Azərbaycan Respublikası adından QƏRAR Salyan rayon İş № 3(057)-178/2023 23.02.2023 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlunun sədrliyi, X1 qızının katibliyi, Salyan rayon İcra və Probasiya şöbəsinin icra məmuru İsrafilov Orxan Xudaqulu oğlunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Mehdiyev Nicat Tahir oğlunun, müdafiəçisi – Məmmədov Zaur İsa oğlunun iştirakı ilə, xx.xx.1990-cı il tarixdə Salyan rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, iki uşağı olan, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanda yaşayan Mehdiyev Nicat Tahir oğlunun Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Salyan rayon İcra və Probasiya şöbəsindən daxil olan 23 fevral 2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Salyan rayon İcra və Probasiya şöbəsinin icra məmuru İsrafilov Orxan Xudaqulu oğlu tərəfindən tərtib olunmuş Mehdiyev Nicat Tahir oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair 23 fevral 2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə olunmuş materiallar Salyan Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokolda qeyd olunmuşdur ki, Salyan Rayon Məhkəməsinin 2(057)-242/2021 saylı, xx.xx.2021-ci il tarixli icra vərəqəsinə əsasən borclu Mehdiyev Nicat Tahir oğlu məhkəmə qərarını icra etməkdən yayınaraq icra məmurunun qanuni tələblərini yerinə yetirməkdən imtina etmişdir. Nəticədə borclu Mehdiyev Nicat Tahir oğlu Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmişdir. Məhkəmə iclasında Salyan rayon İcra və Probasiya şöbəsinin icra məmuru İsrafilov Orxan Xudaqulu oğlu protokolu müdafiə edərək göstərdi ki, Salyan Rayon Məhkəməsinin 2(057)-242/2021 saylı, xx.xx.2021-ci il tarixli icra vərəqəsinin icrası ilə əlaqədar olaraq borclu Mehdiyev Nicat Tahir oğlu icra şöbəsinə dəvət olunmuşdur. İcra sənədinin icrası ilə bağlı xx.xx.2012-ci il təvəllüdlü Mehdiyev Tahir Nicat oğlunu və xx.xx.2013-cü il təvəllüdlü Mehdiyeva Aysu Nicat qızını borclu gətirmişdir. Görüşdə tələbkar Mehdiyeva Zərxanım Bayram qızı və Salyan rayon Təhsil Şöbəsinin psixoloqu Şölə Alışova iştirak etmişdir. İcra tədbiri ilə bağlı akt tərtib olunan zamn borclu azyaşl uşaqlarla birlikdə icra şöbəsini tərk edərək getmişdir. İcra sənədinin Muradov Xanlar Novruzəli oğlu tərəfindən icra olunmamasının nəticəsi olaraq barəsində tərəfindən inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Mehdiyev Nicat Tahir oğlu izahatında göstərdi ki, İcra məmuru tərəfindən İcra şöbəsinə 2 (iki) dəfə dəvət olunub, hər dəfə də uşaqları özü ilə İcra şöbəsinə aparmışdır. xx.xx.2023-cü il tarixdə psixoloqun iştirakı ilə uşaqların fikiri öyrənilib, uşaqlar analarının yanına getməkdən imtina etmişlər. Uşaqlarının fikirinə hörmətlə yanaşır. Odur ki, inzibati xəta haqqında işin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Mehdiyev Nicat Tahir oğlunun müdafiəçisi Məmmədov Zaur İsa oğlu hüquqlarını müdafiə etdiyi Mehdiyev Nicat Tahir oğlunun əməlində inzibati xətanın tərkibi olmadığına görə işin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Salyan Rayon Məhkəməsinin 2(057)-242/2021 saylı, xx.xx.2021-ci il tarixli icra vərəqəsindən görünür ki, xx.xx.2012-ci il təvəllüdlü Mehdiyev Tahir Nicat oğlu və xx.xx.2013-cü il təvəllüdlü Mehdiyeva Aysu Nicat qızı ataları Mehdiyev Nicat Tahir oğlundan alınıb, anaları Mehdiyeva Zərxanım Bayram qızına verilməsi və xx.xx.2012-ci il təvəllüdlü Mehdiyev Tahir Nicat oğlu və xx.xx.2013-cü il təvəllüdlü Mehdiyeva Aysu Nicat qızının yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün onlar atalarından alınıb analarına verilən anadan, hər ay hər uşağa 150 manat olmaqla, cəmi 300 manat aliment cavabdeh Mehdiyev Nicat Tahir oğlundan alınaraq iddiaçı Mehdiyeva Zərxanım Bayram qızına verilsin. İş materiallarında olan xx.xx.2022-ci il tarixli icraata başlamaq haqqında qərar və tələbin könüllü icrası barədə bildirişin surətindən görünür ki, icra sənədi üzrə tələbin icrası ilə bağlı qərar və bildiriş Mehdiyev Nicat Tahir oğluna göndərilmişdir. İş materiallarında olan Mehdiyev Nicat Tahir oğlunun xx.xx.2022-ci il tarixli izahatının surətindən görünür ki, o, icra sənədində olan öhdəliyindən imtina etmədiyini, uşaqları xx.xx.2012-ci il təvəllüdlü Mehdiyev Tahir Nicat oğlunun və xx.xx.2013-cü il təvəllüdlü Mehdiyeva Aysu Nicat qızının könüllü qaydada öz istəkləri ilə anaları Mehdiyeva Zərxanım Bayram qızına verilməsinə mane olmayacağını bildirmişdir. Məhkəmə hesab edir ki, borclu Mehdiyev Nicat Tahir oğlu İcra məmurunun qanuni tələblərini vaxtında icra etmişdir. Belə ki, İcra məmuru tərəfindən İcra sənədinin icrası ilə bağlı 2 (iki) dəfə vaxt müəyyən olunmuş və həmin vaxt ərzində borclu Mehdiyev Nicat Tahir oğlu azyaşlı uşaqları ilə birlikdə müəyyən olunmuş vaxta həmin yerə getmişdir. İcra məmuru öz izahatında göstərmişdir ki, birinci icra tədbiri zamanı uşaqlar analarının yanında qalmaqdan imtinalarının şahidi olmuş və bu barədə protokol tərtib olunmuşdur. İkinci icra tədbiri zamanı da azyaşlı uşaqları ilə birlikdə icra şöbəsinə getmiş, uşaqlarla icra məmurunun, tələbkarın və psixoloqun görüşməsinə, söhbətinə imkan yaratmışdır. Məhkəmə hesab edir ki, Mehdiyev Nicat Tahir oğlu İcra məmurunun qanuni göstərişlərini icra etmişdir. Uşaqların tələbkarın yanında qalmaqdan imtina etmələri, tələbkarla getməmələri borclunun təqsiri ilə bağlı deyildir. Borclunun hər hansı bir təqsirli hərəkətinin olması ilə bağlı hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Məhkəmə hesab ediri ki, inzibati xəta hadisəsi yoxdur. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinə əsasən hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əsasən “Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətlər etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi inzibati xəta tərkibi yaradır (maddə 528.1). İnzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir (maddə 53.0.2). İnzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməlidir (maddə 75). İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir (maddə 76.1). İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir (maddə 84.1). Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (maddə 84.2). Bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir” (maddə 105.1). Məhkəmə qeyd edir ki, qanunvericiliyin tələblərinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta tərkibi yaradır. Lakin işin hallarından göründüyü kimi, borclu tərəfindən uşaqları xx.xx.2012-ci il təvəllüdlü Mehdiyev Tahir Nicat oğlu və xx.xx.2013-cü il təvəllüdlü Mehdiyeva Aysu Nicat qızı ataları-borclu Mehdiyev Nicat Tahir oğlu tərəfindən icra şöbəsinə gətirilmiş, icra şöbəsində icra məmurunun iştirakı ilə psixoloq uşaqlarla söhbət aparılmış və bu barədə icra məmuru tərəfindən protokol tərtib edilmişdir. Məhkəmə araşdırılan sübutları qiymətləndirərək hesab edir ki, icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi öz təsdiqini tapmadığından, yəni inzibati xəta tərkibi olmadığından Mehdiyev Nicat Tahir oğlunun Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə icraata xitam verilməlidir. Həmçinin məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Mehdiyev Nicat Tahir oğlunun məhkəmə iclasında dövlət hesabına hüquqlarını müdafiə etmiş Salyan rayon Vəkil Bürosunun vəkili Məmmədov Zaur İsa oğluna dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 66.3-cü maddəsinə əsasən maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmadıqda, inzibati qaydada tutulmuş şəxsə hüquqi yardım dövlətin vəsaiti hesabına göstərilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4 və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Mehdiyev Nicat Tahir oğluna göstərilmiş hüquqi xidmətə görə Salyan rayon Vəkil Bürosunun vəkili Məmmədov Zaur İsa oğluna məhkəmədə iştirak etdiyi 3 iş saatına görə 18 (on səkkiz) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Salyan rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Mehdiyev Nicat Tahir oğlunun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair inzibati xəta haqqında başlanmış iş üzrə icraata inzibati xəta hadisəsi olmadığından xitam verilsin. Salyan rayon Vəkil Bürosunun vəkili Məmmədov Zaur İsa oğluna Mehdiyev Nicat Tahir oğlunun məhkəmə prosesi zamanı hüquqi yardımın göstərilməsi ilə bağlı sərf etdiyi 03 saat vaxt üçün dövlət vəsaiti hesabına hər iş saatı 6 manat miqdarında olmaqla, 18 manat məbləğində pul “Beynəlxalq Bank”-ın Salyan rayon filialı, Brancr code: 805885 ŞWİFT code: İBAZAZ2X Adress: Salyan şəhəri, H.Əliyev küçəsi 103, Private ACCOUNT: AZ79İBAZ********************1, Client Tax İD: **********, Bank Tax İD:**********, Corr. Account: AZ03NABZ******************** hesablarına köçürülməlidir. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Salyan Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət verilmədikdə qərardan şikayətin verilməsi müddətinin bitdiyi gün qərar qanuni qüvvəyə minir. Hakim: Ənnağı Məmmədli
Məhkəmə qərarları › İş №3(057)-178/2023
Salyan Rayon Məhkəməsi Qərar — İş №3(057)-178/2023
23.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver