Azərbaycan Respublikası adından QƏRARDAD Salyan rayon İş № 3(057)-175/2024 15.03.2024 SALYAN RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Ağarza Hacırza oğlu Səmədovun sədrliyi, Asif Xanoğlan oğlu Zamanovun katibliyi ilə X2 inzibati tənbeh tətbiq olunması barədə Xüsusi Tağım YPX-nın baş inspektoru X1 tərəfindən yazılmış İXM ******* saylı protokol, çıxarılmış TP ******* nömrəli 29 yanvar 2024-cü il tarixli qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: X3 məhkəməyə verdiyi ərizəsində Xüsusi Tağım YPX-nın baş inspektoru X1 tərəfindən yazılmış İXM ******* saylı protokol, çıxarılmış TP ******* nömrəli 29 yanvar 2024cü il tarixli qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yer barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş şikayətçi və inzibati xəta haqqında qərar qəbul etmiş orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmişlər.Ona görə də məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə verilmiş şikayəti və əlavə olunmuş sənədləri nəzərdən keçirərək belə hesab edir ki, inzibati xəta hadisəsi Bakı-Salyan yolunun 12-ci km-də baş vermiş və həmin yer ərazi aidiyyəti üzrə Qaradağ Rayon Məhkəməsinin ərazi aidiyyətidir. Ona görə də şikayət və əlavə olunmuş sənədlər həmin məhkəməyə göndərilməlidir. Azərbaycan Respublikası İXM-nın 110.1-ci maddəsində qeyd olunmuşdur ki, inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. 110.2. Yetkinlik yaşına çatmayanlar barəsində inzibati xətalar haqqında işlərə şəxsin yaşadığı yer üzrə baxılır. 110.3. Nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılmasına səbəb ola bilən inzibati xətalar haqqında işlərə, müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin məlumatları nəzərə alınmaqla, bu Məcəllənin 110.1ci maddəsində nəzərdə tutulmuş qaydada baxılır. 132.1. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxmağa hazırlıq zamanı hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən aşağıdakı məsələlər həll edilir: 132.1.1. inzibati xəta haqqında iş həmin hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) aiddirmi; 132.1.2. inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar mövcuddurmu; 132.1.3. vəsatətlərə baxılır, zəruri olduqda ekspertiza təyin edilir, əlavə materiallar tələb olunur, şikayətə və ya protestə baxılma üçün lazım olan şəxslər çağırılır. 132.2. Şikayətə və ya protestə baxılma hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid olmadıqda, şikayət və ya protest bütün materiallarla birlikdə aidiyyəti üzrə göndərilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110 və 132-ci maddələrini rəhbər tutaraq,məhkəmə Qəraraaldı: X2 Xüsusi Tağım YPX-nın baş inspektoru X1 tərəfindən yazılmış İXM ******* saylı protokol, çıxarılmış TP ******* nömrəli 29 yanvar 2024-cü il tarixli qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə ərizəsi aidiyyəti üzrə Bakı şəhəri, Qaradağ Rayon Məhkəməsinə göndərlsin. Sədrlik edən: Hakim Ağarza Səmədov
Məhkəmə qərarları › İş №3(057)-175/2024
Salyan Rayon Məhkəməsi Qərardad — İş №3(057)-175/2024
15.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver