduğu zaman Salyan Rayon Məhkəməsinin e-2(057)-879/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra vərəqəsinə əsasən Zərərçəkmiş şəxs2 MMC-yə olan borcundan 1600 manat ödəniş etmiş və aralarında razılıq əldə etmişlər. Bu barədə qəbz və tələbkar Zərərçəkmiş şəxs2 MMC tərəfindən İcra Şöbəsinə ünvanlanmış ərizə məhkəməyə təqdim edilmişdir. Eyni zamanda xx.xx.2024-cü il tarixli, xx.xx.2024-cü il tarixli və xx.xx.2023-cü il tarixli icraata başlamaq haqqında qərarların və tələbin könüllü icrası barədə bildirişlərin Şəxs göndərilməsi barədə hər hansı bir sübut icra işinə və inzibati xəta haqqında protokola əlavə edilməmişdir. Həmçinin icra məmuru borclunun xx.xx.2025-ci il tarixli izahatında göstərdikləri ilə bağlı hər hansı bir araşdırma aparmamış və ya sual verərək dəqiqləşdirmədən borclu barədə inzibati xəta haqqında protokol tərtib etmişdir. Göründüyü kimi icra məmuru hazırki icra sənədlərinin icrası ilə bağlı “İcra haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulan bütün mümkün icra tədbirlərini yerinə yetirmədən, borclunun icra sənədinin icra edilməsi üçün tələbin üzrsüz səbəbdən icra etməməsi barədə nəticəyə gəlmiş və əsassız olaraq onun inzibati məsuliyyətə cəlb olunması barədə inzibati xəta haqqında protokol tərtib etmişdir. İXM-in 528.1-ci maddəsinə əsasən, icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Maddənin dizpozisiyasından məlum olur ki, həmin inzibati xətanın tərkibinin yaranması üçün borclu icra məmurunun qanuni tələblərini yerinə yetirməməli və ya icra sənədlərini üzrsüz səbəbdən icra etməməlidir. Lakin məhkəmə iclası zamanı müəyyən edilir ki, borclu Şəxs icra məmurunun qanuni tələblərini yerinə yetirilməməsinə yönəlmiş hər hansı bir qərəzli hərəkət etməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinə əsasən hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. İXM-in 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. İXM-in 8-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İXM-in 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 43.1-ci maddəsinə əsasən məcburi icra tədbirləri aşağıdakılardır: 43.1.1. borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi; 43.1.2. tələbin borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəldilməsi. Yəni, əgər borclu icranı könüllü şəkildə icra etmir və ya icra etməkdən boyun qaçırırsa yuxarıda sadalanan hərəkətlər icraçı tərəfindən məhkəmənin qətnaməsinin icrası üçün edilə bilər. İXM-in 75-ci maddəsində göstərildiyi kimi, inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Məhkəmə hesab edir ki, borclu Şəxs hərəkətlərində inzibati xəta tərkibi yoxdur, tərtib edilmiş inzibati protokol əsasında o, inzibati məsuliyyətə cəlb edilə bilməz. İXM-in 53.0.2-ci maddəsinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-in 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə araşdırılan sübutları qiymətləndirərək hesab edir ki, icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi öz təsdiqini tapmadığından, yəni inzibati xəta tərkibi olmadığından Şəxs İXM-in 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsaslanaraq və İXM-in 40, 43, 48-51, 61, 114, 115 və 128-131-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ : Şəxs hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığından Salyan Rayon Məhkəməsinin 2(057)-651/2023 nömrəli, xx.xx.2023-cü il tarixli, Salyan Rayon Məhkəməsinin e-2(057)-879/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra vərəqələrinin və Salyan Regional “ASAN xidmət” Mərkəzində notariat ofisinin xüsusi notariusu X3 8İ-5283 nömrəli, xx.xx.2024-cü il tarixli icra qeydinin icra edilməməsi ilə bağlı inzibati xəta haqqında başlanmış iş üzrə icraata xitam verilsin. Qərardan işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ənnağı Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar