Azərbaycan Respublikası adından QƏRAR Salyan rayon İş № 3(057)-173/2024 04.03.2024 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Səmədov Ağarza Hacırza oğlunun sədrliyi, Zamanov Asif Xanoğlan oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx.xx.1988-ci ildə Salyan şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işləməyən, əvvəllər inzibati məsuliyyətə cəlb olunmamış, Salyan şəhəri, T.Abdulrəhimov küçəsi, ev 14-də qeydiyyatda olmaqla, yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 157 və 232-1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Salyan RPŞ-nin olan inzibati xəta haqqında protokollara baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Salyan RPŞ-dən məhkəməyə daxil olmuş 04 mart 2024-cü il tarixli, MN № 1654790/185 nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 15 fevral 2024-cü il tarixdə Salyan rayony, Yenikənd kəndində aralarında yaranmış mübahisə zamanı X1 döyərək, dərəcəsi təyin edilməyən xəsarət yetirmişdir. Bundan başqa 04 mart 2024-cü il tarixli, MN № 1654791/186 nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 15 fevral 2024-cü il tarixdə Salyan rayony, Yenikənd kəndində X2 məxsus evin və traktorun şüşəsini sındırmaqla maddi ziyan vurmuşdur. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verməkdən imtina edərək yalnız, belə şeylərdən başı çıxmadığını, onu buraxmasını, gedib işi ilə məşğul olmaq istədiyni bildirmişdir. İş materiallarında olan Salyan rayon PŞ-nin TQ-nun təhqiqatçısı, polis leytenantı X4 cinayət işinin başlanmasının rədd edilməsi barədə 28 fevral 2024-cü il tarixli qərarının surətindən görünür ki, Şəxs X1 döymüş və X2 məxsus evin və T-28 markalı traktorun qabaq iki işığının şüşəsini şüşəsini sındıraraq maddi ziyan vurmuşdur. Şəxs hərəkətlərində qeyd olunan inzibati xəta tərkiblərinin olması məhkəmə baxışı zamanı araşdırılmış sübutlarla tam təsdiq olunmuşdur. Şəxs hərəkətində Azərbaycan Resrublikası İXM-nin 157-ci və 232-1-ci maddələrinin tərkibi var və o, həmin inzibati xətaların törədilməsində təqsirli bilinməlidir. Məhkəmə barəsində inzibati xəta haqqında icraat aparılan şəxsi dinləyib inzibati xəta haqqında protokola, iş materiallarında olan digər sübutlara məcmu şəklində qiymət verərək belə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməkdə təqsiri tam sübuta yetirilir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar aşkar edilmədi. Məhkəmə araşdırılmış sübutlara obyektiv qiymət verərək belə hesab edir ki, Şəxs hərəkətlərində Azərbaycan Respublikası İXM-nin 157 və 232-1-ci maddələrinin tərkibi var, ona Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinə əsasən daha ciddi xətaya görə tənbeh tədbiri tətbiq olunmalıdır. Həmin maddədə qeyd olunmuşdur ki, şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikasının İXM-nin 115, 128-130cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 157 və 232-1-ci maddələri ilə təqsirli bilinsin, Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinə əsasən ona bir ay müddətində inzibati həbs tənbeh tədbiri tətbiq edilsin. İnzibati həbsdə saxlamanın əvvəli 04 mart 2024-cü il tarixdən, saat 12:40-dan hesablansın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Ağarza Səmədov
Məhkəmə qərarları › İş №3(057)-173/2024
Salyan Rayon Məhkəməsi Qərar — İş №3(057)-173/2024
04.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver