Məhkəmə qərarları › İş №3(057)-176/2024

Salyan Rayon Məhkəməsi Qərar — İş №3(057)-176/2024

15.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Salyan rayon İş № 3(057)-176/2024 15.03.2024 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Səmədov Ağarza Hacırza oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Zamanov Asif Xanoğlan oğlunun katibliyi ilə xx xxxxx 1993-cü ildə Salyan rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, Salyan rayonu, Alçalı kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 290.1.4 və 290.3-cü maddələri ilə inzibati məsuliyyətə cəlb olunmasına dair Salyan rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiallara baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2024-cü il tarixdə Salyan rayonu, Alçalı kəndində həyətyanı sahəsində qanunvericıliyin tələblərini əməl etməyərək saxladığı itin saxlanma qaydasıni pozmuşdur. Bununla əlaqədar Salyan RPŞ-nin İTB-nin sahə rəisi, polis kapitanı X5 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 290.1.4-cü maddəsi ilə 04 mart 2024-cü il tarixli, MN № 1654513/188 saylı inzibati xəta haqqında protokol tərtib edilərək, iş materialları ilə birlikdə baxılması üçün məhkəməyə göndərilmişdir. Bundan başqa Şəxs məxsus it xx.xx.2024-cü il tarixdə, saat 17:00 radələrində Salyan rayonu, Alçalı kəndində Şəxsla qonşuluqda yaşayan X2 üzərinə hücum edərək onun sağlamlığına yüngül zərər vurmuşdur. Bununla əlaqədar Salyan RPŞ-nin İTB-nin sahə rəisi, polis kapitanı X5 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 290.3-cü maddəsi ilə 04 mart 2024-cü il tarixli, MN № 1654806/187 saylı inzibati xəta haqqında protokol tərtib edilərək, iş materialları ilə birlikdə baxılması üçün məhkəməyə göndərilmişdir. Qanunla müəyyən edilmiş qaydada və müddətdə məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, zərərçəkmiş şəxs X4 və Salyan RPŞ-nin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası İXM-nin 61.3 və 112.1.4-cü maddələrinə əsaslanaraq, məhkəmə işə onların iştirakları olmadan baxılmasını mümkün hesab edir. İş materiallarında olan Salyan rayon PŞ-nin TQ-nun təhqiqatçısı, polis baş leytenantı X3 cinayət işinin başlanmasının rədd edilməsi barədə 05 fevral 2024-cü il tarixli qərarının surətindən görünür ki, X1 əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 290.1.4 və 290.3-cü maddələrinin tərkibi olduğu üçün toplanmış material üzrə cinayət işinin başlanılması əməllərində cinayət tərkibi olmadığından rədd edilmişdir. Məhkəmə inzibati xəta haqqında protokollara, işdə olan digər sübutlara məcmu şəklində qiymət verərək hesab edir ki, Şəxs inzibati xəta törətməkdə təqsiri tam sübuta yetirilir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin səxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Göstərilənlərə əsasən Şəxs Azərbaycan Respublikası İXM-nin 290.3-cü maddəsi ilə məsuliyyətə cəlb edilməlidir. Həmin Məcəllənin 290.1.4-cü maddəsi ilə barəsində inzibati qaydada tənbeh tətbiq etmək məhkəmənin səlahiyyətinə aid olmadığından, həmçinin İXMnın 290.3-cü maddəsinin dispazisiyası həmin Məcəllənin 290.1.4-cü maddəsini əhatə etdiyi üçün iş üzrə həmin maddə ilə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 31-33-cü maddələrinə əsasən inzibati xətanın xarakterini, Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmadığını nəzərə alaraq, məhkəmə hesab edir ki, onun barəsində Azərbaycan Respublikası İXM-nin 290.3cü maddəsində nəzərdə tutulan inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməsi məqsədəmüvafiqdir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 115-ci, 128-130cu maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 290.3-cü maddəsi ilə təqsirli bilinsin, barəsində səkkiz yüz manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayət verilə bilər. Sədrlik edən: Ağarza Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar