Azərbaycan Respublikası adından QƏRAR Salyan rayon İş № 3(057)-17/2024 30.01.2024 SALYAN RAYON MƏHKƏMƏSİ Salyan Rayon Məhkəməsinin hakimi Səmədov Ağarza Hacırza oğlunun sədrliyi, Zamanov Asif Xanoğlan oğlunun katibliyi, inzibati xəta haqqında qərar qəbul etmiş orqan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidməti X2 nümayəndəsi X7, şikayətçi Salyan GEM-in direktor əvəzi X6 iştirakı ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidməti X2 inzibati xəta haqqında xx.xx.2023-cü il tarixli ******* nömrəli qərarın ləğv edilməsi barədə vermiş olduğu şikayətə açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: Barəsində inzibati tənbeh tədbiri tətbiq olunmuş şəxs Salyan GEM-in direktor əvəzi X11 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidməti X2 inzibati xəta haqqında xx.xx.2023-cü il tarixli ******* nömrəli qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə prosesində iştirak edən Salyan GEM-in direktor əvəzi X11 göstərmişdir ki, Salyan GEM-in direktor əvəzi 27 oktyabr 2023-cü ildə təyin olunmuşdur. Vəzifəni icra edən şəxs kimi işə gələndən sonra işçilərlə tanış olmuş və məlum olmuşdur ki, idarədə işləyən altı nəfər xadimə işlərini icra etməkdən imtina edirlər. Özü işçiləri çağıraraq niyə işlərini icra etmədiklərini soruşmuş, onlar isə Səkinə adlı xanım işçinin olduğunu, 2019-cu ildən hazırkı müddət ərzində işə gəlmədiyini və ayda 1-2 dəfə gələrək tabelə imza edib əmək haqqısını aldığını bildirmişlər. Səkinə xanımı çağıraraq niyə işləmədiyini soruşmuş, o isə 2019-da bəri heç vaxt xadimə işləmədiyini, əmək haqqını aldığını qeyd edərək, əvvəllər dezinfektor işlədiyini sonradan xadimə keçirildiyini buna görə də xadimə kimi işləməyəcəyini bildirmişdir. 30 gün müddətində işləməmiş və barəsində hər gün akt tərtib edilmişdir. İki dəfə iclas keçirmiş və həmkarlar təşkilatını dəvət etmiş, onlar isə rəsmi məktub ünvanlayaraq Səkinə xanımın işdən çıxarılmasına etiraz etmədiklərini bildirmişlər. Səkinə xanım xadimə maaşını beş ildir alır və işə gəlmədiyi üçün iş rejimini pozduğuna görə xx.xx.2023-cü ildə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən onu işdən çıxarmışlar.Barəsində əmək müfəttişliyində tərtib olunmuş protokoldan məlumatı olmamışdır. Əmək Müfəttişliyinə çağırılmış və baş mühasibi ora göndərmişdir. Sonuncuya Səkinənin işi ilə bağlı çağırıldıqlarını,onların Səkinəni işə bərpa etmək əvəzinə işdən azad etdiklərini bildirmişlər.Qərarla bağlı onu Əmək müfəttişliyinə çağırmışlar. Orada Zahidlə görüşmüşdür. Zahid ona səlahiyyəti olmadan işçini işdən çıxartdığını bildirmişdir. Əmri təqdim edərək imza məsələsinin texniki səhv olduğunu demiş, Əmək Müfəttişliyi isə onu cərimə edəcəklərini bildirmişdir. Sistemdən məlumatlı deyil. Onu qərarlı cərimə ediblər, barəsində olan qərarın əsassız olduğunu qeyd edərək ləğv olunmasını xahiş etdi. Məhkəmə prosesində iştirak edən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidməti X2 nümayəndəsi X14 bildirmişdir ki, müfəttişliyə şikayətçi X8 birinci dəfə xx.xx.2023-cü ildə müraciət edərək bildirmişdir ki, onu dezinfektor vəzifəsindən sanitar qadın vəzifəsinə keçiriblər. Həmin vaxt Səkinə 3 yaşlı uşağa qulluq etdiyi üçün sosial məzuniyyətdə olmuşdur. Müəyyən olunmuşdur ki, GEM-nin keçmiş dİrektoru İ.Abusov tərəfindən sənədləşmə aparılmışdır. İ.Abusov olmadığına görə yeni rəhbərliyə xx.xx.2023-cü ildə şəxs əvvəlki vəzifəsinə bərpa olunması barədə Azərbaycan Respublikası İXM-nin 539.1-1 maddəsinə əsasən göstəriş vermiş və yenidən işə götürülməsinə bir ay vaxt vermişlər. Bu vaxt ərzində işəgötürən göstərişi icra etmək əvəzinə, əksinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndində əsasən işçi ilə olan müqaviləyə xitam verildiyindən barəsində protokol tərtib olunmuşdur. İXM-nin 34-cü maddəsinin tələblərinə əsasən daha ciddi sanksiya tətbiq olunduğundan barəsində bir maddə ilə protokol tərtib olunmuşdur. İşə götürən xx.xx.2023-cü ildə işçini işdən çıxarılmışdır. İşəgötürənə müraciət olunmuş və GEM-dən sənədləri tələb etmişlər. Təqdim olunmuş sənədlərdən məlum olmuşdur ki, işçi ilə əmək müqaviləsinə xitam verilərkən əvvəlki göstəriş nəzərə alınmamış və işçi ilə əmək müqaviləsinə xitam verilmişdir. Əmr səlahiyyəti olmayan şəxs tərəfindən imzalanmışdır. İlham Əliyev yeni direktor əvəzi vəzifələrini icra edən şəxs olmuş, lakin əmək müqaviləsinə xitam verilməsi barədə bildiriş, elektron sistemə iki ay əvvəl çıxmış, keçmiş drektor S.Ağalarovun imzası ilə daxil edilmiş və nəticədə Əmək Məcəlləsinin 49-cu maddəsinin tələbləri pozulmuşdur. İ.Əliyev dövlət vergi orqanlarına getməli, asan imza kodu almalı və sonra səlahiyyətlərə başlamalı idi.GEM-dən əmək haqqları da Ağalarovun imzası ilə vurulmuşdur. Nöqsan aşkar olunmuş və İ.Əliyevə müfəttişliyə gəlməsi ilə bağlı məktub göndərilmişdir. Lakin özü gəlməmiş, baş mühasibi göndərmişdir. xx.xx.2023-cü ildə 192.4 və 192.6-cı maddələr ilə protokol tərtib olunmuşdur. İ.Əliyevə rəsmi məktub göndərilərək xx.xx.2023-cü il tarixdə müfəttişliyə gəlməsi barədə xəbərdar edilmiş, lakin gəlməmiş və baş mühasibi göndərmişdir. xx.xx.2023-cü ildə işə baxılması təyin olunmuş və həmin tarixdə qərar qəbul olunmuşdur. İ.Əliyev həmin vaxt gəlmiş, hüquq və vəzifələri izah olunmuşdur. Barəsində 192.6-cı maddə ilə xx.xx.2023-cü ildə qərar qəbul olunmuşdur. 1500 manat cərimə olunmuş və 30 gün vaxt verilmiş, lakin İ.Əliyev məhkəməyə müraciət etmişdir. Şikayətçi 2019-cu ildə parazatologiya üzrə dezinfektor vəzifəsindən sanitar qadın vəzifəsinə keçirilmişdir. 4 il əvvəl hüququ pozulmuş şəxsin hüququ pozulmaqda davam etmiş və ona görə işəgötürənə sonuncunun əvvəlki işinə bərpa olunması barədə göstəriş verilmişdir.Qərar qanunidir, səlahiyyəti olmayan şəxs tərəfindən əmr imzalanmışdır. İXM-nin 192.6-cı maddəsinə əsasən qərar qəbul olunmuşdur. Şikayətin əsassız olduğunu bildirərək təmin olunmamasını xahiş etdi. Məhkəmədə elan olunmuş 27 dekabr 2023-cü il tarixli MN № ******* saylı inzibati cərimənin şərti olaraq tərtib edilməsi haqqında qərardan görünür ki, X11 Azərbaycan Respublikasının İXM-nin 192.6-cı maddəsi ilə təqsirli bilinərək 1500 manat cərimə olunmuşdur. Salyan rayon GEM-nin Həmkarlar İttifaqı Komitəsinin xx.xx.2023-cü il tarixli, №7 saylı iclas protokolundan görünür ki, dəfələrlə iş fəaliyyətini icra etmədiyindən GEM-in rəhbərliyi tərəfindən X4 barəsində təqdimatı nəzərə alaraq HİK təkrarı olaraq 3 gün müddət vaxt verərək onun sanitar qadın vəzifəsinin icra edilməsi qərarı qəbul olunmuşdur. Salyan rayon GEM-nin Həmkarlar İttifaqı Komitəsinin xx.xx.2023-cü il tarixli, №8 saylı iclas protokolundan görünür ki, X9 ardıcıl olaraq sanitar qadın vəzifəsini icra etməmişdir. HİK-in sədri xx.xx.2023-cü il tarixindən 3 gün vaxt verilməsinə baxmayaraq işə gəldiyi halda heç bir vəzifə səlahiyyətini icra etməmişdir. GEM rəhbərliyi tərəfindən X4 barəsində hər hansı cəza tədbiri görülməsinə, hətta işdən azad edilməsinə HİK etiraz etmir. Salyan rayon GEM-nin Həmkarlar İttifaqı Komitəsinin xx.xx.2023-cü il tarixli, № 9 saylı iclas protokolundan görünür ki, sanitariya gigiyena laboratoriyasının sanitar qadını X4 Azərbaycan Respublikasının Əmək məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad edilməsinə HİK sədri etiraz etməmişdir. xx.xx.2019-cu il tarixli, 134 №-li əmrdən çıxarışdan görünür ki, Parazitalogiya üzrə dezinfektor vəzifəsini icra edən X9 xx.xx.2019-cu il tarixdən 0,5 oklad sanitariya gigiyena laboratoriyasına sanitar qadın vəzifəsinə keçirilmişdir. xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli aktlardan görünür ki, Salyan rayonu Gigiyena və Epidemiologiya Mərkəzində 0,5 oklad sanitar vəzifəsində çalışan X9 öz vəzifəsini icra etməkdən imtina etmişdir. S.Zaidovanın xx.xx.2023-cü il tarixli İ.Əliyevə ünvanlanmış məktubdan görünür ki, o, 2010-cu ildə Salyan GEM-də dezinfektor vəzifəsində işə qəbul olunduğunu, 2019-cu ilə qədər həmin vəzifədə çalışdığını, 2019-cu ildə analıq məzuniyyətinə çıxdığını, 2022-ci ilin noyabr ayında işə qayıtdığını və qayıdan zaman qanunsuz yolla vəzifəsinin sanitar vəzifəsi ilə dəyişdirildiyini bildirmişdir. Sanitar vəzifəsini icra etmək istəmədiyindən, yenidən dezinfektor vəzifəsinə qaytarılmasını istəmişdir. xx.xx.2023-cü il tarixli 158 №-li əmrdən çıxarışdan görünür ki, sanitariya gigiyena laboratoriyasının sanitar qadını X9 ilə bağlanmış 100 nömrəli Əmək Müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsainin “ç” bəndinə əsasən əmək fueksiyasını yerinə yetirmədiyinə görə 01.12..2023-cü il tarixdən xitam verilmişdir. Son haqq-hesab ƏM-nin 144-cü maddəsinin ikinci hissəsinə əsasən istifadə etmədiyi əmək məzuniyyətinə görə 25 təqvim günü ödənilməsi və işçi ilə son haqq-hesab aparılması qeyd olunmuşdur. Son haqq-hesab ƏM-nin 83-cü maddəsinin 2-ci hissəsinə uyğun olaraq əmək kitabçası, əmrin surəti və son iş günü verilməsi qeyd olunmuşdur. İş materiallarında olan aktdan görünür ki, xx.xx.2023-cü il tarixdə Salyan rayon Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru işçilərin idarədaxili nizam-intizam qaydalarını yoxlayarkən sanitariya gigiyena laboratoriyasının sanitar qadını X4 üzrsüz səbəbdən saat 10:30-da heç kimə bildirmədən işdən çıxıb getdiyini aşkarlamışdır. Məhkəmə araşdırılmış sübutlara obyektiv qiymət verərək belə hesab edir ki, verilmiş şikayət əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, məhkəmə baxışı zamanı aydın olmuşdur ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidməti X5 tərəfindən X6 barəsində Azərbaycan Respublikası İXM-nın 192.6-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edərkən qanunvericiliyin hansı normalarının tələblərinin pozulması qeyd edilməmişdir. Qərarı qəbul etmiş orqan qərarda qeyd edildiyi kimi İ.X10 əmək müqaviləsinə xitam verilərkən göstərişin araşdırlmaması və xitam bildirişinin səlahiyyəti olmayan şəxs tərəfindən imzalanması, son haqq-hesabın ödənilməməsi qeyd olunmuşdur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidməti X5 İ.Əliyevdən idarədə xx.xx.2019-cu ildən bəri sanitar qadın kimi işləyən Səkinə Zayıdovanın həmin müddətdən əvvəl dezinfektor vəzifəsinə qaytarılması barədə göstərişi tamamilə qanunsuz və əsassız olmuşdur.S.Zayıdova həmin vəzifədə artıq 4 il müddət işləmiş, sonuncu qeyd olunan halla razılaşmış və bu halı mübahisələndirməmişdir. İdarəyə yeni təyin olunmuş direktorun onun işə çıxmasını tələb etdikdən sonra S.Zayıdova şikayət etməyə başlamışdır.Ona qədər sonuncunun heç bir narazılığı olmamışdır. S.Zayıdovaya son haqq hesabının işçinin sonuncu iş günü ona verilməməsi tələbi ilə bağlı məhkəmə qeyd edir ki, xx.xx.2023-cü ildə əmək müqaviləsinə xitam verilən günü S.Zaidovaya son haq-hesabı da ödənilmişdir.Göründüyü kimi işəgötürənin hərəkətlərində heç bir qanun pozuntusu olmamışdır.X1 07 dekabr 2023-cü ildə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidməti X3 verdiyi izahatında bildirmişdir ki, 02 noyabr 2023-cü ildə idarəyə verdiyi izahatında sanitar qadın vəzifəsindən imtina etdiyini və dezenfektor vəzifəsinə qaytarılmasını direktordan tələb etmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidməti X2 nümayəndəsinin bildirdiyi Əmək Məcəlləsinin 49-cu maddəsinin tələblərinin pozulması ilə bağlı məhkəmə qeyd edr ki, işçi ilə bağlınmış əmək müqaviləsinə xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir müddəası pozulmamış,qeyd olunan normanın tələblərinə əməl olunmuş, sadəcə İ.Əliyevin həmin sənədi əvvəlki direktorun imzası ilə elektron informasiya sisteminə daxil etməsi işçinin hər hansı bir hüququnun pozulmasına səbəb olmamış, bu sadəcə olaraq texniki qüsur olmuşdur. İşçi özü əmək qanunvericiliyin tələblərini pozmuş və işəgötürən haqlı olaraq onunla bağlanmış əmək məüqaviləsinə xitam vermişdir.S.Zayıdova uzun müddət əmək funksiyasını icra etməmiş,onun işə gəlməməsi aktlaşdırılmış, ondan izahat alınmış və onunla əmək müqaviləsinə xitam verilməsi məsələsi həmkərlar təşkilatında müzakirə olunmuş və sonuncu işçi ilə əmək müqaviləsinə xitam verilməsinə razılıq vermişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidməti X5 işə götürən tərəfindən işçiyə son haqq hesabın işçiyə işdən çıxdığı gün verilməməsini qeyd etmiş olsa belə bu barədə məhkəməyə heç bir sübut təqdim olunmamışdır.Əksinə işə götürən bu barədə rəsmi arayış təqdim edərək işçinin son haqhesabının sonuncu günü ona verildiyini bildirmişdir. Aərbaycan Respublikası Əmək Məcəlləsinin 49-cu maddəsinin 1-ci bəndində qeyd olunmuşdur ki,bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Həmin Məcəllənin 70-ci maddəsinin “ç” bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda onunla bağlanmış əmək müqaviləsinə işə götürən tərəfindən xitam verilə bilər. Əmək Məcəlləsinin 71-ci maddəsinin 2-ci bəndində qeyd olunmuşdur ki, bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun.Həmin Məcəllənin 72-ci maddəsində qeyd olunmuşdur ki,aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: a) özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi; b) alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması; c) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması; ç) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi və ya onların bu səbəbdən həlak olması; d) qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi; e) əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi; ə) əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması; f) iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi. Azərbaycan Respublikası İXM-nın 192.6-cı maddəsinin dispazisiyasında işçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur.Göründüyü kimi İ.Əliyevin hərəkətlərində işçi ilə əmək müqaviləsinə xitam verilərkən əmək qanunvericiliyin tələbləri pozulmamışdır.Ona görə də İ.Əliyevin mübahisələndirdiyi qərar ləğv edlərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nın 53.1-ci maddəsində qeyd olunmuşdur ki,aşağıdakı hallarda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir: 53.1.1. inzibati xəta hadisəsi olmadıqda; 53.1.2. inzibati xəta tərkibi olmadıqda; 53.1.3. şəxs son zərurət vəziyyətində hərəkət etdikdə; 53.1.4. şəxs zəruri müdafiə vəziyyətində hərəkət etdikdə; 53.1.5. inzibati məsuliyyət müəyyən edən normativ hüquqi akt ləğv olunduqda; 53.1.6. bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda; 53.1.7. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə aid eyni fakt üzrə inzibati tənbeh etmək haqqında hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı olduqda, yaxud inzibati xəta haqqında işə xitam verilməsi barəsində ləğv edilməmiş qərar olduqda, habelə həmin fakt üzrə cinayət işi başlamaq haqqında qərar olduqda; 53.1.8. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs öldükdə; 53.1.9. Bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda; 53.1.10. bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrinin Qeyd hissələrində bilavasitə müəyyən edilmiş hallarda inzibati xətanı törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərərçəkmiş şəxslə barışdıqda;[40] 53.1.11. bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş xəta haqqında elektron qərar real vaxt rejimində tərtib olunmadıqda.[41] 53.2. Hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir.[42] Azərbaycan Respublikası İXM-nın 134.1-ci maddəsində qeyd olunmuşdur ki, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.1. qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 134.1.2. bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 134.1.3. bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 134.1.4. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 134.1.5. şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.5-2-ci maddəsində nəzərdə tutulan hallar müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. 134.2. Şikayətə və ya protestə baxılma haqqında qərarda bu Məcəllənin 115-ci maddəsində qeyd edilən məlumatlar göstərilir. Həmin Məcəllənin 135.1-ci maddəsində qeyd olunmuşdur ki, inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: 135.1.1. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.2. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; 135.1.3. hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; 135.1.4. inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; 135.1.5. tətbiq edilmiş tənbehin bu Məcəllənin 31 – 34-cü maddələrinin tələblərinə uyğun olmaması; 135.1.5-1. bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması; 135.1.5-2. inzibati xəta haqqında iş üzrə qərarın buna səlahiyyəti çatmayan hakim və ya orqan (vəzifəli şəxs) tərəfindən qəbul edilməsi; 135.1.6. bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. 135.2. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs), barəsində qərar qəbul edilmiş şəxsin vəziyyətini ağırlaşdıran qərarı yalnız bununla əlaqədar zərər çəkmiş şəxsin, bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxsin şikayəti və ya prokurorun protesti olduqda qəbul edə bilər. Göründüyü kimi İ.Əliyevin hərəkətlərində İXM-nın 192.6-cı maddəsinin tərkibi olmamışdır.Ona görə də məhkəmə verilmiş şikayətin təmin olunması, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidməti X2 Salyan GEM-in direktor əvəzi X11 barəsində qəbul etdiyi inzibati xəta haqqında xx.xx.2023-cü il tarixli ******* nömrəli qərarı ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini əsaslı və qanuni hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 134 və 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qəraraaldı: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidməti X2 Salyan GEM-in direktor əvəzi X11 barəsində qəbul etdiyi inzibati xəta haqqında xx.xx.2023-cü il tarixli ******* nömrəli qərarı ləğv edilsin, inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hakim Ağarza Səmədov
Məhkəmə qərarları › İş №3(057)-17/2024
Salyan Rayon Məhkəməsi Qərar — İş №3(057)-17/2024
30.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver