Məhkəmə qərarları › İş №3(057)-179/2024

Salyan Rayon Məhkəməsi Qərar — İş №3(057)-179/2024

14.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Salyan rayon İş № 3(057)-179/2024 14.03.2024 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlunun sədrliyi, X5 qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1976-cı ildə Salyan rayonu, Şikarlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi təsərrüfatla məşğul olan, Salyan rayonu, Xalac kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsinin tələbinin pozulması ilə əlaqədar Salyan Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqdim edilmiş inzibati xəta haqqında MN № 1654511/123 saylı protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə Salyan rayonu, Yenikənd kəndi ərazisində müvafiq icra hakimiyyəti orqanından icazə almadan mülki silahı daşıma, əldə etmə və saxlama qaydalarını pozmuşdur. Salyan rayon PŞ-nin rəisi, polis polkovniki Nəzər Əsgərov tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinən Şəxs barəsində toplanmış inzibati xəta haqqında material baxılması üçün xx.xx.2024-cü il tarixdə Salyan Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, inzibati xəta haqqında protokolu tərtib etmiş Salyan RPŞ-nin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və məhkəmə iclasının təxirə salınması barədə ondan vəsatət daxil olmamışdır. Məhkəmə, işə inzibati xəta haqqında protokolu tərtib etmiş Salyan rayon PŞ-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü Azərbaycan Respublikası İXM-nin 590.2-ci maddəsi ilə təqsirli bilərək izahatında göstərmişdir ki, onda ov silahı aşkar olunmuşdur. Həmin silah mərhum atasından yadigar qalmışdır. Silahı götürüb əkin sahəsinə getmiş, lakin ondan istifadə etməmişdir. Hazırda silah polis şöbəsindədir. Maddi imkanının olmadığını nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və iş materiallarını tədqiq edərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs həmin hərəkəti ilə Azərbaycan Respublikası İXM-nin 590.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir, o, həmin maddə ilə təqsirli bilinməli, barəsində inzibati tənbeh tətbiq edilməlidir. Belə ki, iş materiallarında olan Salyan rayon PŞ-nin Təhqiqat Bölməsinin təhqiqatçısı, polis baş leytenantı X3 tərəfindən qəbul edilmiş 19 fevral 2024-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərarın surətindən görünür ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 590.2-ci maddəsi ilə inzibati tənbeh tədbirinin görülməsi üçün qərarın surəti Salyan RPŞ-nin İTB-nə göndərilmişdir. İş materiallarında olan Salyan rayon PŞ-nin Təhqiqat Bölməsinin təhqiqatçısı, polis baş leytenantı X1 xx.xx.2024-cü il tarixli raportundan görünür ki, Salyan RPŞ-nin PPXBnin polis nəfəri, polis serjantı İsa İmanov 14 yanvar 2024-cü il tarixdə rayon polis şöbəsinə raportla müraciət edərək, Salyan rayonu, Yenikənd kəndi ərazisində bir nəfər şəxsin ov tüfəngi ilə hərəkət etdiyini, bu səbəbdən həmin şəxsi rayon polis şöbəsinə gətirdiyini, rayon polis şöbəsində həmin şəxsin Salyan rayonu, Yenikənd kənd sakini Şəxs Rza oğlu olduğunu bildirmişdir. Salyan Rayon Polis Şöbəsinin PPXB-nin polis nəfəri, polis serijantı İsa İmanovun raportu 14 yanvar 2024-cü il tarixdə Salyan RPŞ-də “Törədilmiş və hazırlanan cinayətlər barədə məlumatların qeydiyyatı kitabı”nda 102 sayla qeydiyyata alınaraq icraatına daxil olmuşdur. Aparılmış araşdırma zamanı toplanmış material üzrə Salyan rayonu, Yenikənd kəndində yaşayan Şəxs Rza oğlunun əməlində cinayət tərkibi olmadığından Azərbaycan Respublikası CPM-in 39.1.2-ci maddəsinə əsasən material üzrə cinayət işi başlanmasının rədd edilməsi, eyni zamanda Şəxs Rza oğlunun əməlində Azərbaycan Respublikası İXM-nin 590.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın (müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almamış şəxslər tərəfindən mülki silahın və ya onun üçün döyüş sursatının əldə edilməsi, saxlanılması, daşınması, başqa şəxslərə verilməsi və ya satılması) tərkibi olduğundan inzibati məsuliyyətə cəlb olunması və barəsində inzibati qaydada tədbir görülməsi üçün qəbul edilmiş qərarın surətinin rayon polis şöbəsinin X2 verilməsi barədə qərar qəbul olunmuşdur. Odur ki, qəbul edilmiş qərarın surətinin rayon polis şöbəsinin X2 verilməsinə göstəriş verilməsini xahiş etmişdir. İş materiallarında olan Salyan rayon PŞ-nin İTB-nin polis sahə rəisi, polis leytenantı Cümşüd Qurbanovun 19 fevral 2024-cü il tarixli qərardadı ilə Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 590.2-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraatı başlanmış və inzibati araşdırma aparılmışdır. İş materiallarında olan sənədlərdən görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə Salyan rayonu, Yenikənd kəndi ərazisində heç bir sənədi olmayan 1 (bir) ədəd 1965-ci ildə zavod üsulu ilə istehsal edilmiş, “67102” nömrəli, 16-kalibirli, “BM” modelli, xarici çaxmaqlı, yivsiz qoşa lüləli odlu ov tüfəngi aşkar edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, MN № ******* saylı inzibati xəta haqqında işin aidiyyəti üzrə göndərilməsi barədə qərardaddan görünür ki, Şəxs barəsində tərtib olunmuş inzibati xəta haqında protokol baxılması üçün aidiyyəti üzrə Salyan Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, 19 fevral 2024-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərarda Şəxs ata adı Rza göstərilsədə əslində ata adı İrzadır. Bundan başqa, “cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərarda Şəxs izahatı kimi göstərilən xüsusatlar başqa şəxs tərəfindən başqa bir iş üzrə verilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - Həmin Məcəllənin) 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 75-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsi məsələsi müzakirə edilərkən, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Həmin Məcəllənin 590.2-ci maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almamış şəxslər tərəfindən mülki silahın və ya onun üçün döyüş sursatının əldə edilməsi, saxlanılması, daşınması, başqa şəxslərə verilməsi və ya satılmasına görə-silah və döyüş sursatı müsadirə edilməklə səksən manatdan yüz manatadək məbləğdə cərimə edilir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq onun barəsində təqsirləndirildiyi Azərbaycan Respublikası İXM-nin 590.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə əsas inzibati tənbehin, inzibati xətanın bilavasitə obyekti olan predmetin müsadirəsi növündə əlavə inzibati tənbehin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114, 115, 117 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 590.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib, inzibati xətanın törədilməsində alət olmuş zavod üsulu ilə istehsal olunmuş 01 ədəd silah 16-kalibirli, “67102” №-li, “BM” modelli, xarici çaxmaqlı, yivsiz qoşa lüləli odlu ov tüfəngi müsadirə edilməklə 80 (səksən) manat məbləğində cərimə edilsin. Müsadirə edilmiş əmlak Azərbaycan Respublikası DİN-nin Təchizat İdarəsinə təhvil verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Salyan Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət verilmədikdə qərardan şikayətin verilməsi müddətinin bitdiyi gün qərar qanuni qüvvəyə minir. Hakim: Ənnağı Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar