Azərbaycan Respublikası adından QƏRAR Salyan rayon İş № 3(057)-173/2023 24.02.2023 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlunun sədrliyi, X1 qızının katibliyi ilə xx.xx.1968-ci il təvəllüdlü, Salyan rayonu, Şorsulu kəndində yaşayan Quliyev Hafis Hüseyn oğlu tərəfindən Azərbaycan Respublikası İXM-in 529.3-cü maddəsinin tələblərinin pozulması ilə əlaqədar Azərbaycan Respublikası DİN-in Salyan RPŞ-dən daxil olmuş inzibati xəta haqqında materiala Salyan Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Quliyev Hafis Hüseyn oğlu xx.xx.2022-ci il tarixdə idarə etdiyi “KAMAZ 53212 YÜK” markalı, ** BF *** dövlət nömrə nişanlı avtomaşınla inzibati xəta törətdiyinə görə inzibati qaydada cərimə olunmuşdur. Onun barəsində tərtib edilmiş EQ 10106800 saylı protokol əsasında qəbul edilmiş inzibati xəta haqqında iş üzrə qərarı qanuni qüvvəyə mindiyi gündən 3 (üç) ay müddətində icra etməmişdir. Bununla əlaqədar Salyan RPŞ tərəfindən xx.xx.2022-ci il tarixli, İXP ******* saylı inzibati protokol tərtib edilmiş, iş materialları ilə birlikdə baxılması üçün məhkəməyə göndərilmişdir. İş materiallarını araşdıraraq məhkəmə hesab edir ki, Quliyev Hafis Hüseyn oğlu barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, AsanPay portalından çıxarışdan görünür ki, EQ 10106800 saylı inzibati xəta haqqında protokol üzrə Quliyev Hafis Hüseyn oğlunun ödənilməyən cərimə borcu yoxdur. Azərbaycan Respublikası İXM-də qeyd olunur ki həmin Məcəllənin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs müvafiq cəriməni, dəbbə pulunu, nəqliyyat vasitəsinin duracağa gətirilməsinə və onun orada saxlanılmasına görə haqqı inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək ödədikdə inzibati məsuliyyətdən azad olunur. Sadalananlara əsasən məhkəmə qeyd edir ki, Quliyev Hafis Hüseyn oğlu tələb olunan müvafiq ödənişləri inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək ödədiyi üçün onun barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 40-cı, 43-cü, 48-51-ci, 114-cü və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : Quliyev Hafis Hüseyn oğlu Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Salyan Rayon Məhkəməsi vasitəsil Şirvan Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: Ənnağı Məmmədli
Məhkəmə qərarları › İş №3(057)-173/2023
Salyan Rayon Məhkəməsi Qərar — İş №3(057)-173/2023
24.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver