Məhkəmə qərarları › İş №3(057)-175/2023

Salyan Rayon Məhkəməsi Qərar — İş №3(057)-175/2023

23.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Salyan rayon İş № 3(057)-175/2023 23.02.2023 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlunun sədrliyi, X8 qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib edən şəxs Salyan Rayonu PŞ-nin DYPB-nin Yol patrul xidməti inspektoru polis baş serjantı X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X2 iştirakı ilə, xx.xx.1965-ci ildə Göyçay rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, Neftçala rayonu, Qaraqaşlı kəndində qeydiyyatda olmaqla orada yaşayan, X5 tərəfindən Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsinin tələbinin pozulması ilə əlaqədar Salyan RPŞ-dən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X5 xx.xx.2023-cü il tarixdə Salyan rayonu, ərazisində etibarnamə əsasında idarə etdiyi “VAZ-21093 minik” markalı, **-KT-*** dövlət qeydiyyat nişanlı avtomaşınla yol hərəkəti qaydalarını pozması ilə əlaqədar olaraq Salyan RPŞ-nin DYPB-nin Yol patrul xidməti inspektorları tərəfindən saxlanılmış, araşdırma zamanı onun narkotik vasitələrin qəbulundan yaranmış sərxoş halda nəqliyyat vasitəsini idarə etməsi məlum olmuşdur. X1 Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsində nəzərdə tutulmuş xətanı törətmişdir. Bununla əlaqədar olaraq Salyan RPŞ-nin DYPB-nin Yol patrul xidməti inspektoru polis serjantı X6 tərəfindən xx.xx.2023-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmiş, iş materialları ilə birlikdə baxılması üçün xx.xx.2023-cü il tarixdə Salyan Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında X5 xx.xx.2023-cü il tarixdə Salyan rayonu, ərazisində etibarnamə əsasında idarə etdiyi “VAZ-21093 minik” markalı, **-KT-*** dövlət qeydiyyat nişanlı avtomaşınla yol hərəkəti qaydalarını pozduğu üçün saxlanıldığını, yoxlama zamanı avtomobili narkotik vasitələrin qəbulundan yaranmış sərxoş vəziyyətdə idarə etdiyini bildirmişdir. Heç bir yerdə işləmədiyini, maddi vəziyyətinin pis olduğunu nəzərə alaraq köməklik olunmasını xahiş etdi. Eyni zamanda bildirdi ki, qardaşı İ Qarabaş müharibəsində şəhid olmuş, oğlu isə 44 günlük Vətən müharibəsinin iştirakıçısıdır. İş materiallarında olan “sərxoşluq vəziyyətinin tibbi müayinəsi” haqqında xx.xx.2023cü il tarixli, 43 nömrəli Aktın sürətindən görünür ki, yoxlama zamanı X5 avtomaşını narkotik vasitələrin qəbulundan yaranmış sərxoşluq vəziyyətində idarə etmişdir. İş materiallarında olan BC 441970 saylı sürücülük vəsiqəsinin surətindən görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X2 “B1, B, C1, C” kateqoriyalı nəqliyyat vasitələrini idarə etmək hüququ vardır. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, X2 Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi iş materialları ilə tam təsdiq olunur ki, X5 həmin inzibati xətanın törədilməsində təqsirlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 209 saylı xx.xx.2014-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları”nın 2.4-cü bəndinə əsasən “xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olmasını və yaxud narkotik vasitələrin, psixotrop və digər güclü təsir edən maddələrin qəbulunu göstərdiyi halda şəxsin sərxoşluq vəziyyətində olduğu hesab edilir”. Azərbaycan Respublikası İXM-in 333.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə - dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 37-ci maddəsinin İ hissəsinin 6-ci bəndinə əsasən mexaniki nəqliyyat vasitəsinin sürücüsü hərəkət təhlükəsizliyi üçün qorxu törədən alkoqol, narkotik vasitələr, psixotrop maddələr və ya güclü təsir göstərən digər maddələrin istifadə edilməsi nəticəsində, diqqəti və çevikliyi azaldan dərman vasitələrinin təsiri altında, xəstə və əzgin, yorğun vəziyyətdə nəqliyyat vasitəsini idarə etməməli, habelə nəqliyyat vasitəsini idarə etmək ixtiyarını bu cür vəziyyətdə olan və ya eyni kateqoriyalı nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxsə verməməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 6.1-ci maddəsinin tələbinə görə, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. Azərbaycan Respublikası İXM-in 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İşdə olan xx.xx.2023-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, X5 Azərbaycan Respublikası İXM-nin 329.1 və 333.1-ci maddələrinin tələblərini pozmuşdur. Azərbaycan Respublikası İXM-nin 43.1-ci madəsinə əsasən 329.1-ci maddəsi ilə inzibati xətaya dair işlərə baxılması məhkəmənin səlahiyyətinə aid olmadığı üçün, həmin xəta ilə bağlı işə hazırkı iş üzrə qərar qəbul olunması mümkün deyildir. Göstərilənlərə əsasən X5 Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsi ilə məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin səxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Beləliklə, Azərbaycan Respublikası İXM-nin 31-33-cü maddələrinə əsasən inzibati xətanın xarakterini, Azərbaycan Respublikası İXM-nin 31-33-cü maddələrinə əsasən inzibati xətanın xarakterini, X2 təqsirinin dərəcəsini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran haların olmamasını və ailə vəziyyətini nəzərə alaraq, məhkəmə hesab edir ki, X4 Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitəsini idarə etmə hüququ məhdudlaşdırma növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40-cı, 43-cü, 48-51-ci, 114-cü və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 6 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmə hüququnun məhdudlaşdırılması növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə Salyan Rayon Məhkəməsi vasitəsilə şikayət verilə bilər. Sədrlik edən: Ənnağı Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar